Bismillahir-Rəhmanir-Rəhim



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə1/93
tarix26.10.2018
ölçüsü4,36 Mb.
#75761
  1   2   3   4   5   6   7   8   9   ...   93


 

 
 
 
 
 
ƏSRİN İMAMI MEHDİ 
SAHİBƏZ-ZAMANLA (Ə) 
TANIŞLIQ
 
 
 
(MƏHDƏVİYYƏTLƏ BAĞLI ŞÜBHƏLƏRƏ 
CAVAB) 
 
 
 
 
 
500 SUAL-CAVAB 
 
 
 
 
 
 
 
 
 
MÜƏLLİF: 
ƏLİ ƏSĞƏR RİZVANİ 
TƏRCÜMƏ EDƏN: 
MƏHƏMMƏD ƏHMƏD 
 
 
 


 

 
 
 
 
 
 
 
 
 
 
 
.....:باتک مان
.......
........
هبش هب خساپ
تیودهم تا
 
..................................:فلؤم
 
یناوضر رغصا یلع
 
.......................:مجرتم
...
 ...............
د محمد
دمحا
 
.............................:رشان
..........
رایرهش. ..........
 
........................:پاچ خیرات
........
...........
5831
 
.:پاچ تبون
........................
...
لوا....................
 
...................................:ژاریت
.....
.........
000
2
 
 
 
 
 
Kitabın adı:....Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə)  
tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) 
Müəllif:...................................................Əli Əsğər Rizvani 
Tərcümə edən:....................................Məhəmməd Əhməd 
Nəşr edən:..............................................................Şəhriyar 
Çap tarixi:.....................................................................2006 
Çap növbəsi:.............................................................Birinci 
Tiraj:.............................................................................2000 
 
964-5934-87-7 
 
 
 


 

 
Ön söz 
İslamın, xüsusi ilə də Әhli-bеyt məktəbinin fundamental mövzularından 
biri  “Məhdəviyyət”  məsələsidir.  İslamın  əzəmət  və  İslam  hökmlərinin 
əbədilik  nişanəsi  olan  bu  mövzu  bütün  dinlərdə  təsbit  olunmuşdur  və 
qurtuluş  məsələsi  dini  amallar  sırasında  dinlərin  prinsipial  məsələlərindən 
biri  kimi  öz  yerini  tutmuşdur.  Qeyri-ilahi  ideologiyalarda  və  firqələrdə  də 
hansısa formada bu mövzu ilə rastlaşmaq olur.  
Həzrət  Məhdinin  (ə)  zühuru  ilə  müşayiət  olunan  böyük  vəd  mövzusu 
bəşər  tarixi  boyu  köklü  mövzulardan  olmuşdur.  Belə  ki,  müqəddəs,  dini 
kitablar,  eləcə  də,  İslamdan  öncəki  və  sonrakı  əsərlər  bu  mövzunun 
həqiqiliyinə şəhadət vermişlər. Әgər tarix boyu bu mövzu ilə bağlı şübhələr 
ortaya  çıxmışsa,  bu  özü  də  uyğun  mövzunun  müxtəlif  cəmiyyətlərdə 
aktuallığını  göstərir.  Bütün  dinlər  və  ideoloji  məktəblər  uyğun  mövzu  ilə 
bağlı  araşdırmalar  aparmışlar.  Amma  bu  məsələyə  hərə  bir  tərəfdən 
yanaşmış və mövzu hərtərəfli araşdırılmamışdır. Bununla belə, bütün tərəflər 
süquta uğramış cəmiyyəti paklığa çağıracaq, elm və mərifət, ədalət və ehsan 
ruhunu bəşəriyyətə qaytaracaq bir şəxsin zühuruna şəhadət vermişlər. Hamı 
inanır  ki,  bir  gün  həqiqət  bütünlüklə  aşkarlanacaq,  vəd  olunmuş  zühur 
işığında xalq ədalətə və Allahla yaxınlığa nail olacaq, yer və zaman tarazlıq 
və səbata çatacaq.  
İslam  alimləri  tükənməz  vəhy  çeşməsindən  və  məsumların  ölməz 
kəlamlarından  faydalanaraq  böyük  vədin  (həzrət  Mehdinin  (ə)  zühurunun), 
onun  xüsusiyyətlərinin  və  görüşünün  təsvirini  vermiş,  nəql,  tarix  və  əqlə 
istinad  edərək  Məhdəviyyət  maarifini  formalaşdırmışlar.  Tarix  boyu  uyğun 
mövzu  ilə  bağlı  suallar  cavablandırılmışdır.  İndi  də  müxtəlif  kitablar, 
risalələr və məqalələr vasitəsilə ilə İslam ümmətinə yetərli məlumatlar verilir. 
Әlinizdəki  kitabın  tərtibinin  də  konkret  səbəbləri  vardır.  Bu  səbəbləri 
nəzərdən keçirək:  
1. Tarix boyu Məhdəviyyət mövzusu ilə bağlı suallar və şübhələr olmuş, 
İslam  alimləri  müxtəlif  formalarda  onları  cavablandırmışlar.  Amma  uyğun 
suallara,  adətən,  nəqli  və  tarixi  cavablar  verilmişdir.  Bu  istiqamətdə 
yetərincə hədis və tarixi kitablar tərtib olunmuşdur. Hədis kitablarından Şeyx 
Tusinin  “Әl-ğeybət”,  Şeyx  Səduqun  “Kəmalud-din”,  Seyyid  Sədrəddin 
Sədrin “Әl-Məhdi (ə)”, Mühəddis Nurinin “Nəcmus-saqib” kitablarını misal 
göstərmək  olar.  Tarixi  kitablar  arasında  Seyyid  Məhəmməd  Sədrin 
“Məvsulətul-imamul-Məhdi (ə)” kitabı diqqəti cəlb edir.  
2.  Әsrimizdə  uyğun  mövzu  ilə  bağlı  yaranmış  suallar,  adətən,  fəlsəfi 
xarakterli  olur.  Bu  sayaq  sualları  öncə  əqli  dəlillərə,  sonra  tarixi  və  nəqli 
məlumatlara  əsaslanaraq  cavablandırmaq  olar.  Bu  gün  Məhdəviyyət 
mövzusunun yetərincə şəffaf açıqlanması üçün əqli, fəlsəfi, kəlami cəhətləri  
nəzərə almaq zəruridir.  


 

3. Әlbəttə ki, əqli və kəlami baxımdan verilən cavablar uyğun boşluğu 
müəyyən  həddə  doldurmuşdur.  Amma  bu  kitablar  da  dövrümüzün 
ehtiyaclarını  tam  şəkildə  ödəmir.  Məhdəviyyət  məsələsini  əqli  yönümdən 
açıqlayan  müəlliflərdən  biri  böyük  mütəffəkir  Şəhid  Seyyid  Məhəmməd 
Baqir  Sədr  olmuşdur.  Onun  “Bəhsun-həvləl-Məhdi  (ə)”  kitabında  uyğun 
mövzu ilə bağlı əsaslı araşdırmalar aparılmışdır.  
4. Şübhəsiz ki, İslam düşmənləri öz ideoloji hücumlarında zəif nöqtələri 
hədəfə  alırlar.  Onlar  Məhdəviyyətə  hücumda  dа  zəif  nöqtələri  аşkаr  еdib 
hаy-küy salırlar, bu mövzuyа ən kövrək nöqtələrdən zərbə vurmağa çalışırlar. 
İslam  inqilabından  sonra  düşmən  müqəddəs  ayinlərimizə,  xüsusi  ilə 
Məhdəviyyət  mövzusuna  daha  amansız  hücuma  keçdiyindən  alimlər  və 
qələm  əhli  bu  dini  bünövrəni  möhkəmləndirmək  üçün  həmişəkindən  daha 
çox  çalışmışlar.  Onlar  düşmənin  fəlsəfi  yönümlü  iradlarına  əqli  və  kəlami 
bəhslərlə sərt cavab vermişlər.  
Әlinizdəki  kitab  da  bu  prinsip  üzərində  formalaşmışdır  və  onda 
Məhdəviyyət  mövzusu  nəqli,  əqli  və  tarixi  dəlillərə  əsasən  araşdırılmışdır. 
Kitabda  səy  göstərilmişdir  ki,  düşmənin  məhz  zəif  nöqtələrə  yönəlmiş 
şübhələri aradan qaldırılsın.  
Hazırkı kitabın səciyyəvi xüsusiyyəti onun öz araşdırmalarında kəlami, 
fəlsəfi  dəlillərə  əsaslanmasıdır.  Cəhd  göstərilmişdir  ki,  uyğun  mövzu 
müxtəlif,  xüsusi  ilə  əqli  dəlillər  əsasında  şəffaf  şəkildə  təqdim  olunsun. 
Məqsəd Məhdəviyyət mövzusu il bağlı bütün şübhələri aradan qaldırmaqdır. 
Ümumi oxucu kütləsinin hazırkı kitabdan faydalana bilməsi üçün mövzular 
sual-cavab şəklində tərtib olunmuşdur. Belə bir forma Məhdəviyyət məsələsi 
ilə bağlı suallara cavab axtaranlar üçün yetərli mənbə ola bilər. Ümid edirik 
ki, bu işimiz İmam-Zamanın (ə) diqqətini cəlb etsin, həqiqət axtaranlar üçün 
faydalı  olsun.  Bütün  elm  adamlarından  nöqsanlarımızın  bağışlanmasını 
diləyir  və  onların  kitabın  nöqsanları  ilə  bağlı  qeydlərini  bizə  çatdırmalarını 
xahiş edirik. Sonda bu işdə yardım  göstərənlərə, xüsusi ilə həzrət höccətül-
İslam-vəl-müslimin Hüseyn Әhmədiyə təşəkkürümüzü bildiririk. Müqəddəs 
Cəmkəran məscidinin yayım üzrə məsulu olan bu şəxs müxtəlif mərhələlərdə 
müəllifə yaxından kömək göstərdi. Kitabın ərsəyə gəlməsində zəhmət çəkən 
bütün insanlara Allah-təaladan mükafat diləyirəm.” 
  
Əli Əsğər Rizvani Kaşani. Hicri 1425-ci il, 
 mübarək ramazan ayının 23-cü kecəsi. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə