Kbt я25 uot (059) Baş redaktor



Yüklə 6,03 Mb.
Pdf görüntüsü
səhifə189/204
tarix24.12.2017
ölçüsü6,03 Mb.
#17748
1   ...   185   186   187   188   189   190   191   192   ...   204

394

Milli ədəbiyyat

660 

illiyi

                                                         

Şah Qasim Ənvar 

1356-1433 

  

2016

Şah Qasim Ənvar (tam adı Seyyid 

Əli  bin  Harun  bin  Əbülqasim  Hüsey-

ni  Təbrizi  “Qasim“,  “Qasimi“,  “Qa-

simi  Ənvar“  təxəllüslü  şair)  1356-

cı  ildə  Cənubi  Azərbaycanın  Sərab 

məhəlləsində anadan olmuşdur. 

Şah  Qasim  Ənvar  orta  əsrlər 

ədəbiyyatımızın    görkəmli  şəxsiyyət-

lərindəndir. Lakin onu yalnız bir şair, 

bədii təfəkkür sahibi kimi təqdim etmək 

yanlışlıq olardı. İstedadlı şair olmaqla 

yanaşı, həm də görkəmli təriqət şeyxi, 

böyük iman adamı, təsəvvüf ideoloqu 

kimi tanınmışdır. Ürfani-fəlsəfi poezi-

yamızın,  dini-təsəvvüfi  fikir  tariximi-

zin  zənginləşməsində  onun  danılmaz 

xidmətləri vardır. 

İlk  gəncliyində  şeyxlər  şeyxi 

Sədrəddin  Ərdəbilinin  müridi  olmuş-

dur.  Sonralar  Şeyxin  tapşırığı  və  ra-

zılığı ilə Gilana getmiş, bir müddət o 

ölkədə  yaşamışdır.  O,  söz  sənətinin 

şöhrəti  və  kamalının  tərifi  aləmə  ya-

yılana  qədər  burada  qalmış,  sonra  isə 

Xorasana getmişdir. 

Bədii söz, fikir münəvvəri Şah Qa-

simin  həyat  və  fəaliyyətinin  1426-cı 

ilə  qədərki  sürəkli  bir  dövrü  Heratla 

bağlı olmuşdur. Həmin ildə baş verən 

mühüm bir hadisə onu teymurilər pay-

taxtını  tərk  etmək  məcburiyyəti  ilə 

üzləşdirmişdir.  Həmin  ildə  Heratda 

cümə  məscidində  hökmdar  Şahruxa 

qarşı hürufi müridlərinin sui-qəsdi baş 

vermişdir.  Hakimiyyət  dairələri  sui-

qəsddə  Qasim  Ənvarın  da  əlaqəsi  ol-

masından şübhələnmiş və o, Heratdan 

çıxarılmışdır.

Şah  Qasim  Heratı  tərk  edib 

Səmərqəndə  gəlmişdir.  Təqribən  iki 

il  Səmərqənddə  yaşayan  sənətkar 

yenidən Herata qayıdıb az bir vaxtdan 

sonra oranı birdəfəlik tərk etmişdir. Xo-

rasanda Xərcüd kəndində məskən sal-

mış, ömrünün sonuna qədər bu kənddə 

yaşayıb  öz  sufi  təriqətinin  təbliği  ilə 

məşğul olmuşdur. 

Şah  Qasim  Ənvar  1433-cü  ildə 

Xərcürddə  vəfat  etmiş  və  burada  da 

dəfn olunmuşdur.

Bir sıra qəzəllərini həm  Azərbaycan, 

həm də fars dillərindən istifadə etməklə 

yazmışdır.  Onun  şeirlər  divanından 

başqa “Ənisül-aşiqin“, “Ənisül-arifin“, 

“Təvəccahnamə“,  “Risaleyi-vücud“, 

“Sual-cavab“,  “Risalətül-Əmanə“  adlı 

əsərləri də məlumdur.

Sənətkarın  istər  həyatının,  istərsə 

də  əsərlərinin  öyrənilməsi  və  nəşri 

tanınmış  İran  filoloqu  Səid  Nəfisiyə 

məxsusdur. S.Nəfisi 1958-ci ildə Teh-

randa  Qasim  Ənvarın  “Külliyat”ını 

tərtib və nəşr etdirmişdir.  “Külliyat”a 

İran  alimi  tərəfindən  Şah  Qasimin 

həyat və fəaliyyətini əhatə edən geniş 

ön söz də əlavə olunmuşdur.  

Ə d ə b i y y a t

Divani-Ənvar [əlyazma] /

Şah Qasım Ənvar; xəttat 

Mahmud ibn Hacı -[Avs-

triya]: [s.n], 2002.-224 v. 

; (4 qutuda).

Qasim Ənvar  //

Azərbaycan klassik 

ədəbiyyatından seçmələr: 

üç cilddə. C.2 : XIII-XVI 

əsrlər Azərbaycan şeri /

tərt. ed. C. Qəhrəmanov; 

red. A.Dadaşzadə.-Bakı: 

Şərq-Qərb, 2005.-S.184-

190.

Babayev, Y. Şah Qa-

sım Ənvar: tənqid 

və ədəbiyyatşünaslıq 

/Y.Babayev //Azərbaycan. 

- 2012. - №4.- S.194-201. 

Şah Qasım Ənvar               

//Babayev Y. Azərbaycan 

ədəbiyyatı tarixi (XIII 

- XVIII əsrlər): Ali 

məktəblər üçün dərslik.- 

Bakı, 2014.- S.312-326.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.azyb.net

Şair



395

Milli ədəbiyyat

Saib Təbrizi 

1601-1676 

2016

Mirzə  Məhəmməd  Əli  Mirzə 

Əbdürrəhim oğlu (Saib Təbrizi) 1601-ci 

ildə Təbriz şəhərində doğulmuş, ibtidai 

təhsilini  də  burada  almışdır.  Onun  ata-

sı  Mirzə  Əbdürrəhim  tacir  idi.  Məşhur 

təzkirəçi  Nəsrabadin  onun  dərin  nü-

fuz  qazanmış  bir  şəxs  olduğunu  ya-

zırdı.  Onun  ata  babası  Şəms  əd-Din 

Məhəmməd Təbrizi isə bütün Şərq dün-

yasında “Qələmi şirin” adı ilə tanınmış 

çox mahir xəttat idi.

Klassik  Azərbaycan  ədəbiyyatının 

ən  görkəmli  nümayəndələrindən  biri 

olan  Saib  Təbrizi  XVII  əsrdə  yaşayıb-

yaratmışdır.  O,  mənşəcə  Azərbaycan 

türkü  idi.  Təbrizi  həm  Azərbaycan 

türkcəsində,  həm  fars  dilində  gözəl 

əsrlər yaratmışdır.

Saib öz təhsilini və poetik fəaliyyətini 

İsfahanda  davam  etdirmişdir.  Dövrün 

görkəmli alimlərindən Kaşi və Şəfaidən 

dərs  almışdır.  Təhsilini  bitirəndə  ar-

tıq  İsfahanda  savadlı  ziyalı  və  istedad-

lı  şair  kimi  tanınmışdı.  Saib  dövrünün 

ənənələrinə  uyğun  olaraq,  təhsilini 

səyahətlərdə davam etdirmiş, Məkkə və 

Mədinə  ziyarətində  olmuş,  oradan  da 

Osmanlıya  getmişdir,  ölkənin  tanınmış 

şair və alimləri ilə ta

nış olur, yaradıcılıq söhbətləri aparır. 

Saib  ömrünün  son  on  ilini  öz 

əsərlərinin sistemləşdirilməsinə və qay-

daya  salınmasına  həsr  edib.  Şeirlərini 

mövzular  üzrə  ayıraraq,  “Miratül-

camal”,  “Arayişe-nigar”  və  “Vacibül-

hifz” adlı toplular təşkil etmişdir.

Təbrizi  özündən  sonra  böyük 

bir  poetik  irs  qoyub  getmişdir.  Bəzi 

tədqiqatçılar belə hesab edirlər ki, onun 

irsi  təqribən  300  min  beyt  təşkil  edib. 

Görkəmli Azərbaycan alimi Məhəmməd 

Əli  Tərbiyət  özünün  “Azərbaycanın 

görkəmli adamları” kitabında yazır ki, o 

özü Saibin 120 minbeytlik  “Divan”ını 

(poemaları daxil olmadan) gözü ilə gö-

rüb. O nəhəng irsin cüzi bir hissəsi xal-

qımıza  çatıb.  Farsca  bilənlər,  əlbəttə, 

Saib «Külliyyat»ının İran nəşrlərini daha 

geniş  biçimdə  mütaliə  etmək  imkanına 

malikdirlər.  Lakin  Saibin  farsca  irsinin 

kiçik bir hissəsi dilimizə çevrilib. Saibin 

türkcə 17 şeiri əlimizə çatıb.

Saib Təbrizi öz şeirləri ilə yanaşı istər 

sələflərindən,  istərsə  də  müasirlərindən 

bəyənib  seçdiyi  800  şairin  şeirindən 

25  min  beytlik  bir  gülçin  hazırlamış-

dır  ki,  bu  kitab  “Səfineyi-Saib”  adı  ilə 

məşhurdur.

Saib  Təbrizinin  yaradıcılığı  ilə 

müxtəlif  dövrlərdə  Seyid  Əzim  Şirva-

ni,  Hüseyn  Əfəndi  Qayıbov,  Firidun 

bəy  Köçərli,  akademik  Həmid  Araslı, 

şair-ədəbiyyatşünas  Balaş  Azəroğlu, 

tədqiqatçılar  Həsən  Bicari  və  Məsiağa 

Məhəmmədi maraqlanmış və onun irsini 

tədqiq etmişlər.

XVII  yüzillikdə  Füzuli  ədəbi 

məktəbinin 

davam 


və 

inkişaf 


etdirilməsində  Saib  Təbrizinin  böyük 

xidmətləri  olub.  Əsərlərini Azərbaycan 

və fars dillərində qələmə alan şair ədəbi 

mühitdə “Əsrinin Füzulisi” adlandırılıb, 

eyni zamanda təzkirəçi kimi də tanınıb.

Saib  Təbrizi  1676-cı  ildə  İsfahanda 

vəfat etmişdir, məşhur “Saib təkyəsi”ndə 

dəfn olunmuşdur.



Ə d ə b i y y a t

Seçilmiş əsərləri               

/Saib Təbrizi; tərt. və 

tərc. B.Azəroğlu; red. 

M.Adilov.-Bakı: Öndər, 

2004.-256 s.

Hüseyni, M. Saib Təbrizi: 

türkcə şeirlərinin elmi-

tənqidi mətni /M.Hüseyni; 

elmi red. P.Kərimov; 

AMEA, Məhəmməd Füzuli 

adına Əlyazmalar İn-tu 

.-Bakı: Elm və təhsil

2013.-26 s.

Əlioğlu, P. Saib 

Təbrizinin ana dilindəki 

şeirlərinin elmi-tənqidi 

mətni /P.Əlioğlu               

//Ədəbiyyat qəzeti.- 

2013.- 6 sentyabr.- S.7.

Fərəcov, S. “Özünlə şeir 

apar, Saib...” /S.Fərəcov 

//Mədəniyyət.- 2013.- 29 

noyabr.- S.15.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.kitablar.org

www.haqqinda.az

415 

illiyi

Şair


Yüklə 6,03 Mb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   ...   204




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə