K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə5/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   2   3   4   5   6   7   8   9   ...   61

 
-18 -  
qaldırıb,  onun  kamil  formasını  nümayiş  etdirmək  bacarığı, 
ən qısa ömürdə hikmətli söz demək qüdrəti.  
Mən orta hesabla hazırda bizim bu gənclərlə eyni yaş-
dayam. Əbu Turxan deyir ki, «odun necə yandığını kül yox, 
sonuncu  köz  daha  yaxşı  bilər».  Mən  də  məhz  gənclik 
çağından  çıxmaq  ərəfəsində  gənclik  fəlsəfəsindən  yazmağa 
ürək elədim.  
 
       


 
- 19 -  
 
 
 
 
 
Ġstedad, missiya və cəmiyyət 
 
Allahdan  üflənən  ruhla  qara  torpağın  vəhdətini  təşkil 
edən  insan  elə  yaranışından  ziddiyyətlər,  mübarizələr  içəri-
sindədir.  Allahın  insana  verdiyi  nemətləri  düzgün  dəyərlən-
dirə  bilənlər  Allahdan  onlara  tərəf  uzanan  ilahi  yolun  qapı-
sından  keçib  ucalmağa,  kamilləşməyə  üstünlük  verir.  Bu 
nemətləri yalnız dünya gözü ilə görənlər isə elə yerdəcə, bu 
maddiyyat  hüdudlarındaca  vurnuxa-vurnuxa  «qapılar»  açır, 
sərvətlər  toplayır,  elmlər  öyrənir  və  heç  xəbərləri  də  olmur 
ki,  qapalı  bir  dairə  boyu  durmadan  qaçır,  amma  nə  bir  pillə 
ucalır, nə bir zərrə nurlanır, nə də bir mərtəbə kamilləşirlər. 
Maddiyyatın şirin cazibəsindən qopmaq çətin və əzablı 
bir  prosesdir  və  illərin,  uzun  təcrübələrin  nəticəsi  ola  bilər. 
Maraqlıdır  ki,  təsəvvüf  fəlsəfəsində  bu  yolçuluğa  məhz 
təfəkküründə,  imanında  müəyyən  mərhələyə  çatmış  kəslər 
çıxa bilər: iradəsinin, səbrinin, dünyagörüşünün çata biləcəyi 
bir  çağda.  Başqa  sözlə  desək,  gənclik  dövrünü  yaşayandan 
sonra.  
İnsan həyatının müəyyən bir dövründə öz-özündən bu 
dünyaya  nə  üçün  gəldiyini  soruşur.  Bu  sualı  insan  təfəkkür 
səviyyəsindən  asılı  olaraq  uşaqlıq  çağında  da  verə  bilər, 
gəncliyində  də,  ahıl  vaxtında  da,  …ölüm  ayağında  da.  Bu 
sualın  cavabı  da  müxtəlif  olur  və  onu  verənin  təfəkkür 


 
-20 -  
səviyyəsi,  həyat  tərzi  və  əxlaqı  ilə  bilavasitə  əlaqəli  olur. 
Kimi  cavab  üçün  valideynlərinə  müraciət  edir,  kimi  cə-
miyyətə, kimi də öz könlünə. Lermontov yazır: 
 
Xeyir və şərin badəsini mənə içirdib 
Nəyə hazırlayıb məni Yaradan,  
Nədən sədlər çəkib etirazlardan  
Mənim gənclik ümidlərimə? 
Sənin həyatını mən bəzəyəcəm, 
İnsanlar arasında şanın olacaq dedi!
1
 
 
Ülvi isə özünə bu sualı belə bir şəkildə verir: 
 
Mən bir koram, kor bir rəssam, kor bir şair, 
                                                  kor bir insan
Bu cahanı görürəmmi, görmürəmmi? 
                                   Bəs nə üçün?
 2
 
 
Bu sualı verən insanın öz mən-idir və cavabı da, əslin-
də,  elə  özündədir.  Yəni  bu,  bir  növ  mən-in  öz  varlığını  in-
sana  bəlli  etməsi,  diqqəti  özünə  yönəltməsidir.  Onu  da  xü-
susilə vurğulamaq lazımdır ki, bu sualı vermək öz mən-inin 
dərkinə  istiqamətlənən  ilk  addımdırsa,  ona  cavab  verə 
bilmək ikinci addımdır.  
Mən-i  görmək  gənc  yaşında  daha  rahatdır.  Uşaqlıqda 
təfəkkür  hələ  tam  formalaşmadığından,  yaşlananda  isə  əsl 
mahiyyətin üzərinə qabıq üzərindən qabıq gəldiyindən mən-i 
                                                 
1
  Лермонтов  М.Ю.  Стихотворения.  Поэмы.  Маскарад.  Герой 
нашего времени, М., Худож. литер., 1984, с. 65. 
2
 Бцнйадзадя Ц. Бир юлцмцн ажыьына, Бакы, Эянжлик, 1993, с. 
43. 


 
- 21 -  
ayırd  etmək,  onun  səsini  duymaq,  məqsədini  anlamaq  çox 
çətinləşir.    
Mən – insanda Allahdan olan ilahi zərrədir və ya insanı 
Allahla  vasitəsiz  olaraq  əlaqələndirən  ilahi  bağdır.  Mən-in 
səsi  əslində  ilahidən  gələn  və  məhz  bu  ruh  üçün  nəzərdə 
tutulan hikmətin, həqiqətin səsidir. Bu səbəbdən onun səsini 
vaxtında eşidəndə, dediklərini vaxtında və olduğu kimi dəqiq 
həyata  keçirəndə  buna  istedad  deyillər.  Bəzilərinə  bu  səs 
musiqi ilə, bəzilərinə rəqəmlərlə, bir başqasına rənglə, birinə 
də  şeir  missraları  ilə  çatdırılır  və  buna  müvafiq  olaraq 
bəstəkarlıq, rəssamlıq, riyaziyyatçılıq, şairlik istedadı ortaya 
çıxır.  Lakin  bu,  yalnız  böyük  bir  nurun  ilk  işartısıdır.  Ən 
çətini isə onun mahiyyətindəki hikməti sezib, onu çatdırmağı 
bacarmaq  lazımdır.  Axı  qeyd  etdiyimiz  kimi,  bunların  heç 
biri  boş,  mənasız  informasiyalar  olmayıb,  özlərində 
əhəmiyyətli, dərin və müqəddəs bir hikmət daşıyırlar. Yəqin 
buna görədir ki, deyilən ixtisaslar arasında gənc yaşlılara rast 
gəlmək  olur,  ancaq  filosoflar  –  çatdırılan  informasiyaların, 
hikmətlərin  vəhdətini  görüb  dərk  edən,  onu  bəşəriyyətə 
çatdıran  şəxslər  isə  nisbətən  yaşa  dolmuş,  müəyyən  həyat 
yolu  keçənlər  arasında  olur.  S.Xəlilovun  yazdığı  kimi, 
riyaziyyatla fəlsəfənin əsas fərqlərindən biri də özünü bunda 
göstərir  ki,  riyaziyyatçılar  yeni  söz  deməyi,  böyük  kəşfləri 
adətən gənc yaşlarında edə bildiyi halda, filosoflar bir qayda 
olaraq, ən samballı əsərlərini ömür yarıdan keçdikdən sonra 
yazırlar.  Yəni  fəlsəfə  üçün  tək  istedad  yetərli  olmur  və 
insanın  özünü  dərk  məqamına  yüksəlməsi  də  şərtdir.  Başqa 
sözlə desək, Allahın verdiyi istedadı duymaqdan əlavə, onun 
daşıdığı  hikməti  də  dərk  etmək  həmin  istedadın 
tamamlanmasıdır. Bu, isə artıq filosofluq zirvəsidir.  


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə