K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə8/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   ...   4   5   6   7   8   9   10   11   ...   61

 
- 29 -  
Gerçəklik və ideya dünyası arasında qalan gənc üstün-
lüyü  ikinciyə  verir:  onun  gücünü,  qüdrətini,  eyni  zamanda, 
ucalığını, saflığını, ən əsası isə doğmalığını dərk etdiyi üçün. 
Şellinq  yazır:  «Həqiqi  azadlıq  müqəddəs  zərurətlə 
barışıqdadır  ki,  biz  onu  mahiyyətin  dərkində  duyuruq,  belə 
ki, öz qanunlarına tabe olan ruh və ürək könüllü olaraq zəruri 
olanı  təsdiqləyirlər».
1
  Bəlkə  də  bu  gənclərin  romantikliyi 
məhz bundadır: reallığı görə-görə, duya-duya nicatı ideyalar 
aləmində axtarır.  
Lakin onlar  yalnız bu seçimlə kifayətlənmir, oraya çə-
kilib  gizlənmirlər,  həm  də  onun  vasitəsilə  gerçəkliyə  təsir 
göstərməyə,  onu  çirkabdan  təmizləməyə  cəhd  göstərirlər. 
Maraqlıdır,  Bayronun  «Prometey»i  doğurdanmı  mifik 
qəhrəman haqqındadır? 
 
              …sən istəyirdin 
Bədbəxtliyə son qoyasan, 
Hər kəsin ağlı nurlansın. 
… 
İnsan həyatı – nurlu bir axındır 
Axıb – çirkabı yuyur.
 2
    
 
 Ülvi də eyni arzularla yaşayır: 
 
Axtarın elmin nər balasını, 
Versin haqsızların haqq bəlasını. 
Söküb ürəklərin kin qalasını, 
Təzədən şəfqətlə qura ağlaya.
 3
         
 
 
                                                 
1
 Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 1004. 
2
 Байрон Ж.Г. Ады чяк. ясяр,  1964, с. 51. 
3
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 14. 


 
-30 -  
Gənc – İnsan əzab çəkir. Sınmamaq üçün bütün gücü-
nü-qüdrətini toplayır… və bu, onu gənc yaşında qocaldır, də-
liqanlı vaxtında müdrikləşdirir. Bayron deyir: 
 
O! mən qoca deyiləm! Şübhəsiz 
Bu dünya mənim üçün yaranmayıb! 
… 
Gerçəklik! Sən hakim səsinlə 
Mənim xəyallarımı qovdun.
1
 
  
Ülvi isə sanki gerçəkliyin bütün ziddiyyətlərini həll et-
məyə, bütün sualları cavablandırmağa çalışır:   
 
Özünə gəlməmiş bu zərbələrdən, 
Yenə də gün gəlir – götürüb gəlir. 
Yeni müəmmalar, yeni suallar, 
Axtar cavabını, axtar birbəbir, 
Tapmasan üstünü o toppuz alır.
2
 
 
İstedad bir cəmiyyət, bir xalq, bir millət üçündür və bu 
çərçivə  daxilindədir.  Missiya  isə  daha  genişdir.  Burada 
millət, məkan, zaman anlamları yox olur. Onu istəsən də bir 
cəmiyyət çərçivəsində saxlaya bilməzsən. Burada artıq insan 
var, bəşəriyyət var.   
Vaxtında öz missiyasını həyata keçirmək üçün çarpışıb 
vuruşan, gəncliklərində  müdrikliyin zirvəsinə qalxa bilən və 
artıq  tarixə  qovuşan  adlar  üçün  zaman  və  məkan  həddi 
olmur. Əslində bu missiya sahibləri, bu əmanətin daşıyıcıları 
keçmişdən  bu  günə  rahatca,  hər  şeyin  fövqünə  qalxaraq 
                                                 
1
 Байрон Ж.Г. Ады чяк. ясяр, с. 34. 
2
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 28. 


 
- 31 -  
(cəmiyyətin, dövrünün bütün sərt qadağalarına baxmayaraq) 
gəldikləri kimi, bugünün məsulları da o rahatlıqla keçmişə – 
öz  sələflərinin  yanına  və  gələcəyə  keçə  bilirlər.  Çünki 
onların  dedikləri,  yazdıqları  bir  günlük,  bir  qurum  üçün 
deyil.  Bu  missiya  insanlıq  missiyasıdır.  İnsan  yaranandan 
ta-a  bu  günə  kimi  gələn  və  sonsuza  kimi  davam  edəcək  bir 
əmanət.  
 


 
-32 -  
 
 
 
 
 
Qorxu, üsyan və cəngavərlik 
 
Qorxu mürəkkəb bir hissdir. Qorxunun mürəkkəbliyin-
dəndir ki, rəzil olduğu kimi, müqəddəs də ola bilir, irəli apar-
dığı  kimi,  qaçıb  gizlənməyə  də  sövq  edir,  ürəyinin  ən  ülvi 
duyğularını dilə gətirdiyi kimi, içindəki ən qara hisslərini də 
üzə  çıxardır.  Mürəkkəblik  həm  onu  yaradan  səbəbdən,  həm 
də  özünün  səbəb  olduğu  nəticədən  gəlir.  Səbəb  nə  qədər 
ucadırsa,  nəticəsi  də  bir  o  qədər  insanı  ucaldır.  Düşmən 
qarşısından  qaçan  bir  fərari  ilə,  düşmən  üstünə  yeriyən 
qəhrəmanın qorxusu arasında  yerlə  göy  qədər fərq var.  Biri 
öz  varlığının  məhvindən  qorxur,  biri  Vətəninin  məhvindən. 
«Yerlə  göy»  nisbəti  təsadüfi  deyil.  Yerlə  bağlı  olan 
qorxunun  hüdudları  elə  maddi  dünya  ilə  bitir:  var-dövlət, 
övlad-uşaq,  vəzifə-pul,  şan-şöhrət,  bu  maddi  dünyadan  əldə 
etdiyi  daha  nələri  isə  itirmək  qorxusu.  Göylərdən  enən 
hisslərin  isə  bir  ucu  insanın  ruhuna,  digər  ucu  qüdsiyyət 
aləminə  bağlıdır.  Bu  hissi  itirmək  qorxusu  daha  böyükdür. 
Bu,  göylərlə  əlaqənin  itməsi,  ruhunun  ləkələnməsi  qor-
xusudur  və  bu  qorxu  insanı  günü-gündən  daha  çox  ucaldır, 
daha çox paklaşdırır.  
Qorxu gənc müdriklərin  ən çox və ən birinci müraciət 
etdikləri  mövzudur.  Bu  qorxunun    o  qədər  dərin,  o  qədər 
mürəkkəb, …o qədər həzin, kədərlidir ki! 


 
- 33 -  
Cəmiyyət  bu  gənci  qəbul  etmir,  nəinki  qəbul  etmir, 
hətta onu məhv etməyə çalışır. Onu başa düşən, nə demək is-
tədiyini anlayan yoxdur. Bu tənhalıq hissinin verdiyi ilk hiss 
qorxudur.  Kyerkeqorun  fikrinə  görə,  «fərd  qorxu  içində 
günahkar  olduğunun  qarşısında  deyil,  onu  günahkar 
sayanların  qarşısında  günahkar  olur».
1
  Bəli,  hər  kəsə  bən-
zəmədiyi üçün bir günahkarlıq duyğusu, bu günahdan doğan 
tənhalıq və bu tənhalığın verdiyi qorxu.  
Lord rütbəsinə sahib ola-ola  mülkiyyətçiləri bəyənmə-
diyinə görə kəskin tənqid edilən Bayron öz qəhrəmanı Çayld 
Qarold vasitəsilə əslində özünü təsvir edir: 
 
O, qüssəni çağırır, sevincdən doymuşdu 
Cəhənnəmə qaçmağa hazırdı.
2
 
 
İki  şeirindən  birində  tənhalığı  tərənnüm  edən,  özünü 
gah  tənha  yelkənə,  gah  tənha  quşa,  gah  tənha  yolçuya 
bənzədən Lermontov yazır: 
 
Əvvəl mən həyatın fərəhdən uzaq  
Tək-tənhalığını sevərdim müdam. 
Qüssəmi içimdə daldalayaraq, 
Qorxardım gizləyə bilməyib, ancaq 
Hamıda tərəhhüm hissi oyadam.
3
  
 
Bu tənhalıq hissindən yaranan qorxudur ki, Ülvi özünü 
daş altındakı yalqız bir çiçəyə bənzədir:  
 
 
                                                 
1
 Кйеркегор С. Ады чяк. ясяр, с. 172. 
2
 Байрон Ж.Г. Ады чяк. ясяр, с. 10. 
3
 Лермонтов М.Й. Ады чяк. ясяр, 2006, с. 8. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə