K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə9/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   ...   5   6   7   8   9   10   11   12   ...   61

 
-34 -  
Çoxu səni alaq bilir, 
Alaqlar da sənə gülür. 
Kökün durur, canın ölür, 
Daş altında bitən çiçək.
1
 
 
Gəncin hiss etdiyi tənhalıq həm də özünü digərlərindən 
fərqli görməsindən gəlir. O, hər kəsin səviyyəsinə enə bildiyi 
halda,  onun  səviyyəsinə,  onun  olduğu  mərtəbəyə,  məqama 
bir kimsə qalxa bilmir. O,  öz  yaratdığı dünyada tək qalır və 
bu  təklik  onda  qorxu  yaradır.  Bütün  dərk  etdiklərinə,  altına 
girdiyi  yükün  ağırlığına  baxmayaraq  o,  gəncdir  axı!  Təcrü-
bəsizdir!  
Lermontov yazır: 
  
Öz əqlimdə mən yad dünya yaratdım, 
Yad varlıqlar surəti, 
Mən zəncirtək onları bir-birinə bağladım 
Onlara görkəm verdim, amma ad vermədim. 
Qəfil qış boranı qorxunc uladı, -  
Yalançı varlıq uçulub-dağıldı.
2
 
 
Eyni bir hüzün, kədər Ülvinin də şeirlərinə sirayət 
edib:  
 
Ülviyəm, özümə yuva hördüm ki, 
Bəxtimlə yaşayım axıra təki. 
Səbəbin bilmədim, amma gördüm ki, 
Bir uşaq səsiylə hönkürür bəxtim.
3
 
 
                                                 
1
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с.10. 
2
 Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 3. 
3
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 10. 


 
- 35 -  
Bu  şeirlərdəki  pessimist  notlar  bəzən  gəncin  öz  erkən 
ölümünü  xəbər  verməsi  kimi  də  yozulur.  Mübahisə  etmirik. 
Tənhalığın  yaratdığı hisslərdən biri də ölümdür.  Ölüm duy-
ğusu  hər  kəsdə  bir  üşənti  yaradır.  Lakin  nəzərə  almaq 
lazımdır ki, bu gənclər öz ruhları ilə həmişə ölüm deyilən bir 
keçidin  həmən  yanında  olurlar,  ölümü  hər  an  görürlər,  hər 
yaratdıqları ilə ölüb dirilirlər. Cismani ölüm onlar üçün nədir 
ki!  S.Xəlilov  yazır:  «Şair  üçün  bir  böyük  yol  var:  son 
məqsədə,  ideala  aparan  yol!  Bu  uzaq  yolun  yolçusu  üçün 
ölüm sanki bir məqam, məntəqədir. Burda bir anlıq dayanıb 
yenidən yola çıxırlar, ta əbədiyyətə qədər!»
1
  Bayron deyir:   
 
Mən hədər yaşamadım! 
Ola bilsin çətinliklər tufanında,  
Mübarizədə sınmışam, tez sönərəm. 
Ancaq içimdə nə isə var ki, ölməz, 
Nə ölüm, nə zamanın gedişi, 
Nə düşmənin böhtanı məhv etməz.
2
 
 
Bəli, söhbət məhz cismani ölümdən düşəndə onlar riş-
xənd  edir,  onun  gücsüzlüyünə  gülürlər.  Bu  gülüş  özlərinin 
ölümdən  güclü  olduqlarını  görməkləri  zaman  yaranır  və 
haqlı gülüşdür. Məsələn, Kyerkeqor «Qorxu anlamı» əsərini 
özünün «yelbeyin əsərləri» sırasına daxil edirdi.
3
 Yaxud Ülvi 
yazır: 
 
Mən qorxmuram uzaq yola çıxmaqdan, 
                                                 
1
  Хялилов  С.  Цлви  щисслярдян  шящидлик  зирвясиня  //  Халг 
гязети, 20 йанвар 2009-жу ил.  
2
 Байрон Ж.Г. Ады чяк. ясяр, с. 101. 
3
 Кйеркегор С. Ады чяк. ясяр, с. 8. 


 
-36 -  
Bu yolun acısından, ağrısından, 
«Ölüm» adlı yuxusundan mən qorxmuram.
1
  
 
Bayaq  qeyd  etdiyim  kimi,  bu  qorxu  şəxsi  məhvindən 
yaranan  qorxu  deyil,  daha  yüksək,  düşündürücü  bir  qorxu-
dur.  Çiyinlərindəki  yüklə  və  ya  içlərində  alışıb  yanan  odla 
yaşadığı cəmiyyətin tələbləri bir-birinə zidd gəldikcə gəncin 
qorxusu  da  artır:  bu  yükü  çəkə  bilməmək  qorxusu,  ona 
verilən  məsuliyyəti  doğrulda  bilməmək  qorxusu.  Kyerkeqor 
belə  hesab  edir  ki,  «narahatlıq  –  həyata,  bizim  şəxsi 
gerçəkliyimizə  həqiqi  münasibətdir  və  …  bu,  xristian  üçün 
çox ciddi şeydir…
2
 
Gənclik ömrün elə bir çağıdır ki, o, mum kimi öz döv-
rünün  «formasını»  alır.  Uşaq  bir  süngər  kimi  gördüklərini, 
eşitdiklərini  içinə  çəkir,  gələcəkdə  qurulacaq  binanın 
özülünü  hazırlayır.  Artıq  kamillik  çağına  çatmış  bir  insan 
müşahidəçi,  hətta  istiqamətverici  ola  bilər.  Gənc  isə  ilk 
növbədə  güzgü  kimi  üzərinə  düşən  işığı  əks  etdirir.  Yalnız 
sonradan, buna təfəkkürü çatarsa, həmin hadisəni təhlil edir, 
mənfi və müsbət tərəflərini dəyərləndirir. Təsadüfi deyil ki, 
cəmiyyətin  hansı  istiqamətdə  inkişaf  etdiyini  gənclərin 
əxlaqından, təfəkkür tərzindən bilmək mümkündür.  
Təbii ki, ilahi missiya daşıyıcısı olan gənclər də cəmiy-
yətdə gedən proseslərə reaksiya verirlər. Lakin burada fərqli 
bir  reaksiya  müzakirə  mövzusudur.  Gənc  ruhuna,  daşıdığı 
əmanətinə  yad  olan  bu  təzyiqlər  altında  nəinki  «formasını 
dəyişmir»,  buqələmun  kimi  rəngdən  rəngə  düşmür,  əksinə 
onlarla  mübarizəyə  qalxır.  Şellinq  yazır:  «Hər  varlıq  yalnız 
                                                 
1
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 56. 
2
 Кйеркегор С. Ады чяк. ясяр, с. 251. 


 
- 37 -  
öz  ziddi  ilə  açıqlana  bilir:  sevgi  yalnız  nifrətlə,  vəhdət  – 
mübarizə ilə. Əgər başlanğıcın bölünməsi olmasaydı, vəhdət 
öz  qüdrətini  görə  bilməzdi,  ayrılıq  olmasaydı,  həqiqi 
məhəbbət  yaranmazdı.  İnsan  elə  bir  zirvəyə  qaldırılıb  ki,  o 
orada  özünün  xeyirə  və  şərə  istiqamətlənən  hərəkətlərinin 
mənbələrini  eyni  dərəcədə  ehtiva  edir.  Onda  başlanğıcların 
əlaqəsi zəruri deyil, azaddır. O, yolayrıcındadır. O, nə seçirsə 
seçsin,  qərar  onun  əməlidir.  Amma  qərar  qəbul  etməyə 
bilməz,  çünki  Allah  zəruri  olaraq  açılmalıdır,  çünki 
məxluqda ümumiyyətlə heç nə ikili qalmamalıdır».
1
 Və gənc 
aşkar, yaxud gizli – şeirlərilə, əsərləri ilə mübarizəyə qalxır. 
Hələ neçə əsrlər əvvəl sufi mütəfəkkiri Mənsur Həllac 
da bildirirdi ki, 
«
əşyalar öz zidləri ilə tanınırlar. Zərif ağ ipək 
qara  işlərdən  (toxunuşdan)  yaranır».
2
  Deməli,  ətrafla 
ziddiyyətdə olması gəncə öz içindəki nuru – missiyanı daha 
aydın görməyə imkan yaradır.  
Lakin danmaq olmaz ki, bu da bir növ inikasdır. Yəni 
bir var  yüksək inkişaflı bir cəmiyyətin, bir də var ziddiyyət, 
nöqsan  dolu bir  «toplum»un  nümayəndəsinin  reaksiyası.  Bu 
baxımdan, Ülvinin dedikləri obyektiv bir həqiqətdir: 
 
Atam, anam zəmanədi, 
Mən zəmanə uşağıyam.
3
 
 
Lakin  bir  həqiqət  də  var  ki,  gənclərin  daşıdıqları  mis-
siya vahid bir aləmə aid olduğununa görə, onların reaksiyala-
rında,  mübarizə  üsullarında  oxşar  cəhətlər  çoxdur.  Əlbəttə, 
                                                 
1
 Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 984.   
2
 Мянсур Щяллаж. Китаб ят-Тявасин, Парис, 1913, с. 12. 
3
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 55. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə