K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə7/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   2   3   4   5   6   7   8   9   10   ...   61

 
- 25 -  
İllərimi hədər yerə ötürürəm.
1
 
 
Dünyanın təzadlarını görən Ülvi isə belə deyir:  
 
Ən dərin dərələr, müdhiş yarğanlar, 
Əlçatmaz dağların özülü olur. 
Gülüşlər, haraylar, ahlar, amanlar, 
Həmişə yan-yana düzülü olur.
 2
 
 
Bu  gənc  həm  özünün  Allah  tərəfindən  seçildiyini  hiss 
edir. Eyni zamanda, cəmiyyət arasında fərqli olduğunu görür 
və bundan sıxılır, təcrid olunur. Lermontov yazır: 
 
Yerlərin, göylərin əzəl hakimi 
Mənə peyğəmbərlik verəndən bəri, 
Açılıb qarşımda bir kitab kimi, 
Qəzəbli, qərəzli bəşər gözləri.
3
 
 
Özünü  həm  hamıdan  yüksəkdə,  həm  də  hər  kəsdən 
bədbəxt görür. Hər kəsin gördüyü onun üçün maraqlı deyil, 
primitivdir, amma onun gördüklərini də heç kim görmür, an-
latdıqlarını  hər  kəs  anlamır.  Əbu  Turxan  yazır:  «Böyük 
insanın  faciəsi  əslində  onun  ali  xoşbəxtlik  məqamına 
yüksəliş  cəhdindən  doğur.  Bu  məqam  isə  özünü  yara-
dıcılıqda  və  xilaskarlıq missiyasında  büruzə  verir».  O,  əzab 
çəkir…  və  xoşbəxt  olduğu,  sayılıb-seçildiyi,  ülviyyət  və 
müqəddəslik  dolu  dünyasına  çəkilir  və  ətrafı  da  məhz  bu-
                                                 
1
 Байрон Дж.Г. Избранное, М., Из-во «Детская литература, 1964, 
с. 34. 
2
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 22. 
3
 Лермонтов М.Й. Сечилмиш ясярляри, Бакы, Чашоьлу, 2006, с. 
84. 


 
-26 -  
radan  seyr  etməyə,  buradan  dəyərləndirməyə  çalışır.  Ülvi 
insanın bu dünya ilə «ünsiyyətini» belə təsvir edir: 
 
Ağlamaq insanın ilk adətidir, 
Danışmaq həyatla ilk vəhdətidir. 
Hər şey ilk olsa da, ömrü uzunu, 
Bir yalnız ölməyi son heyrətidir.
 1
 
 
Əlbəttə, gəncin bu günah, çirkab dolu, gözəlliklərin üs-
tü tozla örtülü aləmə döndüyü vaxtlar da olur. Missiyasından 
asılı olaraq  ya öz duyduğu  gözəlliyi bölüşməyə, ya da kimi 
isə xilas etməyə. Amma digərlərindən onun fərqi, üstünlüyü 
ondadır  ki,  onun  istədiyi  vaxt  sığına  biləcəyi,  nurlana 
biləcəyi,  yenə  təmizlənib  paklaşacağı  bir  dünyası  var.
 
Lermontov yazır:  
 
Varlığın yükü altında  
Məğrur ruh heç yorulmur, 
               … əgər bacarsa, 
Minlərlə insana bəxtəvərlik verərdi, 
Belə bir ruhla sən ya Tanrısan, ya da zalım.
2
  
 
Allahın yaratdıqları arasında İnsan ən uca ada, ən yük-
sək məqama və təbii ki, bütün bu «ən»ləri doğrultması üçün 
ən ağır yükə sahib varlıqdır. İnsan artıq doğulanda bu keyfiy-
yətlərlə, bu məsuliyyətlə doğulur və böyüdükcə əlavə keyfiy-
yətlərə, xüsusiyyətlərə yiyələnir, üzərinə başqa məsuliyyətlər 
götürməli  olur:  övlad,  qardaş-bacı,  valideyn,  yoldaş, 
vətəndaş və s. kimi «vəzifələr». Əslində, ikincilər birincinin 
yanında qat-qat yüngül, asandır, çünki keçicidir, dəyişkəndir. 
                                                 
1
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 62. 
2
 Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 27. 


 
- 27 -  
Lakin  əksər  hallarda  ikincilər  birinciləri  üstələyir,  çünki 
onları cəmiyyət verir, cəmiyyət tələb edir.   
Cəmiyyət  müəyyən  struktura  malik,  stabilləşmiş  qay-
daları,  ənənələri  olan  və  sosial  münasibətlər  üzərində  tə-
şəkkül  tapan  bir  «qurumdur».  Bu  «quruma»  daxil  olan  tə-
fəkkürlər,  dünyagörüşləri  yonulub,  rəndələnib  onun  tələb-
lərinə  uyğunlaşmalıdır.  Əks  halda  kənarda  qalmaq,  təcrid 
olunmaq, məhv edilmək təhlükəsi  yaranır. Əslində, az adam 
tapılar ki, belə böyük bir təhlükə ilə üz-üzə durmaq istəsin. 
Bu  cəmiyyətdə  doğulan,  onun  «ənənələri»  ilə  tərbiyələnib 
böyüyən  hər  kəs  istər-istəməz  mənən  də,  zahirən  də  onun 
formasını  mənimsəyir,  onun  «divarına»  hörülüb,  onun 
«rənginə» boyanır.  
Onu da qeyd edək ki, məhz bu cəmiyyətdə doğulub bö-
yüdüyünə görə, onun bir saraymı, yaxud bir uçuq hasarmı ol-
duğunu görmək çətindir. Çünki bunun üçün gərək həmin «ti-
kilidən» yüksəyə qalxaraq ona kənardan baxa biləsən.  
Bəli, «palaza bürünüb elnən sürünməklə» sakit və sta-
bil  bir  həyat  tərzi  keçirmək  missiya  daşıyıcıları  üçün  deyil. 
Bəzən və ya əksər hallarda bu missiya cəmiyyətin qanunları 
ilə səsləşmir. Bu, ilahi tələblərlə cəmiyyət tələblərinin üz-üzə 
gəlməsi, 
ilahi 
çağrışla 
vətəndaşlıq 
məsuliyyətinin 
çarpışmasıdır.  Şellinq  bunu  mən-in  subyektiv  və  obyektiv 
tərəfləri  kimi  şərh  edərək  yazır:  «Mən-də  əzəli  ziddiyyətlər 
mövcuddur  –  subyekt  və  obyekt;  hər  ikisi  bir-birini  inkar 
edir,  amma  biri  digəri  olmadan  ola  bilmir.  Subyekt  özünü 
yalnız  obyektə  zidd  olaraq  təsdiq  edə  bilir,  obyektə  də 
subyektə, yəni nə birinci, nə də ikinci digərini məhv etmədən 


 
-28 -  
real  ola  bilməz».
1
  Cəmiyyət  belələrini  qəbul  edə  bilmir. 
Hazır divarın yanında düşüb qalmış, hörgüyə yaraşmayan bir 
daş kimi. O, bir almaz  dənəsi olsa belə, bu gün onun dəyəri, 
qiyməti  bu  hörgüylə  ölçülür.  Həm  də  bu  hörgü  bütünlükdə 
həmin  daşdan  qat-qat  aşağı  səviyyədə  olsa  belə.  Gələcəkdə 
nə  qədər  onunla  fəxr  etsə  də,  onu  tarixinin  şanlı  səhifəsinə 
salsa  da,  cəmiyyət  bu  gün  onu  sevmir,  rədd  edir,  yad  ünsür 
kimi onun məhvinə çalışır. 
Bu, tədricən, illər uzunu baş verəndə o qədər də  ağrılı 
proses olmur, nəinki qısa müddətdə, anidən. Çünki illər insa-
na həyatın, gerçəkliyin acı həqiqətlərini asta-asta, damızdıra-
damızdıra anladır. Gənc  isə bu zərbələri qəfil almalı olur və 
bundan sarsılır, dəhşətə gəlir. Lap Ülvi kimi: 
 
Uran atomunu alimlər böldü, 
Uran alovundan şəhərlər öldü, 
Amma məhşər günü, məncə, dünyada 
Ürək atomları bölünən gündü.
 2
 
   
 
Bununla belə, ilahi əlaqəsi gəncə dayaq olur, missiyası 
qarşısındakı  məsuliyyəti  onu  yıxılmağa  qoymur.  Bu  sə-
bəbdən yaşadığı halların hər birində gənc aşağıdan yuxarıya, 
naqislikdən kamilliyə, cəmiyyətin bir üzvü olan şəxsiyyətdən 
daxili  mən-ə  doğru  bir  yol  keçir.  Gənc  təbiətən  ona  bəxş 
olunmuş keyfiyyətləri, onların ən atəşli, ən enerjili vaxtında 
özünə  tabe  edib,  içində  gizli  olan  daha  yüksək  səviyyəsini 
üzə çıxara bilir: atəşi nura, enerjini qüvvəyə çevirə bilir. Lap 
nağıllardakı kimi, gənc bir günündə bir ilini başa vurur.  
                                                 
1
 Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 362. 
2
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 62. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə