K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə14/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   ...   10   11   12   13   14   15   16   17   ...   61

 
-54 -  
yolunda  –  həm  düşüncələrində,  həm  talelərində  Mənsur 
Həllaca  üz  tutur,  onun  qismətini  bölüşürlər.  Lermontov 
özünü Bayrona bənzədərək yazır: 
 
Onun kimi boş yerə sakitlik arayıram, 
Bir düşüncə qovur məni hər yerə, 
Geriyə baxıram – keçmiş dəhşətdir, 
İrəli boylanıram – doğma ruh yoxdur.
1
 
 
XIX  əsrdə  dekabristləri  ruhlandıran  Puşkindən  XX 
əsrin sonlarında Ülvi də «dərs alır»: 
 
«Həyat quran nə yorular, nə durar», 
Budur mənə öyrətdiyin ilk şüar. 
Budur mənim idealım, inamım: 
«Qığılcım alışar alov doğurar».
2
   
 
Bəli, onlar keçmişdə kimə isə baxırlar, ancaq öz yolla-
rını  gedirlər.  Gənc  keçmişdən  cəmiyyətin  qorxunc  hədə-
lərindən qorxmamağı, min bir yol arasında öz cığırını açmaq 
istəyini, bu arzuların yanında ölümun nə qədər aciz olduğunu 
və …ölümdən qorxmamağı öyrənir. Düşüncələrinə görə cid-
di təqiblərə məruz qalan Miyanəci öz dostuna yazdığı məktu-
bunda belə bir «xahiş edir»: «Şəhərdə deyirlər ki, Eynəlqüzat 
Allahlıq  iddiası edir.  Mənim  qətlimə  fitva  veriblər.  Ey  dost, 
əgər  səndən  fitva  istəsələr,  sən  də  fitva  ver».
3
  Bu  gənclər 
üçün öz düşüncələrinin nəticəsini görmək, missiyalarını başa 
çatdırmaq duyğusu yanında ölüm qorxusu çox kiçik görünür.  
                                                 
1
 Лермонтов М.Й. Ады чяк. ясяр, 1984, с. 14. 
2
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с.61. 
3
 Мяммядов З. Азярбайжан фялсяфяси тарихи. Бакы, Шярг-Гярб, 
2006, с. 117. 


 
- 55 -  
Burada  bir  şeyi  xüsusilə  vurğulayaq.  Allahdan  bəşərə 
bir  nur  zolağı  uzanır.  Özündə  bu  nurun  ucunu,  mənbəyini 
kəşf  edən  şəxslər  sanki  vahid  bir  məkana  düşmüş  olurlar. 
Əlbəttə,  ola  bilsin  ki,  ora  gedən  yolda  kimsə  kimə  isə 
bələdçilik  etmiş  olur.  Lakin  həmin  məkana  çatandan  sonra 
yeganə  bir  Bələdçini  –  Allahı  tanımaqla  yanaşı,  öz  fər-
diyyətini,  məhz  onun  üçün  nəzərdə  tutulmuş  missiyanı  ay-
dınca dərk etmiş olur.  
Tarixə  baxanda  belə  gənclərin  həqiqətən  də  izsiz  ke-
çib-getmədiyinin, nəinki «balaca cığır», bəzilərinin hətta bö-
yük yollar da saldığının şahidi olarıq. Şihabəddin Sührəvərdi 
XIII  əsrdə  məşşailik  fəlsəfəsinin  və  təsəvvüfün  birləşdiyi 
zirvə nöqtəsində bu gün belə aktuallığını itirməmiş işraqilik 
fəlsəfəsini  yaratdı.  Eynəlqüzat  Miyanəci  yazır:  «Təqlidin 
ətəyindən  bəsirət  zirvəsinə  yüksəlmək  axtarışı  ilə  kəlam 
kitablarını 
mütaliə 
etdim. 
Məqsədimə 
çatmadım. 
Məzhəblərin  yalnışlığını  gördüm».
1
  Gördü  və  təsəvvüf  fəl-
səfəsinin  özək  xətti  olan  vəhdət  əl-vücud  nəzəriyyəsini 
sistemləşdirməyə  cəhd  göstərdi.  Kyerkeqor  öz  fəlsəfəsində 
dövrünün  ən  tanınmış  və  nüfuzlu  filosoflarını  inkar  etdi  və 
özü  sonralar  böyük  bir  fəlsəfi  cərəyana  çevriləcək 
ekzistensializmin əsas ideyalarını irəli sürdü.  
Təsadüfi  deyil  ki,  belə  gənclər  öz  cəmiyyətlərində 
məhz  cəsarətli  addımları,  qorxmazlıqları,  ən  şiddətli  təqib-
lərin,  hətta  edam  təhlükəsinin  qarşısında  belə  geri  çəkil-
məməkləri  ilə  diqqəti  cəlb  ediblər.  Onlar  olduqları  cəmiy-
yətdən o dərəcədə yuxarı qalxa bilirlər ki, reallığı, onun hələ 
işıq  düşməyən  səhifələrini  belə  görə  bilirlər  və  həmin 
                                                 
1
 Йеня орада, с. 117. 


 
-56 -  
qaranlığı işıqlandıracaq sözü demək iddiasına düşürlər. Və 
yəqin ki, onların hər birinin ürəyindən Ülvinin dediyi bu arzu 
keçir: 
 
… 
Bilin, deyilməyənləri 
Demək üçün yaşayıram.
1
  
 
Burada  bir  daha  vurğulamaq  lazımdır  ki,  əslində  üzə-
rində  ali  missiyanı  hiss  edən  hər  bir  insana  bu  duyğu  yad 
deyil.  Gəncin  bu  duyğusunda  isə  bir  az  tələskənliyin,  bir  az 
hisslərin,  pərakəndə  enerjinin  çoxluğunun,  bir az tənhalığın, 
bir az qorxunun, bir az üsyankarlığın, bir az da fədakarlığın, 
cəngavərliyin izlərini sezmək olar. Bu qədər qarışıq, dolaşıq 
hisslərin  arasında  öz  məqsədini  itirməyib  yalnız  ona  doğru 
getməyin  özü  də  bir  hünər  istəyir!  Bu,  obrazlı  desək,  fikri 
dağınıq,  gözləri  xəyalpərvərliklə  göylərə  dikilən  bir  adamın 
çəkici barmağına deyil, düz mismarın üstünə vurub bir zərbə 
ilə onu dibinə qədər taxtaya çalmağına bənzəyir.       
Öz  mülkündə  –  mən-ində  bütün  aləmi  kəşf  edən  gənc 
öz ətrafını – maddi aləmi tanısa da, özünün bu aləmdə yerini 
görə bilmir, öz artıqlığını, lazımsızlığını hiss edir və düşünür 
ki,  heç  kəsin  ondan  xəbəri  yoxdur.  Və  bu  səbəbdən  oradan 
gələn  təhlükəni,  hiyləni  də  görmür.  Bu  səbəbdən  belə 
gəncləri  aldatmaq,  tora  salmaq,  onlara  xata  toxumaq  çox 
asandır.  Kyerkeqor  yazır:  «Dahi  hər  şey  etməyi  bacarır. 
Bununla belə, o, heç kimin görmədiyi bir boş şeydən asılıdır. 
Elə  boş  şey  ki,  dahi  yalnız  özünün  qüdrəti  sayəsində  ona 
                                                 
1
 Бцнйадзадя Ц. Ады чяк. ясяр, с. 90. 


 
- 57 -  
ümumi əhəmiyyət verir».
1
 Əslində, gənc hər şeyi görür, lakin 
bütün bu təhlükələrin onun ruhundan çox-çox uzaq olduğunu 
düşünür. Şellinq yazır: «Zahiri qüvvə yalnız zahiri nemətləri 
oğurlaya  bilər,  ruha  dəyə  bilməz;  o,  zaman  daxilindəki 
əlaqəni  kəsə  bilər,  əbədi,  həqiqi  ilahi  eşqin  əlaqəsini  deyil. 
Ruh  sərt  və  hissiz  və  ya  sevgidən  imtina  edən  kimi  çıxış 
etmir,  ancaq  göstərir  ki,  məhz  iztirablarda  sevgi  hissi 
varlıqdan daha uzun sürən bir hissdir və o, ilahi halədə zahiri 
həyatın və ya xoşbəxtliyin xarabalıqları üzərində yüksəlir».
2
 
Bəli,  ruhunu  düşünən  gənc  üçün  maddi  həyatın  heç  bir 
əhəmiyyəti  qalmır.  Miyanəci  öz  taleyi  ilə  Mənsur  Həllaca 
bənzəyəcəyini hiss edərək bildirir ki, «biz Allahdan ölüm və 
şəhadəti  özümüz  istəmişik.  Özü  də  onu  üç  qiymətsiz  şeylə 
istəmişik.  Haqq  necə  tələb  etmişsə,  o  sayaq  istəmişik».
3
 
Bəlkə  də  ruhunu,  dolayısı  ilə  bütün  bəşəriyyəti  düşünərək 
maddi tələbatlar hüdudundan kənara çıxa bilməyən qanunları 
heçə saymasıdır (daha doğrusu, onların fövqünə qalxmasıdır) 
ki, hər kəsi ona düşmən kəsir.     
Öz kiçik dünyasında nəinki bütün aləmi, Mütləq Həqi-
qətin özünü də axtarıb tapan gənc gördüklərini, yaşadıqlarını 
öz  içində  saxlamaq  qüdrətində  olmur.  Bildiklərini,  dərk  et-
diklərini 
bacarıqlarına 
müvafiq 
olaraq 
bəşəriyyətə 
çatdırmağa başlayır. Lermontov dediyi kimi,  
 
Şair də belədir: fikir gəldimi 
Ruhunu boşaldıb – deyir qələmə. 
Oynaq rübabının söz sehri kimi 
                                                 
1
 Кйегкегор С. Ады чяк. ясяр, с. 193-194. 
2
 Шеллинг Ф.В. Ады чяк. ясяр, с. 919. 
3
 Ейнялгцзат Мийаняжи. Тямщидат, Бакы, Адилоьлу, 2006, с. 5 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə