K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə2/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   2   3   4   5   6   7   8   9   ...   61

 
- 7 -  
Gənclik fəlsəfəsini adlarla bağlı düşüncələrlə başlama-
ğım  təsadüf  deyil.  Bu  fəlsəfənin  qapıları  ilk  olaraq  mənim 
üçün  Ülviyə  səbəb  açıldı.  Mən  ülvi  sözünün  mənasını  əv-
vəllər bilirdim – ucalıq, saflıq. Lakin bu adın tarixçəsini öy-
rənəndən  sonra  yuxarıda  dediklərimin  həqiqət  olduğuna  bir 
daha  əmin  oldum:    hər  insan  öz  adının  canlı  maddi  tə-
zahürüdür.       
 

 

 

 
 
Ülvi  Bünyadzadənin  adı  oxuculara  müəyyən  qədər  ta-
nışdır. Adı deyəndə mən onun şeirlərini, tərcümeyi halını nə-
zərdə tuturam. Yəni adının zahiri tərəfini.  
«Ülvi»  adının  tarixçəsini  və  dolayısı  ilə  mahiyyətini 
Ülvinin atası nəql edir: 
«Məndən  həmişə  soruşanda  ki,  bu  adın  mənası  nədir? 
Niyə məhz Ülvi? Mən həmişə susurdum. Bilirdim ki, desəm 
də  inanmazlar.  Bir  də,  mənim  üçün  məhrəm,  əziz  olan  bir 
şeyin başqası tərəfindən adi bir hadisə kimi qəbul edilməsini 
istəmirdim. Buna görə də, sualların üzərindən sadəcə gülüm-
səməklə keçərdim. Əsl tarixçə isə budur. 
Bu ad Ülvi doğulmamışdan çox illər əvvəl «doğulub». 
Altmışıncı  illərin  əvvəllərində.  Mən  Azərbaycan  Neft  və 
Kimya institutunun tələbəsi idim. 
Həmin  dövrü  milli  təfəkkürün  oyanışı  ilə  səciyyələn-
dirmək olar. «Bütöv Azərbaycan» ideologiyası hər kəsin dü-
şüncəsini  çulğalamışdı.  Uzun  illərdən  sonra  ilk  dəfə  milli 
bayram olan Novruzun təntənə ilə qeyd edilməsi, hətta uzaq 
Amerikada  Con  Kennedinin  qətli  də  xalq  arasında  bir 
həyəcan,  dirçəliş  yaratmışdı.  O  illər  (1962-1964-cü  illər) 


 
-8 -  
qışın  sərt  keçməsi,  dəhşətli  aclıq,  çörəyin  qıtlığı,  gecədən 
tutulan  növbələr  belə  insanları  ruhdan  salmır,  onların  milli 
mənliyinin  get-gedə  daha  artıq  oyanmasına  mane  ola 
bilmirdi.  
Bu həyəcan gəncləri, xüsusilə tələbələri öz ağuşuna al-
mışdı.  Onlar  ayrı-ayrı  ziyalıların  ətrafında  birləşir,  milli 
mövzuda söhbətlər aparılır, müzakirələr keçirilirdi. Məsələn, 
Xəlil  Rza  Azərbaycan  dilinin  təmizliyini  qorumaq  üçün  öz 
ətrafındakılara rus kəlməsi işlətməyi qadağan etmişdi  və bu 
qaydanı pozan 5 qəpik cərimə verməli idi.  
Əlbəttə, cəmiyyət arasında milli ruhun, təfəkkürün get-
gedə  aparıcı  qüvvəyə  çevrilməsi,  ən  əsası  isə,  bu  oyanışın, 
özünəqayıdış  prosesinin  nəinki  baş  qaldırması,  hətta  sürətlə 
inkişaf  etməsi  kimlərin  isə  xoşuna  gəlmirdi  və  ona  hər 
vasitələrlə  mane  olurdular.  Təzyiqlər  göstərilir,  hansı  isə 
«bədbəxt  hadisələr»  baş  verirdi.  Təbii  ki,  tələbələr  də  bu 
«diqqətdən»  kənarda  qalmırdılar.  Onlar  yataqxanalardan, 
hətta institutlardan çıxarılır, təqaüdləri kəsilirdi. Məsələn, iki 
saat dərs buraxan tələbə bir aylıq təqaüddən mərhum edilirdi. 
İki aylıq mərhumiyyət isə artıq institutdan qovulmaq idi.  
Mən  də  bu  cərəyana  qoşulmuşdum.  Bütün  günü  şüar-
lar,  çağırışlar,  şeirlər  yazırdım.  Hətta  olmuşdu  ki,  düz  bir 
həftə dərsdən də qalmışdım. Fakültəmizin dekanı, geologiya 
elmlər  namizədi  Faiq  Bağırzadə  yataqxanaya  gəlib  mənim 
dərsdən  qalmağımın  səbəbi  ilə  maraqlandı  və  məni  dərsə 
qayıtmaq  üçün  xeyli  dilə  tutdu,  ilk  növbədə  təhsilin 
tamamlanmasının  daha  vacib  olduğunu  izah  elədi.  Sonra 
bütün  qanunları  pozaraq  mənim  bir  həftəlik qaibimi  gizlətdi 
və mən dərsə qayıtdım.  


 
- 9 -  
Həmin vaxtlar hərənin bir təxəllüsü var idi. Onda mən 
ÜLVİ sözünü tapdım. Lakin söz mənə elə bir sehrli təsir ba-
ğışladı ki, mən onu bir təxəllüs kimi yox, xeyirxah, gözəl iş-
lərimin  kodu  olaraq  təyinləşdirdim.  Sözün  mənasını  dəqiq 
bilmirdim. Heç o adda adama da rast gəlməmişdim. Düzdür, 
Ülvi  Rəcəb  adlı  bir  aktyorun  olduğunu  eşitmişdim,  lakin 
onun mənim ideyamla heç bir əlaqəsi yox idi. Ola bilsin, nə 
vaxtsa  oxuduğum  bir  şeirdən  mənim  yaddaşıma  həkk 
olunmuşdu.  Mənasını  sonralar  öyrəndim.  Yalnız  onu 
bilirdim  ki,  o,  mənim  qəlbimin  dərinliyində  məskunlaşan, 
mənim  ən  saf,  yüksək  amallarımı,  əməllərimi  toplayan  bir 
guşə, kod olacaq.  
Təbii ki, mənim pis işlərimin də adı var idi, ancaq Ülvi 
adı elə güclü, elə cazibəli oldu ki, onu unutdurdu.  
Bu sözü heç bir yerdə işlətmirdim, sanki bir sehrli san-
dıq  idi,  ora  hər  kəsdən  gizli,  ən  yaxşı  şeylərimi  yığırdım. 
Onun  varlığından  kiminsə  xəbər  tutmasını  istəmirdim.  Bir 
dəfə  institutda  şahmat  yarışı  keçirilirdi.  Orada  bir  tələbə  ilə 
tanış oldum. Adı Ülvi idi. Sonralar öyrəndim ki, o, tanınmış 
bir  akademikin  oğludur.  Çox  gözəl,  mehriban,  tərbiyəli  bir 
oğlan  idi.  Elə  bil  mənim  düşüncəmdəki  Ülvi  qarşımda 
canlanmışdı.  Qısqandım.  Mənə  elə  gəldi  ki,  o,  mənim 
ideyamın  bir  hissəsini  mənimsəyib.  Tez  ondan  aralandım, 
sanki  ideyamın,  sirrimin  tam  oğurlanmasından  qorxdum  və 
çalışdım bir də onunla rastlaşmayım.  
Qeyd  etdiyim  kimi,  milli  dirçəliş  hərəkatı  maneəsiz 
ötüşmürdü. Belə tədbirlərdə iştirak edən tələbələrə qarşı cid-
di  tədbirlər  görülürdü,  hər  yerdə  xəbərçilər  var  idi.  Belə  bir 
«agentin»  xidməti  sayəsində  mən  də  yataqxanadan  qo-
vuldum,  ancaq  buna  baxmayaraq,  işlərimi  yenə  davam  et-


 
-10 -  
dirirdim.  Hərəkat  artıq  öləziməkdə  idi.  Həmin  vaxtlar  mən 
institutumuzun «Neft Kadrları uğrunda» qəzetinin (redaktoru 
gözəl ziyalı İnqilab Babayev) redaksiyasında yaranan dərnə-
yin üzvü idim. Dərnəyin məqsədi görkəmli yazıçı və şairlərlə 
görüşlər  keçirtmək  idi.  Bu  istiqamətdə  xeyli  işlər  görürdük: 
Səməd  Vurğunun,  Şəhriyarın  yubileylərini,  Bəxtiyar 
Vahabzadə,  Hüseyn  Arif,  Nəriman  Həsənzadə  ilə  ədəbi  gö-
rüşlər,  yaradıcılıq  gecələri  keçirdirdik.  Rəsul  Rzanın 
yaradıcılıq  gecəsində  hətta  institutun  rektoru  İsmayıl 
İbrahimov  da  iştirak  etdi  və  həmin  görüşdən  sonra  biz 
təşkilatçılar  bir  aylıq  təqaüd  həcmində  mükafat  belə  aldıq. 
Belə görüşlərdən ən maraqlısı Səməd Vurğunun yubileyinin 
keçirilməsi  oldu. O vaxt şairin qohumları ilə əlaqə saxlayıb 
onları dəvət etmək mənə həvalə olunmuşdu. Cəmi 20 yaşım 
var  idi.  Mən  Yazıçılar  İttifaqının  məsləhətçisi  Osman 
Sarıvəllinin  zəngindən  sonra  Mehdixan  Vəkilovun  evinə 
getdim.  Onun  Səməd  Vurğuna  –  mənim  ən  sevimli  şairimə 
bənzəməsi məni elə həyəcanlandırmışdı ki, nə mənə süzülən 
çayı  içə  bildim,  nə  də  mənim  üçün  qoyulmuş  şaftalı 
mürəbbəsini yeyə bildim. 
Belə görüşlərimiz biz gəncləri həmin dövrün ən tanın-
mış simaları ilə tanış edirdi, onlarla yaxından ünsiyyətdə ol-
mağa  imkan  yaradırdı.  Əliağa  Kürçaylı,  İslam  Səfərli, 
Osman  Sarıvəlli,  Vilayət  Rüstəmzadə,  Hikmət  Ziya, 
Məmməd  Araz,  Zeynəb  Xanlarova,  Rübabə  Muradova, 
Əbülfət  Əliyev  və  daha  kimlər.  Bütün  bu  yaxşı  əməllərimi 
mən  Ülvi  kodunun  altına  yığırdım.  Bəlkə  də  Ülvi  kodunun 
xatirinə belə düşündürücü, yaradıcı əməllərə qaçırdım, milli 
təfəkkürümün  cilalanmasına,  dilimin,  düşüncəmin  saflığının 
qorunmasına xüsusi diqqət yetirirdim.   


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə