K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə3/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   2   3   4   5   6   7   8   9   ...   61

 
- 11 -  
İnstitutu  bitirəndən  sonra  təyinatla  Rusiyanın  Sverd-
lovsk  vilayətində  işləməyə  getdim.  Amma  1968-ci  ildə  ailə 
qurmaqla doğma el-obamla daha sıx bağlandım. 1969-cu ildə 
Ülvi  dünyaya  gəlməzdən  3  ay  qabaq  Sverdlovskdan  mənzil 
almaq  üçün  bir  arayış  lazım  oldu.  Qayıtdım  kəndimizə  – 
Göyçənin Kəsəmən kəndinə. Kənd Sovetindən arayış alanda 
oraya belə bir məlumat da yazdırdım: oğlu – Ülvi Yusif oğlu 
Bünyadzadə.  Arayışı  görən  qohum-əqrəba  buna  çox 
təəccübləndilər.  
…Və Ülvi doğuldu. Sözümün hər mənasında.  
Mən hiss etdiklərimi, düşündüklərimi, illər boyu bəslə-
yib saxladıqlarımı  yenicə  doğulan  körpəyə  tez  çatdırmaq  is-
təyirdim: 
 
Qızıl güldən dəstə tutcaq səadət 
Qızıl payız heyrət etdi, keyindi. 
Mən bilmədim gəlişinlə təbiət 
Boğçadakı zər donunu geyindi. 
 
Səyyarələr cilvələnsin qoy bu gün 
Üzündədi üzlərinin həyası. 
Mən günəşdən pay ummuram nur üçün 
Gözlərindi gözlərimin ziyası. 
 
Özün gülsən, anan nazlı bir gözəl, 
Bəxtiyardı taleyimin bu çağı. 
Sənin totuq əllərindən öpüm gəl, 
Əllərindi ümidimin dayağı. 
 
 
Duzlu balam, unutma ki, illərə, 
Vicdanını günəş deyə verirəm. 
Ürəyimsən, ürəyimi ellərə, 


 
-12 -  
Elə bil ki, mən hədiyyə verirəm. 
 
Qızıl  payızın  əvvəllərində  (sentyabrın  23-də)  doğulan 
Ülviyə  yazdığım  bu  misralar  1970-ci  ildə  rayon  qəzetində, 
1974-cü  ildə  isə  mərhum  xalq  şairimiz  Hüseyn  Arifin 
təqdimatı ilə «Azərbaycan gəncləri» qəzetində dərc olundu.  
Sonralar Ülvi böyüdükcə sanki illər uzunu qoruduğum 
«sandığın  açılmasını»,  kodumun  reallaşmasını,  həyata  keç-
məsini  müşahidə  edirdim.  Hələ  kiçik  yaşlarından  onunla 
ədəbi  qəhrəmanlar,  hadisələr  haqqında  təhlillər  aparır, 
müxtəlif  şairlərin  yazdığı  şeirləri  müzakirə  edirdik,  iki  yol-
daş  kimi  mübahisələr  edirdik.  Mən  Ülvidən  başqa  şey  göz-
ləmirdim də.  
Mən bu gün də o adı daşıyan hər kəsə xüsusi bir diq-
qətlə, qısqanclıqla yanaşıram. Bu səbəbdən mən bütün Ülvi-
lərdən  yalnız  millətinin  adını  ucaldan  xeyirxahlıq,  gözəl 
əməllər,  mərdlik  gözləyirəm  və  görəndə  çox  sevinirəm. 
Çünki bu adın daşıdığı mahiyyəti, məsuliyyəti bilirəm, onun 
necə  ali  bir  şəkildə  və  dəqiqliklə  təzahürünün  şahidi 
olmuşam».    


 
- 13 -  
 
 
 
 
 
GiriĢ 
 
Cavanlıq, gənclik daha çox dəliqanlılıq, hərdəmxəyal-
lıqla assosiasiya yaradır. Sufi mütəfəkkir Mənsur Həllac şeir-
lərindən birində gəncin məhz qeyri-sabit təbiətinə, İradəsizli-
yinə, səbrsizliynə işarə edərək deyir:  
 
Aşiq gənclikdə kamala çatarsa, 
Sərxoşluqdan həbibinin vüsalını unudar.
1
 
 
Bununla  yanaşı,  insan  ömrünün  ən  qısa,  qısa  olduğu 
üçün  də  ən  şirin,  ən  ziddiyyətli  dövrü  olan  gənclik  həm  də 
bütün həyatın təyinatının verildiyi, ömür sarayının təməlinin 
atıldığı bir çağdır. Deməli, onun öz hikməti, öz harmoniyası, 
öz qanunları olmalıdır və onlar gözardı edilə bilməz. Biz öz 
kitabımızda  məhz  bu  barədə  söz  deməyə  çalışırıq.  Bunun 
üçün  həm  klassik  dövrə,  həm  də  müasirlərimizə  üz  tutmalı 
olduq.  
Bizim müraciət etdiyimiz müəlliflər kimlərdir? 37 yaş-
lı Şihabəddin Sührəvərdi, 32  yaşlı Eynəlqüzat Miyanəci, 37 
yaşlı  Aleksandr  Puşkin,  36  yaşlı  Corc  Qordon  Bayron,  26 
yaşlı  Mixail  Lermontov,  44  il  ömür  sürsə  də  38 yaşa  qədər 
ən  dəyərli  əsərlərini  yazmış  Syören  Kyerkeqor,  79  illik 
ömrünün  ilk  33  ilində  müdrikliyin  zirvəsini  fəth  etmiş  və 
                                                 
1
 Яхбар ял-Щяллаж, Парис, 1936, с. 67 (яряб дилиндя). 


 
-14 -  
sonralar  yalnız  bu zirvənin  nuru ilə  yaşamış  Fridrix Şellinq, 
29 yaşlı Mikayıl Müşfiq, 20 yaşlı Ülvi Bünyadzadə.     
Bu gənclərdən hər birinin taleyi bir faciə ilə yarıda qı-
rılıb.  Sührəvərdi,  Miyanəci,  Müşfiq  edam  olunub,  Puşkin, 
Lermontov, Ülvi namərd gülləyə tuş gəlib, Bayron və Kyer-
keqorun isə bu dünya ilə vidalaşmasına səbəb xəstəlik olub. 
Şellinq öz «ilham pərisini», həmfikrini – həyat yoldaşını 33 
yaşında itirəndə sanki onun ulduzu da, yaradıcılıq eşqi də öz 
xanımı  ilə  bərabər  söndü,  dəfn  olundu.  Şellinqin  fəlsəfəsini 
təhlil  edən  F.Engels  onu  nəzərdə  tutaraq  yazırdı:  «…Allah 
tərəfindən  vəhy  verilmiş  peyğəmbər  yeni  zamanın  gəlişini 
xəbər verirdi. Ona nazil olan ruhla ilhamlanaraq onun özü də 
çox vaxt  öz dediklərini  anlamırdı.  O,  filosofluğun qapılarını 
geniş  açdı  və  mücərrəd  düşüncələrin  hücrələrində  təbiətin 
təzə-tər nəfəsi əsdi; isti bahar şüası kateqoriyaların toxumları 
üzərinə  düşdü  və  onlardakı  mürgüləyən  qüvvəni  oyandırdı. 
Ancaq  ocaq  söndü,  mərdlik  itdi,  qıcqırma  ərəfəsində  olan 
üzüm təmiz şəraba çevrilməmiş turş sirkəyə döndü».
1
   
Şübhəsiz ki, Engels Şellinqin öz fəlsəfə şöhrətini yaşa-
yandan sonra ömrünün 46 ilini 33 ildə qalxdığı zirvədən en-
məyə sərf etməsini nəzərdə tutur. Lakin, zənnimcə, onun nə-
dən  öz  fəlsəfəsinin  zirvəsini  məhz  bu  yaşda  fəth  etməsinin 
səbəbini və bu yaşdakı zirvənin digər yaşdakı zirvələrdən nə 
ilə  fərqlənməsini,  nə  ilə  əhəmiyyətli  olmasını  bilmək  daha 
vacibdir. 
Bəlkə də kənardan baxana bu talelər qırıq görünür, əs-
lində  isə,  onlar  deyəcəkləri  sözü  söyləyə  biliblər.  Bu,  hər 
                                                 
1
  Гулыга  А.В.  Философское  наследие  Шеллинга  //  Шеллинг  Ф.В. 
Сочинения, М., Мысль, 1998, с. 7. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə