K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə61/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   ...   53   54   55   56   57   58   59   60   61

 
-236 -  
– O, özü özünə qalib gəlsə, xoşbəxtliyini tapacaq! 
Allah  Təalanın  əmri  ilə  mələk  körpəni  yerə  qaytardı, 
özü də onunla bir yerdə – onu böyütmək üçün. 
İllər  boyu  insanlardan  uzaqda,  ucqar  bir  yerdə,  kiçik 
bir daxmada qızcığaz böyüdü. Ceyranlar ona süd verdi, şirlər 
təhlükədən  qorudu,  qartallar  zirvələrdə  uçmağı,  çiçəklər 
xəyala dalmağı öyrətdi. 
Mələk  insanı  ucaldan,  kamilləşdirən,  gözəlləşdirən 
elmlər barədə kitablar tapıb gətirir, qız da onları bir-bir oxu-
yur,  öyrənirdi.  O,  artıq  gənclik  çağına  qədəm  qoymuşdu. 
Nəhayət,  Ulu  Tanrının  əmri  ilə  onun  insanların  yanına 
qayıdacağı gün yetişdi.  
– Sən sınaq dünyasına qədəm qoyursan. Öyrəndiklərin, 
hiss  etdiklərin  sənin  yardımçın  olacaq.  Unutma  ki,  çətin 
anlarında  da  ürəyinə  qulaq  assan,  düzgün  yolu,  cavabı 
eşidərsən.  Ancaq  sənə  bircə  tövsiyəm  var…  İnsanlarla 
ehtiyatlı ol, onlar bəzən çox insafsız olurlar. 
Qız başını qaldırıb təəccüblə, sual dolu baxışlarla ona 
nəsihət  edən  mələyə  baxdı.  Bu  baxışlar  məsum  körpə  ba-
xışları  idi:  dumduru,  tərtəmiz,  sonsuz,  saf  körpə  baxışları. 
Mələk məhəbbətlə, nəvazişlə bu insan övladına baxır və heç 
cür  anlaya  bilmirdi  ki,  Böyük  Allah  niyə  onu  insanların 
yanına,  günah  dolu  dünyaya  qaytarır.  Axı  o,  insandan  çox, 
mələk idi.  
Tənha, naməlum bir qızın şəhərə gəlişi və onun şəhərin 
kənarındakı kiçik daxmada yerləşməsi hamıya həm maraqlı, 
həm  də  şübhəli  göründü.  Hamı  ancaq  ondan  danışır,  onun 
hərəkətlərini  addım-addım  izləyirdi.  Gecələr,  bütün  şəhər 
yatandan sonra mələk qızın yanına enirdi. İnsanlar tərəfindən 


 
- 237 -  
açıq qucaqla qarşılanacığını  gözləyən qızın halı çox pərişan 
idi.  
– Onlar niyə məndən şübhələnirlər? 
– Şübhə insanın qanındadır. 
–  Axı  mən  onlara  pislik  etmək  istəmirəm.  Görmür-
lərmi? 
– Yox. Görmürlər. Onlar ancaq öz istədiklərini görür-
lər. Sən səbrli ol. Hər şey yoluna düşər. 
Mələk qızın çox həyəcan keçirdiyini görüb, ona özünü 
səyahət  edən  alim  kimi  təqdim  etməyi  məsləhət  gördü.  Qız 
elə də elədi. Xeyri oldu. Əvvəl onu şəhər meydanında bilik 
sınağına  çəkdilər.  Alimlər  ondan  çox  razı  qaldılar.  Bundan 
sonra ona münasibət büsbütün dəyişdi, hətta yanına şagirdlər 
də qoydular. Onun gözəlliyi, sadəliyi hamını valeh eləmişdi. 
Qızın uçmağa bircə qanadı çatmırdı.  
– İnsanlar nə yaxşıdır. Doğurdan da, Allahın sevgisinə 
layiqdirlər. 
Mələyin istehza ilə gülməyi onu özündən çıxartdı: 
– Niyə gülürsən? Düz demirəm? 
– Mən insanları Allah onları sevir deyə sevirəm.  
– Yaxşı deyillərsə, niyə dünyanın əşrəfi sayılırlar? 
Cavab xeyli uzandı. 
– Sən insanları yaxşı tanımırsan. Bir müddət sonra nə 
dediyimi anlayacaqsan. 
Şəhərdə qızın dost-tanışı çoxaldıqca onun mələklə mü-
bahisələri də artırdı. 
–  Sənin  ki,  insanlardan  zəhlən  gedir,  mənim  qayğıma 
niyə qalırsan? Məgər mən insan deyiləm? 
– Əmr Allah əmridir! 
– Deməli, məni sevmirsən? 


 
-238 -  
–  Sən  başqasan.  Şeytan  əməllərindən  uzaq,  Rəbbimin 
istədiyi kimisən. 
Qız heç nə anlamasa da, susdu. 
 Zaman ötür, o, insanlarla daha çox yaxınlaşırdı. Mələk 
bu  yaxınlıqdan  çox  narahat  olurdu.  Şeytan  hər  yerdə  ona 
xətər toxuya bilərdi. O, çalışırdı qızı tək qoymasın. Onu hər 
şeydən  qoruyurdu.  Təcrid  olunmuş  qız  yavaş-yavaş 
müşahidəçiyə  çevrilirdi.  O,  kənardan  insanları  olduğu  kimi 
görür, tanıyırdı. Tanıdıqca, onda qəribə bir hal yaranırdı. Bu 
hal  mələyi  qane  edirdi,  çünki  qız  get-gedə  insanlardan 
aralanmağa başlamışdı, hətta ürəyində onlara qarşı nifrət də 
cücərmişdi.  Bir  dəfə  ondan  insanlar  haqqında  təzə  nə 
öyrəndiyini soruşanda o, başını aşağı salladı: 
–  İnsan  yalan  danışmağı  çox  xoşlayır.  Bəzən  də  buna 
müqəddəs yalan deyir, – yavaşıyan səsi pıçıltıya keçdi. 
Mələk acı-acı güldü: 
–  Daşdan,  taxtadan  keçib,  indi  də  yalanı  müqəddəs-
ləşdiriblər. 
– Bilirsənmi, onlar dünya nemətlərinə  çox bağlıdırlar, 
ona görə də çox şeyə, –  səsini bir az da alçaltdı, – çox şeyə 
məcbur olurlar. 
Hiss  olunurdu  ki,  o,  insanlara  haqq  qazandırmağa 
çalışır, ancaq bacarmır.  
– Sən yüzdən birini heç görmürsən, mən isə bunu insan 
yaranandan bəri görə-görə gəlmişəm. 
Qız  imdad  dolu  baxışlarla  mələyə  baxdı.  Bu  baxışlar-
dan indi peşmanlıq, təəssüf oxunurdu. 
– Onlar deyir, həyat mübarizədir. 
Mələyin qıza yazığı gəlsə də, susmadı: 
– Kiminlə? Öz-özləri ilə? Nə uğrunda?  


 
- 239 -  
Qız  susdu.  Bu  susqunluq  uzun  sürdü,  get-gedə  dərin-
ləşdi.  Daha  mələklə  söhbətləri  də  kəsdi.  O,  şəhərə  çıxmır, 
şagirdlərindən  imtina  etmişdi  və  özünü  tamam  tənhalığa 
qapamışdı. 
Mələk  qızın  günü-gündən  səssizcə  solub-saraldığını 
görür,  ancaq  heç  bir  kömək  edə  bilmirdi.  Qız  onunla  kəlmə 
belə  kəsmirdi,  elə  bütün  günü  gözlərini  boşluğa  dikib  dü-
şünürdü.  Nəhayət,  bir  gecə  o,  yerindən  sıçrayıb  mələyin 
önündə diz çökdü: 
–  Mənə  kömək  elə,  mələk!  Mən  insan  olmaq 
istəmirəm! 
Mələk dəhşətlə geri çəkildi: 
– Sən dəlisən? Nə danışırsan? 
Qız  altdan-yuxarı  yalvarış  dolu  baxışlarla  ona  baxıb 
zülüm-zülüm ağladı: 
– Mən insan ola bilmirəm, heç istəmirəm də. 
O, əllərini göyə açıb yalvardı: 
–  İlahi,  məni  quru  daşa  döndər,  qanadı  qırıq  quş  elə, 
tapdanmış ota çevir. İlahi, məni insanlıqdan azad elə, – qız əl 
atıb saçlarını yolub üzünə dağıtdı, – Tanrım, məni bu sifətdə 
saxlama.  Mənim  günahım  nə  idi  ki,  mənə  belə  bir  cəza 
verirsən? 
Mələk irəli yeriyib qızın çiyinlərindən tutdu, lakin qız 
silkinib  onun  əlindən  çıxdı  və  ayağa  qalxdı.  İndi  onun  göz-
lərində  ikrah,  dəhşət  dolu  bir  üsyan  var  idi.  O,  dala-dala 
çəkilib  birdən  sürətlə  qaçıb  içəridən  çıxdı.  Mələyin  də 
ardınca  gəldiyini  görüb  özünü  qoruyurmuş  kimi  əlini  irəli 
uzatdı: 
– Gəlmə, sən gəlmə! Mən özüm! Özüm baş açmalıyam 
özümdən! Öz kimliyimi özüm tanımalıyam! 


 
-240 -  
Mələk nə isə demək istəsə də ilahi bir iradə ilə susdu. 
Qız  qaçıb  gecənin  qaranlığında  əriyib  yox  oldu.  Birdən 
mələk  arxasında  xısın-xısın  gülüş  eşitdi  və  cəld  çevrildi. 
Qarşısında onu – şeytanı gördü. Şeytan bic-bic göz vurdu: 
– Kömək lazımdır? 
Mələk nifrətlə üzünü çevirdi: 
– Rədd ol. Sənin köməyin heç kimə lazım deyil. 
– Belə sərt danışma. Mən neynəmişəm ki? Öz aramız-
dı,  sən  onu  elə  bir  hala  qoymusan  ki,  bunu  heç  mən  də 
bacarmazdım. 
Mələk  peşman-peşman  susdu.  Şeytan  onun  arxasına 
keçib qulağına pıçıldadı: 
–  İnsan  onsuz  da  naşükürdü,  üzüdönükdü,  –  sonra 
bərkdən qəhqəhə çəkdi, – əsl mənim malımdı. 
– İtil cəhənnəmə. Dəymə ona. 
Şeytan  artıq  yox  olmuşdu,  ancaq  qəhqəhələri  hələ  də 
mələyin qulaqlarında şaqqıldayırdı. 
Uzun müddət ölkə-ölkə gəzən qız artıq bir neçə ay idi 
ki,  dağlardakı  mağaraya  çəkilib  həmin  ölkələrdən  gətirdiyi 
kitabları oxuyur, öyrənir, yazır, gecələr isə durmadan Allaha 
dua edir, Ondan yardım diləyirdi. Mələk bir an belə onu tək 
qoymurdu,  ancaq  yaxınlaşmağa  cürət  də  eləmirdi,  elə 
qıraqdan-qırağa onun ətrafında dolaşırdı. 
Gecənin səssizliyini qızın dua oxuyan pıçıltısı pozurdu. 
Sanki  ətrafda  hər  şey  susub  onu  dinləyirdi.  Birdən  qız  dua 
oxumağını kəsib gözləri ilə kimi isə axtardı.  
– Mələk? Burdasan? 
Mələk oturduğu küncdən qalxdı: 
– Burdayam. 


 
- 241 -  
O,  ilk  dəfə  idi  ki,  qızın  gözlərində  dərya  qədər  sevinc 
görürdü, həyəcandan səsi titrəyirdi: 
– Mən anladım. 
– Nəyi? 
–  Haqqın  həqiqətini.  Haqq  mənim  içimi  bürüyüb. 
Mənim  ruhum  azad  oldu.  Rəbbimə  yolum  açıldı.  O  nurlu 
yolu görürəm. 
Mələk  təəccüblə  ona  baxır,  heç  nə  anlamırdı.  Ancaq 
çox istəyirdi ki, qızın sevincini başa düşüb onu bölüşə bilsin. 
O  gündən  qız  şəhər-şəhər  gəzir,  meydanlarda  nitqlər 
söyləyirdi.  Onun  hörməti  günbəgün  artırdı,  təəssübkeşləri 
çoxalırdı. 
Yorğun, uzun gündən sonra yatmış qızın başının üstün-
də  dayanmış  mələk  birdən  onun  ayaq  tərəfində  onu  –  lə-
nətullahı gördü: 
– Nə lazımdır sənə? – mələyin gözü nifrətlə parıldadı.  
– Qorxma, buna dəymərəm. Doğrusu, dəyə bilmədim. 
– Şeytan qımışdı: – Ancaq buna əntiqə bir hədiyyəm var. 
Mələk qəzəblə onun üstünə cumdu: 
– Lənətə gələsiniz sən də, sənin hədiyyən də. 
Havada ancaq qəhqəhələr qalmışdı. 
Sübh tezdən oyanmış qız səs-küyə mağaradan çıxdı və 
…gözlərinə  inanmadı.  Dağın  ətəyi  izdihamla  dolu  idi.  Onu 
görəndə  hamı  bir  adam  kimi  diz  çökdü.  Əvvəl  bir  şey 
anlamayan  qız  sonra  işin  nə  yerdə  olduğunu  anladı  –  onu 
müqəddəs  qəbul  edib,  ona  səcdə  etməyə  gəlmişdilər.  Onu 
xüsusi  imarətə  köçürtmək,  qulluğuna  kənizlər  vermək  istə-
yirdilər. Bütün şəhər, bəlkə də bütün ölkə onun ayaqları  al-
tında idi. Qız  onları başa salıb, özünün ancaq azad bir alim 
olduğunu sübut eləməyə çalışsa da, heç kim onu dinləmirdi. 


 
-242 -  
Onlar  onun  ayaqları  dəyən  yeri  öpür,  göz  yaşları  axıdır, 
qədəmlərinə  qızıl-gümüş  tökürdülər.  Qız  mağaraya  çəkilib 
gözləməyi qərara aldı. O, ümid edirdi ki, camaat bezib çıxıb 
gedər.  Lakin  onlar  günü-gündən  artırdı,  dağın  ətəyində 
qurbanlar kəsirdilər. Qızın hansı isə sehrli bir qüvvəyə malik 
olması barədə söz-söhbətlər çoxalır, hər yerə yayılırdı. Gecə-
gündüz Allah Təalaya dua edən qız çıxış yolu aradı, axtardı. 
Sübh  şəfəqləri  doğanda  qız  mağaradan  çıxdı  və  sıldı-
rım  bir  qayanın  üstünə  qalxdı.  O,  dağın  ətəyində  mütiliklə 
diz çökmüş insanlara deyil, uzaqlara, qızaran üfüqə baxırdı. 
– Mən sizə Haqdan danışacam, – deyə qız bərkdən sö-
zə  başladı.  Hər  kəs  susub  onu  dinləməyə  başladı:  –  Bu  hə-
qiqət  mənə  ən  gözəl  neməti  tanıtdı  –  eşqi.  Həqiqi  ülvi  eşq, 
əzabı  ilə  könüllərə  cənnət  bəxş  edən  eşq!  İnsanı  ucaldan, 
saflaşdıran  eşq!  Yalnız  Haqq  yolunda  olub,  öz  insanlığını 
duyub  onu  ucaltmağa  çalışanlara  nəsib  olan  eşq!  Mən 
deməsəm  də,  hamınız  bilirsiniz  ki,  belə  eşq  sahibi  olanlar 
var. Az olsalar da, mövcuddurlar. Öz ucalıqları, ülvilikləri ilə 
qarşısındakının  içində  yuxuya  getmiş  insanı  oyadan  kəslər 
mövcuddurlar.  Mən  inanıram,  sizi  də inandırıram ki, bu  eşq 
girdiyi könülləri  gülüstan  eləyir.  Siz ancaq könlünüzü  o eşq 
üçün, o ülvi, haqq olan hiss üçün açıq saxlayın. Mən bu eşqi 
tanıdım  və  xoşbəxtəm,  çünki  o,  mənim  Rəbbimə  olan 
yolumu 
açdı, 
onu 
nurlandırdı. 
Mən 
Rəbbimin 
hüzurundayam. 
Artıq gözü heç nəyi seçməyən qız get-gedə daha böyük 
şövqlə, ilhamla danışırdı. Camaat çaşqınlıq içində pıçıldaşır, 
key-key baxışırdı. 
–  Mən  özümü  sevdim  Rəbbimi  gördüm!  Rəbbimi 
sevdim özümü gördüm… 


 
- 243 -  
– Bu, küfrdür, – camaat qəzəblə kükrədi: – O, şeytana 
uyub, daşqalaq edin. O, dəlidi. 
Hərə əlinə bir daş aldı. Qız susub yenə uzaqlara baxır-
dı,  sanki  artan  səs-küyü  eşitmirdi,  atılan  daşları  görmürdü. 
Birdən qarşısında mələyi gördü: 
– Sözüm aciz oldu, mələk. Mən gedirəm. 
Mələk təşvişlə onun ətrafında hərləndi: 
– Hara? Düş burdan. Bura təhlükəlidi. Bu cahillərə baş 
qoşma.  Bunlar  hamısı  o  lənətullahın  işidi.  Gedək  başqa 
ellərə.  
Qız başını buladı: 
–  Onlar  heç  nə  anlamaq  istəmədilər.  Mən  zərrə-zərrə 
parçalanıb insanların içinə dolmaq istəyirəm. Qoy, o nur par-
çaları onların qaranlıq könüllərini işıqlandırsın, kor gözlərini 
açsın. Qoy, içimdəki eşq onların soyuq ürəklərini isindirsin, 
onları insanlığa qaytarsın. 
Mələk həyəcanla onun əllərindən yapışdı: 
–  Eləmə,  burda  durma.  Səni  öldürəcəklər.  Axı  sən 
gəncsən, hələ sevməlisən, sevilməlisən. Axı sən başqa yol da 
seçə bilərsən.  Bu, özünəqəsddir, günahdır.  Sən bununla heç 
nə sübut edə bilməyəcəksən.  
Qız qollarını geniş açdı, sanki uçmaq istəyirdi. 
–  Mənim içimdə elə bir məhəbbət var ki, onu heç bir 
insan  qəbul  edə  bilməz.  Qorxudar  onu  belə  güclü  hiss, 
yandırıb kül eləyər onu.    
O, qarşısında vurnuxan mələyə baxıb gülümsədi. Onun 
gözlərində ilahi bir eşq odu yanırdı. Bu oddan onun vücudu 
da nurlanıb işıq saçırdı. 
–  Mənim  ruhum  azadlıq  istəyir.  Bu  dar  bədən  onu 
sıxır,  incidir.  O,  Haqqa  qovuşub,  nura  bələnib,  bədənim  isə 


 
-244 -  
onun ayaqlarını cilovlayıb buraxmır. Ruhum azad olsa, daha 
çox şey bacarar. 
Mələk də gülümsədi: 
– Bilirsənmi, mən yaranandan gizli-gizli insanların pa-
xıllığını  çəkmişəm.  Onlar  şeytana  uyanda  onlara  nifrət  elə-
mişəm. Mən heç cür anlaya bilmirdim ki, niyə  Rəbbim sizi 
bizdən  çox  istəyir.  Niyə  Öz  zərrəsini  bizə  verməyib,  sizə, 
məhz  siz  insanlara  verib.  İndi  anlayıram.  Bu  illər  ərzində 
mən  sənin  yox,  sən  mənim  bələdçim  oldun.  Mənə  Haqqın 
həqiqətini sən göstərdin. 
Qəfil bir daş zərblə qızın dizlərinə dəyib onun müvazi-
nətini pozdu. Ağ göyərçin sayağı qız qayadan qopdu. Torpaq 
öz  övladına  qucağını  açdı.  Al  qan  çılpaq  qayaları  xınaladı, 
onları nura boyadı. 
Mələk  əllərini  irəli  uzadıb  işıq  saçan  ruhu  qucaqladı. 
İndi o, onu yenidən Ulu Tanrının hüzuruna aparmalı idi.  
 
              


 
- 245 -  


 
-246 -  
 
 
 
M Ü N D Ə R I C A T 
 
 
 
Müəllifdən ............................................................................. 3 
 
 
I HİSSƏ 
 
 
GƏNCLĠYĠN
 
FƏLSƏFƏSI
 
 
Ön söz .................................................................................... 6 
GiriĢ ..................................................................................... 13 
Ġstedad, missiya və cəmiyyət............................................ 19 
Qorxu, üsyan və cəngavərlik .......................................... 32 
AxtarıĢ və yaradıcılıq ...................................................... 47 
EĢq və müqəddəslik duyğusu .......................................... 68 
Nəticə ................................................................................... 83 
Son söz əvəzi ........................................................................ 87 
 
 
II HİSSƏ 
 
MƏQALƏLƏR 
 
Natamamlıq sindromu
 
və ya
 
ruhumuzu dinləməyi       
 bacarırıqmı? ................................................................... 90 
Qorxu, ölüm və ilahi zərrə ............................................ 100 


 
- 247 -  
BəĢər tarixində soyqırım hadisəsi ................................ 112 
«Mən» və cəmiyyət ........................................................ 118 
«…Qəlbin dərrakəsi ilə
 
danıĢan filosof…» ................. 137 
 
 
ESSELƏR
 
 
EĢq ................................................................................. 150 
Mən ................................................................................ 152 
Yol .................................................................................. 153 
Dağ və daĢ ..................................................................... 155 
Zirvə ............................................................................... 156 
Kamillik ......................................................................... 157 
Üzündə göz izi var… ..................................................... 158 
Sevgiyə fatihə ................................................................ 159 
Bədən, ruh və eĢq .......................................................... 160 
Ġnsan .............................................................................. 163 
Bir udum nəfəs .............................................................. 164 
Filosof portreti .............................................................. 166 
XoĢbəxtlik ...................................................................... 167 
Var-dövlət ...................................................................... 168 
Birinci və ikinci təbiət ................................................... 171 
Heyvan ........................................................................... 173 
Simurq quĢu .................................................................. 175 
Seçim ............................................................................. 176 
Sükut ............................................................................. 177 
Ġnsan və Ģeytan .............................................................. 178 
Doğum günü ................................................................. 181 
Çiçəyin doğuluĢ səadəti ................................................ 182 
Allahın yardım əli ......................................................... 183 
Hikmət ........................................................................... 185 
Həyat ............................................................................. 188 
Ġlham, vəcd və vəhy ....................................................... 189 


 
-248 -  
ġeir ................................................................................. 191 
Zəhər .............................................................................. 193 
ĠtirilmiĢ məsumluq
 
və ya sönmüĢ nur .......................... 195 
EĢq və dəyiĢən tarix ....................................................... 198 
Rəqslər ........................................................................... 200 
Hiss və təfəkkür
 
yaxud
 
inam və Ģübhə ......................... 201 
Əlcəzair – hisslər şəhəri ............................................... 204 
Əbu Turxanın «qısa qapanma» prinsipi haqqında   
qeydlər ........................................................................... 208 
Ruhların mərtəbələri ..................................................... 214 
 
 
FƏLSƏFI HEKAYƏTLƏR
 
 
Vətən .............................................................................. 220 
Bir çiçəyin nağılı ........................................................... 221 
Kiçik tonqalın nağılı...................................................... 224 
Açıq qapı ........................................................................ 225 
Əqlin könülə etirafı ....................................................... 227 
Qırıq qanad .................................................................... 230 
Mələk ............................................................................. 235 
 
 
 
 


 
- 249 -  
 
 
 
 
bkonul885@hotmail.com 
kenul555@mail.ru 
 
 
 
Korrektorlar:  Fidan Bünyadzadə 
                    Könül Yaqubova  

Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə