K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə4/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   2   3   4   5   6   7   8   9   ...   61

 
- 15 -  
adama, hətta uzun illər yaşayanlara belə qismət olan bir xoş-
bəxtlik  deyil.  Yox,  bu,  nakam  tale,  qırıq  ömür  haqqında  bir 
kitab  deyil.  Onların  fiziki  həyatı  qeyri-təbii  şəkildə  süquta 
uğrasa  da,  ruhlarının  bəşəriyyətə  çatdırdıqları  daha 
möhtəşəmdir və onu unudub, arxa plana keçirib yalnız faciəli 
bir  ölümü,  nakam  gənc  ömrü  ön  plana  çıxartmaq  həmin 
gənclərin  özlərinə  deyil,  onların  dedikləri  sözə  qarşı 
ədalətsizlikdir.  Səlahəddin  Xəlilov  yazır:  «Ölməzlik  qa-
zananlar  ideya  müəllifləridir.  Başqasının  ideyasının  ictimai 
realizasiyası  prosesinə  qatılaraq  real  ictimai  həyatın  uza-
dılması bir şeydir, sənin ideyanın ictimai prosesə çevrilərək 
yaşaması  başqa  şeydir.  Bu,  artıq  sosial-mənəvi  sferada 
ölməzlikdir».
1
  Gənclik  fəlsəfəsinin  ən  vacib  ideyaları 
gəncliyin ilk baxışda nəzərə çarpan keyfiyyətləri fonunda ya 
diqqətdən kənarda qalır, ya da bir təsadüf kimi qəbul edilir. 
Halbuki hər ideyanın özünə xas forması, reallaşma metodları 
var.  Həmçinin  elə  ideyalar  var  ki,  onlar  məhz  ömrün  gənc 
çağı üçün nəzərdən tutulur. İllər keçəndən sonra o, nəinki öz 
formasını,  mənasını  dəyişə  bilir,  hətta  ümumiyyətlə  malik 
olduğu saflığı, ülviyyəti itirir, mahiyyəti dəyişir. Onların də-
rinliyinə,  əsl mənasına  yalnız əqlin, ruhun  gənc  yaşdakı sə-
viyyəsi çata bilər.    
Bu,  qısa  ömür ərzində  deyilmiş  böyük  hikmət haqqın-
da  bir  kitabdır.  Bu,  Allahın  pak,  ülvi  ruhlar  vasitəsilə  in-
sanlara  çatdırmaq  istədiklərinin  şərhidir.  S.Xəlilov  yazır: 
«Tarixdə  çox  nadir  hallarda  şairin  və  ya  filosofun  əsas  ya-
radıcılıq  ideyası,  çağırışları  onun  şəxsi  həyat  nümunəsi  ilə 
                                                 
1
  Хялилов  С.  Сивилизасийа  вя  жямиййят  //  Ипяк  йолу. 
Бейнялхалг елми, ижтимаи-сийаси ъурнал, 2000, № 2, с. 21. 


 
-16 -  
üst-üstə  düşür,  real  təcəssümlə  tamamlanır.  Belə  olanda, 
ideya  hələ  kifayət  qədər  inkişaf  edib  öz  zirvəsinə  çatmamış 
bir  həyat  həqiqəti  bu  zirvəni  fəth  edir».
1
  Bu,  qısa  gənc  bir 
ömürə  sonsuz  müdrikliyi  sığdırmaq,  dəli-dolu  nəfsi  dərin 
düşüncə  ilə  cilovlamaq,  zəif,  gənc  çiyinlərdə  bəşəriyyətin 
ağır  yükünü  çəkmək,  gəncliyin  mənfi,  naqis  hesab  edilən 
keyfiyyətlərini  ən  müqəddəs  zirvəyə  qaldıra  bilmək  qüdrəti 
və  bunun  Allah  tərəfindən  insana  bəxş  edilən  nemətlərdən, 
lütflərdən biri olması haqqında təhlildir.  Bu, dünənə,  yaxud 
bugünə aid  bir həqiqət deyil. Bu, insanın mahiyyətində ta-a 
yaranışından var olub ona insanlığını anladan, xatırladan bir 
həqiqətdir. Belə bir səbəbdən biz məkanı, zamanı, milliyyəti 
heçə  sayaraq  həm  Şərqə  üz  tutmuşuq,  həm  Qərbə,  orta 
əsrləri, yeni dövrü bir-birinə qatıb indi-də dayanmışıq. Çünki 
Allah birdir. Əbu Turxan demiş, «qütblər zirvədə birləşir».  
Əlbəttə, müraciət etdiyimiz gənclərdən Ülvi bizə doğ-
ma olmaqla yanaşı, həm də zamanca ən yaxın olandır. Lakin 
Ülvi  elə  bir  hikmət  aləminin  sakinidir  ki,  orada  yaxın-uzaq 
anlamları  yoxdur.  Və  bu  aləmdən  söz  açanda  bizim  üçün 
Ülvi  qədər  Sührəvərdi  də,  Lermontov  da,  digər  söz 
açacağımız gənclər da doğmadır, yaxındır. 
Kitabda  şərh  edilən  mövzularda  iki  qanunauyğunluğu 
qoruyub  saxlamağa  çalışmışıq.  Əvvəla,  qoyulan  hər  bir 
hissin,  duyğunun  primitiv  səviyyədən  ən  ali  dərəcəyə  qədər 
yüksəlməsini  və  bu  yolda  hansı  mərhələlərdən  keçməsini 
izləmişik. Yəni hər anlamın, həm hissin iki üzü olduğunu və 
təfəkkür  səviyyəsindən  asılı  olaraq  onun  hansı  tərəfinin 
                                                 
1
  Хялилов  С.  Цлви  щисслярдян  шящидлик  зирвясиня  //  Халг 
гязети, 20 йанвар, 2009-жу ил.    


 
- 17 -  
təzahür etməsini göstərmişik. İkincisi isə, hər növbəti başlığı 
özündən əvvəlkinin üzərində qurmuşuq. Konsentrik çevrələr 
kimi,  hər  yeni  başlıq  əvvəlkini  də  əhatə  etməklə  yanaşı, 
gəncliyin əlavə xüsusiyyətlərini də açıqlayır. Məqsədimiz isə 
gənclik fəlsəfəsinin bütöv bir mənzərəsini yaratmaqdır. 
Bu kitabda gənc deyəndə məhz bu missiya daşıyıcıları, 
öz istedadları  ilə  nur  kimi  yanmağı  bacaran  gənclər nəzərdə 
tutulacaq, daha doğrusu, gənc müdriklər.  
Əslində, bizim təqdim edəcəyimiz hər bir hissi öz mis-
siyasını  anlamış  və  bu  missiyasını  həyata  keçirməklə  öz 
həyat  yolunu gedən hər  kəs  gənc  yaşlarında  yaşayıb,  yaxud 
yaşamaqdadır.  Bəlkə  də  onlar  haqqında  oxuduqca  tanış 
duyğular rast gələcək, ya zəif, ya güclü şəkildə. Bu, belə də 
olmalıdır.  Çünki  bu  bir-iki  nəfərin  deyil,  ümumiyyətlə 
gəncliyin fəlsəfəsidir və ya fəlsəfənin gənclik çağıdır. 
Bu gənclər özlərindən sonra məktəb yaratmayıblar. Bu, 
onların yaşadıqları qısa müddətdə mümkün də deyildi. Hətta 
79  il  ömür  sürmüş  Şellinqə  belə  bu,  qismət  olmamışdır. 
Onun kitabının ön sözündə A.V.Qulıqa  yazır:  «Şellinq …öz 
şöhrətini yaşadı və heç bir fəlsəfi davamçı qoymadı. Bu, al-
man  fəlsəfəsində  vulqar  materializminin  üstünlük  təşkil 
etdiyi  bir  vaxt  idi.  Tezliklə  şüar  səsləndi:  «Geriyə  Kanta 
doğru!» 
Neokantçılıqla 
yanaşı, 
Almaniyada 
güclü 
neohegelçilik,  hətta  nə  isə  neofixteçilik  kimi  bir  şey  də  var 
idi. Neoşellinqçilik isə olmayıb».
1
 Lakin bu gənclər başqa bir 
fəlsəfə  çatdırırlar:  gənclik  fəlsəfəsi  –  pak,  təmiz  ruhun 
mübarizəsi,  ilahi  aləmlə  qovuşması,  digər  həmyaşıdlarında 
nöqsan  sayıla  biləcək  bir  keyfiyyəti  ən  ülvi  mərtəbəyə 
                                                 
1
 Гулыга А.В. Ады чяк. ясяр, с. 5. 


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə