K. Bünyadzadə



Yüklə 2,65 Kb.
Pdf görüntüsü
səhifə6/61
tarix26.11.2017
ölçüsü2,65 Kb.
#12654
1   2   3   4   5   6   7   8   9   ...   61

 
-22 -  
Əlbəttə, bu, danılmaz bir faktdır ki, «mən»ini duyanlar 
duymayanlardan  qat-qat  azdırlar.  Lakin  bəzilərinə  bu  səs  o 
qədər  bərkdən,  o  qədər  böyük  bir  tələblə  səslənir  ki,  onu 
duymamaq  olmur.  Məsələn,  Bethoven  belə  hesab  edib  ki, 
Allah  hər  kəsin  qulağına  nə  isə  pıçıldadğı  halda,  onun 
qulağına  qışqırır.  Bethoven  yalnız  öz  karlığına  işarə  etmir. 
O,  həm  də  bu  səsi  duymağın  qaçılmazlığına,  bunun  Allah 
qarşısında  bir  borc  olduğuna  və  bu  səbəbdən  seçimin  də 
özünə  deyil,  Allaha  aid  olmasına  işarə  edir.  S.Kyerkoqor 
yazır:  «Dahi  –  qüdrətli  Ansichdir

  ki,  bütün  dünyanı 
silkələyə  bilər.  Buna  görə  də,  onunla  bərabər,  nizamı 
qorumaq  xatirinə,  başqa  bir  fiqur  da  yaranır  –  tale.  Tale  – 
Heçnədir;  dahinin  özü  onu  görür  və  bu  dahi  nə  qədər 
dərindirsə,  taleyi  də  bir  o  qədər  dərindən  görür;  belə  ki,  bu 
obraz sadəcə öngörmədir. Ancaq əgər dahi insan yalnız dahi 
olmağı  inadla  istəyirsə,  üzünü  ətrafa  çevirirsə,  o,  mütləq 
qəribə şeylər edir və əgər özündən kənarda deyilsə yenə də, 
yenə də taleyə tabe olacaq».
1
  
Qeyd  etdiyimiz  kimi,  mən-i  duymaq  yalnız  başlanğıc-
dır. Onun dediklərinin həyata keçirilməsi insan üçün seçilən 
həyat  yoludur.  Bu  –  missiyadır.  Bu,  Allah  qarşısında  öz 
borcunu  yerinə  yetirməkdir.  Missiya  –  insanın  istedadının 
Allah  tərəfindən  edilən  seçimə  yönəldilməsidir.  Qurani 
                                                 

  Щеэел  терминолоэийасында  «юзцндя»  шей  –  щеч  бир  шейдян 
асылы  олмайан  бир  шейдир;  Кантын  «юзцндяки  шей»  инсан 
гаврайышындан  асылы  олмайараг  вар  олан  обйектдир.  Дащийя 
тятбиг едиляндя бу категорийа о демякдир ки, Аллащ  гаршысында 
тянща  оланы  онун  мягсядляри  вя  ганунлары  юзцнцн  ичиндядир. 
(Кьеркегор С. Страх и трепет. М., Республика, 1993, с. 193) 
1
 Йеня орада.  


 
- 23 -  
Kərimin bir ayəsində deyilir:  «Biz əmanəti göylərə,  yerə və 
dağlara  verdik,  onlar  onu  daşımaq  istəmədilər,  ondan 
qorxdular. İnsan onu götürdü (yükləndi), o, zalım və cahil idi 
(Quran  33/72)».  Missiya  –  dağın,  daşın  apara  bilmədiyi 
yükdür ki, insan ona boyun olub. Amma bu yükü tanımayana 
qədər  onun  ağırlığından  da  xəbərsiz  olursan.  Elə  ki, 
tanıdın…  
Şəxsiyyət mən-in cəmiyyətin tələblərinə müvafiq təza-
hürüdür  və  bir  mən-in  müxtəlif  şərait  və  zamandakı  təza-
hürləri  bir-birindən  kəskin  şəkildə  fərqlənə  bilər,  bunlardan 
hər biri vahid substansiyanı – mən-i müəyyən dərəcədə ifadə 
edir.  Məhz  cəmiyyətdən  asılıdır  ki,  şəxsiyyət  öz  mən-ini  az 
və  ya  çox dərəcədə əks  etdirə bilsin. Təbii ki, bəzi hallarda 
cəmiyyətin  tələbləri  ilə  formalaşan  şəxsiyyətin  özü  üçün 
seçdiyi (və ya valideynlərin öz övladları üçün seçdiyi) həyat 
yolu  onun  daşıdığı  missiya  ilə  üst-üstə  düşmür.  Belə  olan 
halda  insan  əziyyət  çəkir.  İçindəki  yaradıcılıq  enerjisi, 
istedadı  çıxmaq,  yaratmaq  istəyir  və  …reallaşmayanda  bu 
ilahi nur oda çevrilir, sahibini yandırır.  
Yeri gəlmişkən, burada bir hal üzərində xüsusilə daya-
naq. Öz uşağını daim diqqət mərkəzində saxlayan, onun dü-
şündüklərinə, hərəkətlərinə nəzarət edən valideyn onun iste-
dadını  çox  erkən  yaşlarında  görür  və  onu  inkişaf  etdirməyə 
çalışır.  Bunun  üçün  bəzən  öz  uşaqlarını  incitməyə  belə  razı 
olur, 
təki  istedad  cilalanıb  üzə  çıxsın,  düzgün 
istiqamətlənsin.  Belə  uşaqlar  əksər  hallarda  görkəmli 
şəxsiyyət kimi tarixdə qalıblar. Lakin bunda maraqlı bir mə-
qam  var:  həmin  istedadlı  şəxslərdən  heç  biri  sonralar  öz 
övladına  (əgər  evlənibsə  və  uşaq  sahibidirsə)  eyni  müna-
sibəti  göstərməyib.  Niyə?!  Öz  aqibətini  uşağına  rəva  gör-


 
-24 -  
mədiyi  üçünmü?  Öz  missiyasından  baş  açıb,  vaxt  ayırıb 
övladının  missiyası  barədə  düşünə  bilmədiyi  üçünmü?  Bir 
vaxtlar  valideyninin  ona  göstərdiyi  qəddar,  sərt  müna-
sibətdən  pozulan  psixikasının  övladına  da  qismət  olmasını 
istəmədiyindənmi? Əlbəttə, cəhd edənlər olub. Amma  övla-
dının əziyyəti qarşısında dözməyib onu rahat buraxıblar.   
Öz  missiyasını dərk  edən  və  bu həyat  yolu  ilə  barışan 
insan  çox ziddiyyətli hisslər yaşamaq məcburiyyətində qalır. 
O,  ətrafa  sanki  rentgen  baxışlarla  baxır,  adi  gözlə 
görünməyən  rəngləri  seçir,  adi  qulaqla  duyulmayan  səsləri 
eşidir, harmoniyanı duyur, heç kəsin unamadığı yerdə sevinc 
və  ya  qəm  görür.  Kyerkeqorun  fikrinə  görə,  «etik  mən-ə 
ayrı-ayrı,  parçalanmış  anlara  dağılmağa  qoymayan  mənəvi 
məsuliyyətdir:  burada  mən  –  həyatın  müxtəlif  şəraitlərinin 
təsiri  ilə  fərdlə  baş  verən  bir  şey  deyil,  onun  müstəqil 
seçiminin  nəticəsidir  və  buna  görə  də,  ona  aid  olan  bir 
reallıqdır.  Belə  mən  daimi  cəhdlər  tələb  edir,  çünki  onun 
reallaşması  xəyal  və  arzulardan  deyil,  kənardan  verilən 
istənilən  şərtlərin  diqtə  etdiyi  əxlaqi  ardıcılıqdan  asılıdır».
1
 
Bu  dünyanın  hər  şeyini  öz  rəngində  görən  gənc  ilahi 
vəhdətin parçalanmasını da, zahiri parıltının, yaxud çirkabın 
əsl  mahiyyətin  görünməz  etdiyini  də  çox  aydın  görür.  Bay-
ron yazır: 
 
Mən yalana yabanam, mən hələ də bacarmıram 
Dəbin laklı örtüyü ilə həqiqəti gizlədim 
Bəs bu nifrət dolu baxışlara nədən dözürəm, 
                                                 
1
 Кйеркегор С. Ады чяк. ясяр, с. 11.   


Yüklə 2,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə