Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   10   11   12   13   14   15   16   17   ...   29

Lakin  bu  tamaşa  bizi  öz  istədiyi  yöndə  dəyişə  bilmir.  Məsələn,  tamaşanın  sonunda  intihar

mövcuddursa,  biz  ona  baxandan  sonra  intihar  etmirik.  Lakin  bəzi  hallarda  bu  tamaşa  kimisə

inandırmağı  bacarır,  buna  baxmayaraq  düşünsək  ki,  növbəti  mərhələlər  və  növbəti  dinləyicilər

mövcuddur, o zaman bu arzu (istək) sıfıra bərabər olur.

Beləliklə, hesab edirik ki, məhkəmə iclasında yüksək səs‐küy salmaqla, yaxud hansısa bir tamaşa

yaratmaqla  (oynamaqla)  uğur  qazana  bilmə  ehtimalı,  yaxud  bunu  uğurun  bir  hissəsi  hesab  etmə

düşüncəsi, vəkilin elmi biliyinin və dünyagörüşünün yetərli olmaması anlamına gəlir. Zatən vəkilin

çıxışı qanuna əsaslanırsa və qanunidirsə bu nəzərə alınmalıdır, əgər bu nəzərə alınmırsa o zaman

səs‐küy yaxud, tamaşa yaratmağa nə ehtiyac var? Əgər vəkil doğru olanı və qanunun tələbini deyirsə

niyə bunu sakit və aramla, yaxud susmaqla və yazılı şəkildə bildirmirsən, niyə insanları bezdirən,

yaxud qıcıqlandıran bir mədəniyyətdən kənar üsul seçməlidir (Müəllif qeydi: Təəssüf ki, bəzən vəkilin

məhkəmə iclasında səsləndirdiyi ifadələr, verdiyi suallar şəxsdə müəyyən əsəbilik doğurur. Məsələn,

təcrübədə  belə  bir  səhnəyə  şahid  olmuş  yazıçı  Brayeb  Qlenvill  “O  kimi  sevir”  əsərində  yazırdı:

“Məhkəmədə  onların  vəkili  müxtəlif  suallar  verirdi:  maşını  hansı  sürətlə  sürürdüm,  onu  nə  vaxt

gördüm,  nə  üçün  o  dəqiqə  əyləci  basmadım.  Bir‐birindən  axmaq  suallardı...”).  Biz  vəkilin  nitq

mədəniyyətindən söhbət açaraq, eyni zamanda onun davranış mədəniyyətinə də qısa bir səyahət

edəsi  olduq,  araşdırmamızın  geniş  və  əhatəli  olması  üçün.  Bu  səyahətimiz  nəticəsində  vəkillik

fəaliyyəti  zamanı  təcrübədə  rast  gəldiyimiz  bəzi  ağlasığmaz  hadisələrin  şahidi  olduq  ki,  bunlarda

ətraflı söz açmağı bir vəkil (daha çox, insan) kimi məsləhət bilmədik. Lakin bir hadisəni xüsusilə qeyd

etməyi borc bilirik ki, bu, vəkilin kütləvi informasiya vasitələrinin (qəzet, sayt və s.) əməkdaşlarını

hansısa vasitə ilə ələ alaraq prosessual iştirakçısı olduğu işlər üzrə qarşşı tərəflər barəsində mütəmadi

olaraq inanılmaz məlumatların yazılmasında, baxılan işə təsir edəcək gücə malik insanların əsassız

olaraq  adının  hallanmasında,  həmin  insanların  şüurunda  müəyyən  bir  düşüncənin  yaranmasında

(düzgün olmayan düşüncənin) və buna oxşar məlumatların yayılmasında rolunun olmasıdır. Vəkilin

belə  bir  hərəkəti  barəsində  mövqeyimiz  birmənalıdır,  bu  hərəkəti  mədəniyyətsiz  və  insanlığa

yaraşmayan bir hərəkət hesab edərək, tarixin, cəmiyyətin və insanlığın ixtiyarına buraxırıq.

Platonun (Müəllif qeydi: E.ə. 427‐347‐ci illərdə yaşamış antik yunan filosofu Platon (Əflatun)

nəzərdə tutulur.) baxışlarına görə, əxlaqla düzgünlük, insanların öz vəzifələrini yerinə yetirməsinə

qulluq  eləmək  üçündür,  bu  dəyərlər  insanları  öz  bacarıqlarını ən  yetkin  durumlara  qaldırmağa

yönəldir.

Qarşındakı insan qanunu bilməyə bilər, zatən o, qanunu bilmədiyi üçün vəkilə müraciət edib,

lakin vəkil istər qanunu, istərsə də qanunun tətbiqinin formasını ona, olduğu kimi deyil, başa düşə

bildiyi kimi anlatmalıdır, bu vəziyyət, eləcə də bu mədəniyyət vəkilə məhz vəkillik vəzifəsini şərəflə

yerinə yetirmək kimi dəyərə sahib edir.

Əvvəlki  hissələrdə  qeyd  etdiyimiz  kimi,  vəkilin  nitq  mədəniyyətində  şüur  başlıca,  bəlkə  də

birinci  önəm  daşıyan  bir  hissədir  (Müəllif  qeydi:  Nobel  ödüllü  Yasunari  Kavabata  (1899‐1972)

deyirdi:  “Kamil  yol  uçuruma  bənzəyir;  onda  nə  çatşmazlıq,  nə  də  artıqlıq  var.  Seçimimizdən  asılı

olaraq biz onu itiririk. Heç bir xarici nəsnədən yapışmayan və daxili boşluqla yaşamayın, ağıl vəhdət

üzərində brqərar olanda ikilik öz‐özünə yoxa çıxır.”). Şüur məsələsinə bir daha qayıtmaq fikrindən

uzaq duraraq, oxucuya məhz bu mövzunun nə dərəcə əhəmiyyətli və zəruri olduğunu çatdırmaq üçün

bunu xatrlatmağı özümə borc bilirəm.

Vəkil olduğu məkan və zamandan asılı olmayaraq çalışmalıdır ki, onunla ünsiyyət mübahisəyə

çevrilməsin, yaxud yaranmş mübahisədən kənar dayansın, ümumiyyətlə yaranmış mübahisənin sakit

həll  olunmasına  çalışmaq,  yaxud  buna  cəhd  etmək  bir  qədər  mürəkkəb  yaraşmadır.  Məhz  bu

yanaşmaya münasibətimiz hansı səviyyədə olmasını nümayiş etdirmədən tərəfimizdən irəli sürülmüş

mübahisə mövzusu ilə bağlı bəzi nüansları diqqətə çatdırmaq niyyətinə düşərək bildirirk ki, çalışın

mübahisə etməyin, əgər, edirsiniznsə unutmayın ki:

1) axmaqsınız, çünki, mübahisə etdiyiniz insan iradə ifadəni düzgün hesab etməyərək sizinlə

mübahisə etdiyi zaman siz onun düzgün olduğunu bilir, lakin məblubiyyəti həzm edə bilməyib, bu,

mübahisəni davam etdirirsiniz;



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  26 ­




­  27 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

2) ağılsızsınız, çünki, mübahisə etdiyiniz insanın iradə ifadəsinin düzgün olmadığına və onu

inandıra bilmədiyinizə əminsiniz, lakin bu, mübahisəni davam etdirirsiniz;

3) ağıllısınız, çünki, mübahisə etdiyiniz insanın iradə ifadəsinin düzgün olmadığına və onu

inandıra bilmədiyinizə əminsiniz və bunu bilib, zamanınıza və şüurunuza hörmət əlaməti olaraq

susur, özünüzü məğlub kimi göstərirsiniz.



MƏSULİYYƏT

Əgər biz təcrübədə baş verən hadisələri təhlil etsək görərik ki, vəkilin prosesdə iştirakı əksər

vaxtlarda təzyiqlərə məruz qalır (Müəllif qeydi: Bu digər yardıcılıqda da öz əksini tapırdı. Məsələn,

2015‐ci  il  üçün  "İlin  bədii  filmi"  seçimi  üzrə  Oskar  mükafatına  namizəd  olan  "Cəsus  körpüsü"

(rejissor: Stiven Spilberq) filmi real hadisələr əsasında çəkilib və filmdə "vəkil" obrazı mövcuddur

ki, filmdə cəsusu müdafiə edən vəkil C.Donovanın cinayət işinə baxan hakimin, işdə iştirak edən

prokurorun, hətta insanların təzyiqinə məruz qalması faktı diqqətə çatdırılır. Bu hadisələr vəkillik

institutunun müasir formada fomalaşmasında mühüm yer tutan əsas dövlət olan Amerika Birləşmiş

Ştatlarında  baş  verir  və  bu  onu  göstərir  ki,  məkan  və  zamanından  asılı  olmayaraq  vəkil  həmişə

təzyiqlərə məruz qalır (əlavə olaraq bax: yazıçı Maykl Konnelinin eyni adlı romanı əsasında rejissor

Bred Furmanın çəkdiyi “Vəkil üçün linkoln” filminə). Baxmayaraq ki, ABŞ‐da vəkillik təcrübəsinə

xüsusi yer verən kifayət qədər film mövcuddur ki, bu filmlərin əksəriyyətində vəkil obrazı elə bir

səviyyədə  tamaşaçıya  çatdırılırdı  ki,  hətta  tamaşaçı  yekun  qərarın  hakimdən  deyil  məhz  vəkilin

düşüncəsindən asılı olmasına inanır. Diqqət edin, filmlərdə vəkil obrazı məhkəmə iclasında istədiyi

zaman yerində prosesin gedişatına müdaxilə edir, qarşı tərəfin üstünə qışqırır, hakim ona əsəbləşir,

çıxış edərkən məhkəmə zalını gəzməyə başlayır, istədiyi səs tonu ilə danışır və s. Bu barədə biz

əvvəlki hissələrdə hüquq sisteminin hansı formada olması və bunun vəkilliyin inkişafına necə təsir

etməsi, eyni zamanda vəkilin bir vəkil kimi formalaşmasında oynadığı başlıca rolu göstərmişik.).

İstər hüquqi yardım göstərilən şəxslər, istərsə də digər şəxlər (bu, əksər hallarda qarşı tərəf olur)

tərəfindən  vəkilə  qarşı  hansısa  bir  təzyiqin  göstərilməsi  qanuna  zidd  hərəkətdir.  Lakin  buna

baxmayaraq şəxsin belə bir hərəkət etməsi vəziyyətinə gətirilməsində, hardasa vəkilin də təqsiri

az deyil. Beləliklə, vəkil etdiyi və edəcəyi hərəkətin insanlarda hansısa bir pis emosiya yaradacağını

öncədən bilməli və bunun qarşısını almağa çalışmalıdır. Məhz unutmaq lazım deyil ki, bu hərəkətlərə

yol verməsinə görə vəkil müəyyən məsuliyyət daşıyır.

Apardığımız  araşdırma  zamanı  müəyyən  edilmişdir  ki,  vəkilə  müraciət  edən  müştərilərin

bəzilərində yaranmış narazılığın başlıca səbəbi vəkilin onlara qarşı lazımınca, yaxud ümumiyyətlə

hörmət  göstərməməsidir.  Məsələn,  vətəndaş  B  vəkillə  bağlı  iradında  bildirmişdir  ki,  vəkil  onun

danışığını sonacan dinləməmiş və fikrini tam ifadə etməyə mane olmuşdur. Digər vətəndaş S isə

ifadəsində  göstərmişdir  ki,  vəkilin  onu  dinləməməsinin  səbəbi  onun  nitq  qüsurunun  olması

olmuşdur ki, bununla da özünü əsassız olaraq ayrı‐seçkiliyin qurbanı hesab edir.

Əsasnamənin 8.2‐ci bəndinə görə, vəkil insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını

pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək hərəkətlərə (və ya hərəkətsizliyə)

yol verməməlidir.

Əsasnamədən  fərqli  olaraq  ümumi  müddəların  nəzərdə  tutuan  Qanun,  nitqlə  bağlı  bəzi

xüsusatları  toxunmuşdur.  Belə  ki,  Qanunun  18‐ci  maddəsində  nəzərdə  tutulan  vəkil  etikasına,

vəkilin insanın şərəf və ləyaqətini alçaldan kobud təhqiramiz hərəkətlərə və sözlərə yol verməməsi,

məhkəmə  iclasında  çıxış  edənlərin  sözlərini  kəsməməsi  kimi  müddəalar  öz əksini  tapmışdır.

Göründüyü kimi sözügedən müddəalarda vəkilin nitqinin məzmunu və zaman barəsində müəyyən

xüsusi qaydaların olması nəzərə çatdırılır. Əvvəl qeyd etdiyimiz kimi, bunların pozulması vəkilin

məsuliyyətə  səbəb  olmasına  gətirib  çıxardır.  Belə  ki,  Əsasnamənin  14‐cü  maddəsinə  əsasən,

davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.

Unutmaq lazım deyil ki, belə hərəkət (hərəkətsizlik) nəticəsində vəkil barəsində intizam icraatı




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə