Jurnal XII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə3/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   2   3   4   5   6   7   8   9   ...   29

­  4 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

olar ki, bu cinayət tərkibi əslində başqa cinayət tərkiblərinin elementlərinin hibrid edilməsi yoli ilə

süni olaraq yaradılmışdır.

Fikrimizə  aydınlıq gətimək  üçün  AR  CM‐nin  xuliqanlıqdan  bəhs  edən  221‐ci  maddəsinin

mətninə  diqqət  yetirmək  kifayətdir.  Belə  ki,  həmin  maddənin  mətnində  ictimai  təhlükəsizlik  və

ictimai qayda əleyhinə cinayətlərin elementləri (ictimai qaydanın kobud surətdə pozmaq) ilə yanaşı

həyat  və  sağlamlıq əleyhinə  (vətəndaşlar  üzərində  zor  tətbiq  edilməsi  və  ya  belə  zorun  tətbiq

edilməsi hədəsi), mülkiyyət əleyhinə (özgə əmlakının məhv edilməsi və ya zədələnməsi) cinayət

kimi  tovsif  edilə  bilən  əlamətlər  də  vardır.  CM‐nin  221.2‐ci  maddəsində  isə  belə  cinayətlər  üçün

məsuliyyəti ağırlaşdıran tövsifedici hal kimi idarəetmə qaydaları əleyhinə olan əlamətlər (ictimai

qaydanın pozulması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan

hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) kimi əlamətlər də nəzərdə tutulmuşdur. Zahirən

ictimai  qaydanın  pozulması  ilə  əlaqəsi  olmasa  da  bir  sıra  hallarda  ictimai  mənəviyyat,   xüsusilə

qadınlara qarşı kobud və nalayiq hərəkətlərin də məhkəmə təcrübəsində xuliqanlıq hadisəsi kimi

qiymətləndirilməsini  nəzərə  alsaq  xuliqanlıqla  “qohum”  cinayət  tərkiblərinin  dairəsinin  kifayət

qədər genişliyinin şahidi olarıq. Bu fakt xuliqanlıq adlandırılan cinayət tərkibinin bir sıra hallarda

CM‐nin başqa fəsillərində (18,23,27 və 34‐cü fəsillər) nəzərdə tutulan cinayətlərin elementlərindən

süni surətdə yaradılması barədəki fikrimizin əsassız olmadığına dəlalət edir.

Yuxarıda qeyd etdik ki, xuliqanlıqdan bəhs edən AR CM‐nin 221‐ci maddəsinin hazırda qüvvədə

olan mətni RF CM‐nin  213‐cü maddəsinin ilkin (24/VII‐07‐ci iə qədərki) variantının tərcüməsidir.

Deməli xuliqanlıq cinayətinin AR CM‐nin 221‐ci maddəsi ilə nəzərdə tutulan mahiyyəti RF CM­nin

ilkin variantındakı anlamından fərqli şəkildə qəbul edilməsi məntiqə zidd olardı. Lakin təəssüf ki,

bu,  məhz  belədir.  Yəni  eyni  mənbədən  qaynaqlanan  norma  məhkəmələr  tərəfindən  müxtəlif

mənalarda qəbul və təfsir edilir.

Məsələn, hazırda qüvvədə olan AR CM‐nin 221‐ci maddəsində olduqu kimi RF CM‐nin 213‐cü

maddəsinin ilkin variantında da xuliqanlığın silah və ya silah qismində istifadə edilən əşya tətbiq

etməklə törədilməsi məsuliyyəti ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərdə tutulurdu. RF CM­nin

213‐cü maddəsinin  mətninin əvvəlki variantının qüvvədə olduğu bütün müddətdə həm bizdə, həm

də  Rusiya  Federasiyasında  xuliqanlıq  hadisəsi  vaxtı  silahın  nümayış  etdirilməsi  də  silah  tətbiq

edilməsi kimi qəbul edilirdi. RF Cinayət Məcəlləsinin istisnasız olaraq bütün kommentariyalarında

bu  mövqe  dəstəklənmişdir  və  dəstəklənməkdə  davam  edir.  RF  Ali  Məhkəməsi  Plenumunun

“Xuliqanlıq və xuliqanlıq zəmnində törədilən başqa cinayətlərlə bağlı cinayət işləri üzrə məhkəmə

təcrübəsi haqqında” 2007‐ci il 15 noyabr tarixli qərarında qeyd olunur ki, xuliqanlıq hadisəsi vaxtı

silahın,  o  cümlədən  doldurulmamış,  nasaz,  istifadəyə  yararsız,  dekorativ,  suvenir,  hətta  oyuncaq

silahın  nümayiş  etdirilməsi  də  silah  tətbiq  etmə  kimi  qiymətləndirilməlidir  .  AR  Ali  Məhkəməsi

Plenumunun  “Xuliqanlıq  işləri  üzrə  məhkəmə  təcrübəsi  haqqında”  2004‐cü  il  23  mart  tarixli

qərarında  bu  məsələyə  toxunulmasa  da  2011‐ci  ilə  qədər respublikanın  məhkəmə  təcrübəsi

xuliqanlıq hadisələri zamanı silah nümayiş etdirilməsi məsələsində eyni mövqedən çıxış etmişdir.

Lakin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan respublikası Cinayət

Məcəlləsinin    221.3‐cü  maddəsinin  şərh  edilməsinə  dair”  2011‐ci  il  20  may  tarixli  qərarı  qəbul

edildikdən  sonra  bu  məsələdə  respublika  məhkəmələri mövqelərini  dəyişməli  oldular.  Çünki

Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilmişdir ki, xuliqanlıq hadisəsi zamanı silahın

nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu edəcəyi ilə şifahi (sözlə) hədələmə,

həmçinin  xuliqanlıq  zamanı  yararsız  odlu  silahdan  istifadə  edilməsi  əməlin  Cinayət  Məcəlləsinin

221.3‐cü maddəsi ilə tövsif edilməsi istisna edir.

Göründüyü kimi eyni məsələ barədə iki yüksək məhkəmə orqanları biri‐digəri ilə daban­dabana

zidd olan iki mövqə nümayiş etdirmişlər. Hazırda məhkəmələr belə işlərə baxılarkən silahın nümayiş

etdirilməsi məsələsində şübhəsiz ki, Konstitusiya Məhkəməsi Plenumunun qərarına uyğun hərəkət

edirlər. Bizim subyektiv fikrimizə görə bu məsələdə RF Ali Məhkəməsi Plenumunun mövqeyi daha

məntiqi    görünür.    Çünki     xuliqanlıq     hadisəsi     törədilərkən    silah    və    ya    silah   qismində




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  5 ­

istifadə edilən əşyaların tətbiqi (tətbiqinə cəhd edilməsi) və ya nümayiş etdirilməsi zərərçəkmişə

qarşı təkcə fiziki deyil, həm də psixi təsir vasitələrindəndir. Silahın nümayiş etdirilməsi hüquqa zidd

hərəkətlərə yol verən təqsirkar üçün əlavə stimul yaradır, onun özünə inamını artırır, psixi üstünlük

əldə etdiyinə arxayınlaşaraq qanunazidd hərəkətlərini davam etdirir. Belə hərəkətlər zərərçəkmişin

müqavimət  göstərmək  əzmini  zəiflədir,  nəticədə  sonuncular başqa  şəxslər,  bəzi  hallarda  isə

qohumları yanında alçalmış vəziyyətə düşürlər.

Məsələn, təsəvvür edək ki, ictimai yerdə təqsirkar şəxs heç bir səbəb olmadan , yaxud cüzi

səbəbdən zərərçəkmişi ailə üzvü yanında ağır təhqir edir, vurur və eyni zamanda odlu silah nümayiş

etdirərək  tətbiq  edəcəyi  ilə  hədələyir.  Təbii  ki,  belə  situasiyalarda  nə  zərərçəkmiş,  nə  də  hadisə

yerində  olanlar  təqsirkarın əlindəki  silahı  real  olaraq  tətbiq  edib‐etməyəcəyini  əvvəlcədən  bilə

bilməzlər. Məşhur bir məsəl də var ki, dolu olan odlu silah nə vaxtsa atəş açmalıdır. Təbii ki, belə

vəziyyətdə zərərçəkmişin düşüncəsi təqsirkarın silahdan atəş aça bilməsi imkanına köklənmiş olur.

Göstərilən situasiyada təqsirkarın silahı nümayiş etdirməsi, tətbiq edəcəyi ilə hədələməsi şübhəsiz

ki, onun hərəkətlərinə qarşı zərərçəkmişin adekvat tədbirlər görmək, təqsirkara fəal müqavimət

göstərmək  imkanını  azaldır.  Mənəvi  sarsıntı  keçirən  zərərçəkmiş,  başqaları,  xüsusilə  qohumları

yanında özünü alçalmış hesab edir. Psixoloji üstünlük eldə edən təqsirkar isə məhz silah nümayiş

etdirməsi səbəbindən əldə etdiyi üstünlükdən istifadə etməklə əməlini davam etdirir.

Məsələyə bu aspektdən yanaşdıqda hesab edirik ki, xuliqanlıq hadisəsi zamanı silah nümayiş

etdirilməsi, zərərçəkmişin bu silahla şifahi sürətdə də olsa hədələnməsi elə də əhəmiyyətsiz məsələ

deyildir.

Yuxarıda qeyd etdik ki, xuliqanlıq məfhumunun anlayışı ilə bağlı qanun normaları uzun illər

ərzində  dəfələrlə  dəyişikliklərə  məruz  qalmış,  səlahiyyətli  məhkəmə  orqanları  xuliqanlıqla  bağlı

qanun  normalarının  mahiyyəti,  təcrübədə  tətbiqi  sahəsində  izahlar  və  şərhlər  vermişlər.  Buna

baxmayaraq  bu  növ  cinayət  hadisələrinin  hüquqi  tövsifi  məsələlərində  çatışmazlıqlar,

anlaşılmazlıqlar hər zaman olduğu kimi indi də mövcuddur. Bu, xüsusilə xuliqanlıq cinayətlərinin

obyektiv cəhətlərinin müəyyənləşdirilməsi məsələlərinə aiddir. Belə bir faktı inkar etmək olmaz ki,

bu cinayətlərinin obyektiv cəhətinə qiymət verilməsi məsələsində istintaq‐məhkəmə orqanları daha

çox səhvə yol verirlər. Məhz bu cinayətlərin obyektiv cəhətlərinin müəyyənləşdirilməsi məsələsində

hüquqşünaslar  uzun  illər  ərzində  ortaq  məxrəcə  gələ  bilməmişlər  və  bu  da  qanun  normalarının

kamil  olmamasına  öz  təsirini  göstərmişdir.  Nisbətən  yaxın  keçmişdə  MDB  ölkələrindəki  cinayət

qanunlarında xuliqanlıq cinayətlərində fərqli baxışın nümayiş etdirilməsi onu göstərir ki, bu sahədə,

yəni xuliqanlıq cinayətlərinin  mahiyyəti, onun təkmilləşdirilməsi ilə bağlı axtarışlar davam edir. Bu

tendensiyanın  nə  vaxtadək  davam  edəcəyini,  ona  nə  vaxt  nöqtə  qoyulacaqını  proqnozlaşdırmaq

imkan xaricindədir.

Xuliqanlıq adlandırılan hadisələrin mahiyyəti, bu cinayət tərkibini nizama salan normaların

tez­tez dəyişdirilməsi, tətbiqi zamanı yaranan çətinlıklər, yuxarı səlahiyyətli məhkəmə orqanlarının

bu cinayət növü ilə bağlı heç də həmişə biri‐digəri ilə uzlaşmayan şərhlər və izahlar verməsi bizim

fikrimizcə xuliqanlıq cinayətlərinin CM‐nin digər fəsilləri ilə nəzərdə tutulan başqa cinayət tərkibləri

ilə  “genetik  bağlılığı”  ilə  əlaqədardır.  Yuxarıda  da  qeyd  etmişdik  ki,  CM‐nin  221‐ci  maddəsi  ilə

nəzərdə tutulan norma əslində cinayət qanununun başqa fəsilləri (18,23,27,34) ilə nəzərdə tutulan

cinayət tərkibi elementlərinin  bir qapaq altında birləşdirilməsindən ibarətdir.

İstər‐istəməz  belə  bir  sual  meydana  çıxır  ki,  hazırda  xuliqanlıq  kimi  qəbul  edilən  cinayət

tərkinindən birdəfəlik imtina edilsə qanunvericiliyimiz, umumiyyətlə cəmiyyətimiz nədən məhrum

ola bilər?

Fikrimizcə  belə  dəyişiklik  edilməsi  nə  cinayət  qanununun  konsepsiyasına,  nə  də  cəzanın

məqsədinə  neqativ  təsir  göstərməyəcəkdir.  Cinayət  qanununda  belə  bir  dəyişiklik  baş  verərsə

hazırda xuliqanlıq kimi qiymətləndirilən ictimai təhlükəli əməllər cinayətin yönəldiyi obyektdən,

törədilmə  üsulundan  ,  motivindən  və  nəhayət  baş  vermiş  nəticədən  asılı  olaraq  CM­nin  müvafiq

fəsillərinin  maddələri  ilə  tövsif  ediləcəkdir.  Əməlin  obyektiv  cəhətində  xuliqanlıq  elementləri

olduqda isə bu, müvafiq maddədə məsuliyyəti ağırlaşdırıcı tövsif edici əlamət kimi nəzərə alına bilər.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə