Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   11   12   13   14   15   16   17   18   ...   29

açıla  və  o,  intizam  məsuliyyətinə  cəlb  oluna  bilər.  Belə  ki,  “Vəkillik  və  vəkil  fəaliyyəti  haqqında”

Qanunun 22‐ci maddəsinin 1‐ci bəndinə əsasən, vəkil peşə borcunu həyata keçirərkən bu qanunun

və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin,

o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə

cəlb edilir.

Beləliklə, vəkilin nitq mədəniyyətinə sahib olması, yaxud onun bir daşıyıcısına çevrilməsi onun

gələcəkdə üzləşdiyi məsuliyyətdən kənar saxlamaqla yanaşı ona əvəzsiz insani keyfiyyət və dəyərlərə

sahib olmaq imkanı yaradır. Şüurlu insan bu imkandan yetərincə yararlanaraq həm özünə, həm də

ətrafdakılara nümunə olmalı, onları özünə hörmət və qayğı göstərməyə imkan yaratmalı, nəzərləri

cəlb edəcək bir səmimiyyət nümunəsinə çevrilməlidir.

Məhkəmə məsuliyyəti – prosessual məsuliyyəti nəzərdə tutur. Belə ki, istər CPM‐də, istərsə də

MPM‐də (Müəllif qeydi: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi nəzərdə tutulur.)

müvafiq işlər üzrə məhkəmə iclasında qaydaları pozan şəxslər barəsində tətbiq edilən prosessual

tədbirlər mövcuddur. Bütün bunlar CPM‐in 310.6‐ci, MPM‐in 177‐ci maddələrində öz əksini tapmışdır.

Tənzimlənməsinin genişliyinə görə CPM bu məsələdə üstünlük təkil edir. Belə ki, CPM‐in 92.11.7­ci

maddəsinə görə, məhkəmə iclasında qaydaya riayət etmək vəkilin vəzifəsidir. Həmin vəzifəyə vəkil

tərəfindən  əməl  edilməməsi  isə  vəkili CPM‐in  310.6‐cı  maddəsində  nəzərdə  tutulan  tədbirlərdən

azad edir.

Beləliklə, istər  məhkəmədən  kənar,  istərsə  də  məhkəmədə  baş  vermiş  hərəkətlərə

(hərəkətsizliyə)  görə  vəkilin  məsuliyyəti  demək  olar  ki,  “Vəkillər  və  vəkillik  fəaliyyəti  haqqında”

Qanunla tənzimlənir.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XII nömrə

­  28 ­




­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Toğrul Quluzadə

Hüquqşünas

DELİKT VƏ ROBOTLAR ARASINDA

HANSI ƏLAQƏ VAR?

Bəşəriyyətin müxtəlif mürəkkəb tipli robotların, androidlərin və süni intellektin (Sİ) geniş

yayılan təzahürləri erasında dayandığını və sənaye və texnologiya aləmində insanın təsir etmədiyi

sahə  qalmadığını  nəzərə  alsaq,  qanunvericiliyin  bu  sahələrin  təsiri  altında  təkmilləşdirilməsinə

ehtiyac duyulduğu açıq‐aydın görsənər.

Bu  sahədə  robotların  təsiri  ilə  yaranan  hüquq  münasibətlərini  müzakirə  etməzdən  əvvəl

robotların  təyinat  və  ya  klassifikasiyasını  ehtiva  edən  elementləri  nəzərdən  keçirməyə  ehtiyac

vardır. Bu,  bizə  hansı  tip  robotlar  barəsində  danışıldığını  anlamağa  imkan  yaradacaqdır.  Bu

elementlər aşağıdakılardır:

· 

Ətraf aləmlə informasıyanın mübadiləsi zamanı sensorlar vasitəsilə müstəqil qərarvermə



və ya hərəkətetmə  bacarığı;

· 

Təcrübə keçmə zamanı tezöyrənmə bacarığı;



· 

Robotların fiziki forması ilə əlaqədar onların formalaşması və ətraf aləmə təsiri;

· 

Onun davranışının və hərəkətlərinin ətraf mühitə uyğun tənzimlənmə bacarığı.



Yuxarıda adıçəkilən elementlər xüsusi tipli mürəkkəb robotları və androidləri ehtiva edir.

Bildiyimiz kimi, cəmiyyətimizdə yaranan bir cox risklər yuxarıdakı elementləri özündə ehtiva

edən  müstəqil  hərəkət  edən  robotlarla  əlaqələndirilir. Bu  cür  potensial  risklər  texnologiyanın

inkişafı  ilə  daha  geniş  vüsət  almaqdadırlar. Bu  mövzunun  qanunvericilik  tərəfindən  diqqət

mərkəzinə alınmasının bir sıra səbəbləri vardır ki, onların sırasına insanların təhlükəsizliyi faktoru

xüsusi olaraq vurğulanmalıdır. Robotun  davranışında  həm  mülki,  həm  də  cinayət  hüquq

münasibətlərinin təzahürləri vardır, lakin, bu yazıda daha cox mülki hüquq münasibətləri, başqa

sözlə, müqavilə və müqavilədən kənar (delikt) öhdəliklərindən danışılacaq. Bu yazının məqsədi

mülki  hüquq  öhdəliyi  sahəsində  robotların  hüquq  münasibətlərini  tənzimləmək  üçün  hər  hansı

qanunvericilik alətlərinin hazırlanması təklifinin irəli sürülməsidir.

Belə  ki,  robotların  müstəqil  hərəkəti  zaman  (avtomobil,  tozsoran,  qayğıkeş  robot,  ictimai

asayişin qorunması üçün istifadə edilən robotlar və s.) onun sistem kodunun yanlış işləməsi, robotun

sisteminin  pozulması  və  ya  sıradan  çıxması  bir  çox  potensial  zərərə  və  itkilərə  səbəb  ola  bilər.

Qanuvericilik  həmin  yaranan  itkilərə  və  zərərə  görə  kimin  məsuliyyət  daşıyacağı  və  bununla

əlaqədar robotların hansı hüquqi statusu malik olması kimi suallara birmənalı cavab verə bilmir.

Məsələn, əgər sizin tozsoran robot döşəməni təmizlədiyi zaman evdə olan hər hansı əşyanı

sındırarasa, kimə qarşı iddia qaldırılmalıdır kimi sual yaranır; istehsalçıya, satıcıya, istehlakçıya və

ya robotun özünə ?

Bundan başqa, bunun təsiri dolayı da görsənsə, insan hüquqları, robotların insanları həyatın

bir çox sahələrində əvəz etdiyi zaman, ön plana çəkilə bilər, məsələn, qaygıkeş ana robotu insanın

həyata keçirdiyi funksiyaları yerinə yetirdiyi zaman, insan hüquq və azadlıqları bu münasibətlərdən

təsirsiz ötüşmür.



­  30 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Sənaye və texnologiya sahəsində robotların və süni intellektin sürətli inkişafını və bununla

bərabər yarana biləcək itkiləri və zərərin potensialını nəzərə alaraq, onların tətbiqi və ya istifadəsi

zamanı bu cür problemlərin qarşısını almaq üçün artıq ABŞ, Yaponiya, Çin və Cənubi Koreya, habelə

Avropa Birliyi qanunvericiliyin bu sahədə təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər görməyə

başlamışdır.

Yuxarıdakı suallara cavab tapmaq üçün ilk növbədə robotların hansı hüquqi statusa malik

olması kimi məsələ araşdırılmalıdır.



Robotlar hüququn subyekti kimi:

Robotların hüquqi subeykt kimi statusunun müəyyən edilməsi, onların hansı hüquq öhdəliklər

sinifinə aid olduğunu, başqa sözlə, öhdəliklərinin klassifikasiyasını və süni intellektdəki statusunun

müəyyənləşdirilməsi, hüquq sahəsində hüququn tamlığı və səffaflığı baxımında yuxarıda adıçəkilən

subyektlər (istehsalçı, satıcı, istehlakçı və ya robot) üçün vacib əhəmiyyət daşıyan məsələdir.

Bildiyimiz  kimi,  hüquq  hal‐hazırda  iki  tip hüquqi statusu  ayırd  edir:  subyekt  statusuna  və

obyekt statusuna aid olunanlar.

Hüququn subyekti dedikdə, onun hüquq qabiliyyətinin olması, başqa sözlə, hüquq və vəzifələrə

malik  olması,  hüquq  və  vəzifələr  çərçivəsində  fəaliyyət  göstərməsi  və  s.  kimi  elementlər  başa

düşülür.


Hüququn  obyektləri  isə  hüquq  və  vəzifələr  daşımasalar  və  ya  hüquq  və  kommersiya

müstəvisində əmələ gələn münasibətlərin iştirakçıları olmasalar belə, iqtisadi dəyərə malik olurlar.

Məsələn,  əşyalar,  heyvanlar  və  s.  Obyektlərdən  fərqli  olaraq,  yalnız  subyektlərə  qarşı  iddia

qaldırmaq olur.

Nəzərə alsaq ki, robotların obyekt statusuna malik olma ehtimalı daha çoxdur, sual yaranır:

hansı fiziki və ya hüquqi şəxsə iddia qaldırılmalıdır ?

Bu cür müstəqil robotların mövcudluğu hüquq subyektləri və obyektləri arasında fərqi daha

da mürəkkəbləşdirir.

Müəllifin  fikrincə,  baxmayaraq  ki,  robotlar  hüquqi  subyektliyinə  malik  deyillər,  onlar

qanunauyğun  və  ya qanunazidd dizayn  edilə  və  ya  proqramlaşdırıla  bilərlər.  Məsələn,  robot

avtobobili tıxac qaydalarına riayət edilməsi ilə bağlı proqramlaşdırıldıqda, müəyyən məqamda o

qanunu başa düşür, baxmayaraq ki, qeyri‐düşüncə qabiliyyətinə malikdir. Və ya robotlar hər hansı

qeyri‐qanuni  malların  alınması  üçün  proqramlaşdırıldıqda, həmin  malların  alğı‐satqısı  robotlar

tərəfindən həyata keçirələcək və ya əksinə olaraq onlar mövcud olan sistem vasitəsilə qeyri‐qanuni

hərəkət  barədə  siqnal  alacaq. Təbii  ki,  yuxarıda  göstərilən  dizayn  növləri  yaradılan  robotun

məqsədlərinə uyğun olmalıdırlar.

Ümumiyyətlə, robotun  hansı  hüquqi  statusa  malik  olması  sualına  birmənalı  cavab  tapmaq

çətindir və bu yazının nəticə hissəsində bu məsələ ilə bağlı müəllif öz təklifini vermişdir.



Hüquq öhdəliyi:

Birmənalı olaraq belə bir fikir irəli sürülür ki, robotlar tərəfindən səbəb olan zərər və onun

kompensasiyası mülkiyyətə vurulan zərərdən başqa, hər hansı digər zərər növünü və ya öhdəlik

növünü məhdudlaşdırmamalıdır. Yəni, robotlar tərəfindən vurulan zərər öhdəlik hüququn bütün

sahələri tərəfindən tənzim olunmalıdır.

Məlum  olduğu  kimi “mens  rea”nın  olub‐olmaması  zərər  vuranı  məsuliyyətdən  azad  etmir.

Yəni,  törədilən  zərərdə  qəsdin  və  ya  niyyətin  olmaması  heç  də  mülki  öhdəliyin  və  ya  cinayət

məsuliyyətin olmaması demək deyil. Bəs bu halda kim cavabdehdlik daşıyır?

Prinsipcə,  sonuncu  cavebdehlik  daşıyan müəyyən edildiyi  zaman,  onun öhdəliyi  robota  və

onun müstəqilliyinə verilən instruksiyanın real dərəcəsinə mütanasib olmalıdır, belə ki, robotların

öyrənmə bacarığı və müstəqilliyi daha geniş olduğu təqdirdə, tərəflərin öhdəliyi bir o qədər aşağıdır,



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə