Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

­  45 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Ərizəçinin qurban statusu

23. 08 aprel 2009‐cu il tarixdə ərizəçinin əvvəlki vəzifəsinə bərpa olunmasından və itirilmiş gəlir

üçün kompensasiyanın ödənilməsindən sonra Hökumət iddia edib ki, ərizəçi artıq “qurban” hesab

oluna bilməz, ona görə ki, Konvensiya hüquqlarının pozulması daxili müstəvidə bərpa olunmuşdur.

24.  Ərizəçi  bu  məsələni  şərh  etməmişdir.  Lakin  o,  şikayət  edib  ki,  onun  itirilmiş  gəliri  düzgün

hesablanmamışdır.

25.  Məhkəmə  xatırladır  ki,  əgər  milli  hakimiyyət  orqanları  açıq­aşkar  və  ya  mahiyyət  etibarilə

Konvensiyanın pozuntusunu təsdiq edib kompensasiyanı təqdim etməzlərsə, ərizəçinin xeyrinə olan

qərar və ya tədbirlər onu «qurban» statusundan məhrum etmək üçün kifayət etmir (baxın, Amur

Fransaya  qarşı,  25  iyun  1996­cı  il  tarixli  Qərar, Hesabatlar,  1996‐III,  s.  846,  §  36;  və Dalban

Rumıniyaya  qarşı  (Böyük  Palata),  ¹  28114/95,  §  44, İHAM  1999­VI).  Yalnız  bu şərtlər  təmin

edildikdə,  Konvensiyanın  subsudiar  xarakterli  müdafiə  mexanizmləri şikayətin  araşdırılmasının

qarşısını alır.

26. Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə olan qətnamənin icrası və qətnamə ilə təyin olunmuş

məbləğin,  eləcə  də  itirilmiş  gəlirə  görə  kompensasiyanın  ödənilməsi  dövlət  orqanları  tərəfindən

Konvensiya hüquqlarının pozulmasının etirafı kimi mübahisəli şəkildə qəbul oluna bilər. Bununla

bağlı, Məhkəmə ərizəçinin daxili məhkəmələr tərəfindən maddi kompensasiyanın hesablanmasının

iddia olunan qeyri‐düzgünlüyünə aid dəlilini qeyd edir. Bu, ərizəçinin xeyrinə olan qətnamənin tam

icra olunmaması səbəbindən Konvensiya hüquqlarının pozulmasının etiraf edilməməsini iddia edən

dəlil  kimi  qəbul  oluna  bilər.  Məhkəmə  qeyd  edir  ki,  08  aprel  2009‐cu  ildə  ərizəçi  Maliyyə

Nazirliyindəki  əvvəlki  işinə  bərpa  olunmuş  və  itirilmiş  gəlirə  görə  kompensasiya  kimi  müəyyən

məbləğ ona ödənilmişdir. Məhkəmə daha sonra qeyd edir ki, ərizəçinin kompensasiya məbləğinin

hesablanmasında iddia olunan səhvlər barədə şikayəti yeni şikayətlər olmaqla, onun xeyrinə olan

yekun qətnamənin icrasina aid hazırkı işin dairəsinə düşmür. Daha sonra Məhkəmə qeyd edir ki,

ərizəçi 

ona 


ödənilmiş 

məbləğlərin 

hesablanma 

əsasını 


daxili 

məhkəmələrdə

mübahisələndirməmişdir. Belə olan halda, Məhkəmə hesab edir ki, daxili qətnamə tamamilə icra

olunmuşdur.

27. Bununla belə, qətnamənin yeddi ildən artıq müddəti Konvensiyanın Azərbaycana münasibətdə

qüvvəyə mindiyi tarixdən sonrakı vaxta təsadüf etdiyi on bir ildən artıq müddətdə icra olunmamış

qalmasını  nəzərə  alaraq,  Məhkəmə  hesab  edir  ki,  ərizəçiyə  təyin  olunmuş  kompensasiya  yalnız

itirilmiş gəlirə görə daxili maddi kompensasiyanı əhatə edir və 23 fevral 1998‐ci il tarixli qətnamənin

davamlı icra olunmamasında ifadə olunduğu iddia olunan Konvensiya pozuntusu üçün hər hansı

kompensasiya təklif edilməmişdir.

28. Belə olan halda, 23 fevral 1998‐ci il tarixli qətnaməyə müvafiq olaraq ərizəçinin əvvəlki işinə

bərpa olunduğu, maddi zərərə görə kompensasiya aldığı həqiqət olsa belə, Məhkəmə hesab edir ki,

onun xeyrinə görülmüş tədbirlər yenə də onu hazırkı işdə “qurban” statusundan məhrum etmək

üçün kifayət etmir (müqayisə edin, Ramazanova və digərləri Azərbaycana qarşı, ¹ 44363/02, § 38,

01 fevral 2007­ci il).



­  46 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

29. Müvafiq olaraq, Məhkəmə ərizəçinin qurban statusunu itirməsinə dair Hökumətin etirazını rədd

edir.

Nəticə

30. Yuxarıdakıları nəzərə alaraq, Məhkəmə qeyd edir ki, şikayət Konvensiyanın 35‐ci maddəsinin

3‐cü bəndinin mənasında açıq‐aşkar əsassız və ya hər hansı başqa əsasla qeyri‐məqbul deyildir.

Buna görə, o, 15 aprel 2002‐ci ildən sonrakı müddətə aid məqbul elan edilməlidir.

B. İşin mahiyyəti

Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi

və 13‐cü maddəsi

31. Hökumət bildirib ki, müvafiq dövlət orqanları tərəfindən bütün zəruri tədbirlərin görülməsinə

baxmayaraq, 23 fevral 1998‐ci il tarixli qətnamənin icrası mümkünsüz idi, ona görə ki, işdən azad

olunmasından əvvəl  ərizəçinin  çalışdığı  İdarə  ləğv  olunmuşdur.  Hökumət  iddia  edib  ki,  Nazrlik

mütəmadi  olaraq  ərizəçiyə  müxtəlif  vəzifələr  təklif  etmiş,  lakin ərizəçi  onları  rədd  edərək  daha

yuxarı  vəzifələr  istəmişdir.  Bundan  başqa,  Hökumət  bildirib  ki,  23  fevral  1998‐cu  il  tarixli

qətnamənin icra olunmamasına görə ərizəçinin kompensasiya tələbi ilə bağlı 17 yanvar 2003‐cü il

tarixli qətnamə 28 yanvar 2009‐cu ildə icra olunmuşdur.

32. Ərizəçi tələblərini təkrar etmişdir.

33.  Məhkəmə  təkrar  edir  ki,  Konvensiyanın  6‐cı  maddəsinin  1‐ci  bəndi  hər  kəsin  hüquq  və

vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu

mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan

məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin

daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını

mümkün edərsə, bu hüquq xəyali olar. Təbii ki, 6‐cı maddənin 1‐ci bəndinin məhkəmə qərarlarının

icrasını təmin etmədən tərəflərə hər hansı prosessual təminatlar (ədalətli, açıq və sürətli məhkəmə

baxışı)  verməsini  təsəvvür  etmək  mümkün  deyil.  6‐cı  maddənin  yalnız  “məhkəməyə  çıxış”  və

“məhkəmə  prosesinin  aparılması”  prinsipləri  ilə  əlaqələndirilərək  şərh  olunması  Razılığa  Gələn

Yüksək  Tərəflərin  Konvensiyanı  ratifikasiya  edərkən  öz  öhdələrinə  götürdükləri  qanunun  aliliyi

prinsipinin  düzgün  tətbiq  olunmaması  ilə  nəticələnə  bilər. Buna  görə,  Konvensiyanın  6‐cı

maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi

kimi  qiymətləndirilməlidir  (baxın, Hornsbi  Yunanıstana  qarşı,  19  mart  1997­ci  il,  §  40, Qərar  və



Qərardadların Hesabatı, 1997­II).

34.  Məhkəmə  daha  sonra  qeyd  edir  ki,  məhkəmə  qərarının  icrasının  təxirə  salınması  konkret

hallarda əsaslandırılmalıdır.  Lakin  təxirə  salınma  elə  tərzdə  olmamalıdır  ki,  Konvensiyanın  6‐cı

maddəsinin  1‐ci  bəndi  ilə  müdafiə  olunan  hüququn  mahiyyətinə  zərər  vursun  (baxın, Burdov



Rusiyaya qarşı, ¹ 59498/00, § 35, İHAM 2002‐III). Hazırkı işdə qanunsuz işdən çıxarılmadan sonra

öz  vəzifəsinə  bərpa  olunmasına,  eləcə  də  maddi  zərər  üçün  kompensasiyanın  ödənilməsinə  aid

mübahisədə ərizəçinin qələbəsindən faydalanmasının qarşısı alınmamalıdır.

35.  Məhkəmə  qeyd  edir  ki,  Konvensiyanın  Azərbaycana  münasibətdə  qüvvəyə  mindiyi  15  aprel

2002‐ci ildən qətnamənin 08 aprel 2009‐cu ildə icra olunmasınadək Səbail rayon məhkəməsinin

23 fevral 1998‐ci il tarixli qətnaməsi təxminən yeddi il ərzində icrasız qalmışdır. 15 aprel 2002‐ci

ilədək qətnamə təxminən dörd il ərzində icra olunmamışdır. Bu müddət üçün Hökumət tərəfindən

hər hansı ağlabatan izah təqdim olunmamışdır.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə