Jurnal XII



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix15.03.2018
ölçüsü0,61 Mb.
#31713
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

­  43 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

8.  Ərizəçinin  bir  çox  tələblərinə  və  icra  vərəqəsinin  bir  neçə  dəfə  Nazirliyə  göndərilməsinə

baxmayaraq, səlahiyyətli dövlət orqanları qətnaməni icra etmək üçün zəruri addımlar atmamışlar.

9.  18  yanvar  2000‐ci  il  tarixli  məktubla  Nazirlik  ərizəçini  məlumatlandırıb  ki,  Nazirliyin

restrukturizasiyası ilə bağlı İdarə Nazirliyin 28 yanvar 1999‐cu il tarixli daxili əmri ilə ləğv olunmuş

və buna görə onu əvvəlki vəzifəsinə bərpa etmək mümkün olmamışdır.

10.  14  noyabr  2002‐ci  ildə  ərizəçi  Nazirliyə  qarşı  iddia  qaldıraraq,  23  fevral  1998­ci  il  tarixli

qətnamənin  icra  olunmaması  üçün  kompensasiya  tələb  etmişdir.  17  yanvar  2003‐cü  ildə  Nəsimi

rayon məhkəməsi ərizəçinin xeyrinə qətnamə çıxarmışdır. Məhkəmə qeyd edib ki, 23 fevral 1998‐ci

il tarixli qətnamə hələ qüvvədədir və 23 fevral 1998‐ci ildən 17 yanvar 2003‐cü ilədək (qətnamənin

çıxarıldığı tarix) ödənilməmiş əmək haqqı kimi 4.704.000 köhnə azərbaycan manatı (AZM, təxminən

920 avro (EUR)) kompensasiya təyin etmişdir. Bu məbləğ ərizəçinin əvvəlki orta əmək haqqı əsasında

hesablanmışdır.

11. 17 fevral 2003‐cü ildə ərizəçi 17 yanvar 2003‐cü il tarixli qətnamədən apellyasiya şikayəti verərək,

daha yüksək kompensasiya məbləği tələb etmişdir. Eyni zamanda, iş materiallarından görünür ki,

Nazirlik  23  fevral  1998‐ci  il  tarixli  qətnamədən  Ali  Məhkəməyə  kassasiya  şikayəti  verdiyi  üçün

Apellyasiya Məhkəməsindən icraatın dayandırılmasını xahiş etmişdir. Nazirliyin bu tələbindən sonra

Apellyasiya Məhkəməsi qarşısında icraat dayandırılmışdır.

12. 10 may 2006­cı il tarixli qətnaməsi ilə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin

qətnaməsini qüvvədə saxlayaraq kompensasiya məbləğinin düzgün hesablandığını göstərmişdir. 15

mart 2007­ci ildə Ali Məhkəmə apellyasiya instansiyasının qətnaməsini qüvvədə saxlamışdır.

13. 28 yanvar 2009‐cu ildə 17 yanvar 2003‐cü il tarixli qətnamə icra olunmuş və ərizəçi qətnamədə

göstərilən məbləği almışdır (təxminən 920 EUR).

14. 08 aprel 2009‐cu ildə Nazirlik 23 fevral 1998‐ci il tarixli qətnaməni icra etmişdir: ərizəçi əvvəlki

vəzifəsinə bərpa olunmuş və 9.155,12 AZN (təxminən 9.063 EUR) məbləği ona itirilmiş gəlir kimi 17

yanvar 2003‐cü il tarixli qətnamə ilə təyin olunmuş məbləğə əlavə olaraq ödənilmişdir.

HÜQUQİ MƏSƏLƏLƏR

I. İCRA İCRAATININ DAVAMİYYƏTİ ÜZRƏ KONVENSİYANIN 6­cı MADDƏSİNİN 1‐ci BƏNDİNİN, 13‐cü

MADDƏSİNİN VƏ 1 SAYLI PROTOKOLUN 1‐ci MADDƏSİNİN İDDİA OLUNAN POZUNTUSU

15.  Konvensiyanın  6‐cı  maddəsinin  1‐ci  bəndinə, 13‐cü  maddəsinə  və  1  saylı  Protokolun  1‐ci

maddəsinə istinadən, ərizəçi 23 fevral 1998‐ci il tarixli qətnamənin icra olunmamasından şikayət

etmişdir. Konvensiyanın 6­cı maddəsinin 1‐ci bəndi aşağıdakıları nəzərdə tutur:

«Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, ... məhkəmə vasitəsilə ... işinin ədalətli

... araşdırılması hüququna malikdir».

Konvensiyanın 13­cü maddəsi aşağıdakıları nəzərdə tutur:

«Bu  Konvensiyada  təsbit  olunmuş  hüquq  və  azadlıqları  pozulan  hər  kəs,  hətta  bu  pozulma  rəsmi

fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi

müdafiə vasitələrinə malikdir.»

1 saylı Protokolun 1‐ci maddəsi aşağıdakıları nəzərdə tutur:

«Hər  bir  fiziki  və  hüquqi  şəxs  öz  mülkiyyətindən  maneəsiz  istifadə  hüququna  malikdir.  Heç  kəs,

cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş

şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.




­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XII nömrə

Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti

həyata keçirmək, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək

üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.»

A. Şikayətin məqbuliyyəti

Şikayət vermək hüququndan sui‐istifadə

16.  08  aprel  2009‐cu  ildə  ərizəçi  Məhkəməni  məlumatlandırıb  ki,  onun  xeyrinə  olan  qətnamə

müvafiq orqanlar tərəfindən icra olunmuş və o, şikayətini geri götürməyi xahiş edir. Lakin 15 aprel

2009‐cu  il  tarixli  məktubla  ərizəçi  bildirib  ki,  o,  işinə  Məhkəmə  tərəfindən  baxılmasının  davam

olunmasını xahiş edir və 08 aprel 2009‐cu il tarixli məktubu Nazirlik işçilərinin təzyiqi altında və

vəkilinin iştirakı olmadan yazmışdır.

17. Hökumət bildirib ki, ərizəçi şikayət vermək hüququndan sui‐istifadə etmişdir. Onlar qeyd ediblər

ki, 08 aprel 2009‐cu il tarixli məktubla şikayətini geri götürməsinə baxmayaraq, o, sonradan şikayətə

baxılmasının  davam  olunmasını  xahiş  etmişdir.  Hökumətə  görə,  belə  münasibət  Konvensiyanın

aşağıdakıları nəzərdə tutan 35‐ci maddəsinin 3‐cü bəndinin mənasında şikayət vermək hüququndan

sui­istifadədir:

“Məhkəmə  34‐cü  maddənin  müddəalarına  müvafiq  olaraq  verilmiş  istənilən  fərdi  şikayəti  bu

Konvensiya və ya ona dair Protokolların müddəaları ilə bir araya sığmayan, açıq‐aydın əsassız və

ya şikayət vermə hüququndan sui‐istifadə hesab edərsə, qəbul olunmayan elan edə bilər.”

18. Məhkəmə xatırladır ki, qeyri‐adi işlər istisna olmaqla, şikayət sui‐istifadə kimi yalnız o halda

rədd oluna bilər ki, bilə‐bilə yanlış faktlara əsaslansın (baxın, Akdivar və digərləri Türkiyəyə qarşı,

16 sentyabr 1996‐cı il, Qərar və Qərardadların Hesabatı, 1996­IV, §§ 53­54; İ.S. Bolqarıstana qarşı

(qərardad), № 32438/96, 06 aprel 2000‐ci il; və Varbanov Bolqarıstana qarşı, ¹ 31365/96, § 36,

İHAM 2000‐X).

19. Məhkəmə hesab edir ki, ərizəçinin münasibəti şikayət vermək hüququndan sui‐istifadə kimi

qiymətləndirilə bilməz və buna görə, Hökumətin etirazını rədd edir.

20. Ərizəçinin 15 aprel 2009‐cu il tarixli məktubunu nəzərə alaraq, Məhkəmə qeyd edir ki, onun

həqiqətən öz şikayətini geri götürmək niyyəti müəyyən olunmamışdır.

Məhkəmənin ratione temporis səlahiyyəti

21.  Məhkəmə  xatırladır  ki,  o,  yalnız  Razılığa  gələn  Yüksək  Tərəfə  münasibətdə  Konvensiyanın

qüvvəyə minməsindən sonra baş  vermiş   hərəkətlər,   faktlar   və   ya   qərarlarla   Konvensiyanın

pozulmasına dair şikayətləri araşdırmaq səlahiyyətinə malikdir (baxın, Kazımova Azərbaycana qarşı

iş  üzrə  06  mart  2003‐cü  il  tarixli  qərardad,  №  40368/02).  Məhkəmə  qeyd  edir  ki,  Konvensiya

Azərbaycana münasibətdə 15 aprel 2002‐ci ildə qüvvəyə minmişdir.

22. Müvafiq olaraq, Məhkəmənin səlahiyyəti şikayətin yalnız 15 aprel 2002‐ci ildən sonrakı müddətə

təsadüf  edən  hissəsi  ilə  məhdudlaşır.  Şikayətin  qalan  hissəsi  isə  Məhkəmənin  ratione  temporis

səlahiyyətindən kənarda qalır. Buna baxmayaraq, zəruri olduqda, Məhkəmə sözügedən müddətin

əvvəlində mövcud olan vəziyyəti nəzərə alacaq.




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə