Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   4   5   6   7   8   9   10   11   ...   25

­  14 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

4. üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla

şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə – müvafiq olaraq

sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud

üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək (9.3.4);

Normanın  tətbiqi  zamanı maddənin  mətnində  işlədilən  “vətəndaş”  anlayışı  geniş  formada  şərh

edilməli, vətəndaşlarla yanaşı əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də barəsində qeyd olunan

məhdudiyyətin tətbiq oluna bilməsi nəzərə alınmalıdır.

Göründüyü  kimi,  miqrasiya  qanunvericiliyi  cinayət  prosesi  zamanı  şəxsin  hərəkət  azadlığının

məhdudlaşdırılmasını  həm  prosessual  məcburiyyət  tədbirləri  olan  tutulmaya  və  qətimkan

tədbirlərinə  əlavə  prosessual  məcburiyyət  tədbiri  kimi,  həm  də  cinayət  hüquqi  xarakterli

məsələlərin həlli ilə bağlı məhkəmənin hökm və və ya qərarının icrasını təmin etmək vasitəsi kimi

nəzərdə tutmaqla, cinayət prosesində müəyyən müddət ərzində hərəkət azadlığı məhdudlaşdırıla

bilən  şəxslərin  dairəsini  konkret  olaraq  müəyyən  etmiş  və  həmin  şəxslərə  yalnız  şübhəli  və  ya

təqsirləndirilən şəxsləri, məhkumları və barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş

şəxsləri aid etmişdir.

Bununla belə təcrübədə bəzən ibtidai istintaq zamanı istintaq orqanları tərəfindən “şahid” statuslu

şəxslərin də ölkədən getmək hüquqlarının məhdudlaşdırılması hallarına təsadüf edilir. Bu zaman

ibtidai  istintaq  orqanları  öz  mövqelərini  onunla  əsaslandırılar  ki,  həmin  sahidlərin  gələcəkdə

istitanqın gedişi zamanı şübhəli və ya təqsirləndirilən şəxs qismində cinayət prosesinə cəlb edilməsi

gözlənilir. Təbii ki, bu mövqenin hər hansı bir hüquqi əsası yoxdur. Hər şeydən əvvəl bu məsələ

qanunvericilik səviyyəsində dəqiq tənzimlənmişdir və qanunvericiliyin ifadə etdiyi mənaya görə

qanunda  göstərilən  şəxslərdən  başqa  digər  şəxslərin  ölkədən  getmək  hüququnun

məhdudlaşdırılması  yolverilməzdir.  Şəxsin  ölkədən  getmək  hüququnun  məhdudlaşdırılması

subyektiv mülahizə və ehtimalların əsasında deyil, yalnız tətbiq ediləcək məhdudiyyətin maddi və

prosessual hüquqi əsaslarının mövcudluğu ilə şərtləndirildiyi halda həyata keçirilə bilər.

  Hazırda  cinayət  prosesini  həyata  keçirən  orqanlar  tərəfindən  şəxsin  ölkədən  getməsinə

məhdudiyyətin  tətbiq  edilməsi  prosedurası  elektron  hökümət  portalından  istifadə  edilməklə,

Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2008‐ci il tarixli, 744 №li Fərmanı ilə təsdiq edilmiş

“Giriş‐çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat‐axtarış  sistemi  haqqında

Əsasnaməyə uyğun həyata keçirilir. Hüququ məhdudlaşdırılan şəxslər barədə məlumatlar “Giriş‐

çıxış  və  qeydiyyat”  idarələrarası  avtomatlaşdırılmış  məlumat‐axtarış  sisteminin  məhdudiyyət

siyahılarına daxil edilir və məhdudlaşdırmanın əsasları aradan qalxdıqda məlumatların aktiv statusu

dəyişdirilir.

Əsasnamədə sistemin sturukturunda nəzərdə tutulmuş altsistemlərdən biri də “Sərhədkeçməyə

məhdudiyyət”  altsistemidir.  Əsasnamə  ilə  sistem  çərçivəsində  hüquqmühafizə  orqanlarının

axtarışda olan, barəsində tutulma haqqında qərar qəbul edilən, cinayət işi üzrə təqsirləndirilən şəxs

qismində cəlb edilən, barəsində qətimkan tədbiri seçilən, Azərbaycan Respublikası hüdudlarından

kənara çıxarılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil

edilməsi  və  müvafiq əsaslar  aradan  qalxdıqda  məlumatların  aktiv  statusunun  dəyişdirilməsi

vəzifələri müəyyən edilmişdir.

Fikrimizcə,  məhdudiyyətin  tətbiq  edildiyi  şəxslər  haqqında  məlumatlarla  yanaşı  məhdudiyyətin

tətbiqinin hüquqi əsasları barədə zəruri məlumatların (tutulma haqqında qərarın qəbul edilməsi,

barəsində qətimkan tədbirinin seçilməsi və s.) sistemə daxil edilməsinə diqqət artırılmalı və bu

məsələ normativ qaydada tənzimlənməlidir.

Əsasnaməyə  görə  altsistem  vasitəsilə  aidiyyəti  dövlət  orqanları  tərəfindən  sistemin

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilmiş məlumatlar sərhədkeçmə zamanı şəxsin

saxlanılaraq  aidiyyəti  dövlət  orqanlarına  təhvil  verilməsi,  şəxsin  sərhədkeçməsinə  icazə

verilməməsi və geri qaytarılması və ya şəxsin sərhədkeçməsinə aidiyyəti dövlət orqanı tərəfindən

nəzarətin təmin edilməsi məqsədilə istifadə olunur.




Şəxsin  saxlanılaraq  aidiyyəti  dövlət  orqanlarına  təhvil  verilməsi  zamanı  onun  daha  çox  fiziki

məhdudiyyətlərə məruz qaldığını nəzərə alaraq hesab edirik ki, bu tədbirin yalnız barəsində axtarış

elan olunmuş, tutulma və ya məcburi gətirilmə haqqında qərar qəbul olunmuş təqsirləndirilən və ya

şübhəli şəxslərə tətbiq edilə bilməsi barədə qanunvericilik qaydasında göstəriş təsbit edilməlidir.

Demək olar ki, cinayət təqibi üzrə ölkədən getməsinə məhdudiyyət tətbiq edilmiş şəxsə cinayət təqibi

orqanı  tərəfindən  praktiki  olaraq  şifahi  və  yazılı  formada  hər  hansı  bir  məlumat  verilmir.  Bu  cür

məlumatsızlığın məhdudiyyətə məruz qalmış şəxs üçün maddi, mənəvi və s. cəhətlərdən yaratdığı

mənfi  nəticələri  təsəvvür  etmək  çətin  deyildir.    Məhdudiyyətə  məruz  qalan  şəxsin  tətbiq  edilən

məhdudiyyət barədə məlumatlandırılmamasının da əsas səbəblərindən biri təbii ki, ilk növbədə bu

məsələnin normativ tənzimləmədən kənarda qalmasıdır.

Şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının hüquqi əsaslarının bir sıra qanunvericilik

aktlarında  nəzərdə  tutulmasına  baxmayaraq,  hesab  edirik  ki,  bu  sahədə  olan  hüquqi  tənzimləmə

qənaətbəxş səviyyədə deyildir. Hüquqi tənzimləmənin kifayətsizliyi təcrübədə müəyyən ziddiyyətlər

və çətinliklər yaratmışdır ki,  bu da özünü daha çox cinayət prosessual fəaliyyətdə göstərmişdir.

Cinayət prosesində şəxsin ölkədən getmək hüququna məhdudiyyətin qoyulması  praktiki olaraq geniş

surətdə tətbiq olunsa da, bu məhdudiyyətdən hüquqi müdafiə üçün CPM‐də konkret normativ vasitə

nəzərdə tutulmamışdır. İlk baxışdan cinayət prosessual fəaliyyətlə əlaqədar olan bu təbirin qanunsuz

tətbiq  edilməsi  ilə  bağlı  məhkəmə  nəzarəti  qaydasında  şikayət  vermək  haqqında  düşünmək  olar.

Lakin məhkəmə nəzarətini tənzim edən normalara nəzər salsaq, qeyd edilən məhdudiyyətlə bağlı

prosessual‐hüquqi  müdafiənin  tənzimlənməsində  olan    boşluğun  şahidi  ola  bilərik.  Azərbaycan

Respublikası CPM‐nin 442.2.2‐ci maddəsinə görə məhkəmə nəzarəti qaydasında cinayət prosesini

həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxılır. Həmin

Məcəllənin  7.0.37‐ci  maddəsinə  görə  prosessual  hərəkətlər  –  cinayət  prosesi  iştirakçılarının  bu

Məcəllədə  nəzərdə  tutulmuş  və  onun  müddəalarına  uyğun  həyata  keçirdikləri  hərəkətlərdir.

Məcəllənin  7.0.43‐cü  maddəsinə  görə  cinayət  işi  və  ya  cinayət  təqibi  ilə  bağlı  digər  material  üzrə

hakimin  və  ya  hakimlərin  (hökmlər  istisna  edilməklə),  habelə  təhqiqatçının,  müstəntiqin,  yaxud

prokurorun bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada qəbul etdiyi prosessual aktdır.

Bununla yanaşı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması həmin Məcəllənin 449‐cu

maddəsində şikayət verilə bilən hərəkətlər və qərarlar siyahısında göstərilməmişdir.

CPM‐nin  sadalanan  normaları  belə  təsəvvür  yaradır  ki,  sərbəst  hərəkət  azadlığının

məhdudlaşdırılması və ya şəxsin ölkədən getməsinə məhdudiyyətin qoyulması adlı tədbir CPM‐də

nəzərdə tutulmadığı üçün cinayət prosessual qərar və ya hərəkət deyil və bu hərəkətdən məhkəmə

nəzarəti qaydasında şikayət verilə bilməz.

Ölkədən  getmək  hüququnun  məhdudlaşdırılması  formasında  özünün  sərbəst  hərəkət  azadlığının

cinayət  prosesini  həyata  keçirən  orqan  tərəfindən  pozulduğunu  güman  edən  şəxs  CPM­nin  qeyd

olunan  mövqeyini  nəzərə  alaraq  cinayət  prosesini  həyata  keçirən  orqanın  qanunsuz  hesab  etdiyi

hərəkətini inzibati hərəkət kimi inzibati məhkəmə icraatında mübahisələndirmək istədikdə, bu növ

iddialar  praktiki  olaraq  inzibati  məhkəmələr  tərəfindən  predmet  baxımından  mümkünsüz  hesab

edilir və həmin iddialara baxılmır. İnzibati məhkəmələr bu mövqelərini “İnzibati icraat haqqında”

Azərbaycan Respublikası Qanununun 3.2‐ci maddəsində qeyd edilmiş “Bu Qanun inzibati orqanların

cinayət təqibi üzrə cinayət‐prosessual fəaliyyətinə şamil olunmur” müddəası ilə əsaslandırırlar.

Bununla belə təcrübədə məhkəmələr bu kateqoriya şikayətləri bir qayda olaraq məhkəmə nəzarəti

qaydasında  icraatlarına  götürərək  işə  baxırlar.  Bu  cür  məhkəmə  təcrübəsi  hər  kəsin  hüquq  və

azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verən konstitusion  müddəalara uyğun olsa da, hesab

edirik  ki,  insanın  təməl  hüquqlarından  hesab  olunan  azadlıq  hüququnun  müdafiəsi  sahəsində

qeyri‐müəyyənliyin aradan qaldırılmasına və sahəvi qanunvericiliklə dəqiq tənzimlənməsinə ehtiyac

vardır.

Hətta bəzən təcrübədə məhkəmələr şəxsin ölkədən getmək hüququnun 449‐cu maddəsində şikayət



verilə  bilən  hərəkətlər  və  qərarlar  siyahısında  göstərilmədiyini  əsas  gətirərək  bu  kateqoriya

şikayətləri məhkəmə nəzarəti qaydasında icraatlarına götürməkdən imtina edirlər.



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  15 ­




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə