Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə16/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   12   13   14   15   16   17   18   19   ...   25

­  31 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Sığortalı sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan

bütün lazımi sənədlərlə Sığortaçını təmin etməlidir. Sığortalı zərərvuran şəxsə qarşı iddiadan və

ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri Sığortaçıya verməkdən imtina etdikdə

Sığortaçı  sığorta  ödənişi  verməkdən  zərərvuran  şəxsdən  subroqasiya  qaydasında  ala  biləcəyi

məbləğ həcmində azad edilir. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və

ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış digər

sığortaçıya,  həmçinin  qanunvericiliyə  əsasən  dəyən  zərərə  görə  Sığortalı  qarşısında  maddi

məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Əgər Sığortalı vurulmuş zərərə görə

üçüncü  şəxsdən  (şəxslərdən)  zərərin  əvəzini  almışdırsa,  Sığortaçı  yalnız  verilməli  olan  sığorta

ödənişi məbləği ilə Sığortalının üçüncü şəxsdən (şəxslərdən) aldığı məbləğ arasındakı fərqi ödəyir.

Göründüyü kimi Azərbaycan Respublikası qanunvericiliyi subroqasiya hüquq münasibətlərini ətraflı

şəkildə  tənzimləmişdir.  Sadəcə  olaraq  əhali  arasında  hüquqi  savadlanmanın  zəiflyi  sığorta

münasibətləri ilə əlaqədar müəyyən problemlərin meydana çıxmasına gətirir. Misal olaraq göstərə

bilərik  ki,  sürücüyə  dəymiş  zərər  kasko  sığortası  zamanı,  məhz onun  sığorta  şirkəti  tərəfindən

ödənilir və subroqasiya qaydasında zərərvurandan və ya onun sığortaçısından geri alınır. Bu halda

sürücünün yenidən zərərvurandan sığorta ödənişi tələb etməsi əlbəttə ki, əsassızdır. Bu baxımdan

zənnimizcə əhalinin müvafiq sahədə maariflənməsinə ehtiyac vardır.




­  32 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Məhkəmə aktları

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1‐ci maddəsinin

həmin Məcəllənin 158.2 və 158.4‐cü maddələri baxımından

şərh edilməsinə dair

3 noyabr 2015‐ci il                                                                                        

 

 

 

     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona

Salmanova,  Südabə  Həsənova,  Rövşən  İsmayılov,  Ceyhun  Qaracayev,  Rafael  Qvaladze,  Mahir

Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi‐hakim) ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun,

maraqlı  subyektlərin  nümayəndələri  Sumqayıt  Apellyasiya  Məhkəməsinin  hakimi  Səyyad

Qafarinin,  Azərbaycan  Respublikası  Milli  Məclisi  Aparatının  İqtisadi  qanunvericilik  şöbəsinin

Mülki hüquq üzrə qanunvericilik sektorunun baş məsləhətçisi Vasif Əmiraslanovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq

üzrə fəlsəfə doktoru Azad Talıbovun,

mütəxəssislər  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hakimi  İlqar  Dəmirovun,  Bakı

Apellyasiya Məhkəməsinin hakimi İlham Əsədovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI  hissəsinə müvafiq olaraq xüsusi

konstitusiya  icraatı  üzrə  açıq  məhkəmə  iclasında  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin

271.1‐ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4‐cü maddələri baxımından şərh edilməsinə

dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin

çıxışlarını,  ekspertin  rəyini  dinləyib,  iş  materiallarını  araşdırıb  müzakirə  edərək,  Azərbaycan

Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

Sumqayıt  Apellyasiya  Məhkəməsi  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə

(bundan  sonra  –  Konstitusiya  Məhkəməsi)  müraciət  edərək    Azərbaycan  Respublikası  Mülki

Məcəlləsinin  (bundan  sonra  –  Mülki  Məcəllə)  271.1‐ci  maddəsinin  həmin  Məcəllənin  158.2  və

158.4‐cü maddələri baxımından şərh olunmasını xahiş etmişdir.

Müraciətdə  göstərilir  ki,    H.Əhmədova  və  digərləri    A.Əhmədova    və  “Nikoyl”  İnvestisiya

Kommersiya  Bankı  (bundan  sonra  –  “Nikoyl”  İKB)  arasında  bağlanmış  ipoteka  müqaviləsinin

etibarsız  hesab  edilməsi  üçün  Xaçmaz  rayon  Məhkəməsinə  müraciət  etmişlər.  İddia  onunla

əsaslandırılmışdır ki, ev ipotekaya qoyularkən onların razılığı alınmamışdır.

Xaçmaz  rayon  Məhkəməsinin  16  oktyabr  2014‐cü  il  tarixli  qətnaməsi  ilə  iddia  tələbi  təmin

edilmişdır.

“Nikoyl” İKB apellyasiya şikayəti verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi ipoteka

müqaviləsi bağlanan zaman ipoteka   qoyanla   birlikdə   yaşayan   yetkinlik   yaşına   çatmış   ailə



­  33 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

üzvlərinin və digər şəxslərin razılığının alınmamasına Mülki Məcəllə ilə müəyyən edilmiş şərtlərin

pozulması kimi qiymət vermişdir. Halbuki, mülkiyyətçinin ailə üzvləri və digər şəxslərin razılığının

alınması Mülki Məcəllə ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000‐ci il 11 sentyabr

tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikasında notariat hərəkətlərinin

aparılması qaydaları haqqında Təlimat”la tənzimlənir və həmin Təlimatın tələblərinin pozulması

Mülki Məcəllənin şərtlərinin pozuntusu kimi qiymətləndirilməməlidir.

Bununla əlaqədar olaraq, müraciətedən ipoteka müqaviləsinin bağlanması zamanı həmin əmlakdan

istifadə  hüququ  olan  şəxslərin  razılığının  alınmamasının  ipoteka  müqaviləsinin  etibarsız  hesab

edilməsinə əsas olub‐olmamasının Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab

edir.


Azərbaycan  Respublikasında  mülkiyyət  toxunulmazdır  və  dövlət  tərəfindən  müdafiə  olunur.

Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə

əmlaka  sahib  olmaq,  əmlakdan  istifadə  etmək  və  onun  barəsində  sərəncam  vermək  hüquqlarını

nəzərdə  tutur,  habelə  mülkiyyət  hüququnun,  o  cümlədən  xüsusi  mülkiyyət  hüququnun  qanunla

müdafiəsinə  təminat  verir.  Heç  kəs  məhkəmənin  qərarı  olmadan  mülkiyyətindən  məhrum  edilə

bilməz (Konstitusiyanın 13 və 29‐cu maddələri).

Mülkiyyət  hüququ  hamılıqla  tanınan  əsas  hüquqdur  və  ali  insani  dəyərləri  özündə  əks  etdirən

demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ

“İnsan  hüquqlarının  və  əsas  azadlıqların  müdafiəsi  haqqında”  Konvensiyanın  (bundan  sonra  –

Konvensiya) 1 saylı Protokolunun 1‐ci maddəsində öz əksini tapmışdır.

Mülki  Məcəllənin  271.1‐ci  maddəsinə  əsasən  əşyanı  girov  qoyan  (ipoteka  qoyan)  yalnız  onun

mülkiyyətçisi ola bilər.

Mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq,

əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.    Mülkiyyət

hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun,

vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək

hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən

mülki‐hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir.

Bu  baxımdan,  əşyanın  girov  və  ya  ipotekaya  qoyulması  mülkiyyətçinin  sərəncam  vermək

səlahiyyətinin həyata keçirilməsi deməkdir. Buna görə də, Mülki Məcəllənin 271.1‐ci maddəsində

əşyanı girov qoyanın yalnız onun mülkiyyətçisi ola biləcəyi nəzərdə tutulmuşdur.

Mülki Məcəllənin 269.1‐ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində

girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya

başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.

Mülki hüquq müqavilələrindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın

yaranması əsasları, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin

ipoteka hesabına ödənilməsi qaydaları, tərəflərin hüquq və vəzifələri “İpoteka haqqında” Azərbaycan

Respublikasının Qanunu (bundan sonra – “İpoteka haqqında” Qanun) ilə tənzimlənir.

“İpoteka  haqqında”  Qanunun  10.1‐ci  maddəsinə  əsasən      ipoteka  müqaviləsi  müstəqil  xarakter

daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır.

İpoteka  müqavilə  üzrə  əmələ  gəlir.  İpoteka  müqaviləsinə  görə  bir  tərəf  (ipoteka  qoyan)  əsas

öhdəliyin  icrasını  təmin  etmək  məqsədilə  öz  mülkiyyətində  olan  daşınmaz  və  ya  daşınar  əşyanı

ipoteka  qoyur,  digər  tərəf  (ipoteka  saxlayan)  isə  borclunun  həmin  öhdəliyi  icra  etmədiyi  halda

ipoteka  ilə  yüklü  edilmiş  əşyanın  dəyərindən  digər  kreditorlara  nisbətən  üstün  qaydada  hüquqi

təminat almaq hüququ əldə edir.

Göründüyü kimi, ipoteka müqaviləsində iki tərəf iştirak edir: ipoteka qoyan və ipoteka saxlayan.

Əşyanı ipoteka qoyan yalnız onun mülkiyyətçisi ola bilər və o adətən əsas öhdəlik üzrə borclu şəxs

qismində çıxış edir. İkinci tərəf – ipoteka saxlayan ipoteka hüququ olan şəxsdir və ona kreditor da

deyilir. İpoteka saxlayan dedikdə, borclunun onun qarşısında pul və ya başqa öhdəliyinin icrasının



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə