Jurnal VIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə5/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   2   3   4   5   6   7   8   9   ...   25

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  8 ­

vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra

bilərlər.

Mülki qanunvericilik mirasın bölüşdürülməsi zamanı bəzən müəyyən hallar meydana çıxarır ki, bu

hallara uyğun olaraq vərəsəlikdə tənzimlənən eyni hüququlu münasibətlərin balansı pozulmuş olur.

Misal  üçün, MM­in 1302‐ci  maddəsinə  əsasən,  miras  qoyanla  birlikdə  əmlaka  ümumi  mülkiyyət

hüququ olan vərəsələrin ümumi mülkiyyətə daxil olan əmlaka vərəsəlikdə üstünlük hüququ vardır.

Əslində qanunvericilik bu üstünlük hüququnun nədən ibarət olmasını nəzərə çatdırmır. Misal üçün,

A., və B., evə bərabər pay hüququlu sahibdirlər. A., gözlənilmədən ölür. A.,‐nın vərəsələri D., və K.,

onun miras payını bölürlər. Qanunvericilik deyir ki, bu zaman digər 10 % pay hüququ olan B., evə

dair üstünlük hüququna malikdir. Diqqət yetirək birincisi, B., heç A.,‐nın sağlığında belə bir hüququa

malik deyildir. İkincisi isə, bu vərəsəlik münasibətləri A.‐nın payına uyğun şəkildə meydana gəlir.

Bu zaman B.‐nin bu münasibətlərin iştirakıçısı olması düzgün deyildir. Axı, B. vərəsə deyil.

Bəzən mirasın bölüşdürülməsi zamanı vərəsələrdən birinin yaxud bir neçəsinin üstünlük hüququ

meydana gəlir. Belə ki, MM­in 1303‐cü maddəsinə əsasən, miras açılanadək azı bir il miras qoyanla

birlikdə yaşamış vərəsənin əmlak bölgüsü zamanı mirasdan yaşayış evini, mənzili və ya digər yaşayış

otağını, habelə ev müxəlləfatı predmetlərini almaqda üstünlük hüququ vardır.

Mülki Məcəllə bu üstünlük hüququnun əmlak dairəsini belə müəyyən edir:

a) yaşayış evi;

b) mənzil;

c) digər yaşayış otağı;

ç) ev müxəlləfatı predmetləri.

Çox təəssüf ki, bura ümumiyyətlə bütün miras əmlakları aid edilmir. Hesab edirik ki, bu qayda bütün

miras  əmlak  üçün  tətbiq  edilsəydi  daha  düzgün  olardı.  Misal  üçün,  miras  əmlak  hesab  edilən

avtomobil vərəsə A.‐nın istifadəsindədir. Digər vərəsələr B. və C. –nin isə ayrıca avtomobilləri var.

Hesab edirik ki, belə məsələlərin tənzimlənməsində üstünük hüququ mövcud olmalıdır.

Göstərilənləri  nəzərə  alaraq MM­in 1303‐cü  maddəsini  aşağıdakı  redaksiyada  verilməsini  təklif

edirik:

“Maddə 1303. Mirası almaqda üstünlük hüququ



Miras açılanadək azı bir il miras qoyanla birlikdə yaşamış, yaxud onun miras hesab edilən əmlakını

idarə etmiş (saxlamış, qorumuş, qulluq etmiş) vərəsənin həmin əmlak bölgüsü zamanı mirasdan

yaşayış evini, mənzili və ya digər yaşayış otağını, habelə ev müxəlləfatı predmetlərini və digər əmlakı

almaqda üstünlük hüququ vardır.”

Mülki  qanunvericilik  üstünlük  hüququnun  həyata  keçirilməsin  vəziyyətində  müəyyən  şərtlər  də

qoyur. Belə ki, MM­in 1304‐cü maddəsinə əsasən, üstünlük hüququnun həyata keçirilməsi zamanı

miras bölgüsündə iştirak edən digər vərəsələrin əmlak hüquqları nəzərdə tutulmalıdır. Əgər əmlak

onlara  çatası  payı  almağa  kifayət  etməzsə,  üstünlük  hüququnu  həyata  keçirən  vərəsələr  onlara

müvafiq pul və ya əmlak kompensasiyası verməlidirlər.

Bəzən mirasın bölüşdürülməsi zamanı mirasın bölgüsünün dayandırılmasına zərurət yaranır. Bu

əsasən iki halda mümkün olur:

1. Miras şəriklərinin razılığa gələ bilməməsi səbəbindən;

Azərbaycan Respublikasının MM­in 1280‐ci maddəsinə əsasən, miras şərikləri razılığa gələ bilərlər

ki, mirasın bölüşdürülməsi müəyyən müddətə dayandırılsın.

2. Doğulmamış vərəsə səbəbindən.

Azərbaycan  Respublikasının MM­in 1287.1‐ci  maddəsinə  əsasən,  əgər  vərəsənin  mayası

bağlanmışdırsa,  lakin  o  hələ  doğulmamışdırsa,  mirasın  bölüşdürülməsi  yalnız  həmin  vərəsənin

doğumundan sonra mümkündür.

Həmçinin MM‐in 1287.2‐ci maddəsinə əsasən, əgər mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə

sağ  doğularsa,  qalan  vərəsələr  mirası  yalnız  ona  düşən  payı  ayırmaqla  bölüşdürə  bilərlər.  Yeni

doğulanın  mənafelərinin  müdafiəsi  məqsədi  ilə  onun  nümayəndələri  bölgüdə iştiraka  dəvət

edilməlidirlər.




­  9 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Dayandırılma zərurəti aşağıdakı vaxdan bitmiş hesab edilir:

1. Miras şəriklərinin razılığa gələ bilməməsi səbəbindən dayandırılma – miras şəriklərinin mirası

bölüşdürülməsi  üçün  razılığa  gəlməsi,  yaxud  mübahisənin  məhkəmə  tərəfindən  həll  edilməsinə

dair məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi anından.

2. Doğulmamış vərəsə səbəbindən dayandırılma – vərəsənin sağ doğulması anından

Qeyd  edək  ki,  sağ  doğulmayan,  yaxud  doğum  zamanı  ölən  uşağın  (vərəsənin)  miras  payı  digər

vərəsələr  arasında  bərabər  surətdə  bölünür.  Qeyd  edək  ki,  həm  hüquq  ədəbiyyatında,  həm  də

təcrübədə  bu  stiuasiya  müqayisəli  şəkildə  tədqiq  edilməkdədir.  Misal  üçün,  mirasqoyan  A.‐dan

qalmış miras onun bank hesabında olan 90 manat puldan ibarətdir. A.‐nın vərəsələri arvadı 5 yaşlı

oğlu və ana bətnində olan uşağı hesab olunur. Diqqət yetirək, göstərilən halda miras əmlakın (90

manatın) vərəsələr arasında bölüşdürülməsi aşaöıdakı qaydada həyata keçirilir:

a) mirasqoyanın arvadının payı 50+1/3 (45 manat+15 manat=60 manat);

b) mirasqoyanın 5 yaşlı oğlunun payı 1/3 (45 manat :3=15 manat):

c) mirasqoyanın ana bətnində olan uşağının payı 1/3 (45 manat :3=15 manat).

Beləliklə əgər uşaq sağ doğularsa o zaman mirasın bölüşdürülməsi bu şəkildə həyata keçiriləcək.

Yox, əgər uşaq sağ doğulmazsa o zaman onun payı da bərabər şəkildə digər iki vərəsə arasında

bölünəcəkdir.  Bu  zaman  həmin  mübahisəyə  səbəb  olan  fikir  ayrılığı  mövcuddur.  Lakin  biz  ölən

uşağın payını digər iki vərəsələr arasında bölüşdürsək o zaman belə bir pay hüququ yaranacaqdır:

a)  mirasqoyanın  arvadının  payı  50+1/3+1/2  (45  manat+15  manat=60  manat+7.5  manat=67.5

manat);

b) mirasqoyanın 5 yaşlı oğlunun payı 1/3+1/2 (45 manat :3=15 manat+7.5 manat=22.5 manat).



Mülki  qanunvericiliyə  əsasən  kompensasiyanın  verilmə  müddəti  məhkəmə  tərəfindən  müəyyən

edilə bilər. Belə ki, MM­in 1305‐ci maddəsinə əsasən, üstünlük hüququnu həyata keçirən vərəsələrin

tələbi ilə məhkəmə kompensasiyanın həcmini nəzərə almaqla, ona on ildən çox olmayan müddətə

möhlət verə bilər.

Mirasqoyandan qalmış borçun ödənilməsi məsələsini miras şərikləri öz aralarında həll edə bilərlər.

Belə ki, onlar borcun ödənilməsini vərəsələrdən birinin və ya bir neçəsinin öhdəsinə qoya bilərlər

ki,  mirasın  bölüşdürülməsi  zamanı  mirasdan  həmin  vərəsəyə  (vərəsələrə)  payından  əlavə  borc

qismində ödədikləri pulun müqabilində pay verilə bilər. Təbii ki, bütün bu prosedurların aparılması

üçün miras şəriklərinin qarşılıqlı razılığı tələb olunur. Bu qaydanı mülki qanunvericilikdə nəzarətdə

saxlamışdır. Belə ki, MM‐in 1288‐ci maddəsinə əsasən, miras şəriklərinin razılaşması üzrə bütün

borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində

ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir.

Mirasın bölüşdürülməsinin kim tərəfindən həyata keçirilməsindən asılı olmayaraq bölgü zamanı

bölgü ədalətli olmalıdır. Bu göstəriş qanuni norma olub Mülki Məcəllədə öz əksini tapmışdır. Belə

ki, MM­in 1299‐cu maddəsinə əsasən, miras payının bərabərləşdirilməsi göstərilmiş xidmətlərə və

mirasın  həcminə  uyğun  olaraq  ədalətlə  aparılmalıdır.  Əmlak  bölgüsü  zamanı  miras  payının

bərabərləşdirilməsi  məbləği  mirasın  ümumi  məbləğindən  çıxılır  və  bərabərləşdirmə  tələbinə

hüququ olan miras şərikinin payına əlavə edilir.

Bu bölgü miras qoyan şəxsdən başqa bütün bölgünü həyata keçirən şəxslərə aid edilir.

Mirasın  bölüşdürülməsinin  ədalətli  olmasının  bir  təzahürü  də  onun  vərəsələrin  bir‐birinə  qarşı

hörmət və ehtiram xüsusiyyətinə malik olmasıdır. Bu halı mülki qanunvericilik də nəzərdə tutur.

Belə ki, MM‐in 1289‐cu maddəsinə əsasən, hər bir miras şəriki digər miras şəriklərinin müvafiq

payları almasını təmin etməyə borcludur. Miras şəriki bölgü nəticəsində tələb hüququ əldə etdikdə,

digər  miras  şərikləri  borclunun  ödəniş  qabiliyyətinə  bölgü  məqamında,  bu  cür  öhdəliyin  icra

müddəti çatmadıqda isə öhdəliyin icrası məqamında öz paylarına uyğun kömək göstərməlidirlər.

Həmçinin, MM‐in 1290‐cı maddəsinə əsasən, əgər vəsiyyətnamə ilə müəyyənləşdirilmiş payların

cəminin  bütün  mirasdan  çox  olduğu  aşkara  çıxarsa,  hər  bir  vərəsənin  payı  mütənasib  surətdə

azaldılır.

Əmlakın bölüşdürülməsi zamanı bəzən mübahisələr yaranır ki, bu mübahisələr nəticəsində mirasın



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə