Jurnal VIII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə2/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   2   3   4   5   6   7   8   9   ...   25

­  2 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

Müsahibələr və mövqelər

Paşa Səfərov

Vəkillər Kollegiyasının üzvü

MİRASIN BÖLÜŞDÜRÜLMƏSİ

Hələ Qədim Misirdə vərəsəlik hüququnda mirasın bölüşdürülməsi

özünəməxsus şəkildə həyata keçirilirdi. Belə ki, əgər miras qoyan

vəsiyyətnamə  qoymazdırsa  o  zaman  miras əmlak  miras  qoyanın

uşaqları arasında bərabər surətdə bölüşdürülürdü. Lakin bu halda

böyük oğula üstünlük verilirdi. Böyük oğul əvvəlcə öz atasının yerini

tutaraq, “hər cür əmlakın” hökmdarına çevrilərək, həmçinin torpaq sahəsinin varisi olurdu. Sonra

isə digər uşaqlar (qardaş və bacıları) arasında bölgü aparırdı.

Qədim Babildə mövcud olan qanunlar vərəsəlik hüququ məsələlərini digər dövlətlərə nisbətdə ətraflı

və ədalətli tənzimləyirdilər. Belə ki, miras əmlak varis uşaqlar arasında bərabər surətdə bölünürdü.

Bu qayda, nəinki miras qoyanın qanuni nikahdan doğulan uşaqlarına, hətta miras qoyanın başqa

yaşayan kölə qadından olan uşaqlar arasında əmlakın bölüşdürülməsində də tətbiq olunurdu.

Qədim  Hindistanda  isə  ata  mülkiyyətinə  bütün  qardaşların  bərabər  pay  hüququ  var  idi.  Qızlar

(bacılar) hər bir mirasdan (qardaşdan) ata əmlakının dörddə bir hissəsini ala bilərdi. Bu da güman

ki, cehiz üçün lazım gəlirdi.

Müxtəlif varnalardan olan valideynlərdən doğulan uşaqlara münasibətdə mirasın bölüşdürülməsi

məsələsi bir qədər başqa cür həll edilirdi. Bunlara kasta məhdudiyyətləri prinsipləri şamil olunurdu.

Məsələn, brahmanın, müxtəlif varnalara mənsub olan qadınlardan doğulan uşaqları ananın varnaya

mənsubiyyətindən asılı olaraq vərəsəlik alırdı. Brahman qadının oğlu 4 pay, kşatri qadının oğlu 3

pay, vayşi qadının oğlu 2 pay, şudr qadının oğlu isə 1 pay alırdı. Misal üçün, miras qoyan brahmandan

miras  qalmış  10  otaqlı  evin,  4  otağı  onun  brahman  qadından  olan  oğluna,  3  otağı  onun  kşatri

qadından olan oğluna, 2 otağı vayşi qadından olan oğluna, 1 otağı isə şudr qadından olan oğluna

düşürdü.

Qədim Yunanıstanda ölən vəsiyyətnamə qoymadıqda qanun üzrə vərəsəlik qaydası tətbiq olunurdu.

Bu  halda  ölənin  əmlakı  onun  oğulları  arasında  heç  bir  fərq  oqyulmadan  bərabər  surətdə

bölüşdürülürdü.

Qədim İranda qanun üzrə vərəsəlikdə atanın miras qoyduğu əmlaka ilk növbədə onun oğlan övladları

bərabər qaydada varis olurdular. Lakin burada arvadın və qızların da payı var idi. Tam hüquqlu

nikahda olan dul arvadın vərəsə payı oğlan övladlarının vərəsə payına bərabər olmalı idi. Qızlara

əmlakın az hissəsi çatırdı. Qız ərə gedərkən payını cehiz kimi özü ilə aparırdı. Misal üçün, mirqas

qoyandan miras qalmış ev onun 3 oğlu və 1 arvadı arasında bərabər qaydada (hər birinə evin 25%­i

düşməklə) bölünürdü. Ev əşyaları və digər əşyaların bölgüsünə gəlincə isə burada daha çox əmlak

qıza düşürdü.

Ərəb xilafəti zamanı qadınların vərəsəlik payı kişilərin payından iki dəfə az idi. Quran tövsiyə edirdi

ki, miras bölüşdürülərkən ailələrdəki hər bir oğlan uşağına iki qızın payı düşməlidir,  bir kişinin payı

isə iki qadının payı qədər olmalıdır. Misal üçün, müsəlman kişidən miras qalmış 5 otaqlı evin 2 otağı

miras qoyanın böyük oğluna, 2 otağı miras qoyanın kiçik oğluna və 1 otağı isə miras qoyanın qızına

çatırdı.



­  3 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Rusiya dövlətində də vəsiyyətnamə olmadıqda vərəsəlik qanun üzrə həyata keçirilirdi. Bu zaman

əmlak oğullar arasında fərqli qaydada bölüşdürülürdü. Əmlak bölüşdürülərkən kiçik qardaşa ümumi

paydan əlavə  ev,  həyətyanı  sahə  və  bütün  təsərrüfat  verilirdi.  Boyar  ailəsində  oğlan  övladı

olmadıqda  qız  da  vərəsə  ola  bilərdi.  İcmaçı  kəndli‐smerdin qızı  vərəsə  sayılmırdı.  Əgər  qız ərə

getməmişdirsə, ona ancaq cehiz payı verilirdi. Qalan bütün əmlak isə knyaza keçirdi.

Qızıl Orda dövlətində mülki hüquq sahəsində Böyük Yasadan ancaq bir maddə bizə gəlib çatmışdır.

Bu da vərəsəlik hüququna aiddir. Həmin maddəyə görə vərəsələr arasında miras aşağıdakı qaydada

bölünürdü: başqa oğullarına nisbətən ölənin böyük oğluna çox pay verilirdi. Kiçik oğluna isə vərəsə

payı olaraq ancaq ev əşyaları çatırdı. Mirasın qalan hissəsi o biri oğullar arasında bölüşdürülürdü.

Qədim  Romada  Yustinian  hüququnda  vərəsəliyə  eyni  bir  qohumluq  dərəcəsindən  bir  neçə  şəxs

(məsələn üç oğul) çağırılırdısa və çağırılanlardan biri mirasdakı öz payını əldə etmirdisə, o digər

eyni  vaxtda  çağırılmış  vərəsələrin  paylarına  qatılırdı  (göstərilən  misalda  oğullarlardan  biri

vərəsəlikdən imtina etdikdə iki digər oğul mirası yarıbayarı alırdılar).

Qədim Azərbaycanda vərəsəlik hüququ oğul və qızların varislik hüquqlarının bərabərləşdirilməsi

ilə xarakterizə edilir. Mirasın bölünməsi zamanı fiziki cəhətdən zəif olanlara, şikəstlərə üstünlük

verilirdi. Həm onlar, həm də vəfat etmiş şəxsin dul qalmış qadını digər varislərə nisbətən ikiqat

həcmində miras payı alırdılar.

XIII‐XIV əsrlərdə Azərbaycanda “Yasa”nın normalarına əsasən əmlak bölgüsü zamanı ailənin böyük

oğluna üstünlük verilərək ona daha çox əmlak payı verilirdi. Bununla belə, ata ocağı (kasıblarda

yurta, varlılarda əsas aillər, xanlarda başlıca ulus) onun ölümündən sonra kiçik oğula qalırdı. Oğlan

övladlarının yetkinlik yaşına çatmasına qədər ailə başçısı vəfat edərdisə, müvəqqəti olaraq əmlakı

birinci  (böyük)  arvad  idarə  edirdi.  Uşaqların  böyüklüyü  də  onların  analarının  birinciliyi  ilə

ölçülürdü. Yasaya görə qadının böyüklüyü onun yaşı ilə deyil, nikahın bağlanma vaxtı ilə müəyyən

edilirdi. Ümumiyyətlə, o dövrdə köçərilərin həyatında qadının rolu yeksək olduğundan (bütün ev

təsərrüfatı,  döyüşçülərin  xidmətə  göndərilməsi  ilə  bağlı  hazırlıq,  yır‐yığış  işləri  onun  üzərinə

düşürdü; çox zaman onlar öz ərlərini hərbi yürüşlərdə də müşayiət edirdilər) Yasada qadınların

hüquqi vəziyyətinə də müəyyən yer ayrılmışdır.

“Mirasın bölüşdürülməsi” institutu Azərbaycan vərəsəlik hüququ tarixində özünəməxsus inkişafa

məxsus olmuşdur.

16 iyun 1923‐cü il tarixli Azərbaycan SSR Mülki Məcəlləsinin (bundan sonra ‐ MM) 1956‐cı il tarixli

nəşrində  Məcəllənin  490‐cı  maddəsinə  əsasən,  qanun  üzrə  vərəsəlikdə  vərəsəlik  əmlakı  488‐ci

maddənin  birinci  və  ikinci  hissəsində  göstərilən  qaydada,  vərəsəliyə  çağırılan  şəxslər  arasında

bərabər hissəyə bölünür.

İrs buraxan şəxsin 488‐ci maddənin ikinci hissəsində göstərilən qaydada irs almalı olan nəvələri

və nəticələri onların vəfat etmiş ata‐anasına çatmalı olan payı həcmində bərabər pay alarlar.

MM‐in 491‐ci maddəsinə görə, 488‐ci maddədə göstərilən qaydada vərəsəliyə çağırılan şəxslərdən

hər kim irs buraxan şəxslə bir yerdə yaşamışsa, 490‐cı maddəyə əsasən ona çatası əmlakdan düşən

paydan əlavə, adi ev avadanlığına və ləvazimatına aid olan əmlakdan (bəzək şeyləri istisna olmaqla)

pay alır.

Həmçinin Məcəllənin 503‐cü maddəsinə əsasən, vərəsəlik açıldığı gündən etibarən 6 ayın ərzində

gəlmədiyi,  vərəsəliyi  qəbul  etməkdən  imtina  etdikləri  halda  (494‐cu  maddədə  nəzərdə  tutulan

hallar istisna edilməklə) və ya vərəsələrin biri və ya bir neçəsi vəsiyyət edən şəxs tərəfindən irs

alma  hüququndan  məhrum  edildikdə,  onların  payı  qanun  üzrə  olan  digər  vərəsələrə  keçir  və

vəsiyyət edən şəxs bütün öz əmlakını özünün təyin etdiyi vərəsələrə veriləcəyini vəsiyyətnamədə

göstərməmişsə, əmlak 490‐cı maddədə göstərilən qaydada, onların arasında bölünür.

Bütün vərəsələr müəyyən vaxtda gəlmədikləri, vərəsəliyi qəbul etməkdən imtina etdikləri və ya

vəsiyyət edən şəxs tərəfindən vərəsəlik hüququndan məhrum edildikləri halda, əmlak yiyəsiz hesab

olunur və dövlət mülkiyyətinə keçir.

““Qanuni və vəsiyyət üzrə vərəsələr haqqında” SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 14 mart 1945‐ci

il tarixli Fərmanının tətbiq edilməsinə və vərəsəliyin digər məsələlərinə dair” SSRİ Ali Məhkəməsi



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə