Jurnal VIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə6/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   2   3   4   5   6   7   8   9   ...   25

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  10 ­

bölüşdürülməsinin  həyata  keçirmək  mümkün  olmur.  Belə  ki,  miras  şərikləri  arasında  mirasın

bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi

zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini

və digər konkret halları nəzərə almalıdır (MM‐in 1291‐ci maddəsi).

Miras şəriki öz payına dair sərəncam vermək hüququna malikdir. Belə ki, hər bir miras şəriki öz

miras payına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi

barədə  müqavilə  notarius  tərəfindən  təsdiqlənməlidir.  Miras  şəriki  öz  payından  olan  ayrı‐ayrı

predmetlərə dair sərəncam verə bilməz.

Miras  şəriki  öz  payına  dair  sərəncam  verərkən  digər  miras  şəriklərinin  satın  almaqda  üstünlük

hüququ  vardır.  Satın  almaqda  üstünlük  hüququ  iki  ay  ərzində  həyata  keçirilməlidir.  Bu  hüquq

vərəsəlik üzrə keçir.

Qeyd edək ki, payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək vəzifəsi payı əldə

edənə həmin payın miqdarına uyğun olaraq keçir.

Mülki qanunvericilik satın almaqda üstünlük hüququna xitam verilməsi halını da nəzərdə tutur. Belə

ki, MM­in 1293‐cü maddəsinə əsasən, pay miras şərikinə verildikdən sonra satın almaqda üstünlük

hüququna xitam verilir.

Bundan  əlavə  Mülki  qanunvericilik  mirasın  bölüşdürülməsi  zamanı  miras  payının

bərabərləşdirilməsi ilə bağlı müəyyən normalar nəzərdə tutmuşdur ki, bu nrmalar vasitəsi ilə vərəsə

miras payını artırmaq, bərabərləşdirmək hüququ əldə edir.

Beləliklə,  vərəsəliyə  çağırılmış  vərəsələr  miras  onların  arasında  bölüşdürülənədək  öz  paylarını

bərabərləşdirmək  üçün,  əgər  miras  qoyan  ayrı  qayda  müəyyənləşdirməyibsə,  miras  qoyanın

sağlığında  ondan  valideynlərin  əmlakından  ayırma  şəklində  aldıqlarının  hamısını  mirasa  aid

etməlidirlər.

Əgər vərəsə kimi payı bərabərləşdirməyə borclu olan övlad miras açılanadək və ya açıldıqdan sonra

sıradan çıxarsa, payı bərabərləşdirmək vəzifəsi onun payını almalı olan vərəsənin öhdəsinə qoyulur.

Ailə  təsərrüfatında  əməyi  ilə,  miras  qoyanın  peşə  və  kommersiya  fəaliyyətində  iştirakla,  özünün

çəkdiyi xeyli xərclərlə, yaxud başqa şəkildə miras qoyanın əmlakının qorunmasına və artırılmasına

xüsusi töhfə vermiş övlad (enən xətt üzrə qohum) miras qoyanın əmlakı bölüşdürülərkən onunla

birlikdə qanun üzrə vərəsə sayılan və miras tələb edən qohumlarla bərabərləşdirilməsini tələb edə

bilər.


Əgər qohum xidmətləri üçün muzd almışdırsa və ya muzd qabaqcadan müəyyənləşdirilmişdirsə və

ya qohum göstərdiyi xidmətlər əsasında digər hüquqi əsaslar üzrə hər hansı tələb irəli sürə bilərsə,

miras payının bərabərləşdirilməsi tələb edilə bilməz.

Qeyd edək ki, Türkiyə Respublikasının MM‐in üçüncü kitabı olan “Miras hüququ”nun ikinci hissəsinin

üçüncü bölümü “Mirasın bölüşdürülməsi” adlanır ki, bölüm “Bölüşdürülmədən əvvəl miras ortaqlığı”

(Birinci  fəsil),  “Bölüşdürülmənin  necə  həyata  keçirilməsi”  (İkinci  fəsil),  “Mirasta  denkleştirme”

(Üçüncü fəsil), “Bölüşdürülmənin başa çatması və sonu” (Dördüncü fəsil) fəsillərini nəzərdə tutmaqla

ümumilikdə 640‐682‐ci maddələri əhatə edir.

Sözügedən Məcəllənin 640‐cı maddəsinə (I. Miras ortaqlığı) əsasən, birdən çox vərəsə olduğu halda,

mirasın keçməsi ilə birlikdə bölüşməyə qədər, vərəsələr arasında mirasdakı bütün pay və borcları

qəbul edən bir ortaqlıq meydana gəlir. Mirasçılar mirasa birlikdə sahib olurlar və sözləşmə və ya

qanundan əmələ gələn təmsil ya da idarəedici şəkilində qalmaq şərti ilə, mirasa aid bütün paylar

üzərində  birlikdə  hərəkət  edərlər. Mirasçılardan  birinin  istəyi  ilə  notarius,  miras  ortaqlığına

blüşdürülməyə qədər bir təmsilçi ayıra bilər.

Mirasçılardan hər biri, mirasdakı payların qorunmasını istəyə bilər. Qorunmadan mirasçıların hamısı

yararlana bilər.

Bir mirasçı ödemədən acız vəziyyətdədirsə, mirasın açılması üzerine digər mirasçılar, paylarının

qorunması üçün gərəkli önləmlərin gecikməsizin alınmasını notariusdan istəyə bilər.

Göstərilənləri nəzərə alaraq miras şəriklərinin hüquq və vəzifələrini aşağıdakı qaydada müəyyən

edirik:



­  11 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

A) Miras şərikinin hüquqları:

1)  səs  hüququ  (MM‐in  1157‐1‐ci  maddəsi); 2)  mirasın  mühafizəsi  hüququ  (MM­in  1157­1­ci

maddəsi); 3) miras payının naturada yarılmasını tələb etmək hüququ (MM­in 1276‐cı maddəsi); 4)

mirasın satılmasına razılıq vermək hüququ (MM‐in 1278‐ci maddəsi); 5) mirasın bir miras şərikinə

keçməsinə  razılıq  vermək  hüququ  (MM‐in  1279‐cu  maddəsi); 6)  mirasın  bölüşdürülməsinin

dayandırılmasını tələb etmək hüququ (MM‐in 1280‐ci maddəsi); 7) kompensasiya almaq hüququ

(MM­in 1284‐cü maddəsi); 8) borc tələblərinin vərəsələrdən birinin üzərinə qoyula bilməsinə razılıq

verilmə  hüququ  (MM‐in  1288‐ci  maddəsi); 9)  məhkəməyə  müraciət  hüququ  (MM­in  1291­ci

maddəsi); 10) sərəncam vermək hüququ (MM‐in 1292‐ci maddəsi); 11) satın almaqda üstünlük

hüququ (MM‐in 1292‐ci maddəsi); 12) tələb hüququ (MM‐in 1297‐ci maddəsi); 13) ədalətli bölgü

hüququ (MM‐in 1299‐cu maddəsi); 14) vərəsəlikdə üstünlük hüququ (MM‐in 1302‐ci maddəsi);

15)  yaşayış  evini  almaqda  üstünlük  hüququ  (MM‐in  1302‐ci  maddəsi);  16)  üstünlük  hüququnu

həyata keçirən vərəsələrin kompensasiyaya möhlət verilməsi üçün tələb hüququ (MM‐in 1305‐ci

maddəsi).

B) Miras şərikinin vəzifələri:

1) lazımi xərclərin ödənilməsi vəzifəsi (MM‐in 1157‐ci maddəsi); 2) miras bölüşdürülənə qədər

onun birgə idarə edilməsi vəzifəsi (MM‐in 1157‐1‐ci maddəsi); 3) mirasın idarə edilməsinə çəkilən

xərclərin ödənilməsi vəzifəsi (MM‐in 1157‐1‐ci maddəsi); 4) pay almasının təmin edilməsi vəzifəsi

(MM‐in 1289‐cu maddəsi); 5) payın özgəninkiləşdirildiyi halda kreditorun tələbini təmin etmək

vəzifəsi  (MM­in 1294‐cü  maddəsi); 6)  vərəsələr  arasında  olduqları  yer  məlum  olmayan  şəxslər

vardırsa, onların olduqları yerin müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan

tədbirlər görmək vəzifəsi (MM­in 1300‐cü maddəsi); 7) üstünlük hüququnun həyata keçirilməsi

zamanı  miras  bölgüsündə  iştirak  edən  digər  vərəsələrin  əmlak  hüquqlarının  nəzərdə  tutulması

vəzifəsi (MM­in 1304‐cü maddəsi); 8) üstünlük hüququnu həyata keçirən vərəsələr digər vərəsələrə

müvafiq pul və ya əmlak kompensasiyası verməsi vəzifəsi (MM­in 1304‐cü maddəsi).



İstifadə olunmuş ədəbiyyat:

1. S.S.Allahverdiyev.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  (Vərəsəlik  qanunvericiliyinin

kommentariyası. Mühazirə kursu. Dərs vəsaiti). “Nurlan” nəşriyyatı, Bakı, 2004.

2. Íèêèòþê Ï.Ñ. Íàñëåäñòâåííîå ïðàâî è íàñëåäñòâåííûé ïðîöåññ. Êèøèíåâ, 1973.

3. Ñåðåáðîâñêèé Â.È. Î÷åðêè ñîâåòñêîãî íàñëåäñòâåííîãî ïðàâà. Ìîñêâà, 1953.

4. Àíòèìîíîâ Á.Ñ., Ãðàâå Ê.À. Ñîâåòñêîå íàñëåäñòâåííîå ïðàâî. Ìîñêâà, 1955.

5. Ãóùèí Â.Â. Íàñëåäñòâåííîå ïðàâî. Ó÷åáíîå ïîñîáèå. Ìîñêâà 2003.

6. Áîíäàðåâ Í.È. Ýéäèíîâà Ý.Á. Ïðàâî íà íàñëåäñòâî è åãî îôîðìëåíèå. Ìîñêâà, «Þðèäè÷åñêàÿ

ëèòåðàòóðà». 1971.

7. Prof. Dr. M. Kemal Oguzman, Miras Hukuku. Gözden geçirilmiş 6. bası. “Filiz” kitab evi. İstanbul,

1995.

8. N.Kocayusufpaşaoğlu, Miras Hukuku, 3 bası. İstanbul, 1987.

9. Nüşin Ayiter. Miras Hukuku. 4 bası. Ankara, 1978.

10. Esat Şener. Miras Hukuku. Cilt I. Ankara, 1977.

11. Paul Piotet. Traite de Droit Prive Suise. Tome IV. Droit Sucessoral. Fribourg, 1975.


Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə