Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə9/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   5   6   7   8   9   10   11   12   ...   25

­  16 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Lakin  nəzərə  alınması  vacibdir  ki,  sərbəst  hərəkət  azadlığının  məhdudlaşdırılmasının

qanunsuzluğundan  şikayət  edən  şəxsə  eyni  zamanda  inzibati  və  cinayət  mühakimə  icraatı

qaydasında  rədd  cavabının  verilməsi  vətəndaşların  hüquq  və  azadlıqlarının  məhkəmədə

müdafiəsinə təminat verən milli və beynəlxalq hüququn tələbləri ilə uzlaşmır.

Artıq  qeyd  etdiyimiz  kimi,  Əsas  Qanunda  bəyan  edilmiş  insan  hüquq  və  azadlıqlarının

gerçəkləşdirilməsinin zəruri elementlərindən biri də həmin hüquq və azadlıqların hüquqi müdafiə

mexanizminin qanunvericiliklə dəqiq müəyyən edilməsidir. Bu baxımdan insanın sərbəst hərəkət

azadlığı hüququnun konstitusion səviyyədə təsbiti ilə yanaşı, qeyd edilən insan azadlığının zəruri

hallarda  məhdudlaşdırılmasının  və  müdafiə  edilməsinin  dəqiq  qanunvericilik  tənziminə  ehtiyac

vardır.  Bu  məqsədə  nail  olmaq  üçün  hər  şeydən  əvvəl  mühafizə  altına  alınmış  hüququn

qanunvericilik  sistemində  normativ  yeri  və    pozulma  ehtimallarına  uyğun  hüquqi  müdafiə

mexanizmi müəyyən edilməlidir.

Fikrimizcə, cinayət prosesində şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasının əsasları

və qaydalarının Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulması

əhatəli 


tənzimetmə 

və 


qanunvericiliyin 

sistemləşdirilməsi 

nöqteyi‐nəzərdən 

daha


məqsədəmüvafiqdir. Bu məqsədəmüvafiqliyi şərtləndirilən hallardan biri cinayət prosesində şəxsin

ölkədən  getmək  hüququnu  məhdudlaşdıran  tədbirin  (şəxsin  haqqında  məlumatların

“Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməklə onun ölkədən getməsinə məhdudiyyətin

qoyulması)  öz hüquqi mahiyyətinə, təyinatına və məqsədlərinə görə əslində cinayət prosesində

tətbiq edilən prosessual məcburiyyət tədbiri olmasıdır.

Digər  tərəfdən  Azərbaycan  Respublikası  CPM‐nin  12.4‐cü  maddəsində  təsbit  edilmiş  prinsip

mahiyyətli imperativ müddəanın tələblərinə görə  prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə

əlaqədar  şəxsin  Konstitusiya  ilə  təsbit  olunmuş  hüquq  və  azadlıqlarının  müvəqqəti

məhdudlaşdırılması barədə qərar yalnız zərurət olduqda bu Məcəllə ilə müəyyən edilmiş hallarda

və qaydada qəbul edilə bilər.

Deməli, cinayət prosesində tətbiq edilən hər hansı prosessual məcburiyyət tədbiri, o cümlədən də

Konstitusiyada  təsbit  edilmiş  şəxsin  sərbəst  surətdə  ölkədən  getmək  hüququnun

məhdudlaşdırılması yalnız CPM‐də nəzərdə tutulmuş hallarda və qaydada tətbiq edilə və həyata

keçirilə bilər. CPM‐dən kənar bu kimi halların və qaydaların müəyyən edilməsinə yol verilmir.

Eyni zamanda nəzərə alınmalıdır ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdıran tədbir şəxsin

bilavasitə ümumi mənada azadlıq hüququ ilə bağlı olduğundan ciddi prosessual məcburiyyət tədbiri

hesab olunmaqla həmin tədbirin tətbiq edilməsinin yalnız məhkəmə qərarı əsasında mümkünlüyü

prosessual qanunvericilikdə öz əksini tapmalıdır.

Təsadüfi  deyildir  ki,  sərbəst  hərəkət  azadlığının  önəmliyini  nəzərə  alan  qanunverici  Miqrasiya

Məcəlləsinin yuxarıda istinad etdiyimiz 9‐cu maddəsinin digər yarımbəndində (9.3.6) məhkəmə

qərarlarının icrası üzrə icraatda məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün

müəyyən olunmuş vaxtda üzürsüz səbəbdən icra edilməməsinə görə vətəndaşın ölkədən getmək

hüququnun  müvəqqəti  məhdudlaşdırılması  üçün  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarının

vacibliyi barədə göstəriş ifadə etmişdir.

Nəhayət, mövcud təcrübəyə əsaslanaraq apardığımız normativ‐hüquqi təhlil onu deməyə əsas verir

ki, Konstitusiyada əsas insan hüquq və azadlıqlarından biri kimi nəzərdə tutulmuş sərbəst hərəkət

azadlığının məzmununa daxil olan şəxsin ölkədən getmək hüququnun cinayət prosesində qanunsuz

məhdudlaşdırılması hallarından müdafiəsinə hüquqi təminat verən əhatəli və sistemli normativ

tənzimələməyə ehtiyac vardır. Bu ehtiyacın təmin olunması üçün ilk növbədə  cinayət prosesində

sərbəst  hərəkət  azadlığının  (ölkədən  getmək  hüququnun)  məhdudlaşdırılması  ilə  bağlı  həyata

keçirilən  tədbir  Azərbaycan  Respublikasının  Cinayət  Prosessual  Məcəlləsində  ayrıca  prosessual

məcburiyyət tədbiri kimi nəzərdə tutulmalı, onun tətbiqinin prosessual hüquqi əsasları və qaydaları,

eləcə  də  bu  cür  məhdudiyyətlərə  məruz  qalan  şəxslərin  məhkəmə  nəzarəti  qaydasında  hüquqi

müdafiə imkanları konkretləşdirilməlidir.




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­ 17 ­



Müzəffər Ağazadə

Respublikanın əməkdar hüquqşünası

EHTİYATSIZLIQDAN SAĞLAMLIĞA AZ AĞIR

ZƏRƏR VURMA CİNAYƏT MƏSULİYYƏTİNƏ

SƏBƏB OLMALIDIRMI?

Etiraf  etmək  lazımdır  ki,  ehtiyatsızlıqdan  zərərçəkmişin  sağlamlığına  az  ağır  zərər  vurma  ilə

nəticələnən  əməllərlə  bağlı  normalar  cinayət  qanunvericiliyində  ən  çox  mübahisə  doğuran

normalardandır. Bu fikir həm belə əməllər üçün qanunda cinayət məsuliyyəti müəyyən edilməsi,

həm də nəzərdə tutulan cəzaların növləri və hədləri məsələlərinə aiddir.

Məsələn, elə ondan götürək ki, ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurmadan bəhs

edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131‐ci maddəsi öz strukturuna görə iki hissədən

ibarətdir.  CM‐nin  131.1‐ci  maddəsi  ehtiyatsızlıqdan  sağlamlığa  az  ağır,  131.2‐ci  maddəsi  isə

ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaq üstündə məsuliyyətdən bəhs edir. Buna baxmayaraq

həm 131.1‐ci, həm də 131.2‐ci maddələrin sanksiyalarında eyni cəza ‐ ən çoxu 6 ayadək müddətdə

azadlıqdan  məhrumetmə  cəzası  nəzərdə  tutulur.  Belə  çıxır  ki,  ehtiyatsızlıqdan  baş  verən  əməl

nəticəsində zərərçəkmişin sağlamlığına az ağır, yaxud ağır zərər dəyməsinin cəza təyini zamanı heç

bir əhəmiyyəti yoxdur.

Aydın deyildir ki, zərərçəkmişin sağlamlığına az ağır, yaxud ağır zərər vurulması eyni sanksiya ilə

əhatələnəcəkdisə,  bu  cinayətlərin  obyektiv  cəhəti  üçün  niyə  bir  dispozisiya  deyil,  iki  dispozisiya

müəyyən edilmişdir. Halbuki CM‐nin bir cox maddələrinin dispozisiyasında əməlin zərərçəkmişin

sağlamlığına  az  ağır  və  ya  ağır  zərərə  səbəb  olması  bir  yerdə  verilir  və  məhkəmələr  cəza  təyini

zamanı  zərərin  dərəcəsini  nəzərə  almalı  olurlar.Bu  növ əməllərə  görə  qanundakı  başqa  bir

uyğunsuzluğa diqqət yetirək. Məntiqə və cinayət‐hüquq nəzəriyyəsinə görə eyni nəticəli ictimai‐

təhlükəli əməlin (cinayətin) subyektiv cəhətdən qəsdən törədilməsi belə əməlin ehtiyatsızlıqdan

törədilməsinə  görə  daha  ağır  məsuliyyətə  səbəb  olmalıdır.  Lakin  CM‐nin  ehtiyatsızlıqdan

zərərçəkmişin sağlamlığına az ağır zərər vurulması ilə bağlı normalarında bu prinsip pozulmuşdur.

Belə ki, CM‐nin 127‐ci maddəsində ağırlaşdırıcı tövsifedici əlamətlər (məsələn, zərərvurmanın xüsusi

amansızlıqla, və ya ümumi təhlükəli üsulla, yaxud zərərçəkmişin orqanlarından istifadə edilməsi

məqsədilə törədilməsi və.s.) olmadan zərərçəkmişin sağlamlığına qəsdən az ağır zərər yetirilməsi

təqsirkarın  2  ilədək  müddətdə  islah  işlərinə  və  ya  2  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə

cəzasına məruz qalması ilə nəticələnə bilər. CM‐nin 262.1, 263.1, 263‐1.1, 266.1, 268.1 və 351.1‐ci

maddələri ilə nəzərdə tutulan əməllər isə ehtiyatsızlıq üzündən zərərçəkmişin sağlamlığına az ağır

zərər vurulması ilə əlaqədar məsuliyyətdən bəhs edir. Ehtiyatsızlıqdan törədilməsinə baxmayaraq

bu maddələrlə də ya qəsdən törədilən cinayətlər üçün nəzərdə tutulan qədər (2 ilədək müddətə

azadlıqdan  məhrumetmə),  bəzi  hallardan  isə  hətta  daha  ağır  ‐  3  ilədək  müddətə  azadlıqdan

məhrumetmə cəzası nəzərdə tutulur. (Məsələn, 263‐1.1, 263‐1.2, 351.1‐ci maddələr). Nəzərə alınsa

ki,  eyni əməllərin  zərərçəkmişin  sağlamlığına  ağır  zərər  yetirməsinə  səbəb  olması  da  CM‐nin

263.1­1­ci  maddəsi  ilə  ən  çoxu  3  il  azadlıqdan  məhrumetmə  ilə  nəticələnir,  uyğunsuzluq  göz

qabağındadır. Üstəlik yol hərəkəti və nəqliyyatın istismarı qaydalarının pozulması eyni zamanda

təqsirkarın  2  ildən  4  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarə  etmək  hüququndan  məhrum

edilməsinə də səbəb olur. Həm də bu növ əlavə cəza mütləq tətbiq edilməlidir.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə