Jurnal VIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   2   3   4   5   6   7   8   9   ...   25

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  6 ­

Üçüncü halda, əgər vərəsələr evi bölmək üçün razılığına gələ bilmirlərsə o zaman onlar məhkəməyə

müraciət edirlər və ev məhkəmə qaydasında onlar arasında bölünür. MM əslində üçüncü halı mirasın

bölüşdürülməsinə aid etmir. Hesab edirik ki, bu doğru nəticə deyil və biz bu sahədə müəyyən bir

araşdırma aparmaq məcburiyyətindəyik.

Beləliklə, mirasın bölüşdürülməsi münasibətləri 3 istiqamətdə həyata keçirilir:

a) miras vərəsələr arasında razılaşmaqla bölünür;

Yəni vərəsələr miras qalmış əmlakı bölmək üçün öz aralarında yazılı və ya şifahi razılığa gələrək

əmlakı bölürlər.

b) miras vərəsələr arasında miras qoyan tərəfindən bölünür;

Yəni  miras  hələ  miras  qoyanın  sağlığında  qoyulmuş  vəsiyyətnamə  üzrə  vərəsələr  arasında,

vərəsələrin razılığı ilə bölüşdürülür. Bu hal mülki qanunvericilikdə qismən öz təsdiqi tapıb. Belə ki,

MM­in 1275‐ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını

müəyyənləşdirə bilər.

c) mirasın mirasqoyanın təyin etdiyi şəxs tərəfindən bölünür;

Yəni miras hələ miras qoyanın sağlığında qoyulmuş vəsiyyətnamə üzrə təyin edilmiş şəxs (üçüncü

şəxs)  tərəfindən  vərəsələr  arasında,  vərəsələrin  razılığı  ilə  bölüşdürülür.  Bu  hal  da  mülki

qanunvericilikdə qismən öz təsdiqi tapıb. Belə ki, MM­in 1275‐ci maddəsinə əsasən, miras qoyan

vəsiyyətnamədə  mirasın  bölüşdürülməsi  qaydasını  müəyyənləşdirə  bilər,  o  cümlədən  mirası

bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr

üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır.

Hüquq ədəbiyyatında miras şərikləri tərəfindən də mirasın bölüşdürülməsi üçün şəxs təyin edilə

bilər. Belə ki, hüquqşünas M.K.Oğuzman göstərir ki, şübhəsiz ki, vərəsələr razılaşma ilə içərlərindən

birini və ya bir üçüncü şəxsi temsilçi təyin edə bilərlər.

Hüquqşünas E.Şener isə bildirir ki, miras qoyan vəsiyyətnamə ilə “tenfuz məmuru” təyin etmişsə və

ya hakim mirası rəsmən idarə edəcək məmur təyin etmişsə, mirasçılar miras şərikliyinə təmsilçi

təyin edə bilməzlər.

ç) miras vərəsələr arasında notarius tərəfindən bölünür;

Yəni vərəsələr miras əmlakın bölgüsündə ümumi razılığa gələ bilmədikləri üçün notariat orqanına

müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edirlər. Notarius isə miras əmlakı

vərəsələr arasında bölüşdürür.

Bu halı mülki qanunvericilik qəbul etmədiyindən təcrübədə belə hala rast gəlmək olduqca çətindir.

c) miras vərəsələr arasında məhkəmə tərəfindən bölünür.

Yəni vərəsələr miras əmlakın bölgüsündə ümumi razılığa gələ bilmədikləri, mirasqoyan tərəfindən

mirasın bölüşdürlməsi halına, eyni zamanda miras qoyan tərəfindən təyin edilmiş şəxs tərəfindən

mirasın  bölüşdürülməsi  halına  etiraz  etdikləri  üçün  məhkəməyə  müraciət  etməklə  mirasın

bölgüsünün  həyata  keçirilməsini  xahiş  edirlər.  Məhkəmə  isə  miras  əmlakı  vərəsələr  arasında

bölüşdürür.

MM‐in  1291‐ci  maddəsinə  əsasən,  miras  şərikləri  arasında  mirasın  bölüşdürülməsi  haqqında

ixtilaflar  olduqda,  mübahisəyə  məhkəmə  baxır.  Əmlakın  bölüşdürülməsi  zamanı  məhkəmə

bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret

halları nəzərə almalıdır.

Bəzən  hüquq  ədəbiyyatında  miras  əmlakın  məhkəmə  tərəfindən  bölüşdürülməsi  vəziyyətinə

“mirasın bölüşdürülməsi” deyil, “miras payının müəyyən edilməsi” institutu adı verirlər.

Hesab edirik ki, bölgünün hansı orqan tərəfindən həyata keçirilməyindən və necə bölünməyindən

asılı olmayaraq miras əmlak vərəsələr arasında bölünürsə bu mirasın bölüşdürülməsi sayılır.

MM ilk növbədə vərəsələr tərəfindən bölüşdürülən miras əmlakın kütləsini müəyyən etmişdir. Belə

ki  normativ  hüquqi  akt  müəyyən  əmlak  kateqoriyasını  mirasın  bölüşdürülməsi  zamanı  miras

kütləsinə daxil etmir. Məsələn, Məcəllənin 1277‐ci maddəsinə əsasən, miras bölüşdürülərkən hər

bir vərəsənin payına onun miras açılanadək iki il ərzində miras qoyandan hədiyyə kimi aldığı əmlakın

dəyəri də daxil edilir (çıxarılıb).




­  7 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Bəzən təcrübədə rast gəlinir ki, miras əmlakın bölüşdürülməsi real cəhətdən mümkün deyil. Yəni

miras  əmlaka  vərəsənin  pay  hüququ  tanınır,  lakin  vərəsə  miras  payın  mülkiyyətçisi  qismində

tanınsa belə onu istədiyi idarə edə bilmir. Bu “ölü pay hüququ” adlanır. Yəni mirasdan vərəsəyə pay

düşür, lakin vərəsə onu idarə edə bilmir. Misal üçün, miras əmlaka daxil olan bir otaqlı ev üç vərəsə

arasında  bölünərək  onlara  1/3  pay  hüququ  tanınır.  Lakin  həmin  evdən  vərəsələrin  ayrılıqda

yaşaması mümkün deyil. Belə ki, vərəsə A., həmin evdə yaşamağına baxmayaraq vərəsə B., və vərəsə

C., həmin evdə yaşaması qeyri mümkün hesab edilir. Baxmayaraq ki, vərəsə B., və C., özlərinə düşən

paya uyğun şəkildə mülkiyəti təsdiq edən şəhadətnamə almışlar. Yəni şəxs mülkiyətində olan əmlak

üzərində heç bir hüququ (istifadə, sahiblik) həyata keçirə bilmir. Bu hüquq isə “ölü pay hüququ”

adlanır.

Qeyd edək ki, bu cür halı mülki qanunvericilik də tanıyır. Belə ki, MM­in 1281‐ci maddəsinə əsasən,

əgər  mirası  qəbul  edən  bütün  vərəsələrin  razılaşması  ilə  ayrı  qayda  müəyyənləşdirməyibsə,

bölünməsi təsərrüfat təyinatının itirilməsinə və ya zəifləməsinə səbəb olacaq əmlak bölüşdürülmür

və vərəsələrin paylarına uyğun onların ümumi mülkiyyəti olur.

Lakin  bu  qaydanın,  eləcə  də  miras  əmlakın  ümumi  mülkiyyətdə  olması  halı  əslində  vərəsənin

konstitusion hüququ olan mülkiyyət hüquqlarını pozmuş olur. Şəxs öz mülkiyyətində olan əmlakı

istədiyi kimi idarə edə bilmir. Misal üçün miras qoyan A., miras şəkilində yazıçı atasının ev muzeyi

kimi  hazırladığı  evi  miras  qoyur.  Ev  üç  vərəsə  arasında  bərabər  surətdə  pay  hüququ  müəyyən

edilərək ümumi paylı mülkiyyət olur. Vərəsələrdən ikisi evin təyinatı üzrə (ev muzeyi kimi) istifadə

olunmasına razı olsalarda, üçüncü vərəsə buna etiraz edir.

Belə hallarda bəzən vərəsələr öz paylarını naturada ayrılması tələb etmək hüquqlarından istifadə

edirlər. Belə ki, MM­in 1276‐cı maddəsinə əsasən, hər bir vərəsə həm daşınar, həm də daşınmaz

əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün

olsun və ya qanunla qadağan edilməsin.

Qeyd edək ki, bu halda da payın naturada ayrılması qeyri‐mümkün və qanunla qadağan hesab edilə

bilər. Bu halda da vərəsənin miras payı hələ ki, “ölü pay hüququ” hesab edilir.

Belə hallarda mirasın bölüşdürülməsinin həyata keçirilməsinin iki halı mövcuddur:

1. Miras şəriklərinin razılaşması üzrə mirasın satılması;

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  1278‐ci  maddəsinə  əsasən,  miras  şəriklərinin

razılaşması üzrə bütün mirasın satılmasına və pulların vərəsələr arasında onların paylarına uyğun

bölüşdürülməsinə yol verilir.

Burada vacib şərt kimi vərəsələrin razılaşması mühümdür.

2. Mirasın bir miras şərikinə keçməsi.

MM‐in  1279‐cu  maddəsinə əsasən,  miras  şəriklərinin  razılaşması  üzrə  bütün  mirasın  bir  miras

şərikinə  keçməsi  mümkündür.  Öz  növbəsində  o,  digər  miras  şəriklərinə  müvafiq  kompensasiya

verməyə borcludur.

Burada vacib şərt kimi vərəsələrin razılaşması ilə yanaşı, kompensasiyanın məbləğinin müəyyən

edilməsində də razılığın olması mühümdür.

Mirasın bölüşdürülməsi zamanı bəzən vərəsələrin müəyyən edilməsinə, yaxud onların çağırılmasına

ehtiyac yaranır.İlk növbədə vərəsənin olduğu yerin müəyyənləşdirmək lazımdır. Bu ilk növbədə

vəzifə kimi vərəsənin üzərinə qoyulub. Belə ki, MM­in 1300‐cü maddəsinə əsasən, əgər vərəsələr

arasında  olduqları  yer  məlum  olmayan  şəxslər  vardırsa,  qalan  vərəsələr  onların  olduqları  yerin

müəyyənləşdirilməsi və vərəsəliyə çağırılması üçün ağalabatan tədbirlər görməyə borcludurlar.

Bəzən  təcrübədə  mirasın  bölüşdürülməsi  zamanı  vərəsənin  bölgüyə  gəlməməsi  halına  da  rast

gəlinir.  Belə  bir  halın  baş  verməsi  münasibətinin  tənzimlənmə  qaydasını  mülki  qanunvericilik

diqqətdən  knarda  saxlamayıb. Əgər  vərəsəliyə  çağırılmış,  yerində  olmayan,  lakin  olduğu  yer

müəyyənləşdirilmiş  vərəsə  mirasdan  üç  ay  ərzində  imtina  etməzsə,  digər  vərəsələr  mirası

bölüşdürmək  niyyətləri  barəsində  ona  bildiriş  göndərməlidirlər.Həmçinin  MM‐in 1301.2­ci

maddəsinə  əsasən,  əgər  bu  cür  vərəsə  bildirişdən  sonra  üç  ay  ərzində  özünün  əmlak  bölgüsü

haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat  verməzsə,  digər



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə