Jurnal VIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə25/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   17   18   19   20   21   22   23   24   25

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

2. Feysbuk qalmaqlı

2015‐ci  ilin  fevralında  avstriyalı  fəal  Maks  Şrems  Feysbuku  həmin  şirkətin  Avropa  üzrə

qərargahının yerləşdiyi İrlandiyada məhkəməyə vermişdir. İddia tələbi onunla bağlı idi ki, feysbuk

resursunun onunun istifadəçilərinin fərdi məlumatlarını ABŞ serverlərinə dolayısilə ABŞ xidmət

orqanlarına  göndərilməsi  hüquqi  cəhətdən  düzgün  deyildir.  Bundan  sonra  işlə  bağlı

Avropa Ədalət Məhkəməsinə müraciət edilmişdir. Sentyabr ayında qəbul olunmuş Məhkəmənin

qərarına  əsasən,  ABŞ‐ın  xidmət  orqanlarına  sosial  şəbəkə  vasitəsilə  məlumatların  ötürülməsi

qanunsuz  hesab  olunmuşdur.  Qərarda  deyilir  ki,  ABŞ  qanunvericiliyi  avropalıların  fərdi

məlumatlarının mühafizəsini lazımi səviyyədə təmin edə bilmir.

Eyni  zamanda  Avropa  Ədalət  Məhkəməsi  Aİ  ilə  ABŞ  arasında  kommersiya  məqsədləri  ilə

məlumatların mübadiləsi haqqında sazişin (Safe Harbour) qeyri‐qanuni olması barədə qənaətə

gəlmişdir.



3. Volkswagen qalmaqalı

ABŞ‐ın Ədliyyə Naziriliyi bu yaxınlarda Volkswagen şirkətinə qarşı cinayət işi qaldırmışdır. Belə

ki,  bu  şrikətin  istehsal  etdiyi  yeni  avtomobillərdə  ekoloji  normaları  yan  keçə  bilən  proqram

təminatı  quraşdırılmışdır.  Həmin  proqam  təminatı  sayəsində  avtomobil  yüksək  sürətdə  idarə

olunarkən  çölə  buraxılan  karbondioksid  qazının  miqdarını  normadan  artıq  olurmuş.  Məsələ

ilə  bağlı,  ABŞ‐da  ekoloji  məsələlərə  nəzarət  edən  dövlət  qurumu  482000  avtomobilin  geri

çağırılaraq texniki nazsazlığın aradan qaldırılması tapşırığını vermişdir. Eyni zamanda, yoxlamalar

ərzində müəyyən olunmuşdur ki, sınaq zamanı avtomobillər hava filtirləri normal işləsə də, adi

yol  şəraitində  qeyd  olunan  normalara  avtomobil  texniki  baxımdan  riayət  edə  bilmir.  Nəticədə

havaya  buraxılan  tullantıların  miqdarı  normadan  artıq  olur.  Burada  söhbət  2009‐2015‐ci  illər

ərzində istehsal olunmuş dizel mühərrikli avtomobillərdən gedir.

Ümumiyyətlə, şirkətə tətbiq olunacaq cərimənin həcminin 18 milyard ABŞ dolları olacağı gözlənilir.

Dünya üzrə bu cür avtomobillərinin təxmini sayı isə 11 milyon ədəddir.

Nəticədə bir sıra digər ölkələr də alman avtokonserni barədə araşdırmalara başlamış və Koreya,

Avstraliya və s. ölkələrin vətəndaşları “Volkswagen”ə qarşı məhkəmələrə müraciət etmişlər.

4. Roman Polanski qalmaqalı

Polşanın Krakovo şəhərinin apellyasiya məhkəməsi artıq

bir  ildən  artıqdır  ki,  davam  edən  mübahisəyə  son

nöqtəsini qoymuşdur. Belə ki, yetkinlik yaşına çatmayan

şəxsi zorlamaqda şübhəli bilinən məşhur rejissor Roman

Polanskinin  ABŞ  hüquq‐mühafizə  orqanları  tərəfindən

ABŞ‐a  ekstradisiya  olunması  Polşa  dövlətindən  tələb

olunurdu.  Polşa  məhkəməsi  isə  Vaşinqtonun  bu

müraciətini rədd etmişdir. Polanski 1977‐ci ildə ABŞ‐da

Samanta Qeyli adlı 13 yaşlı qızı zorlamaqda təqsirli bilinir.

İş materiallarından belə məlum olur ki, Polanski model

biznesində  çalışan  13  yaşla  Samantanı  görüşə  dəvət

etmiş, daha sonra Samanta şampan və narkotik vasitənin istifadəsinə təhrik edilərək intim əlaqəyə

məcbur edilmişdir. Polşaya qaçmadan öncə Polanski özünü ittihamda təqsirli bilmişdir. 2009‐cu

ildə  ABŞ  məhkəməsinin  orderi  əsasında  Polanski  İsveçrənin  Sürix  şəhərində  tutulmuş  və  ev

dustaqlığında saxlanılmışdır. 2010‐cu ildə İsveçrə hökuməti rejissorun ABŞ‐a ekstradisiyasından

imtina etmiş. Eynilə Polşa hökuməti də isveçrəli hakimlərlə həmrəylik nümayiş etdimişdir.

Məlumat üçün qeyd edək ki, Roman Polanski hamımızın yaxşı tanıdığı “Pianist” filminin rejissorudur.

­  52 ­



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Son 10 il ərzində Britaniyada 505 məhbus

səhvən azadlığa buraxılıb

Britaniyada  ötən  10  il  ərzində  cəzaçəkmə

müəssisələrinin 

əməkdaşlarının 

səhvləri

ucbatından qətlədə və digər ağır növ cinayətlər

üzrə cəza çəkən şəxslər yanlışlıqla həbsdən azad

edilmişlər.  Təkcə  2014‐2015‐ci  illərdə  bu

qaydada azad edilmiş şəxslərin sayı 48 idi.

Təsəvvür  edin  ki,  ötən  10  il  ərzində  səhvən

buraxılmış 505 nəfər məhkum həftəyə 1 nəfərin

azadlığa  çıxması  deməkdir  ki,  bu  da  istənilən

ölkənin penitensiar sisteminin nüfuzu üçün qəbuledilməz statistikadır. Halbuki Brutaniyanın rəsmi

penitensiar orqanı belə halların çox nadir hallarda baş verdiyi qənaətindədir.

Bu ilin avqust ayında qətl törətmiş məhkumlardan Martinas Kupstis səhvən azadlığa buraxılır və

təxminən 3 saatdan sonra yaxındlıqdakı avtobus dayanacağında tutlaraq kamerasına qaytarılmışdır.

Bu şəxs 24 yaşlı bir gəncin qətli ilə bağlı məhkumluq həyatı sürürdü.

Digər bir epizodda Hevel Həbsxanasında bir kamerada yaşayan iki eyni soyadlı məhkumdan birisi

yanlışlıqa azadlığa buraxılmışdır. Həmin şəxs bir gündən sonra geriyə qaytarılmışdır.

Ümumiyyətlə isə, qeyd olunan 505 məhkumdan 6‐sı hələ də tutularaq geri qaytarılmamışdır.

­  53 ­



­  54 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

“Sualınıza vəkil cavab versin!” rubrikası

*

Sual 1. “Azərbaycan Respublikası Mülki Məcəlləsi”nin



7.1­ci maddəsində deyilir: “Azərbaycan Respublikası

Konstitusiyasının 149‐cu maddəsinin VII hissəsində

nəzərdə 

tutulanlar 

istisna 

olmaqla, 

mülki

qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur

və  onlar  qüvvəyə  mindikdən  sonra  əmələ  gəlmiş

münasibətlərə 

tətbiq 

edilir”. 

Azərbaycan

Respublikası  Konstitusiyasının  149‐cu  maddəsinin

VII hissəsində isə deyilir: “Fiziki və hüquqi şəxslərin

hüquqi 

vəziyyətini 

yaxşılaşdıran, 

hüquq

məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən

normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”. “Azərbaycan Respublikasının Mülki

Məsəlləsi”nin 178.6‐cı maddəsində deyilir: “Əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində

qeydə alınmamış daşınmaz əmlaka faktiki mülkiyyətçi hüquqi ilə 30 il ərzində fasiləsiz və

etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər”. Bu maddə

ölkə  Konstitusiyasının  149‐cu  maddəsinin  VII  hissəsində  nəzərdə  tutulan  hal  kimi

qiymətləndirilə bilərmi?

Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1‐ci (“Mülki qanunvericiliyin zamana görə

qüvvəsi”)  maddəsinə  görə,  Azərbaycan  Respublikası  Konstitusiyasının  149‐cu  maddəsinin  VII

hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi

yoxdur  və  onlar  qüvvəyə  mindikdən  sonra  əmələ  gəlmiş  münasibətlərə  tətbiq  edilir.  Həmin

Məcəllənin 7.2‐ci maddəsinə müvafiq olaraq, qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki

qanunvericiliyin  geriyə  qüvvəsi  ola  bilər.  “Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  təsdiq

edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanun və

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsində  həmin  Məcəllənin  178.6‐cı  maddəsinin  hüquqi

qüvvəsinin  2000‐ci  il  sentyabrın  1‐dən  əvvəlki  müddətlərə  şamil  edilməsi  ilə  bağlı  hər  hansı

müddəa nəzərdə tutulmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi

eyni (yuxarıda qeyd edilən) əsaslardan çıxış edərək “Azərbaycan Respublikası Mülki Məcəlləsinin

179‐cu maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002­ci il tarixli Qərarında göstərmişdir ki,

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  daşınmaz  əmlaka  mülkiyyət  hüququnu  əldəetmə

müddətini müəyyənləşdirən 179‐cu maddəsinin hüquqi qüvvəsi 2000‐ci il sentyabrın 1‐dən sonra

yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır.

Sual  2.  Qardaşım  ailəsi  ilə  birlikdə  5  ilə  yaxındır  valideynlərimlə  birlikdə  yaşayır.  Mənzil

özəlləşdirilməmişdir, mənzilə dair order atamın adınadır və orderdə yalnız anam, qardaşım

və mənim adım vardır. Mənzili özəlləşdirmək istəyirik, lakin qardaşımın arvadı da həmin

mənzildə payı olduğunu iddia edir. Bu tələb nə qədər haqlıdır?

Cavab. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1‐ci

maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi

bağlamış  Azərbaycan  Respublikasının  vətəndaşlarının,  habelə  vətəndaşlığı  olmayan  şəxslərin

yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq

şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Həmin Qanunun 5‐ci maddəsinin birinci hissəsinə

əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində

göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan, onun yetkinlik  yaşına  çatmış  ailə  üzvlərinin



­  55 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi

(paylı, birgə) mülkiyyətinə verilə bilər.

Göründüyü kimi, Qanunun 5‐ci maddəsi anlamında mənzili özəlləşdirmək hüququna müraciət edilən

anda adı mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik

yaşına  çatmış  ailə  üzvləri  malikdirlər.  Qardaşınızın  arvadının  adı  orderdə  göstərilmədiyindən  o,

sözügedən mənzili özəlləşdirmək hüququna malik deyildir.

Sual 3. Yeni mənzil almışam. Mən və ailə üzvlərim həmin mənzilə qeydiyyata düşməliyikmi?

Cavab. Əgər Siz mənzil aldıqdan sonra da əvvəlki yaşayış sahənizdə yaşamağa davam edirsinizsə,

onda yaşayış yerinizi dəyişmədiyinizə görə yeni mənziliniz üzrə qeydiyyata düşməyiniz tələb edilmir.

Əgər ailə üzvlərinizlə birlikdə daima yaşamaq üçün yeni mənzilə köçərsinizsə, onda həmin mənzilə

gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata düşməlisiniz. Çünki “Yaşayış yeri və olduğu

yer üzrə qeydiyyat haqqında” qanunun 5‐ci maddəsinə görə, yaşayış yerini dəyişdirmiş vətəndaş

yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq

icra  hakimiyyəti  orqanına  (Azərbaycan  Respublikasının  Daxili  İşlər  Nazirliyi)  müraciət  edərək

forması  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən,  yaşayış  yeri  üzrə  qeydiyyata

alınma haqqında ərizə‐anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi;

2)  yaşayış  sahəsinə  köçmək  üçün  əsas  verən  sənəd  (mülkiyyət  hüququnun  dövlət  qeydiyyatına

alınması  haqqında  daşınmaz  əmlakın  dövlət  reyestrindən  çıxarış,  order,  icarə  və  ya  kirayə

müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və

ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi.

Sual 4. Boşanma barədə işə baxılarkən notariusda uşağın saxlanmasına görə aliment sazişi

bağladıq. Keçmiş həyat yoldaşım bir müddət saziş üzrə aliment ödəsə də, hazırda bir neçə aydır

ödənişlərdən yayınır. Bu halda, mən nə etməliyəm?

Cavab.  Azərbaycan  Respublikası  Ali  Məcəlləsinin  94.3‐cü  maddəsinə  görə,  aliment  ödənilməsi

barədə saziş notariat qaydasında təsdiq edildikdə, icra vərəqəsi qüvvəsinə malik olur.

Həmin Məcəllənin 95.3‐cü maddəsinə görə, aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli

qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. “İcra

haqqında” qanunun 6.1.3‐cü maddəsinə görə, alimentlərin ödənilməsi barədə notariat qaydasında

təsdiq  edilmiş  saziş  icra  sənədi  sayılır.  Həmin  Qanunun  2.1‐ci  maddəsinə  görə,  Azərbaycan

Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən

həyata keçirilir.

Göründüyü kimi, Siz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq (keçmiş ərinizin yaşadığı

yer, yaxud onun iş yeri və ya onun əmlakının olduğu yer üzrə) rayon icra şöbəsinə müraciət etməklə

alimentin ödənilməsinin məcburi qaydada təmin olunmasını tələb edə bilərsiniz.

Sual 5. İş yoldaşımın götürdüyü kreditə görə zamin dayanmışdım. Kreditin bir hissəsi ödənilsə

də, iş yoldaşım vəfat etmiş və ödənişlərdə gecikmə yaranmışdır. Bank həm mənə, həm də iş

yoldaşımın vərəsəsinə (arvadına) qarşı iddia qaldırmış və pulu bizdən tələb edir. Halbuki mən

yalnız iş yoldaşıma zamin dayanmışdım. İş yoldaşımın ölümü nəticəsində zaminlik də bitməli

deyildimi?

Cavab. Ümumi qayda ondan ibarətdir ki, öhdəlik münasibətləri hansı şəxslər arasında meydana

gəlmişsə, mövcudluğunu həmin şəxslər arasında davam etdirir və bitir. Lakin bəzi hallarda öhdəliyin

aktiv (kreditor) və ya passiv (borclu) tərəfində dəyişiklik olması mümkündür. Əmlakın vərəsəlik

yolu ilə keçməsi halında miras qoyan borcludursa, onun yerinə vərəsələr borclu kimi çıxış edirlər.

Kredit borcu miras passivi kimi iş yoldaşınızın arvadına keçmişdir,  yəni  bankla  bağlanmış  kredit



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

­  56 ­

müqaviləsinin tərəfi (borc alan) kimi o, miras qoyanı/ərini əvəz etmişdir (Azərbaycan Respublikası

Mülki Məcəlləsi, m. 1133.1, 1151.1).

Bu hal, Sizinlə bank arasında bağlanmış zaminlik müqaviləsinə xitam verilməsi üçün əsas deyildir.

Belə  ki,  adıçəkilən  Məcəllənin  zaminliyə  xitam  verilməsi  əsaslarını  müəyyənləşdirən  477‐ci

maddəsində əsas öhdəlik üzrə borclunun ölümü xitamvermə əsası kimi nəzərdə tutulmamışdır.

Həmin Məcəllənin 477.0.2‐ci maddəsində nəzərdə tutulmuş əsas ("Əgər zamin yeni borclu üçün

cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə

borc başqa şəxsə keçirildikdə, zaminliyə xitam verilir".) isə əsas öhdəliyin tərəfinin vərəsəlik yolu

ilə dəyişməsi halını tənzimləmir; həmin əsas kreditor (konkret halda, bank) və yeni borclu (hər

hansı üçüncü şəxs) arasında bağlanmış müqavilə əsasında əsas öhdəliyin (konkret halda, kredit

müqaviləsi üzrə öhdəliyin) passiv (borclu) tərəfində baş verən dəyişikliyə şamil oluna bilər. Bu

mənada sözügedən Məcəllənin 477.0.2‐ci və 525‐ci maddələri arasında bağlılıq vardır. Çünki 525‐ci

maddəyə görə, tələb üçün verilmiş zaminlik və girov hüququ öhdəliyin verilməsi nəticəsində ləğv

edilir. ... Əgər zamin və ya öhdəliyin verildiyi məqamda yüklü əşyanın mənsub olduğu şəxs razılıq

verərlərsə, bu göstərişlər tətbiq edilmir.

Sual  6.  Bankın  tələbi  əsasında  ipoteka  qoyulmuş  yaşadığım  mənzilə  tutma  yönəldilmişdir.

Lakin  məhkəmə  qərarı  hələ  icra  edilməmişdir,  başqa  sözlə,  hərrac  mərhələsindədir.  Bu

mərhələdə mən kredit borcumu ödəyərək mənzilimi ipotekadan azad edə bilərəm?

Cavab.  “İpoteka  haqqında”  qanunun  46.1‐ci  maddəsi  Sizə  belə  bir  hüquq  verir.  Belə  ki,  həmin

maddəyə  görə,  ipoteka  predmetinin  açıq  bazarda  və  ya  hərracda  satışına  (alqı‐satqı  müqaviləsi

notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək),

yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına

qədər (alqı‐satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək) əsas öhdəlik üzrə borclu və

(və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas bütün tələbini ödəyərək

ipoteka  predmetinə  tutma  yönəldilməsinə  və  onun  satışına  xitam  verə  bilər.  Bu  hüququ

məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.

Bu halda Siz ipoteka predmetinə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri

ipoteka saxlayana (banka) ödəməlisiniz (Adıçəkilən Qanunun 46.2‐ci maddəsi).



Sual 7. Qardaşım milliyyətcə Azərbaycanlı olsa da, uzun müddət Rusiyada yaşadığından Rusiya

vətəndaşlığını qəbul etmişdir. Onun Bakı şəhərində evi vardır. Vəsiyyətnamə tərtib etmək üçün

Bakıdakı notariuslara müraciət edə bilərmi?

Cavab.  Əcnəbi  vətəndaşların  və  vətəndaşlığı  olmayan  şəxslərin  Azərbaycan  Respublikası

vətəndaşları  ilə  bərabər  səviyyədə  Azərbaycan  Respublikasının  notariuslarına  müraciət  etmək

hüququ  vardır.  Notariuslar  Azərbaycan  Respublikasının  qanunvericiliyinə,  Azərbaycan

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrə  müvafiq  olaraq  xarici  dövlətlərin

qanunvericiliyinin  normalarını  tətbiq  edirlər.  Əcnəbinin  ölümündən  sonra  Azərbaycan

Respublikasının ərazisində qalmış əmlakın və ya Azərbaycan Respublikası vətəndaşının ölümündən

sonra  əcnəbiyə  çatası  əmlakın  qorunması  ilə,  habelə  bu  cür  əmlak  barəsində  vərəsəlik  hüququ

haqqında  şəhadətnamənin  verilməsi  ilə  əlaqədar  hərəkətlər  «

Notariat  haqqında

»  Azərbaycan

Respublikası Qanununun 89‐cu maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə

müvafiq  olaraq  bu  Təlimatda  ifadə  olunmuş  qaydalar  üzrə  aparılır  (Azərbaycan  Respublikası

Nazirlər Kabinetinin 11 sentyabr 2000‐ci il tarixli 167 nömrəli Qərarı ilə təsdiqlənmiş “Notariat

hərəkətlərinin aparılması Qaydaları haqqında Təlimat”ın 200, 201 və 203‐cü bəndləri).




­  57 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Sual 8. Fərdi sahibkar kimi sex işlədirəm. İşçilərdən birinin adına avtomobilə dair etibarnamə

vermişən  ki,  sex  üçün  lazım  olan  mal‐materialın  daşınmasını  təmin  etsin.  İşçi  yol  qəzası

törətmiş  və  başqa  şəxsə  zərər  vurmuşdur.  Həmin  şəxs  məhkəməyə  müraciət  edib  pulu

işəgötürən kimi məndən tələb edir. Halbuki hadisə iş vaxtı deyil, bazar günü olmuşdur. Bu

halda, mən işəgötürən kimi vurulmuş zərərə görə məsuliyyət daşıyıram?

Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1‐ci maddəsinə görə, hüquqi və ya fiziki

şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq,

mənsəb)  vəzifələrinin  icrası  zamanı  işçisinin  vurduğu  zərərin  əvəzini  ödəməlidir.  Həmin

Məcəllənin  1099.2‐ci  maddəsinə  görə,  bu  Məcəllənin  bu  fəslində  nəzərdə  tutulan  qaydalara

tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi

üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı

ilə  və  işlərin  təhlükəsiz  aparılmasına  onun  nəzarəti  altında  fəaliyyət  göstərsin  və  ya  fəaliyyət

göstərməli olsun.

Göründüyü kimi, işçinin vurduğu zərərə görə işəgötürənin məsuliyyətinin yaranması üçün tələb

edilən şərtlərdən biri zərərin işçinin əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı vurulmuş

olmasıdır. Başqa sözlə, zərər ilə işçiyə verilmiş işin icrası arasında hər hansı məqsəd bağı yoxdursa,

işəgötürənin məsuliyyətindən danışmaq mümkün deyildir.

Beləliklə, Siz zərərlə işçinizə tapşırılmış işin icrası arasında hər hansı məqsəd bağının olmadığını

sübuta yetirə bilsəniz, məsuliyyətdən qurtula bilərsiniz. Məhkəmə işə baxarkən bu halın mövcud

olub‐olmamasını nəzərə alıb müvafiq qərarı qəbul edəcəkdir.

Sual  9.  Yeni  mənzil  aldıqdan  sonra  işıq  idarəsinə  gedib  müqavilənin  mənim  adıma

keçirilməsini  xahiş  etdim.  Lakin  mənə  bildirdilər  ki,  əvvəlki  abonentin  borcu  olduğundan

müqavilə bağlanması və kodun mənim adıma keçirilməsi mümkün olmayacaqdır. Belə bir

imtina qanuni sayıla bilərmi?

Cavab. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 400.2‐ci maddəsinə görə, sahibkarlıq məqsədi

olmadan və ya özünün zəruri ehtiyaclarının ödənilməsi üçün əmlak və ya xidmət əldə edən və ya

onlardan istifadə edən şəxslə, əgər digər tərəf özünün sahibkarlıq fəaliyyəti həddində hərəkət

edirsə,  müqavilə  bağlamaqdan  əsassız  imtina  edilə  bilməz.  Azərbaycan  Respublikası  Nazirlər

Kabinetinin 2 fevral 2005‐ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən

istifadə Qaydaları”nın 1.3‐cü bəndinə görə, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik

enerjisinin alqı‐satqı müqaviləsi bağlanmalıdır.

Beləliklə,  əvvəlki  mülkiyyətçinin  (abonentin)  elektrik  enerjisi  borcuna  görə  məsuliyyət



daşımadığınızdan enerjitəchizat müəssisəsinin Sizinlə müqavilə bağlamaqdan imtinası əsaslı sayıla

bilməz.

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə