Jurnal VIII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   2   3   4   5   6   7   8   9   10   ...   25

­ 12 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Sadiq Əfəndiyev

Vəkillər Kollegiyasının üzvü

CİNAYƏT PROSESİNDƏ ŞƏXSİN ÖLKƏDƏN GETMƏK

HÜQUQUNUN MƏHDUDLAŞDIRILMASI

Məlumdur  ki,  müasir  beynəlxalq  və  milli  hüquq  sistemlərinin

qarşısında duran mühüm və aktual məsələlərdən biri insan hüquq

və  azadlıqlarının  qorunmasıdır.  Bu  bəşəri  missiyanın  həlli  ilk

növbədə insan hüquq və azadlıqlarının qanunvericilik səviyyəsində aydın surətdə təsbitindən və

məhkəmə müdafiəsi mexanizminin dəqiq müəyyən edilməsindən keçir. Bu “aydınlıq” və “dəqiqliyi”

hər şeydən əvvəl müasir beynəlxalq hüququn mütərəqqi kəşflərindən sayılan və hüquqi sabitliyin

təmin edilməsinə yönəlmiş hüquqi müəyyənlik prinsipi tələb edir. Çünki dəqiq ifadə edilməmiş və

real  müdafiə  mexanizminə  malik  olmayan  hüquq  son  anda  realizəsiz  qalaraq  xəyali  bir  hüquqa

çevrilir. Ona görə də əsas qanun hesab edilən konstitusiyanın müddəaları da daxil olmaqla hər bir

qanunun müddəası birmənalı və aydın şəkildə ifadə olunmaqla hər kəs üçün hüquq və azadlıqlarının

müdafiəsinə zəruri hüquqi şərait yaradılmalıdır.

İnsan hüquq və azadlıqları mütləq və məhdudiyyətsiz deyildir və zəruri hallarda qanunla müəyyən

olunmuş məhdudiyyətlərə məruz qala bilir. Məhz bu məhdudiyyətlər onların hüquqi müdafiəsini

zəruri edir.

 İnsan hüquq və azadlıqlarına bu cür yanaşma Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 29‐cu

maddəsinin ikinci hissəsində belə xülasə edilmişdir: “Hər bir insan öz hüquq və azadlıqlarını həyata

keçirərkən yalnız o məhdudiyyətlərə məruz qala bilər ki, onlar müstəsna olaraq başqalarının hüquq

və  azadlıqlarının  lazımi  qaydada  tanınması  və  onlara  hörmət  edilməsinin  təmin  edilməsi  və

demokratik cəmiyyətdə əxlaq qaydalarının, ictimai asayişin və ümumi rifahın ədalətli tələblərinin

ödənilməsi naminə qanunla müəyyən edilmiş olsun”.

Bu müddəa İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının

18­ci  maddəsində  bir  daha  konkretləşdirilmişdir:  “Qeyd  olunan  hüquq  və  azadlıqlarla  bağlı  bu

Konvensiyada yol verilən məhdudiyyətlər, nəzərdə tutulduğundan başqa, hər hansı digər məqsəd

üçün tətbiq olunmamalıdır”.

Öz növbəsində Azərbaycan Respublikası Konstitusiyasının 71‐ci maddəsinə görə hər kəsin hüquq

və  azadlıqları  bu  Konstitusiyada  və  qanunlarda  müəyyən  edilmiş əsaslarla,  habelə  digərlərinin

hüquq və azadlıqları ilə məhdudlaşır.

Hazırda  hüquqi  müstəvidə  geniş  spektirdə  məhdudiyyətlərə  məruz  qalan  əsas  insan  hüquq  və

azadlıqlarından biri də insanın sərbəst hərəkət azadlığıdır. İnsanın sərbəst hərəkət azadlığı ilkin

və başlıca insan hüquqlarından biri hesab olunur.  Antik dövrün filosofu Epiktet sərbəst hərəkət

azadlığını qısaca olaraq belə təsvir edirdi: “hara istəyirəm gedirəm, haradan istəyirəm qayıdıram”.

Lakin  insanın  sərbəst  hərəkət  azadlığı  da  digər  hüquq  və  azadlıqlar  kimi  mütləq  deyildir  və  bu

azadlığın reallaşdırılması digər hüquq və azadlıqların gözlənilməsi şərti ilə mümkündür.

  Insanın  sərbəst  hərəkət  azadlığı  Azərbaycan  Respublikası  Konstitusiyasının  28‐ci  maddəsində

ümumi azadlıq hüququnun tərkib hissəsi kimi nəzərdə tutulmuşdur. Maddənin 3–cü hissəsində

qeyd edilir: “Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət

edə bilər, özünə yaşayış yeri seçə və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər”.

Azərbaycan Respublikasının Konstitusiyası sərbəst hərəkət azadlığı çərçivəsində hər kəsə sərbəst

surətdə aşağıdakı davranış imkanlarını vermişdir:




1) 

ölkə daxilində sərbəst hərəkət edə bilmək imkanı;

2) 

özünə yaşayış yeri seçə bilmək imkanı;



3) 

Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilmək imkanı.

Eyni zamanda Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və

Əsas  azadlıqlarının  Müdafiəsi  Haqqında  Avropa  Konvensiyasının  2  saylı  Protokolunun  “Hərəkət

etmək azadlığı” adlanan 2‐ci maddəsinə görə qanuni əsaslarla hər hansı dövlətin ərazisində olan hər

kəsin həmin ərazidə sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququ vardır. Hər kəs öz

ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə

milli  təhlükəsizlik    və  ictimai  asayiş  maraqları  naminə,  ictimai  qaydanın  qorunması,  cinayətlərin

qarşısının  alınması,  sağlamlığın  və  mənəviyyatın  qorunması  və  ya  digər  şəxslərin  hüquq  və

azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan

başqa heç bir məhdudiyyətlər qoyula bilməz. Yeri gəlmişkən qeyd edək ki, sərbəst hərəkət etmək

azadlığı  adı  çəkilən  Konvensiyada  Azərbaycan  Respublikasının  Konstitusiyasından  fərqli  olaraq

ümumi  mənada  azadlıq  hüququndan  bəhs  edən  maddədə  deyil,  ayrıca  bir  maddədə  nəzərdə

tutulmuşdur.

Fikrimizcə,  Konvensiyanın  mövqeyi  sırf  normativ‐texniki  xarakter  daşıyır  və  sərbəst  hərəkət

azadlığının ayrıca təsbiti onun ümumi azadlıq hüququnun tərkib elementi kimi mahiyyətinə xələl

gətirmir. İstər  milli,  istərsə  də  beynəlxalq  qanunvericiliyin  tələblərinə  görə  insan  və  vətəndaşın

sərbəst  hərəkət  etmək  azadlığı  yalnız  Konstitusiya  və  qanunlarda  nəzərdə  tutulmuş əsaslarla

məhdudlaşdırıla bilər, yəni hər hansı bir şəxsin qeyd olunan azadlığı yalnız qanunamüvafiq tətbiq

edilən və demokratik cəmiyyətdə ictimai maraqlarla əsaslandırılmış məhdudiyyətlərə məruz qala

bilər. Başqa hər hansı bir hal bu cür məhdudlaşdırma üçün əsas ola bilməz. Ölkəmizdə həyata keçirilən

cinayət  prosesi  zamanı  cinayət  prosessual  tədbir  qismində  sərbəst  hərəkət  azadlığının

məhdudlaşdırılması  ölkə  ərazisində  olan  şəxslərin  ölkədən  getmək  hüquqlarına  məhdudiyyətin

qoyulması  formasında  həyata  keçirilir.  Bu  məhdudiyyətin  qanuni  əsasları  bir  sıra  qanunvericilik

aktlarında nəzərdə tutulmuşdur.  “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun

1994‐cü  il  tarixli  Azərbaycan  Respublikası  Qanununun  1‐ci  maddəsi  cinayət  prosesində  vətəndaş

cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində tanındıqda, məhkum edildikdə və ya

barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə müvafiq olaraq barəsində cinayət təqibi

üzrə icraat başa çatanadək, cəzasını çəkib qurtaranadək və ya cəzadan azad edilənədək, yaxud tibbi

xarakterli  məcburi  tədbirlərin  tətbiqi  ləğv  edilənədək  onun  ölkədən  getmək  hüququnun

məhdudlaşdırılmasını  mümkün  hesab  etmişdir.  Hüquq  islahatları  çərçivəsində  qəbul  edilmiş

Azərbaycan Respublikasının yeni Miqrasiya Məcəlləsində bu məsələ əvvəlki qanundan fərli olaraq

daha  aydın  və  müfəssəl  şəkildə  öz əksini  tapmışdır. Bu  Məcəllənin  qəbulu  ilə  əlaqədar    “Ölkədən

getmək, ölkəyə gəlmək və pasportlar haqqında” 14 iyun 1994‐cü il tarixli Azərbaycan Respublikası

Qanununun sözü gedən məhdudiyyətlə bağlı qaydaları artıq öz əhəmiyyətini itirmişdir. Məcəllənin

2‐ci bölməsinin 3‐cü fəsili bütövlükdə vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi məsələlərinə

həsr  edilmişdir.  Həmin  fəsildə  yer  almış  9‐cu  maddədə  vətəndaşların  ölkədən  getmək  və  ölkəyə

gəlmək  hüququndan  məhrum  edilə  bilinməzliyi  kimi  prinsip  xarakterli  müddəa  bir  daha

vurğulanmaqla,  cinayət  prosesinin  həyata  keçirilməsi  ilə  əlaqədar  konkret  olaraq  dörd  halda

vətəndaşın  ölkədən  getmək  hüququnun  məhdudlaşdırılmasının  hüquqi  şərtləri  və  müddətləri

göstərilmişdir. Bunlara aiddir:

1.  Azərbaycan  Respublikasının  Cinayət‐Prosessual  Məcəlləsinə  uyğun  olaraq  tutulduqda  və  ya

barəsində  hər  hansı  qətimkan  tədbiri  seçildikdə  ‐  azad  edilənədək,  qətimkan  tədbirinin  müddəti

bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək (9.3.1);

2.  məhkum  edildikdə  –  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsi  ilə  müəyyən  edilmiş əsas

cəzasını çəkib qurtaranadək və ya bu Məcəllənin 9.3.4‐cü maddəsində nəzərdə tutulmuş hal istisna

olmaqla, cəzadan azad edilənədək (9.3.2);

3.  Azərbaycan  Respublikasının  Cinayət‐Prosessual  Məcəlləsinə  uyğun  olaraq  barəsində  tibbi

xarakterli  məcburi  tədbirlər  tətbiq  edildikdə  –  tibbi  xarakterli  məcburi  tədbirlərin  tətbiqi  ləğv

edilənədək (9.3.3);



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  13 ­




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə