Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə15/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   11   12   13   14   15   16   17   18   ...   25

­  29 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Şəhriyar Həbilov

Hüquqşünas

AZƏRBAYCANDA VƏ DÜNYADA SUBROQASİYA

HÜQUQUNUN MÜQAYİSƏLİ TƏHLİLİ

Subroqasiya “subroqat” sözündən götürülməklə yerini almaq, yerini vermək və ya əvəz etmək kimi

mənaları ifadə edir. Türkiyə qanunvericiliyində subroqasiya hüququ “rücu” hüququ kimi işlədilir.

Ümumiyyətlə, subroqasiya hüququ bir şəxsə başqasına məxsus olan tələb hüququnun keçməsi kimi

də başa düşülə bilər. Mülki hüquqda Subroqasiya hüququna oxşar formalardan tələbin güzəştini

və reqress hüququnu da göstərə bilərik.

Yuxarıdakıları daha da yaxından nəzərdən keçirdikdə görə bilərik ki, Subroqasiya bu barədə razılığa

gələn  tərəflər  arasında  bağlanmış  müqavilə  əsasında  yaranan  hüquqdur.  Müqavilə  ilə  əlaqədar

olaraq bir şəxs (sığortaçı) digər şəxsə (sığortalıya) üçüncü şəxs (zərərvuran) tərəfindən vurulmuş

zərəri  ödəyir  və  dəymiş  zərərə  müvafiq  olaraq  da  zərərvurandan  ödənmiş  sığorta  ödənişi

miqdarında  borcu  geri  tələb  etmə  hüququ əldə  edir.  Qanunvericilikdə  Subroqasiya  Sığorta

münasibətləri sferasında yaranan hüquq olaraq göstərilmişdir.

Tələbin  güzəştinə  bənzəsə  də  subroqasiyada  yalnızca  sığortalıya  ödənilmiş  məbləğ  həddində

zərərvurandan tələb hüququ yaranır. Tələbin güzəştində isə göstərilir ki, kreditor borcludan ala

bilmədiyi  borcu  müəyyən  xidmət  haqqı  çıxılmaqla  da  üçüncü  şəxsə  güzəşt  edə  bilər.  Həmçinin

subroqasiya zərər vurulması ilə əlaqədar sığorta münasibətlərində yarandığı halda tələbin güzəşti

istənilən borc‐kredit münasibətlərində tətbiq edilir.

Bunu biz Faktorinq münasibətləri ilə də eyniləşdirə bilərik. Belə ki, beynəlxalq bank praktikasında

da hal‐hazırda bir çox fərqli növlərdə tətbiq edilən faktorinqə görə bank öz müştərisinin üçüncü

şəxs  qarşısında  yaranan  borc  öhdəliyinə  cavabdeh  olaraq  dayanır  ki, əvəzində  ödədiyi  məbləğ

həddində  müştəridən  faktorinq  qaydasında  tələb  etmək  hüququ  qazanır.  Faktorinq

münasibətlərində  də  bank  yalnızca  ödədiyi  məbləği  deyil,  həmçinin  əlavə  xidmət  haqqını  da

müştəridən tələb etmək hüququ əldə etmiş olur.

Reqress hüquqla da Subroqasiyanın oxşar xüsusiyyətlərə malik olmasını söyləmək mümkündür.

Belə ki, Mülki Məcəlləyə görə (1114‐cü maddə) bir şəxs (işəgötürən, Azərbaycan Respublikası və

s) barəsində cavabdehlik daşıdığı şəxsin (işçinin, adından fəaliyyət göstərmək səlahiyyəti verilmiş

şəxsin və s) vurduğu zərəri aradan qaldırmaq öhdəliyini daşıyır ki, buna münasib olaraq da həmin

şəxs yenidən reqress qaydasında barəsində cavabdehlik daşıdığı şəxsdən aradan qaldırılmış zərər

həcmində  tələb  hüququna  malikdir.  Reqres  hüququ  işəgötürənlə  işçi  arasında,  Azərbaycan

Respublikası ilə onun hüquq mühafizə orqanları və ya onun adından çıxış etmək hüququna malik

şəxslər arasında və digər bu növ münasibətlərə uyğun olaraq yaranır.

Subroqasiya zamanı bir tərəf digər tərəfə üçüncü şəxslərin vurduğu zərəri ödəməyi və bu zərəri

zərərvurandan almağı öhdəsinə götürür. Reqres zamanı isə bir tərəf öz işçisinin (tabeliyində olan

şəxsin) vurduğu zərəri ödəməyi və sonra isə zərəri işçisindən (tabeliyində olandan) almağı öhdəsinə

götürmüş olur.

Subroqasiya hüququ beynəlxalq  praktikada   da   geniş   tətbiq   olunan   institutlardandır.   Rusiya




­  30 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

Federasiyası Mülki Məcəlləsinin 965‐ci, Türkiyə Cumhuriyyəti Ticarət Qanununun 1472‐ci maddəsi,

01.01.2006‐cı  il  tarixdə  qanuni  qüvvəyə  minmiş  Almaniya  Sığorta  Müqavilələri  Qanununun

(Versicherungsvertragsgesetz) 88‐ci  paraqrafı,  1908‐ci  il  tarixli  İsveçrə  Sığorta  Müqavilələri

Qanununun 72‐ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936‐cı maddəsi və digər

qanunvericilik aktlarında subroqasiya hüququ öz əksini tapmışdır.

Göstərilən normativ sənədlərin hər biri subroqasiyaya yuxarıda göstərildiyi kimi izah verir. Əlbəttə

ki, bunlar arasında oxşar cəhətlərlə yanaşı fərqli cəhətlər də mövcuddur. Belə ki, Almaniyanın adı

çəkilən müvafiq qanununda o da göstərilmişdir ki, üçüncü şəxs qismində çıxış edən zərərvuran kimi

əgər sığortalının ailə üzvlərindən biri iştirak edərsə, onda sığortaçının subroqasiya hüququ istisna

edilir.

İsveçrə Qanununa görə isə həm ailə üzvlərinin vurduğu qəsdən edilən yüngül və ağır zərər, həm də



sığortalının  zərərvurmadan  yaranan  öhdəliklərinə  görə  cavabdehlik  daşıdığı  şəxslərin  (fəaliyyət

qabiliyyətsiz övladə və s) yetirdiyi xəsarətlərdən əmələ gələn zərərlər subroqasiya hüququ ilə istisna

edilir. Göründüyü kimi İsveçrə hüququ bu münasibətlərin tənzimlənməsində daha da mütərəqqi

addım  atmışdır.  Yalnızca  qanunsuz  olaraq  edilən  hərəkətlər  nəticəsində  yaranan  qalan  hallarda

subroqasiya  hüququ  meydana  çıxır. Onu  da  qeyd  edək  ki,  Azərbaycan  Respublikası

qanunvericiliyində bu kimi konkret istisnalar nəzərdə tutulmamışdır.

Türkiyə  Ticarət  Qanununa  görə  isə  subroqasiya  rücu  hüququ  kimi  adlandırılır.  Qanuna  müvafiq

olaraq  rücu  hüququndan  meydana  gələn  münasibətlər  isə  halefiyyet  və  ya  xələfiyyət  kimi

göstərilmişdir.  Ərəb  dilindən  tərcümədə  xələfiyyət  əvəz  etmək,  yerini  tutmaq  deməkdir.  Rücu

hüququ əslində eynilə Azərbaycan Respublikası Mülki Məcəlləsində göstərildiyi kimi subroqasiya

ilə eyni məna kəsb edir. Onu da qeyd edək ki, Rusiya Federasiyası Mülki Məcəlləsində də subroqasiya

münasibətləri eyni qaydada tənzimlənmişdir.

Azərbaycanda sığorta münasibətləri sferasında subroqasiya münasibətləri heç də yeni deyildir. Belə

ki,  11  sentyabr  1964‐cü  il  tarixli  Azərbaycan  SSR  Mülki  Məcəlləsinin  35‐ci  fəsli  Dövlət  Sığortası

adlandırılırdı ki, burada da 387‐ci maddə

Vurulan zərərə görə məsuliyyət daşıyan şəxs barəsində

sığorta etdirənin hüquqlarının sığorta təşkilatına keçməsi kimi qeyd edilmişdi. Maddəyə görə Sığorta

etdirənin  (və  ya  sığorta  ödəməsini  almış  sair  şəxsin)  vurulmuş  zərərə  görə  məs`ul  şəxsə  tələb

hüququ bu məbləğ dairəsində əmlak sığortası üzrə sığorta ödəməsini ödəmiş olan sığorta təşkilatına

keçir. Bu müddəalar eynilə subroqasiya hüququnun nəzərdə tutulduğu müddəalarla oxşarlıq təşkil

edir.

Azərbaycan Respublikası qanunvericilik sistemində subroqasiya münasibətləri tək Mülki Məcəllə



ilə  tənzimlənmir.  Həmçinin  İcbari  Sığorta  haqqında  qanunda  və  bir  sıra  ayrı‐ayrı  qaydalarda

subroqasiya barəsində də göstərilmişdir. Qanunun

 25. Maddəsi “İcbari sığorta üzrə subroqasiya

hüququnun yaranmasının əsasları” adlandırılır ki, burada da subroqasiya ilə bağlı əsas məsələlər

öz əksini tapmışdır. Maddənin 2‐ci bəndində göstərilmişdir ki, 25.1‐ci maddədə nəzərdə tutulmuş

hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.

Müvafiq aktın 63‐cü maddəsi isə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari

sığortası üzrə subroqasiya hüququ” adlanır. 63.1‐ci maddədə qeyd edilir ki, qanunun 63.2‐ci maddəsi

nəzərə  alınmaqla,  25‐ci  maddəsinə  əlavə  olaraq  avtonəqliyyat  vasitələrinin  sahiblərinin  mülki

məsuliyyətinin  icbari  sığortası  üzrə  baş  vermiş  sığorta  hadisəsi  zamanı  sürücü  hadisə  yerindən

yayınmış  olduqda  da  sığorta  ödənişi  vermiş  sığortaçının  hadisəni  törətmiş  şəxsə  qarşı  verilmiş

sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

Həmçinin  “Yük  Sığortası”  Qaydalarının  40.  maddəsi  də Subroqasiya  hüququ adlanır. Burada

göstərilir ki, Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət

daşıyan  üçüncü  şəxsə  qarşı  malik  olduğu  hüquqlardan  və  vasitələrdən  həmin  ödənişi  vermiş

Sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini

ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında

onun verdiyi sığorta ödənişi məbləğində keçir.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə