Jurnal VIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə3/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   2   3   4   5   6   7   8   9   ...   25

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

­  4 ­

Plenimunun 22 iyun 1947‐ci il tarixli, 9/4/U saylı Qərarının 3‐cü bəndinə əsasən, irs buraxan şəxslə

birlikdə yaşayan vərəsələr irs almalı olduqları halda, əmlakın onlara çatası vərəsəlik payından əlavə

adi ev avadanlığına aid əmlak dəxi alırlar.

İrs  qəbul  etməyə  digər  vərəsələr  dəvət  edildikdə,  həmin  vərəsələr  irs  buraxan  şəxslə  birlikdə

yaşamasalar da, əmlak dəvət edilmiş vərəsələrə keçir və RSFSR MM‐in 420‐ci maddəsində və digər

müttəfiq respublikaların MM­in müvafiq maddələrində göstərilən qaydada onların arasında bölünür.

11 sentyabr 1964‐cü il tarixli MM‐in 557‐ci maddəsinə əsasən, vərəsə mirasdan imtina etdiyi halda

və  vəsiyyət  edən  tərəfindən  vərəsəlik  hüququndan  məhrum  edildikdə  onun  payına  düşən  miras

hissəsi qanun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir və onların arasında bərabər

payda bölünür.

Miras  qoyan  şəxs öz  əmlakının  hamısını  təyin  etdiyi  vərəsələrə  vəsiyyət  etdikdə,  aradan  çıxan

vərəsənin payı, vəsiyyət üzrə digər vərəsələrin sərəncamına keçir və onların arasında bərabər payda

bölünür.

Vərəsə, digər vərəsənin, dövlətin və ya dövlət, kooperativ təşkilatının və ya ictimai təşkilatın xeyrinə

olaraq mirasdan imtina etdikdə və ya aradan çıxmış vərəsə təyin edildiyi hallara həmin maddənin

qaydaları tətbiq olunmur.

Həmçinin 11 sentyabr 1964‐cü il tarixli Azərbaycan SSR MM‐in 563‐cü maddəsinə əsasən, miras

əmlakının  bölünməsi  qanun  üzrə  və  vəsiyyət  üzrə  vərəsələrin  hər  birinə  düşən  hissəyə  müvafiq

olaraq,  mirası  qəbul  edən  vərəsələrin  razılığı  ilə  verilir.  Razılıq  olmadıqda  bölgü,  məhkəmə

qaydasında aparılır.

Hələ doğulmamış, ana bətnində olan vərəsə olduqda, vərəsələr ancaq onun payına düşən hissəni

ayırmaq şərti ilə miras əmlakını bölməyə haqlıdırlar. Doğulmamış vərəsənin mənafeyini müdafiə

etmək  üçün  bölgüdə  iştirak  etməyə  qəyyumluq  və  himayəçilik  orqanının  nümayəndəsi  dəvət

olunmalıdır.

“Mirasın  bölüşdürülməsi”  fəsli  qüvvədə  olan  MM­in  “Vərəsəlik  hüququ”  bölməsinin  ən  geniş

fəsillərindən biridir. Fəsil özündə 1274‐1305‐ci maddələri cəmləşdirərək, mirasın bölüşdürülməsi

məsələsininn hüquqi tənzimlənməsini nəzərdə tutur. Sözügedən normativ hüquqi akta görə miras

onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə

düşən paya uyğun bölüşdürülür (MM­in 1274‐cü maddəsi).

Türkiyə Respublikasının MM‐in 599‐cu maddəsinə əsasən, vərəsələr, mirasqoyanın ölümü ilə mirası

bir bütün olarak, qanuni yolla qazanırlar.

Hüquq ədəbiyyatında “mirasın bölüşdürülməsi” institutu bir qədər maraqlı və fərqli şəkildə tədqiq

edilməkdədir.

Mirasın bölüşdürülməsi ilk öncə mirasın meydana gəlməsi halında mövcud olur. Əgər ölmüş şəxsin

mirası  yoxdursa,  yaxud  onun  mirasını  vərəsə  qəbul  etməkdən  imtina  edirsə  o  zaman  mirasın

bölüşdürülməsi məsələsi hərəkətdə olmur. Beləliklə ilk öncə şəxsin ölümündən sonra onun mirasının

qalması labüddür. Lakin bir şəxsin ölümündən sonra onun miras qalmış əmlakı varsa bu da hələlik

mirasın  bölüşdürülməsi  münasibətlərinin  fəaliyyətdə  olması  demək  deyil.  Belə  ki,  mirasın

bölüşdürülməsi” ilə yanaşı miras hüququnun daha bir institutu “mirasın qəbul edilməsi” mövcuddur.

Bu iki institutun məqsədinin mirası əldə etməyə xidmət etmək olmasına baxmayaraq onlar arasında

müəyyən bir fərqlər mövcuddur.

Əgər miras qoyanın yalnız bir vərəsəsi varsa və həmin vərəsə mirasdan imtina etmirsə o zaman bu

münasibətlər  mirasın  bölüşdürülməsi  yox,  mirasın  qəbul  edilməsi  münasibətləri  ilə  tənzimlənir.

Lakin mirasın qəbul edilməsi də tək bir vərəsə tərəfindən mirasın qəbul edilməyindən ibarət deyil.

Bu barədə biz mirasın qəbul edilməsi fəslində ətraflı araşdırma aparmışıq.

Beləliklə, şəxsin ölümündən sonra miras qalmış əmlakın iki və daha çox vərəsəsi olarsa o zaman

mirasın bölüşdürülməsi institutu fəaliyyətə keçir. Vərəsələr istər qanun üzrə istərsə də vəsiyyət üzrə

ola bilərlər. Lakin bəzən hüquq ədəbiyyatında vəsiyyət üzrə vərəsələr arasında yaxud, bir qanun

üzrə vərəsə ilə vəsiyyət üzrə vərəsə (vərəsələr) arasında mirasın bölünməsi münasibətlərini “mirasın

bölüşdürülməsi” institutu ilə deyil “mirasın qəbul edilməsi” institutu ilə qiymətləndirirlər.




­  5 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Bəzi hüquqşünaslar hesab edirlər ki, bu halda vərəsələr arasında miras payının əvvəlcədən miras

qoyan tərəfindən müəyyən edildiyi üçün (mirasın bölgüsünə dair mübahisələr yarana bilmədiyi

üçün) mirasın bölüşdürülməsindən söhbət gedə bilməz.

Hesab edirik ki, bu düzgün qənaət deyil. İstər vəsiyyət üzrə vərəsələr arasında yaxud, bir qanun

üzrə vərəsə ilə vəsiyyət üzrə vərəsə (vərəsələr) arasında mirasın qəbul edilməsi halında, istərsədə

mirasqoyan  tərəfindən  əvvəlcədən  mirasın  vərəsələr  arasında  bölüşdürülməsi  halında

mirasqoyanın ölümündən sonra miras və vərəsələr arasında yaranan “əlaqə” (bu “əlaqə” mirasın

azad ərazisindən başlayaraq vərəsələrin tabeləyinə keçməsi ilə bitməsini nəzərdə tutur) zamanı

bütün münasibətlər “mirasın bölüşdürülməsi” münasibətləri ilə tənzimlənir.

Mirasın  bölüşdürülməsi  zamanı  “fəaliyyətdə  olan  vərəsələr”ə  (“fəaliyyətdə  olmayan  vərəsələr”

dedikdə,  mirasdan  imtina  etmiş  vərəsələr,  ləyaqətsiz  vərəsələr  və  s.  başa  düşülür)  həm

qanunvericilikdə, həm də hüquq ədəbiyyatında bəzən “miras şərikləri” də deyilir. Miras şərikləri

münasibətlərini eyni zamanda mülki qanunvericilik də nəzərdə tutumuşdur. Belə ki, əgər bir neçə

vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə

mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn,

mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər

ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka

və  digər  girovla  təmin  edilmiş  tələblərə  nisbətən  üstün  qaydada  ödənilməlidir  (MM‐in  1157‐ci

maddəsi).

Hüquqşünas M.K.Oğuzmanın fikrincə birdən çox vərəsə varsa bunlar mirasa iştirak (birgə ortaqlıq)

halında sahib olurlar. Bu iştirak halında pay sahibliyi toplusuna miras şərikliyi adı verilir. Şəxsiyyəti

məlum olmayan bir ortağlıq, mirasın açılması ilə qanun icabı vücud bulur və prinsip etibarilə mirasın

qəbuluna qədər davam edir.

Hüquqşünas  N.Kocayusufpaşaoğlunun  qənaətinə  görə  miras  şərikləri,  miras  daxilində,  iştirak

halında mülkiyyətin müştərək mülkiyyətə çevrilməsi və ya başqa bir ortağlığa çevrilməsi; miras

borclarının  miras  aktivi  ilə  ödənməsi  sonunda  mirasda  bölüşəcək  əmlak  qalmaması;  sonradan

mirasçılığın tək şəxsdə toplanması kimi səbəblərlə də sona yetə bilər.

Miras şərikləri mirasın bölüşdürülməsinə qədər mirası idarə etməlidirlər. İstər ümumi, istərsə sətək

idarə zamanı miras şərikləri arasında razılaşma olmalıdır. Bu halı mülki qanunvericilikdə nəzərdə

tutmuşdur. Belə ki, MM‐in 1157‐1‐ci maddəsinə əsasən, miras şərikləri mirasın bölüşdürülməsinə

qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına

mütənasib  surətdə  sadə  səs  çoxluğu  ilə  qəbul  edilir.  Mirasın  mühafizəsi  (qorunması)  ilə  bağlı

tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Mirasın

idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər.

Yuxarıda qeyd etdiyimiz kimi MM mirasın bölüşdürülməsinə aşağıdakı kimi anlayış verir: “miras

onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə

düşən paya uyğun bölüşdürülür”.

Göründüyü kimi mülki qanunvericilik mirasın bölüşdürülməsi halında “vərəsələrin razılaşması”nı

xüsusi  vurğulayır.  Buradan  belə  nəticə  çıxarmaq  olar  ki,  əgər  vərəsələr  arasında  mirasın

bölünməsinə dair razılaşma yoxdursa o zaman mirasın bölüşdürlməsindən söz gedə bilməz. Əslində

bu norma nəzəri və təcrübi baxımdan bir qədər mübahisə doğurur. Diqqət yetirək, ölmüş şəxsin

miras əmlakının vərəsələr arasında bölüşdürülməsi zamanı razılaşmanın olmaması miras bölgüsünü

dayandırır.  Bu  qanunvericiliyin  düzgün  halıdır.  Lakin  qanunvericilik  bu  normanın  ümumiyyətlə

miras bölgüsünə aid edib‐etməməsi halında bu normal hal hesab edilə bilməz. Misal üçün, A. öləndən

sonra ondan miras qalmış evi vərəsələri B., C., və Ç. aralarında bölmək qərarına gəlirlər. Birinci

halda, əgər vərəsələr evi bölmək üçün razılığına gələrlərsə o zaman ev onlar arasında bölünəcək

və bununla da mirasın bölüşdürülməsi münasibətləri həyata keçiriləcək. İkinci halda, əgər vərəsələr

evi bölmək üçün razılığına gələ bilmirlərsə o zaman ev onlar arasında bölünməyəcək və bununla

da  mirasın  bölüşdürülməsi  münasibətləri  həyata  keçirilmədən  qalacaq.    Göründüyü  kimi  ikinci

halda mirasın müqəddaratı həll edilməmiş mirasın bölüşdürülməsi münasibətləri isə hərəkətsiz

qalmaqdadır.




Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə