Jurnal VIII



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix31.08.2018
ölçüsü0,98 Mb.
#66035
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

­  26 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Ïðè  íàðóøåíèè  îãðàíè÷åíèé  è  çàïðåòîâ  îáâèíÿåìûì,  ñîäåðæàùèìñÿ  ïîä  äîìàøíèì

àðåñòîì, ìåðà ïðåñå÷åíèÿ ìîæåò áûòü èçìåíåíà íà àðåñò.

Ìåðà  ïðåñå÷åíèÿ  –  äîìàøíèé  àðåñò  ñòàëà  ïðîìåæóòî÷íîé  ìåæäó  àðåñòîì  è  ìåðàìè

ïðåñå÷åíèÿ,  íå  ñâÿçàííûìè  ñ  ëèøåíèåì  ñâîáîäû.  Òàêèì  îáðàçîì,  ìåðà  ïðåñå÷åíèÿ,  íå

ñâÿçàííàÿ ñ çàêëþ÷åíèåì ïîä ñòðàæ󠖠äîìàøíèé àðåñò – ëèêâèäèðîâàëà îáðàçîâàâøèéñÿ

ìåæäó ýòèìè  ìåðàìè ïðåñå÷åíèÿ áîëüøîé ðàçðûâ (2, 14).

ÑÏÈÑÎÊ ÈÑÏÎËÜÇÎÂÀÍÍÎÉ ËÈÒÅÐÀÒÓÐÛ

1) 

Abbasova F.M. Cinayət prosesi (ümumi hissə). Zərdabi LTD MMC, Bakı, 2015, c.349

2) 

Êàáèëîâà Ñ. À., Çàìàí Ø. Õ. Äîìàøíèé àðåñò êàê ìåðà ïðåñå÷åíèÿ â îòå÷åñòâåííîì è

çàðóáåæíîì çàêîíîäàòåëüñòâå Ðîññèéñêèé ñëåäîâàòåëü, ¹2, 2004, c.12­18

3) 

Îâ÷èííèêîâ Þ. Ã. Îñîáåííîñòè èçáðàíèÿ è ïðèìåíåíèÿ ìåð ïðåñå÷åíèÿ â âèäå äîìàøíåãî

àðåñòà. Ñëåäîâàòåëü, ¹ 3, 2004, c.34­41

4) 

Îâ÷èííèêîâ  Þ.  Ã.,  Çàãâîçäêèí  Í.  Í.  Îáñòîÿòåëüñòâà,  ó÷èòûâàåìûå  ïðè  èçáðàíèè

äîìàøíåãî àðåñòà â óãîëîâíîì ñóäîïðîèçâîäñòâå Ðîññèè Ñëåäîâàòåëü, ¹ 2, 2004, c.59­65

5) 

Ñàâ÷óê  Ò.À.  Äîìàøíèé  àðåñò  êàê  ìåðà  ïðåñå÷åíèÿ.  Â  êí.:  Ýôôåêòèâíîñòü  óãîëîâíîé

þñòèöèè â êîíòåêñòå âåðõîâåíñòâà ïðàâà. Ì, 2004

Òêà÷¸âà Í. Â.

Ìåðû ïðåñå÷åíèÿ, íå ñâÿçàííûå ñ çàêëþ÷åíèåì ïîä ñòðàæó, â óãîëîâíîì ïðîöåññå

Ðîññèè

. ×åëÿáèíñê, èçä­âî ÞÓðÃÓ, 2004.



­  27 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ VIII nömrə

Toğrul Quluzadə

Hüquqşünas

AZƏRBAYCANIN VYANA BEYNƏLXALQ ALĞI‐SATQI

MÜQAVİLƏSİ KOVENSİYASINA (CISG) ÜZV

OLMASININ ÜSTÜNLÜKLƏRİ

Bildiyiniz  kimi,  Vyana  Beynalxaq Alğı‐Satqı  Müqaviləsi Konvensiyası  1980‐ci  ildə  BMT‐nin

Beynalxalq  Ticarət  Hüququ Komissiyası  (UNCITRAL)  tərəfindən hazırlanıb  qəbul  edilmişdir.  Bu

məqalədə yuxarıda adıçəkilən Konvensiyaya üzv olmanın üstünlüklərindən danışılacaq. İlk öncə

bu Konvensiyanın qəbul edilməsinin tarixinə və onun əhatə etdiyi predmetə qısaca nəzər yetirək.

Tarix və predmet

Bu Konvensiyanın ilk hazırlanma tarixi 1930‐cu ilə təsadüf edir. Vyana Konvensiyasının ilk versiyası

Romada Millətlər Cəmiyyətinin Yığıncağında hazırlanmışdır. Lakin, ikinci dünya müharibəsinin baş

qaldırması bu lahiyənin uğurla başa çatmasına imkan verməmişdir.

İkinci  dünya  müharibəsindən  sonra  holland  höküməti  21  ölkənin iclasını cağıraraq  Beynalxalq

Alğı‐Satqı Müqaviləsi üzrə hüquq normalarını vahid bir Konvensiyada birləşdirməyə cəhd etmişdir.

Lakin,  kifayət  sayda  ölkələr  tərəfindən  ratifikasiya olunmadığı  üçün  bu  Konvensiya  qəbul

edilməmişdir.

Nəhayət ki, 1980‐ci ildə BTM‐nin Beynalxalq Ticarət Komissiyası bu konvensiyanın tam və dolğun

variantını hazırlamışdır və bu Konvensiya tələb olunan sayda ratifikasiya olunduqdan sonra qəbul

edilərək qüvvəyə minmişdir.

Bu  Konvensiyanın  predmetinə  gəldikdə  isə,  Konvensiya  Beynalxalq Alğı‐Satqı  Müqavilələrindən

irəli gələn münasibətləri daha dolğun tənzimlənməsi üçün butün lazımı hüquq normalarını özündə

cəmləyir. Konvensiyada müxtəlif hüquq normalarına; beynalxalq xüsusi hüquq, beynalxalq ümumi

hüquq, müqavilə hüququ, prosessual hüquq normaları müddəalarına rast gəlinir. Bu Konvensiyanın

qəbulu  beynalxalq  ticarətdə,  beynalxalq alğı‐satqı  münasibətlərində  bir  çox  hüquqi  və  ticari

müstəvidə rast gəlinən problemləri aradan qaldırmışdır.

Konvensiyaya üzv olmağın üstünlükləri

Bu Konvensiya beynalxalq ticarət aləmində sadələşdirilmiş hüquq normalarının yaradılması üçün

cox uğurlu bir addımdır. Birmənalı olaraq Konvensiyada öz əksini tapmış hüquq normalarının sadə

dildə yazılmasını ön plana çəkmək lazımdır. Hüquq normalarının sadə dildə yazılması sahibkarlar

və  ya işgüzar  adamlar  üçün  beynalxalq sahibkarlıq  fəaliyyəti  ilə  daha  asan  və  səmərəli  məşğul

olmağa imkan verir. Çünki, Konvensiya hüquq normaları beynalxalq ticarətdə istifadə olunan işgüzar

adətlərə uyğun hazırlanmışdır  (Məsələn,  İNCOTERMS  və  s.).  Həmçinin,  müqavilə  tərəfləri  üçün

vahid beynalxalq ticarətdə rast gəlinən terminalogiyadan istifadə olunması da müqavilə şərtlərinin

daha tez və düzgün tərtib olunmasına imkan yaradır.



­  28 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  VIII nömrə

Beynalxalq  ticarətdə  tərəflər arasında  hüqüq  münasibətləri birbaşa  olaraq  bu  Konvensiyada  öz

əksini tapmış  hüquq normaları  vasitəsilə  tənzimlənməsi  bir sıra  hüquqi  problemleri,  xüsusilə

beynalxalq xüsusi hüquq sahəsində əmələ gələn problemləri aradan qaldırır. Yəni, bildiyimiz kimi,

tərəflər  beynalxalq alğı‐satqı  müqaviləsi bağlayarkən  hər  tərəf  müqaviləyə  öz  ölkəsinin

qanunvericiliyin tətbiq olunmasını üstün tutur və təbii ki, bu tərəflər arasında mübahisələrə səbəb

olur.  Lakin, artıq  bu  Konvensiya normalarının  tətbiqi  bu  cür  müqavilələrdə  neytral  hüquq

normaların (bu Konvensiya) razılaşdırılması üçün imkan yaradır ki, bu da öz növbəsində bu cür

yaranmış problemleri aradan qaldırır. Bu və digər səbəblərdən tərəflər üçün müqavilədən irəli gələn

hüquqlarını hər hansı digər bilmədikləri ölkənin qanunvericiliyinin deyil, bu Konvensiyanın tətbiqi

ilə  daha aydın şəkildə başa düşüb şərh  etmək imkanı  verir.  Bundan  başqa,  Konvensiyanın  6‐cı

maddəsinə görə tərəflərə müqavilədə bu Konvensiyanın hüquq normalarını istisna etmək hüququ

da  verilir  ki,  bu  Konvensiyanın  üzv  olan  ölkələrin  tərəfləri  üçün  daha  bir  üstünlükdür.  Deməli,

Konvensiyaya  üzv  olan  ölkələr  Konvensiya  hüquq  normalarının onların bağladığı  müqavilələrə

tətbiq olnub‐olunmamasını seçə bilərlər. Bu Konvensiya beynalxalq ticarət aləmində tez‐tez rast

gəlinən praktik problemlərin aradan qaldırılması üçün də cox faydalıdır. Məsələn, Konvensiyaya

görə  öhdəliklər  yerinə  yetirilmədikdə  bir  tərəf  digər  tərəfə  onlara  məxsus  olan malların

saxlanılmasını tələb edə bilər ki, bir cox ölkələrin qanunvericiliyində bu məsələyə heç toxunulmur

və tərəflər arasında belə bir mübahisə yarandıqda həmin seçilmiş ölkənin qanunvericiliyi susur və

ya qeyri‐bərabər şərtlər təklif edir. Beynalxalq ticarətdə arbitraj hüququnun da rolu danılmazdır.

Yəni, tərəflər beynalxalq alğı‐satqı müqaviləsi üzrə öhdəliklər götürdükdə, bu öhdəliklərin yerinə

yetirilməməsi üçün və ya hər hansı mübahisə zamanı neytral arbitraj məhkəməsinə müraciət etməyi

qərarlaşdırırlar. Təbii ki, beynalxalq arbitraj məhkəməsi üçün bu konvensiya normalarını tətbiq

etməklə  beynalxaq alğı‐satqı  müqaviləsindən  irəli  gələn  mübahisəni  həll  etmək  daha  asan  və

məqsədəuyğundur. Konvensiya 6 rəsmi dildə yazılmışdır (İngilis, Fransız, Rus, Ərəb və İspan) ki,

razılaşdırılmış müqavilə müddəalarının həm tərəflər, həm beynalxalq arbitraj məhkəməsi, həm də

müvafiq yerli məhkəmələr tərəfindən daha dolğun və tam şərh edilməsi üçün çox əlverişli imkan

yaradır.


Nəticə

Beleliklə,  bu  Konvensiyaya  üzv  olan  olkələrin  sahibkarları  üçün  lazımsız  ticari  xərclərin

azaldılmasına və hüquqi problemlərin aradan qaldırılmasına əhəmiyyətli dərəcədə təkan vermiş

olur.  Bu  Konvensiya  artiq dünyanın  83  ölkəsi  tərəfindən  ratifikasiya  edilib  müvafiq  yerli

qanunvericiliyə  inkorporasiya olunmuşdur.  Azərbaycan  da  bu  konvensiyaya  üzv  olmaqla  digər

ölkələrdən  bu  hüquq  sahəsi  üzrə  geri qalmadığını  nümayiş  etdirə  bilər.  Yuxarıda  göstərilənləri

nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, bu Konvensiyaya üzv olmaqla Azərbaycan sahibkarların

beynalxalq sakibkarlıq fəaliyyəti ilə daha səmərəli məşğul olmasında və bu tip münasibətlərdən

irəli gələn mübahisələrdə özlərini hüquqi çərçivədə daha dolğun beynalxalq hüquq normaları ilə

sıgortalamasında, həm də bu sahə üzrə qanunvericiliyin təkmilləşdirillməsində əhəmiyyətli addım

atmış olardı.

İstifadə olunmuş ədəbiyyat:

1)  CISG 1980 http://www.uncitral.org/uncitral/en/uncitral_texts/sale_goods/1980CISG.html

2)  Baasch A. C.  ‘Uniform Application of the International Sales Law: Understanding Uniformity, the

Global  Jurisconsultorium  and  Examination  and  Notification  Provisions  of  the  CISG’,  Kluwer  Law

International, 2007 pp.1­30

3)  Cook, V.S., 1997. CISG: From the Perspective of the Practitioner. JL & Com., 17, p.343.

4)  Schwenzer,  I.  and  Hachem,  P.  The  CISG—successes  and  pitfalls.  The  American  Journal  of

Comparative Law, pp. 457­478.



Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə