Jurnal 02. indd



Yüklə 4,75 Mb.
Pdf görüntüsü
səhifə15/44
tarix15.10.2018
ölçüsü4,75 Mb.
#74302
1   ...   11   12   13   14   15   16   17   18   ...   44

Milli şüur və milli dil qloballaşma şəraitində
41
insanın həyatında lokallaşmışdır. İkincisi isə obyektivləşmiş mənəviliyinin varlığıdır 
ki, ruhun obyektiv məhsulları şəklində mövcuddur. Mənəviyyat sahəsində milli varlıq 
çoxsəviyyəli, mürəkkəb dinamik sistemdir ki, bu sistem etnosun kimliyinin dərkinə 
yönəlmişdir. Hər bir millət varlığın vahid quruluşunu, ətraf mühiti və sosial gerçəkli-
yi öz xüsusi proyeksiyasından görür, özəl milli məntiq formalaşdırır ki, bu da həmin 
millətin dünyanı qavrama modeli şəklində çıxış edir. Bu səbəbdən də bir millətin milli 
varlığının tamlığını digər millətin milli varlığı ilə müqayisə etmək lazım gəlir ki, onla-
rın milli şüurlarındakı spesifi klik aşkara çıxarıla bilsin [2, s.236]. 
Milli varlıq özünün mövcudluq, inkişaf məntiqinə malikdir və daima dəyişikliklərə 
məruz qalır. Bu dəyişikliklər də milli şüurda  fi ksаsiyа olunurlar. Odur ki, milli şüur 
xalqın həm də ruhani bioqrafıyasıdır. Burada təbii və sosial hadisələr, mədəniyyət amil-
ləri, etnosun təsərrüfatçılıq fəlsəfəsinin izlərinə rast gəlmək mümkündür. Milli şüur 
millətin istər fərdi, istərsə də kollektiv mövcudluq səviyyələrində özünü aşkarlayır. 
Azərbaycan xalqının etnik və milli şüurunun formalaşmasına onun dünya duyu-
munun özəllikləri təsir etmişdir. Xalqın özünəməxsus dəyərlər sistemi onun real tarixi 
gedişində formalaşmışdır. Bu sistem onun milli vərdişləri (məsələn, köçəriliklə bağlı), 
sosial davranış qaydaları, taleyi, qələbə və məğlubiyyətləri, xalqı əhatə edən təbii və 
sosial mühitlə  şərtlənmişdir. Milli şüur formalaşmasa idi, azərbaycanlılar müəyyən 
məkanda yaşayan əhali səviyyəsindən yuxarı yüksələ bilməzdilər və tezliklə digər bö-
yük etnosların daxilində əriyib gedərdilər. Milli şüur əhalini mənəvi tamlığa çevirir və 
onu ayrıca taleyə malik soсial orqanizm şəklinə salır. 
Nəzərə alsaq ki, milli şüur müəyyən psixoloji gerçəkliyi təmsil edir, onda tədqiqatın 
məntiqi öz növbəsində baxılan problemə sosial psixologiyanın kateqorial aparatının 
tətbiqini də zəruri edir. Etnik şüur etnik psixologiya əsasında formalaşır. Bu şüur psixo-
loji baxımdan həmişə konkretdir və “xalqın qəlbi”, “milli ruh”, “milli xarakter” barədə 
müəyyən bilikləri ehtiva edir. Milli şüurun psixoloji səviyyəsi xalqın “ruhi mənliyi”n-
də, onun temperamenti, tanış situasiyalara reaksiyaları, hiss və əhvalları şəklin də aş-
karlanır. Bura kollektiv emosional şablonları, canatmа və meyilləri, zövqləri, adətləri 
və ustanovkaları aid etmək olar.
Etnosun şüurunun bir vacib xüsusiyyətini də onun istiqaməti təşkil edir ki, bu da 
özünü ustanovka və tendensiyaların, tələbat və motivlərin, maraq və idealların dina-
mik sistemində bildirir. İnsanların milli şüurunun və fəaliyyətinin xarakterinə canat-
mаlar və təqlidlər təsir göstərir. Sosial normalar, mənəvi dəyərlər, mədəni arxetiplər 
və s. – bütün bunlar təqlidin təzahürləridir. Təqlid yolu ilə fərd öz xalqının və ya başqa 
xalqların (bu cəhət xüsusi ilə xalqın ziyalı  təbəqəsinə aiddir) ictimai şərtilikləri və 
adətləri, kollektiv təcrübəsi mənimsənilir. 
Milli şüurun strukturunda təlqinlər də böyük rol oynayır. Təlqinlərin köməyi ilə in-
sanlar bir-birlərinə təsir edir, öz təcrübələri ilə bölüşür və öz birgə fəaliyyətlərini təşkil 
edirlər.Təlqinin gücü ilə insanların psixikasında və həyat tərzlərində milli adətlər və 


Adil Qurbanov
42
əxlaq kök salır. Təlqinin verbal və qeyri-verbal formaları ola bilir. İctimai qınaq amili 
də təlqində xüsusi çəkiyə malikdir.
Etnosun şüuruna daxil olan hadisələrdən biri də stereotiplərdir. Mənəvi-psixoloji 
qurumlar milli şüurda  əks olunaraq etnosun psixoloji tipini formalaşdırır. O isə öz 
növbəsində təkrarlanan olduğundan buradan vərdiş və qabiliyyətlər sistemi yaranır.
Məlumdur ki, insan mədəniyyəti, sosial davranış və təfəkkür dilsiz və dildən kənar 
gerçəkləşə bilməz. İnsani kommunikasiya vasitəsi kimi (və bu səbəbdən də eyni za-
manda həm sosial, həm də milli səciyyə daşımaqla) dil zəruri olaraq özündə dünyagö-
rüşü, etnik və mədəni dəyərlərin özəlliklərini və həmçinin bu və ya digər dil icmasına 
xas davranış normalarının izlərini əks etdirir. Bütün bunlar öz əksini dilin leksikasında 
tapır ki, bu barədə tez-tez və çox danışırlar.
Lakin qeyd etmək lazımdır ki, milli mentaliteti daha çox dilin qrammatik quru-
luşu  əks etdirir. “Dildəki sözlərin sayı onun dünyasının tutumunu göstərdiyi halda
dilin qrammatik quruluşu bizdə təfəkkürün daxili təşkili barədə təsəvvür yaradır” [3, 
s.15]. Məhz V.fon Humbolt ilk dəfə olaraq “xalqın dil şüuru” kimi vacib anlayışı elmi 
dövriyyəyə daxil etmişdir [yenə orada: s.47]. B.Serebrennikov isə yazır:“Müəyyən 
münasibətlərin çoxsaylı  təkrarlanması insanın ağlında məlum təcrübə kateqoriyası-
nı formalaşdırır. Mahiyyət etibarı ilə bu, dildə ifadəsini tapa bilən anlayış kateqori-
yasıdır. Bu kateqoriyanın hansı şəkildə dildə öz ifadəsini tapacağı isə linqvokreativ 
təfəkkürdən asılıdır. Linqvokreativ təfəkkür ifadə vasitələrinin seçimini həyata keçirə 
bilər, kateqoriyanın semantik tutumunu, başqa anlayışlarla uyarlıq özəlliklərini və s. 
müəyyən edə bilər” [4, s.8]. Məhz anlayış kateqoriyaları dilin morfoloji kateqoriyala-
rının əsasını təşkil edirlər. Onlar sistemyaradıcı vahidlər olub, hər hansı bir dilin baza 
atributlarını təşkil edirlər. Bu kateqoriyalar ilk növbədə bu və ya digər dilin daşıyıcısı-
nın dil şüurunda oturmuşlar. Məsələn, morfoloji kateqoriya kimi cinsi götürmək olar. 
Hind-Аvropa dillərində cisimlər adətən üç cinsə bölünürlər, lakin türk dillərində (o 
cümlədən Аzərbaycan dilində) belə bir ayrılıq yoxdur. Bu səbəbdən də azərbaycanlı-
ya, məsələn, rus dilini öyrənmək, hansı isimin hansı cinsdə olmasını yadda saxlamaq
sonra da bunu təyin və xəbərlə uzlaşdırmaq böyük çətinliklər yaradır. Halbuki, ruslar 
üçün bu heç bir çətinlik törətmir. Zira bu biliklər onların dil şüurunun təməlində olur. 
Lakin eyni zamanda türk dilində cinslərin olmaması dünyagörüşünün fərqliliyində, 
gender münasibətlərində (“Aslanın erkəyi-dişisi olmaz”), təbiətə, heyvanat aləminə 
münasibətdə spesifi k fərqlər yaradır.
Qrammatik (morfoloji) kateqoriyalar hər bir dildə konkret leksik materialın uzun-
müddətli ümumiləşdirmələri və müəyyən semantik ideyanın sonrakı mücərrədləşməsi 
nəticəsində formalaşırlar. Beləcə bütün türk və slavyan dilləri üçün kəmiyyət semantik 
anlayışı dominantlıq kəsb edir, isimlərin xarakteristikasının müəyyənləşdirilməsində 
vacib şərtlərdəndir. Lakin kəmiyyət anlayışı (tək-cəm) bir çox dillər üçün semantik 
universal rolunda çıxış edir. Bununla belə, bu əsasda biz iddia edə bilmərik ki, bu 
kateqoriya bütün dil daşıyıcıları üçün aktualdır. Dil faktları – səbəb deyil, nəticədir-


Yüklə 4,75 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə