Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

­  17 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

Mövcud şəraitə uyğunlaşma. Tədris proqramı uşağın sosial, mədəni, iqtisadi və ətraf mühit

şərtlərini nəzərə almasına, hazırki və gələcəkdəki tələbatlarıyla birbaşa əlaqəli  olmasına, uşağın

inkişaf  şərtlərinin  tam  olaraq  diqqətdə  saxlanılmasına,  tədris  metodlarının  bu  şərtlərə

uyğunlaşdırılmasına yönəlməlidir [5].



Təhsilin əlçatanlıq şərti ‐ təhsil hüququnun realizəsində imkan bərabərliyinin təmin

edilməsinin komponenti kimi.

Təhsildə əlçatanlığın bir‐birilə kəsişən 3 əsas forması vardır:

a) ayrı‐seçkiliyə yol verilməməsi;

b) fiziki əlçatanlıq;

c) iqtisadi əlçatanlıq [5].

Ayrı‐seçkilik uşağın insanlıq ləyaqətinə zidd olmaqla yanaşı, təhsil imkanlarından yararlanma

potensialını  da  zədələyici,  hətta  yoxedici  bir  vəziyyətdir.  Nümunə  versək,  cəmiyyətdəki  cinsi

ayrı‐seçkilik cinsi bərabərlik prinsiplərinə uyğun olmayan tədris proqramıyla, mövcud olan təhsil

imkanlarından qız uşaqlarının əldə edə biləcəkləri faydaları məhdudlaşdıra bilər və qız uşaqlarının

təhsildə iştirakını əngəlləyici xüsusiyyətdəki etibarsız və dostca olmayan mühitlə də bu ayrı‐seçkiliyi

möhkəmləndirə bilər. Həmçinin, əngəlli uşaqlara, müəyyən fizioloji və psixoloji problemləri, əqli

geriliyi olan uşaqlara təhsil sahəsində edilən ayrı‐seçkilik hallarına rast gəlinir.

Təhsilin əlçatan olmasında bərabərliyin təmin edilməsi üçün sadəcə ayrı‐seçkiliyin qadağan

olunması bəs etmir. Bəzi qrupların təhsil əlçatanlığı üçün bu baxımdan xüsusi tədbirlər görülməlidir;

bu  hal  ayrı‐seçkilik  olmasa  da  ,  ona  yol  aça  biləcək  situasiyaların  qarşısını  qabaqcadan  almağa

yönəlib.  Başqa  bir  halda  isə  keçmişdə  edilən  ayrı‐seçkilik  şəxsləri,  qrupları  elə  bir  dezavantajlı

statusa gətirib çıxarmış ola bilər ki, artıq ayrı‐seçkilik aradan qaldırılsa da, ola bilsin ki həmin qrupa

mənsub olan şəxslər bəzi hüquqlarından yararlanmaqda çətinlik çəksinlər. Bu səbəbdən təhsildə

imkan bərabərliyinin təmin edilməsi üçün, ayrı‐seçkiliyin qadağan olunması ilə yanaşı müəyyən

tədbirlər görülməlidir. Yəni, başqa sözlə, ayrı‐seçkiliklə bağlı tədbirlər məhz birbaşa ayrı‐seçkiliyi

aradan qaldırmağa yönəlir; imkan bərabərliyinin təmin edilməsi ilə bağlı tədbirlər isə ayrı‐seçkilik

və  digər  səbəblərdən  ortaya  çıxan  dezavantajların  nəticələrini  (dolayı  ayrı‐seçkiliyi)  aradan

qaldırmağa yönəlir.

Bərabərlik  ifadəsinə  iki  yanaşma  vardır.  Rəsmi  və  ya  "hüquqi"  bərabərlik  eyni  hüquqi

statusdakı  fərdlərə  (burada:  vətəndaş)  eyni  cür,  bərabər  davranmağı  nəzərdə  tutur.  "Real"

bərabərlik fərqli sosial statuslardakı fərdlərə fərqli davranılmasını nəzərdə tutur. Bu isə iki fikri

özündə ehtiva edir: imkan (fürsət) bərabərliyi və nəticələrin bərabərliyi.

Buradan çıxış etsək, təhsilə əlçatanlıqda imkan bərabərliyinin təmin edilməsi bəzi qruplar və

fərdlərə pozitiv ayrı‐seçkiliyi (xüsusi tədbirlər)  şərtləndirir.

Fiziki  əlçatanlıq  ‐  təhsilin  fiziki  olaraq  əlçatan  olmasının  bir  yönü  uşağın  gedə  bilməsi

baxımından yaxın məsafədə məktəbin mövcudluğunu ehtiva edir. Uşaq ya piyada yeriyərək, ya da

lazım olduqda nəqliyyat vasitələrilə məktəbə gedə bilməlidir. Bu mənada, yaxın məsafədə məktəbin

olmaması və uzaqdakı məktəbə isə nəqliyyat vasitəsinin getməməsi o deməkdir ki, təhsil əlçatan

deyil.


Təhsilin fiziki olaraq əlçatan olmasının digər yönü isə əngəlli uşaqlar üçün məktəb girişinin,

kitabxana,  bufet,  tualet  məkanlarının  istifadəsinin  mümkünlüyünü,  onlara  uyğun  dərsliklərin

olmasını ehtiva edir.

İqtisadi əlçatanlıq ‐ təhsilin iqtisadi,  daha dəqiq, maliyyə baxımından əlçatan olması təhsilin

pulsuz olmasını, təqaüd imkanlarının mövcudluğunu, təhsillə bağlı əlavə xərclərin ödənilə bilməsini

nəzərdə  tutur.  UHK‐nın  28‐ci  maddəsində  təsbit  edilən  pulsuz  təhsil  almaq  hüququ  hərtərəfli

ödənişsizliyi ehtiva edir; dərsliklər, materiallar, məktəbli formaları və s. ehtiyaclar.

Burada diqqətədəyər digər məsələ isə yoxsulluq və təhsil arasındakı səbəb‐nəticə əlaqəsidir.

Yoxsulluq  təhsilə  əlçatanlıqda  imkan  bərabərliyini  mümkünsüz  edir;  təhsilin  əlçatan  olmaması,

yoxsul  qrupların  təhsildən  məhrum  qalması  isə  onları  yenə  də  yoxsulluğa  məhkum  edir.  İnsan

hüquqları Bəyannaməsi və İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt dövlətləri



­  18 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

yoxsulluğu və onun təhsilə təsirlərini aradan qaldırmağa təşviq edir.



İstifadə olunmuş ədəbiyyat:

1. Prof. dr Emine Akyüz, Çocuk hukuku, Pegem Akademi Yayıncılık, 2015;

2. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt, 1966;

3. Uşaq Hüquqları Konvensiyası, 1989;

4. General Comment No. 1: The Aims of Education (article 29 of the Convention on the Rights of

the Child) (2001)

http://www.ohchr.org/EN/Issues/Education/Training/Compilation/Pages/a)GeneralComment

No1TheAimsofEducation(article29)(2001).aspx

5. General Comment No. 13: The right to education (article 13 of The International Covenant on

Economic, Social and Cultural Rights) (1999)

http://www.ohchr.org/EN/Issues/Education/Training/Compilation/Pages/d)GeneralComment

No13Therighttoeducation(article13)(1999).aspx




­  19 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

İntiqam Hacıyev

Hüquqşünas

TİBB İŞÇİLƏRİNİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ, HƏMİN

HÜQUQLARIN MÜDAFİƏ MEXANİZMLƏRİ

Cəmiyyətimizdə  baş  verən  hadisələr  göstərir  ki,  tibb  işçilərimiz  öz  hüquqlarını  və  həmin

hüquqların müdafiəsi mexanizmlərini bilməməsi, bu sahədə hüquqi təbliğat aparan qurumların az

olması səbəbindən onların hüquqları bir çox hallarda pozulur. Digər bir tərəfdən insan və vətəndaş

hüquqlarının prioritet hesab olunması da həkimlərin hüquqlarının təbliğini bir qədər ikinci plana

salmışdır. Hüquq və vəzifələrin bir‐biriləri ilə vəhdətdə olması səbəbindən hüquqlardan danışarkən

vəzifələrin  kənarda  saxlanması  düzgün  olmazdı. Ona  görə  də  bu  gün ki  mühazirəmizdə  tibb

işçilərimizin hüquqları və vəzifələri izah olunmalı və həmin hüquqların müdafiə mexanizmlərindən

danışılmalıdır. Olduqca aktual mövzu olmasına baxmayaraq ölkəmizdə bu mövzu olduqca az tədqiq

olunmuşdur. Halbuki bu olduqca geniş mövzu hesab oldunur. Bu səbəbdən də məqalə kimi yazılması

üçün predmet  ümumiləşdirilmişdir.

Tibb işçilərinin fiziki şəxs kimi hüquq və vəzifələri Azərbaycan Respublikası Konstitusiyasında

və qanunlarında, işçi kimi hüquq və vəzifələri Əmək Məcəlləsində nəzərdə tutulmuşdur. Bildiyimiz

kimi tibb işçilərimiz bir çox vəzifə tuturlar. Belə ki, tibb müəssisəsinin rəhbəri, onun müavini, şöbə

müdiri, ayrı‐ayrı mütəxəssis həkimlər, tibb bacıları, mamalar və s. vəzifələri daşıyan şəxslər tibb

işçiləri  hesab  olunmaqla  hər  birinin  hüquq  və  vəzifələri “Əhalinin  sağlamlığının  qorunması

haqqında” qanunda və Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012­ci il tarixli 70

nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə

işçilərin  nümunəvi  vəzifə  təlimatları”ında  da  tibb  işçilərinin  hüquq  və  vəzifələri  ətraflı  şəkildə

tənzimlənmişdir. Həmin təlimatda tibb işçilərinin hüquq və vəzifləri onların tutduqları vəzifədən

asılı  olaraq  ayrıca  qeyd  olunduğundan  məqalədə  həmin  hüquq  və  vəzifələri  ümumiləşdirməyə

çalışılmışdır.  Belə  ki,  tibb  işçilərinin  eyni  sahədə  fəaliyyət  göstərmələri  onların  hüquqlarını  da

ümumiləşdirməyə imkan verir.

Tibb işçilərinin aşağıdakı ümumi hüquqları mövcuddur:

­ Özünün əmək fəaliyyətinin təşkilinin və şərtlərin yaxşılaşdırırlması üzrə rəhbərliyə təkliflər

vermək;


­ Öz  səlahiyyətləri  çərçivəsində  orta  və  kiçik  tibb  heyətinin  işinə  nəzarət  etmək,  tabelikdə

olanların həvəsləndirilməsi və tənbeh edilməsi üzrə rəhbərliyə təkliflər vermək;

­ Öz  vəzifə  öhdəliklərinin  icrası  üçün  zəruri  olan  informasiya  materiallarını  və  normativ­

hüquqi sənədləri rəhbərlikdən tələb etmək, əldə etmək və istifadə etmək;

­  Onun  işi  ilə  bağlı  məsələlərin  müzakirə  olunduğu  elmi‐praktik  konfranslarda  və

müşavirələrdə iştirak etmək;

­  Müəyyən olunmuş qaydada ixtisas dərəcəsini almaq;

­ Tibb  işçiləri  Azərbaycan  Respublikasının  Əmək  Məcəlləsinə  uyğun  olaraq  aşağıdakı əsas

əmək hüquqlarından da istifadə edə bilərlər:

‐ Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət

etmək;



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə