Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə8/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   4   5   6   7   8   9   10   11   ...   19

­  15 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Nərmin Əmirova

Hüquqşünas

UŞAQLARIN TƏHSİL HÜQUQU VƏ ONUN

REALİZƏ ŞƏRTLƏRİ

Təhsil hüququnun bütün digər hüquqlar içərisində xüsusi önəmi vardır. Təhsil hüququ həm

özlüyündə ayrıca bir hüquqdur, həm də digər hüquqların öyrənilib dərk edilməsi, yararlanılması

və qorunmasında vasitə rolunu oynayır. Bu mənada, təhsil hüququ fərdlərin yaşamaq hüququndan

fikir və söz azadlığına, sağlamlıq hüququndan seçki hüququnadək bütün hüquqların istifadəsinin

ilkin şərtidir. Yaşamaq hüququnun mövcudluğu və qorunması təhsildən asılıdır. Həmçinin, uşağın

fiziki, zehni, sosial və mənəvi inkişafı üçün təhsilə ehtiyacı vardır.

Təhsil olmadan insanlar sağlamlıqlarına diqqət etməz,  özlərini və ailələrini lazımi formada

qoruya, məhsuldar şəkildə işləyə və mədəni baxımdan zəngin və gözəl bir həyat yaşaya bilməzlər.

Məsələyə bir bütün olaraq cəmiyyət yönümündən baxıldığında fərdlərin təhsil hüququnun kifayət

qədər  gerçəkləşməməsi  ictimai  inkişaf  və  inteqrasiyaya,  demokratiyaya,  beynəlxalq  sülh  və

təhlükəsizliyə  zərər  verir.  Həmçinin,  fərdin  və  cəmiyyətin  inkişafı  təmin  edilmədikcə  azadlıq,

bərabərlik və demokratiyanın bərqərar olması qeyri‐mümkündür [1].

Qısaca demək olar ki, təhsil hüququ düşünə bilən, düşündüklərini sərbəstcə ifadə edə bilən,

təşəbbüskar  və  araşdırıcı,  özünənəzarəti  həyata  keçirə  bilən,  öz hüquqlarına  sahib  çıxan,

başqalarının hüquqlarına hörmət edən, mənən və cismən sağlam şəxslər yetişdirmək baxımından

həyati əhəmiyyət daşıyır.

Beynəlxalq insan hüquqları ilə əlaqədar bir çox bəyannamə və konvensiyada təhsil hüququna

toxunulmuşdur. Lakin bu mövzu ilə bağlı ən geniş tənzimləmə İqtisadi, sosial və mədəni hüquqlar

haqqında Beynəlxalq Pakt, Uşaq Hüquqları Konvensiyası və İnsan Hüquqları Bəyannaməsidir.

İqtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında  Beynəlxalq  Paktın  13‐cü  maddəsində  təsbit

olunmuşdur ki, hər bir  şəxsin təhsil hüququ vardır. Təhsil hamıya azad cəmiyyətin faydalı iştirakçısı

olmaq imkanı verməlidir [2].

Uşaq hüquqları Konvensiyasının 29‐cu maddəsində isə təhsilin hədəfləri açıqlanmışdır. Həmin

maddəyə görə, uşağın təhsili aşağıdakılara yönəldilməlidir:

a)  uşağın  şəxsiyyətinin,  istedadının, əqli  və  fiziki  qabiliyyətinin  ən  tam  həcmdə  inkişaf

etdirilməsinə;

b)  insan  hüquqlarına  və  əsas  azadlıqlara,  habelə  Birləşmiş  Millətlər  Təşkilatının

Nizamnaməsində bəyan olunmuş prinsiplərə hörmətin tərbiyə edilməsinə;

c) uşağın valideynlərinə, onun mədəni özgünlüyünə, dilinə və dəyərlərinə, uşağın yaşadığı

ölkənin və mənşəcə olduğu ölkənin milli dəyərlərinə, öz sivilizasiyasından fərqlənən sivilizasiyalara

hörmətin tərbiyə edilməsinə;

d)  anlaşma,  sülh,  dözümlük,  kişilərlə  qadınların  hüquq  bərabərliyi  və  bütün  xalqlar,  etnik,

milli və dini qruplar arasında, habelə yerli əhali sırasından olan şəxslər arasında dostluq ruhunda

uşağın azad cəmiyyətdə şüurlu həyata hazırlanmasına;

e) ətraf mühitə hörmətin tərbiyə olunmasına  [3].




­  16 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Bu  maddə  böyük  önəm  daşıyır.  Belə  ki,  Konvensiyaya  qoşulan  tərəf  dövlətlərin  üzərində

razılığa gəldikləri bu məqsədlər və hədəflər hər uşağın doğuşdan yaranan insanlıq ləyaqəti və hər

uşağın  bərabər  və  ayrılmaz  hüquqlarının  tanınması  ilə  birbaşa əlaqəlidir,  həmçinin,  hər  biri

uşaqların  inkişaf  tələbatları  ilə  qabiliyyətlərinin  müxtəlifliyini  nəzərə alır.  Bu  məqsədlər  insan

hüquqlarına  hörmətin  formalaşdırılması  da  daxil  olmaqla,  uşağın  potensialının  tam  olaraq  üzə

çıxarılması,  şəxsiyyət  duyğusunun,  uşağın  sosiallaşması  və  ətrafdakı  insanlarla əlaqələrinin

formalaşmasına yönəlir.

UHK‐nın 29‐cu maddəsi tərəf dövlətlərin təhsilin yerüzündəki fərqli din, ölkə və mədəniyyət

baxımından fərqli dəyərləri ehtiva etməsində razılığa gəldiklərini bildirir. İlk baxışdan, qeyd edilən

müxtəlif dəyərlərin ziddiyət təşkil etdiyi, toqquşduğu ağla gələ bilir, uşağın öz mədəni kimliyi, dili,

dəyərləri, yaşadığı ölkənin milli dəyərləri və özünkündən fərqli sivilizasiyalar uyuşmaya bilərlər.

Məhz bu müddəada məqsəd, təhsilə tarazlı münasibət formalaşdırmağı və fərqli dəyərləri, fikirləri

dialoq və hörmət mühiti içərisində uzlaşdırmağı vurğulamaqdır. Başqa sözlə, uşaqların bir toplumu,

xalqı digərindən tarixi inkişaf baxımdan ayıran fərqliliklər üzərindən körpülər qura bilmək kimi

özünəməxsus potensialları vardır [4].

Təhsilin yönəldiyi hədəflər bir siyahı olmaqdan daha çox önəm daşıyır və Konvensiyada təsbit

olunan digər hüquqları əlaqələndirir, möhkəmlədir.

Burada bir digər məsələ isə təhsil hüququnun gerçəkləşmə prosesinə verilən önəmdir. Təhsil

prosesi həmçinin, digər hüquqlardan yararlanılmasını möhkəmlətməlidir. Burada nəzərdə tutulan

tədris proqramından daha çox,  tədris prosesi, pedaqoji üsullar, istər evdə, istər məktəbdə yaxud

digər məkanda, təhsilin gerçəkləşdiyi, həyata keçdiyi mühitdir. Təhsil sistemi və təhsil prosesi, ilk

növbədə,  uşaq dostu, uşaq mərkəzli olub uşağın ləyaqətinə hörmət ediləcək, fikirlərini sərbəstcə

dilə gətirməsinə imkan yaradacaq və məktəb həyatında aktiv, fəal iştirak edəcək formada olmalıdır.

Diqqətədəyər  digər  bir  məsələ  isə,    məktəbdə  intizamın  insan  ləyaqətinə  hörməti  əks  etdirən

metodlar  vasitəsilə  təmin  edilməsi  və  məktəblərin  qəti  olaraq  şiddətdən  arındırılmasıdır.

Məktəbdəki  təhsil  mühiti  uşağa  özünü  güvəndə  hiss  etdirməli,  özünə  dəyər  verilən  bir  yerdə

öyrədildiyini düşünməsinə rəvac verməlidir [4].

Təhsil başqa yerlərdəki yaxud mücərrəd problemlər haqqında deyil, uşağın yaşadığı və üzvü

olduğu cəmiyyətin problemləri barədə məlumatlı olmasına yardımçı olmalıdır. Bu növ təhsilin daha

çox  ailədə  formalaşdırılması  lazımdır;  amma  məktəblərin  də  bu  sahədə üzərlərinə    götürmələri

lazım  olan  rollar  var.  Məsələn,  uşaq  təbii  ətraf  mühitə  qayğı  və    hörmət  göstərməyi  evində,

məktəbində öyrənməlidir. Bu sahədəki təhsil həm yerli, həm də regional və ya qlobal məsələlərə

toxunmalıdır.

Təhsilin ən ümumi hədəfi, məqsədi uşağın azad cəmiyyətdə tam olaraq və məsuliyyət hissi

ilə  iştirak  etməsi  üçün  qabiliyyətlərini  və  fürsətlərini  aşkara  çıxarmaqdır.  Burada  vurğulanması

lazım  olan  nüans, ən  başda  məlumat  yığımına,  rəqabətin  təşviqinə  və  uşağın  həddən  artıq

yüklənməsinə fokuslanan  təhsilin, uşağın öz bacarıqlarını və qabiliyyətlərini tam olaraq və uyğun

şəkildə inkişaf etdirməsinə ciddi şəkildə mane ola biləcəyidir. Təhsil uşaq dostu, həvəsləndirici və

motivasiyaedici xüsusiyyətlər daşımalıdır.

Məktəblərdə insancıl mühit yaradılmalı, dostluq, yoldaşlıq və birgə fəaliyyət təşviq edilməli

və uşaqların öz potensiallarına uyğun şəkildə inkişaf etmələrinə imkan tanınmalıdır.



Təhsil hüququnun realizə şərtləri

Mövcudluq. Təhsil prosesi üçün ehtiyac duyulan vasitələrin təmin edilməsi; məktəb binaları

və yardımçı tikililər, məqbul əmək haqqı ilə təmin olunmuş ixtisas müəllimləri və digər pedaqoji

işçilər, dərsliklər və digər dərs materialları, kitabxana, kompüterlər, içməli su, sanitar qovşaq və s.

Əlçatanlıq. Təhsil qurumlarının və tədris proqramının, ümumilikdə təhsil almağın hər bir uşaq

üçün əlçatan olması (daha geniş aşağıda).



Qəbuledilənlik.  Mövcud  və  əlçatan  olan  təhsilin  həm  də  keyfiyyətli  olmasını,  uşağın

şəxsiyyətinin, qabiliyyət və bacarıqlarının inkişafına rəvac verən şəkildə olmasını nəzərdə tutur.




Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə