Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə12/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   8   9   10   11   12   13   14   15   ...   19

­  25 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

biləcəkləri  hüquqi  qeyri‐müəyyənliyin  aradan  qaldırılmasına  xidmət  edən  mühüm  şərtlərdən

biridir  (Konstitusiya  Məhkəməsi  Plenumunun  C.İsmayılzadənin  şikayəti  ilə  əlaqədar  13  fevral

2007‐ci il tarixli Qərarı).

Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə

prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin

olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da

həyata keçirilməsini nəzərdə tutur.

Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması

imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı

ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci

instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi

imkanlarının tükənməsinə qədər davam etdirilə bilər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60‐cı

maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya

hüququnun  doktrinasından  irəli  gələn  hüquqi  müəyyənlik  prinsipinə  riayət  edilməsi  pozulmuş

hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir.

Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin

əsas  elementlərindən  biridir.  Hüquqi  müəyyənlik  prinsipi  digər  tələblərlə  yanaşı,  ən  ümumi

mənasında  mövcud  hüquqi  vəziyyətə  aid  aydınlığı  və  müəyyənliyi  nəzərdə  tutur.  Bu  baxımdan

məhkəmələr  tərəfindən  qəbul  olunmuş  qərarlarda  həll  olunan  işə  aid  bütün  zəruri  məsələlərə

aydınlıq  gətirilməli,  ziddiyyətli  məqamlar  aradan  qaldırılmalıdır.  Azərbaycan  Respublikasının

adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan

və  mübahisə  üzrə  iştirakçıların  konstitusiya  məhkəmə  müdafiəsi  hüququna  təsir  göstərən

müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun

2008‐ci il tarixli Qərarı).

Konstitusiya  Məhkəməsinin  Plenumu  tərəfindən  formalaşdırılmış  hüquqi  mövqeyə  görə,

qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktlarının  qanunvericilikdə  nəzərdə  tutulmuş  müddətlər

çərçivəsində deyil, qeyri‐məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu

illüziyasını  yaradan  belə  vəziyyət,  hüquqi  müəyyənliyin  tərkib  hissəsi  olan  “res  judicata”

prinsipinin,  ədalət  mühakiməsinin  ağlabatan  müddətdə  həyata  keçirilməsi  tələbinin  inkar

edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının

sabitliyinə, davamlılığına xələl gətirir.

Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi)

qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr

1999‐cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi

müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş

iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.

Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003‐cü il tarixli Qərarında isə

qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş

işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç

biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş

qərara  yenidən  baxılmanı  tələb  edə  bilməz.  İşə  yenidən  baxılması  üzrə  yuxarı  məhkəmə

instansiyasının  səlahiyyəti  işə  mahiyyəti  üzrə  yenidən  baxmaq  məqsədilə  deyil,  məhkəmə

səhvlərini, ədalət mühakiməsinin qeyri‐düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata

keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir

məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı

və  qarşısıalınmaz  xarakterli  hallara  görə  məcburiyyət  qarşısında  qalma  bu  prinsipdən  geri

çəkilməyə haqq qazandırır.

Avropa  Məhkəməsinin  bu  hüquqi  mövqeyini  nəzərə  alaraq  Konstitusiya  Məhkəməsinin

Plenumu xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə  minmiş  məhkəmə  qərarlarının  ləğvi  və ya



­  26 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik

və  mütənasiblik  prinsiplərinə  uyğun  olaraq  məhkəmə  qərarının  ədalətliliyini,  stabilliyini  və

tarazlığını pozmamalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir

ki,  Konstitusiyanın  60‐cı  maddəsində  təsbit  edilmiş  məhkəməyə  müraciət  etmək  hüququ

Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin

qəbul  etdiyi  qərarın  hüquqa  zidd  olduğunu  yalnız  qanunla  müəyyən  edilmiş  qaydada  müvafiq

instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç

kəsin  məhkəmə  qərarının  ədalətliliyini  və  hüquqa  uyğunluğunu  şübhə  altına  ala  bilməməsi

prinsipindən irəli gəlir.

Məhkəmə  səhvlərinin  aradan  qaldırılması  məqsədilə  konkret  işlər  üzrə  (mülki,  cinayət,

inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici,

ilk  növbədə,  pozulmuş  hüquqların  real  və  vaxtında  bərpa  edilməsi  üçün  hüquq  və  azadlıqların

adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun

hesab edilə bilməz.

Konstitusiya  Məhkəməsinin  Plenumu  hesab  edir  ki,  işdə  iştirak  etməyə  cəlb  olunmayan,

məhkəmə  aktı  ilə  maraqlarına  toxunan  şəxslərin  şikayəti  üzrə  işə  yenidən  baxılması  məhkəmə

səhvlərinin,  məhkəmə  qərarlarının  əsaslı  olmamasının,  maddi  hüquq  normalarının  məhkəmə

tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının

və  ya  digər  məsələlərin  yoxlanılması  məqsədini  daşımamalıdır.  Bu  zaman  məhkəmənin  üzərinə

düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının

bərpa edilməsidir.

Azərbaycan  Respublikasının  mülki  prosessual  qanunvericiliyindən  fərqli  olaraq,  İnzibati

Prosessual  Məcəllədə  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarından  işdə  iştirak  etməyə  cəlb

olunmayan,  məhkəmə  aktı  ilə  maraqlarına  toxunan  şəxslərin  şikayət  vermək  hüququ  nəzərdə

tutulmamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas

prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş

insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və

azadlıqlarının  qanunsuz  məhdudlaşdırılması  hallarından  müdafiəsini  təmin  etməkdir.  İnzibati

prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla

qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.

İnzibati  hüquq  münasibətləri  (idarəçilik  sahəsində  ümumi  (publik)  hüquq  münasibətləri)

dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yarandığından və bilavasitə dövlət idarəetmə

fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə

yetirilməsi ilə bağlı olduğundan, bu münasibətlərdən yaranan mübahisələrdə iştirakçıların dairəsi

mülki münasibətlərdən fərqli olaraq daha məhdud olur. Bu baxımdan qanunverici inzibati məhkəmə

icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə

maraqlarına toxunan şəxslərin prosessual statusunu müəyyən etməmişdir.

Eyni zamanda, qanunverici Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən fərqli

olaraq, inzibati prosesdə işə baxan məhkəməyə daha geniş səlahiyyət vermişdir. Belə ki, İnzibati

Prosessual  Məcəllənin  11‐ci  maddəsinə  əsasən,  inzibati  məhkəmə  icraatı  hamının  qanun  və

məhkəmə  qarşısında  bərabərliyi  prinsipi  əsasında  həyata  keçirilir.  Məhkəmə  inzibati  prosesin

gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və

vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.

Həmin  Məcəllənin  12.1  və  12.2‐ci  maddələrinə  görə,  məhkəmə  proses  iştirakçılarının

izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla

kifayətlənməyərək,  mübahisənin  düzgün  həlli  üçün  əhəmiyyət  kəsb  edən bütün  faktiki  halları

xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya

proses  iştirakçılarının  vəsatətinə  əsasən  digər  zəruri  sübutları  toplamağa  borcludur.  Məhkəmə

tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.




Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə