Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə10/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   6   7   8   9   10   11   12   13   ...   19

­  20 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

­ Həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq,

habelə belə şəraitin yaradılmasını tələb etmək;

­ İş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini

tələb etmək;

‐ Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasına daxil olmayan işləri, xidmətləri

yerinə  yetirməkdən  imtina  etmək,  belə  işləri,  xidmətləri  icra  etdikdə  isə  müvafiq  əlavə  əmək

haqqının verilməsini tələb etmək;

­ Qanunvericiliklə müəyyən olunmuş iş vaxtında çalışmaq;

­  Hər  il  bu  Məcəllədə  nəzərdə  tutulmuş  minimum  müddətdən  az  olmayan  ödənişli  əsas

məzuniyyətdən  və  müvafiq  hallarda  əlavə,  sosial,  ödənişsiz,  təhsil  məzuniyyətlərindən  istifadə

etmək;


‐  Əmək  funksiyasının  yerinə  yetirilməsi  zamanı  əmlakına  və  səhhətinə  dəyən  ziyanın

ödənilməsini tələb etmək;

­ İşəgötürən tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi sosial sığorta və

istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi

hallarından icbari sığorta olunmaq, habelə hər hansı başqa növ sığorta qaydalarından istifadə etmək;

­ Qanunvericiliklə müəyyən olunmuş qaydada həmkarlar ittifaqlarının, ictimai birliklərin üzvü

olmaq,  habelə  bu  təşkilatların  və  ya  əmək  kollektivinin  keçirdiyi  tətillərdə,  mitinqlərdə,

toplantılarda və qanunvericiliklə qadağan olunmayan digər kütləvi tədbirlərdə iştirak etmək;

‐ Əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;

­ Sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan  istifadə

etmək;

­ İş yeri, vəzifəsi (peşəsi), aylıq əmək haqqı və əmək münasibətləri ilə bağlı digər məlumatlar



barədə işəgötürəndən müvafiq arayışlar almaq.

Tibb  işçilərinin  tutduğu  vəzifənin  spesifikasından  asılı  olaraq  onların  xüsusi  hüquqları  da

mövcuddur.  Tibb  işçilərinin  böyük  bir  qismini  həkimlər  təşkil  etdiyindən  onların  spesifik

hüquqlarının sadalanmasına zərurət vardır. Belə ki, həkimlərin yuxarıda sadalanan hüquqlardan

başqa eyni zamanda aşağıdakı hüquqları da mövcuddur:

­  Klinik  müşahidə  və  müayinə,  anamnez  toplanması  və  klinik‐laborator  tədqiqatların

məlumatlarına əsasən ixtisası üzrə müstəqil surətdə diaqnoz müəyyənləşdirmək;

­ Müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını müəyyən

etmək;

­ Pasiyentin kompleks müayinəsi üçün zəruri funksional və laborator diaqnostika metodlarını



təyin etmək;

‐ Diaqnostika və müalicənin icazə verilmiş metodlarından istifadə etməklə diaqnostik, müalicə,

reabilitasiya və profilaktika prosedurlarını aparmaq;

  ‐  Zərurət  olduqda  xəstələrin  məsləhəti,  müayinəsi  və  müalicəsi  üçün  müəyyən  edilmiş

qaydada başqa ixtisaslı həkimləri cəlb etmək;

­ Tibbi yardım göstərilməsinin bütün mərhələlərində pasiyent üzərində müşahidəni həyata

keçirmək;

­ Müalicə‐diaqnostik prosesin təkmilləşdirilməsi üzrə rəhbərliyə təkliflər vermək.

Tibb  işçilərinin  hüquqlarından  danışmaq  tibb  işçilərinə  nə  qədər  xoş  olsa  da,  onların  öz

vəzifələrini də bilmələri olduqca vacibdir. Çünki hüquq və vəzifə qarşılıqlı  vəhdətdə olub bir­birini

tamamlayır.  Hüququ  vəzifəsiz,  vəzifəni  isə  hüquqsuz  təsəvvür  etmək  qeyri‐mümkündür.  Bu

baxımdan  tibb  işçilərimiz  öz  vəzifələrini  dəqiq  şəkildə  bilməli  və  tam  yerinə  yetirməlidir.

Həkimlərimizin aşağıdakı vəzifələri mövcuddur:

­ Mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin edir və nəzarət edir,

zəruri  diaqnostik,  müalicə,  reabilitasiya  və  profilaktik  prosedur  və  tədbirləri  təşkil  edir  və  ya

müstəqil surətdə aparır.

‐  Stasionarda xəstəyə gündəlik baxış keçirir. Pasiyentin vəziyyətindən asılı olaraq müalicə

planına dəyişiklik edir və əlavə müayinə metodlarının zəruriliyini müəyyən edir.




­  21 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

­ Müalicə‐profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət

yardımı göstərir.

 ‐ Ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik edir, öz vəzifə öhdəliklərinin yerinə

yetirilməsində onlara kömək edir.

‐  Diaqnostik  və  müalicə  prosedurlarının  aparılmasının,  alət,  aparat  və  avadanlıqların

istismarının,  dərman  preparatlarının  səmərəli  istifadəsinə,  orta  və  kiçik  tibb  heyəti  tərəfindən

təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət edir.

­ Öz işini planlaşdırır və öz fəaliyyətinin göstəricilərini təhlil edir.

‐ Tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli

rəsmiləşdirilməsini təmin edir.

‐ Sanitar‐maarifləndirmə işini aparır. Etik davranış qaydalarına riayət edir.

­  Müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra

edir.


‐  Qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  işlədiyi  istiqamət  üzrə  təkmilləşdirmə

kurslarında iştirak edir, mütəmadi olaraq öz ixtisasını artırır.

­ Müəyyən olunmuş qaydada sertifikasiyadan keçir.

­  Daxili  intizam,  yanğın  təhlükəsizliyi  və  təhlükəsizlik  texnikası  qaydalarına,  sanitariya‐

epidemioloji  rejimə  riayət  edir.  Tibb  müəssisəsinin  fəaliyyətinə,  işçilərinə,  pasiyentlərə  təhlükə

yaradan  təhlükəsizlik  texnikası,  yanğına  qarşı  və  sanitariya  qaydalarının  pozulmasının  aradan

qaldırılması  üzrə,  rəhbərliyin  vaxtında  məlumatlandırılması  da  daxil  olmaqla,  operativ  tədbirlər

görür.


Tibb  sahəsinin  spesifik  xüsusiyyətlərindən,  yəni  insan  həyat  və  sağlamlığı  ilə  birbaşa

bağlılığından dolayı tibb işçilərinin vəzifələri də geniş və məsuliyyətlidir. Bu baxımdan tibb işçiləri

öz vəzifələrini yerinə yetirərkən olduqca diqqətli olmalı və kiçik bir etinasızlığın faciəyə səbəb ola

biləcəyini nəzərə almalıdır. Ölkəmizdə aparılmış hüquq islahatlarının nəticəsi olaraq insanların tibb

işçilərinə və müəssisələrinə qarşı məhkəməyə müraciət etmə halları olduqca artmışdır. Bu insanlar

üçün təqdirə layiq hal hesab olunsa da tibb işçilərinin məhkəmədə müdafiəsinin gücləndirilməsi

üçün  onlar hüquqi  cəhətdən  maarifləndirilməli  və  onlara  öz  hüquqlarını  müdafiə  mexanizmləri

təbliğ edilməlidir.

Yuxarıda  qeyd  edilənlərdən  də  göründüyü  kimi  tibb  işçilərinin  hüquqları  kifayət  qədər

çoxşaxəlidir. Çünki tibb işçiləri həm Əmək Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan, həm də

özlərinin  vəzifələrinə uyğun  olan  hüquqlardan  istifadə  edə  bilərlər.  Lakin  tibb  işçilərinin  bu

hüquqlarının  pozulması  və  onların  özlərini  müdafiə  edə  bilməmələrinin  şahidi  oluruq.  Bu  kimi

arzuolunmaz halların baş verməməsi üçün də tibb işçiləri öz hüquqlarının müdafiəsi mexanizmlərini

bilməli  və  tətbiq  etməyi  bacarmalıdır.  Belə  ki,  tibb  işçilərinin  hüquqlarının  aşağıdakı  müdafiə

mexanizmləri mövcuddur:

­ Hüququnu yazılı qaydada (ərizə formasında) öz müəssisə rəhbərindən tələb etmək;

­ Yuxarıda  qeyd  olunmuş  formada  tələb  edilmiş  hüquq  müəssisə  rəhbəri  tərəfindən  təmin

olunmadıqda yuxarı təşkilatlara ərizə və ya şikayət formasında müraciət etmək. Yuxarı təşkilatlar

dedikdə Səhiyyə Nazirliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Respublikası Prezident

Administrasiyası, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) və s. başa düşülür.

‐ 2‐ci bəndə göstərilmiş hüquqi müdafiə mexanizmi səmərə vermədikdə məhkəməyə iddia

ərizəsi ilə müraciət etmək, çıxarılmış yekun məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə

şikayət vermək.

­  Pozulmuş  hüquqda  cinayətin  əlamətləri  olduqda  hüquq  mühafizə  orqanlarına‐  Baş

Prokurorluq, Daxili İşlər Nazirliyi və.s müraciət etmək.

­ Bütün bu mexanizmlərdə nümayəndə və ya vəkil yardımından istifadə edərək hüquqların

effektiv müdafiəsini təmin etmək.

Tibb  işçilərinin  hüquqlarını  bilməsi  və  həmin  hüquqların  müdafiəsi  mexanizmlərini  tətbiq

etməyi bacarması bu hüquqların təminini şərtləndirən  amildir.   Hüquqlarını   bilən   lakin   həmin



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə