Jrunal XIII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   2   3   4   5   6   7   8   9   ...   19

­  8 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

istintaq orqanlarının bu aktları icra edən orqanlar sırasından tam çıxarılması, məhkəmələrin isə bu

sahədəki səlahiyyətlərinin minimuma endirilməsi amnistiyanın tətbiqi sahəsində xeyli problemlər

yaratmışdır.

Əlli ildən artıq müddətdə verilən amnistiya aktlarını izləyən və tətbiq edən şəxs kimi bu yazının

müəllifi hesab edir ki, amnistiya aktlarının tətbiqi ilə bağlı 2007‐ci ilə qədər mövcud olan qaydalar

daha məntiqi olmuşdur. Yəni amnistiya aktları haqlarında qanuni qüvvəyə minmiş hökmlər olan

şəxlər barəsində deyil, amnistiya aktı qüvvəyə minən vaxta qədər cinayət hadisəsi törətmiş

şəxslər barəsində tətbiq edilməlidir. Məsələnin bu cür qoyuluşu amnistiyanın mahiyyəti və tətbiqi

ilə bağlı cinayət‐hüquq nəzəriyyəsinin müdəaları ilə də üst‐üstə düşür. Belə olduqda həm şübhəli

və təqsirləndirilən şəxslər, həm də məhkumlar dövlətin həyata keçirdiyi humanist tədbirdən bərabər

surətdə yararlanmaq imkanı əldə edirlər. Əvvəlki amnistiya aktlarında müəyyən edilən normalarla

cinayət mühakimə icraatının bütün mərhələsində şəxs haqqında amnistiya tətbiq edilməsi mümkün

olduğundan ədalət və bərabərlik prinsiplərinə daha dəqiq əməl edilirdi.

Təhqiqat və ibidai istintaq orqanlarının amnistiya aktlarını tətbiq edən orqanlar sırasına bərpa

olunması  isə  nəinki  bu  sahədə  cinayət‐prosessual  qanun  normalarına  dəqiq  əməl  edilməsinə,

həmçinin həmin orqanların iş yükünün azalmasına, dövlət vəsaitinə qənaət edilməsinə də səbəb ola

bilərdi.


Əminliyimizi bildirmək istəyirik ki, qanunverici orqan tərəfindən gələcəkdə amnistiya aktları

qəbul edilərkən bu qeydlərimiz diqqətdən yayınmayacaqdır.




­  9 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

Nazlı Əhmədov

vəkil

HOLLİVUD, BOLLİVUD VƏ AZƏRBAYCAN

Bu yaxınlarda maraqlı bir məlumatla tanış oldum: 2016‐cı ilin əvvəlində Gürcüstanda “Film

in Georgia” (“Gürcüstanda film çək”) adlı dövlət proqramı qəbul edilib. Proqrama əsasən, müəyyən

şərtlərə əməl etməklə Gürcüstanda çəkilən filmlərin və bir sıra digər audiovizual əsərlərin (seriallar,

sənədli  filmlər,  reklamlar,  animasiya  filmləri  və  sair)  istehsalçıları əhəmiyyətli  imtiyazlar  əldə

edirlər: xərclədikləri vəsaitin 20 faizini geri alırlar. Filmdə Gürcüstanı təbliğ edən elementlər olarsa,

yəni,  proqramın  dili  ilə  desək,  film  “mədəni  testi”ni  keçərsə,  əlavə  1‐5  faiz  də  güzəşt  də  verilir.

Beləliklə, xərclənən vəsaitin toplam 25 faizə qədəri geri alına bilər.

Sözsüz  ki,  imtiyazlara  ümid  edən  istehsalçılar  proqramın  şərtlərinə  də  əməl  etməlidirlər.

Həmin şərtlər ətraflı olmaqla bərabər, istehsal olunan audiovizual əsərin və çəkilən xərclərin növünə

görə  fərqləndirilir,  bu  da,  öz  növbəsində,  müxtəlif  imkanlara,  iş  prinsipinə  və  planlara  malik

istehsalçı fərqli istehsalçı şirkətləri cəlb etməyə imkan verir. Proqramın bütün iqtisadi şərtlərinin

hamısını burada açıqlamadan (maraqlananlar yuxarıda veridyim keçid üzrə proqram barədə daha

ətraflı məlumat əldə edə bilərlər) yalnız onu qeyd edim ki, bir əsərin istehsalına xərclənməli olan

minimum vəsaitin məbləği təxminən 204 min ABŞ dolları təşkil etməli və vəsaitin 50 faizi ərizə

verilərkən ərizəçinin sərəncamında olmalıdır. Fikrimcə, kifayət qədər əlverişli şərtdir.

Proqramın “mədəni testi” daha maraqlıdır və məhz onun üzərində ətraflı dayanmaq istərdim.

“Mədəni test”ə əsasən, aşağıdakı elementlərdən biri audiovizual əsərə daxil edildikdə, göstərilən

həcmdə əlavə güzəşt əldə edilir:

– Əsərin istehsalı tamamlanıb əsər televiziya kanalında və ya kinoteatrda nümayiş etdirilirsə

və onun tanıtım çarxına əsərin Gürcüstanda çəkilmiş olduğuna dair görüntülər daxil edilərsə – əlavə

1 faiz;


– İstehsal zamanı ən azından aşağıdakılardan biri Gürcüstan vətəndaşı olduqda, əlavə 1 faiz:

aparıcı  aktyor  və  ya  aktrisa  (titrlərdə  bu  kateqoriyada  ilk  3  addan  biri  olmaq  şərtilə),  rejissor

(titrlədə ilk 2 addan biri), ssenari müəllifi (titlərdə ilk 2 addan biri), bəstəkar (titrlərdə ilk 2 addan

biri), azı 2 nəfər ikinci dərəcəli aktyor və ya aktrisa (titrlərdə ilk 10 adlara daxil), azə 3 nəfər qrup

rəhbəri (titrlərdə ilk ad), prodüser (titrlərdə ilk 3 addan biri), istehsal üzrə dizayner (titrlərdə ilk

ad), geyim üzrə dizayner (titrlərdə ilk ad), xətt prodüseri (titrlərdə ilk ad), istehsal meneceri yaxud

bölmə meneceri (titrlərdə ilk ad);

– Aşağıdakılardan heç olmasa birindən istifadə edildikdə, əlavə 1 faiz: Gürcüstan hadisələrin

cərəyan etdiyi yer kimi əks etdirilərsə və bu barədə ekranda məlumat verilərsə, ssenari Gürcüstan

ədəbi əsərinə və ya ölkənin tarixi hadisəsinə əsaslanarsa yaxud Gürcüstanın tanınan tarixi və mədəni

abidələri  əks  etdirilərsə  (UNESCO‐nun  qorunan  abidələr  siyahısına  daxil  edilmiş  yaxud  daxil

edilməyə namizəd olan yerlər, hökumətin təsdiq etdiyi siyahıda sadalanan yerlər və ya Gürcüstanın

dövlət bayrağı – ekranda ən azı 2 saniyə ərzində görünmək şərtilə);

– Ərizəçi proqrama daxil edildikdən sonra 48 ay ərzində istehsalsonrası iş və xidmətlərlə bağlı

azı 50 min lari vəsaiti Gürcüstan ərazisində xərclədikdə – əlavə 1 faiz;



­  10 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Göründüyü kimi, proqram və onun elementləri çox peşəkarcasına tərtib edilib və Gürcüstanın

və onun vətəndaşlarının maraqlarının təbliğinə və qorunmasına köklənməklə bərabər, istehsalçı

şirkətlər  üçün  əlverişli  şərait  yaradır.  Təəccüblü  deyil  ki,  artıq  Hollivudun  Disney  və  digər  iri

şirkətləri, həmçinin Bollivud şirkətləri proqramla maraqlanmış və artıq proqram çərçivəsində bir

sıra tammetrajlı filmlər çəkilmiş və çəkilməkdədir.

Onu da qeyd edim ki, “Film in Georgia” proqramı Avropa Birliyində “Film New Europe” (“Yeni

Avropanı çək”) proqramının ardınca qəbul edilib və bu silsilədən olan ilk aktiv proqramdır.

Sonda, bu yazını oxuyarkən bir çoxunuzun özü‐özünə verdiyi sualı da yazım: gözəl təbiətimizi,

tarixi və mədəni irsimizi, “İpək Yolu” konsepsiyasını təbliğ etməyə, turizmim inkişafı və neçə‐neçə

iş yerlərinin açılmasına xidmət edəcək, rəqabətədavamlı olması üçün Gürcüstanla müqayisədə daha

geniş iqtisadi güzəştlər verən “Film in Azerbaijan” proqramını tezliklə qəbul etməyə bizə nə mane

olur? Niyə də yox?



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə