Jrunal XIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə17/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   11   12   13   14   15   16   17   18   19

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

­  36 ­



Dördüncüsü, “açılış mərasimi”ndə qeyd olunmuşdur ki, ofisdə həmçinin, iki həkim ilə fəaliyyət göstərir.

Yeri gəlmişkən, həkimlərin fəaliyyət göstərmələri üçün (insan sağlamlığı ilə əlaqəli xidmət oldğu üçün)

xüsusi lisenziya tələb olunur ki, bu lisenziya da, həmin qurum tərəfindən alınmamışdır.

Naxçıvan şəhərində qanunsuz fəaliyyət göstərən “SHD şirkətinin Azərbaycan ofisi” qanunsuz fəaliyyəti

ilə insanları aldatmaq və külli miqdarda əsassız qazanc əldə etməklə yanaşı, vətəndaşlarda çaşqınlıq

yaradacaq və Muxtar Respublikada qanunvericiliyə uyğun formada hüquqi yardım göstərən vəkillərə

münasibətdə inamsızlığın yaranmasına da səbəb olacaqdır. Məhz bu məqsədlə tərəfimizdən müvafiq

dövlət qurumlarına və hüquq‐mühafizə orqanlarına müraciət olunmuşdur.

Qeyd  olunanlara  əsasən,  15.05.2017‐ci  il  tarixdə  NAXÇIVANXƏBƏRLƏRİ.com  internet  saytında

15.05.2017‐ci  il  tarixdə  yayımlanmış  “Naxçıvan  şəhərində  yeni  hüquq  firmasının  (SHD  şirkətinin

Azərbaycan ofisinin) fəaliyyətə başlaması” ilə əlaqədar məlumatla bağlı təkzibin verilməsini, xəbərin

saytdan çıxarılmasını və bu müraciətin yayımlanmasını xahiş edirik.”

Vəkillərin  töhfəsi  və  "Hüquq  və

Mən" layihəsi yekunlaşdırılmışdır

BMT‐nin 1966‐cı il İqtisadi, sosial və

mədəni 

hüquqlar 



haqqında

beynəlxalq 

Paktının 

13‐cü


maddəsinədə qeyd olunur ki, “Təhsil

hamıya  azad  cəmiyyətin  faydalı

iştirakçısı olmaq imkanı verməlidir”.

Bu postulatdan çıxış edərək bu gün

Azərbaycan 

Hüquq 


İslahatları

Mərkəzi  və  Almaniya  Beynəlxalq

Əməkdaşlıq  Cəmiyyətinin  (GIZ)

təşkilatçılığı,  habelə  Azərbaycan

Respublikası  Təhsil  Nazirliyi  və

Məhkəmə‐Hüquq Şurasının tərəfdaşlığı ilə respublikamızın 10 orta məktəbində keçirilən “Hüquq

və Mən” layihəsi yekunlaşdırılmışdır. Layihə Bərdə, Şirvan, Şamaxı, Qobustan, Goranboy, Şəmkir,

Göygöl, Abşeronun hər birində bir məktəb, Dəliməmmədli şəhərində isə 2 məktəbi əhatə etmişdir.

Peşəkar  vəkillər  və  hüquqşünaslar  tərəfindən  və  əsasən  10‐11‐ci  sinif  şagirdləri  üçün  keçirilən

təcrübi‐nəzəri  təlimlər  5  həftə  davam  etmiş  və  sonuncu  –  6‐cı  həftə  isə  onların  məhkəmələrin

fəaliyyəti tanış olmaları, həmçinin açıq məhkəmə iclaslarında iştirak etmələri məqsədilə Yasamal

Rayon Məhkəməsi, Gəncə şəhər Nizami Rayon Məhkəməsi, Bərdə, Şirvan, Qobustan, Şamaxı rayon

məhkəmələrinə ekskursiyalar təşkil edilmişdir.

Layihə çərçivəsində, şagirdlər üçün təlimlərdə istifadə üçün illüstrativ formatda oxu kitabı və işçi

dəftər  təqdim  olunmuşdur.  Məxsusi  olaraq  vəsaitlər  üçün  illüstrasiyalar  Almaniyanın  Potsdam

Universitetinin qrafika‐dizayn fakültəsi tərəfindən hazırlanmışdır.

Qeyd  olunduğu  kimi  bu  günlərdə  adları  çəkilən  məhkəmələrdə  ekskursiyalar  yekunlaşdırılmış.

Məhkəmələrin sədrləri şəxsən şagidləri qəbul edərək onlara gələcək həyatlarında uğurlar arzulamış,

fərqlənin şagirdləri təşəkkürnamələr ilə təltif etmiş və əyani məhkəmə prosesləri ilə tanış olmaları

məqsədilə onlara şərait yaratmışdır.

Yasamal  Məhkəmə  Kompleksində  Abşeron  məktəbliləri  üçün  keçirilən  sonuncu  ekskursiyada

Yasamal Rayon Məhkəməsinin sədri, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları

İttifaqının  sədri  Ələddin  Cəfərov,  Azərbaycan  Hüquq  İsalahatları  Mərkəzinin  sədri,  Vəkillər

Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov, GIZ‐in Azərbaycan üzrə rəhbəri Fillip Yahn da

iştirak  etmişlər.  Görüşdə  layihənin  rəhbəri  Anar  Bağırov  layihənin  indiyə  kimi  buna  oxşar

tədbirlərdən öz unikallığı ilə seçilməsini, şagirdlərin hüquqi biliklərinin artmasında əhəmiyyətini




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

­  37 ­

vurğulamış, habelə layihənin gələcəkdə davamlılığının təmin edilməsinin vacibliyini qeyd etmişdir.

Eyni  zamanda  GIZ‐in  təmsilçisi  Fillip  Yahn  layihədən  məmnunluğunu  ifadə  edərək  təmsil  etdiyi

təşkilatın layihəyə xüsusi əhəmiyyət verdiyini ifadə etmişdir.

Azərbaycanda maraqların toqquşması haqqında qanun layihəsi müzakirə olunmuşdur

Bu  gün  Bakı  şəhərində  ‐  Holiday  İnn

mehmanxanasında 

Avropa 


İttifaqı

Azərbaycan  Respublikası Baş prokuroru



yanında  Korrupsiyaya  qarşı Mübarizə  Baş

İdarəsinin birgə təşkilatçılığı ilə prokurorlar

və  məhkəmə  hakimləri  üçün  “Maraqların

toqquşmasının 

qarşısının 

alınması”

mövzusunda 

birgünlük 

simpozium

keçirilmişdir.

Tədbiri  giriş  sözü  ilə  Korrupsiyaya  qarşı

Mübarizə  Baş İdarəsinin  prokuroru  Heydər

Məmmədov 

açmışdır. 

Simpoziumda

Azərbaycan 

Respublikası 

Prezidentinin

"Korrupsiyaya  qarşı  mübarizəyə  dair  2012‐2015‐ci  illər  üçün  Milli  Fəaliyyət  Planı"nın  təsdqi

edilməsi  haqqında  Sərəncamının  tələbinə  əsasən  Dövlət  qulluqçularının  və  dövlət  orqanlarının

digər  vəzifəli  şəxslərinin  fəaliyyətində  maraqlar  toqquşmasının  qarşısının  alınması  ilə  bağlı

qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflərin verilməsi vurğulanmışdır.

İnteraktiv  şəkildə  aparılmış  simpoziumda  “Moldova  Respublikasının  təcrübəsində  maraqların

toqquşması”, “Albaniyada maraqların toqquşmasının qarşısının alınması haqqında qannunverciliyin

xüsusiyyətləri  və  bu  sahədə  təcrübə”,  “Azərbaycan  Respublikasında  maraqların  toqquşmasının

qarşısının  alınması  sahəsində  qanunvericiliyin  cari  vəziyyəti  və  Vəzifəli  şəxslərin  fəaliyyətində

maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi” mövzularında təqdimatlar

olmuş,  tədbir  iştirakçıları  arasında  kazuslar  həll  olunmuş,  tədbirin  sonunda  isə  iştirakçılara

sertifikatlar təqdim olunmuşdur.

Məlumat üçün bildirilməlidir ki, hazırada "Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının

qarşısının  alınması  haqqında"  qanun  layihəsi  Milli  Məclisdədir  və  qanun  layihəsinin  mətnin

Korrupsiyaya qarşı Müabrizə üzrə Komissiyanın saytından yükləyə bilərsiniz.

Qeyd  olunmalıdır  ki,  simpozium  Avropa  İttifaqı tərəfindən  maliyyələşdirilməklə  “Azərbaycanda

ədliyyə  sisteminin  inkişafına  və  cinayət  işləri  üzrə  məhkəmə  qərarlarını icra  edən  qurumların

göstərdiyi xidmətlərin təkmilləşdirilməsinə dəstək” layihəsi çərçivəsində təşkil olunmuşdur.

Tədbirdə  Aİ‐nın  beynəlxalq  ekspertləri  qismində  ABŞ və  Moldovanın  sabiq  prokurorluq  işçiləri

xanım Pamela Fahey, Stanislav Pavlovski (AİHM­nin Moldoviyadan olan sabiq hakimi), Albaniyadan

olan beynəlxalq ekspert xanım Helena Papa, yerli ekspert qismində isə Azərbaycan Hüquq İslahatları

Mərkəzinin nümayəndəsi Fərhad Nəcəfov iştirak etmişdir.



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə