Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   2   3   4   5   6   7   8   9   10   ...   19

­  13 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Respublikasının  prosessual  qanunvericiliyində  yaradılan “preyudisiallıq”  institutu  vasitəsi  ilə

məhkəmə  qərarlarına  qanunvericilik  qaydasında  aşağıdakı  formada  hüquq  norması  qüvvəsi

verilmişdir:

­ Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar

həmin  işdə  iştirak  edən  şəxslər  tərəfindən  başqa  məhkəmə  prosesində  mübahisələndirilmir  və

yenidən sübut edilmir. (MPM­in 82.3‐cü maddəsi).

‐ cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub‐olmaması

və bu hərəkətlərin kim tərəfindən edilməsi sahəsində mülki işə baxan məhkəmə üçün  məcburidir

(MPM‐in 82.4‐cü, CPM‐in 65.4‐cü maddələri).

­ Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin

işə yenidən baxan məhkəmə üçün məcburidir. (MPM‐in 420‐ci maddəsi).

‐ Məhkəmənin mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı

cinayət  prosesini  həyata  keçirən  orqan  və  cinayət  işinə  baxan  məhkəmə  üçün  yalnız  hadisənin

olub‐olmaması hissəsində məcburidir (CPM‐in 65.7‐ci maddəsi).

Bütün  bunlarla əsasən  Azərbaycan  Respublikasının  qanunvericiliyində  məhkəmə

presedentinin  qismən  də  olsa  hüququn  mənbəyi  kimi  qəbul  edilməsi  qanunvericiliyin    uğuru

sayılmalıdır.



Üçüncüsü,  ona  görə  ki,  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenum  qərarlarında

cinayət  qanununun  bəzi  müddəalarına  məhdudlaşdırıcı  və  ya  genişləndirici  təfsir  verilməklə

məhkəmə  qərarları  ilə  hüquq  normasının  tətbiqi  dairəsinin  məhdudlaşdırılmış  və  ya

genişləndirmişdir. Bu hallara misal olaraq:

a)  Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinın  29‐cu  maddəsinin  hərfi  təfsirinə  əsasən

“cinayət  etməyə  cəhd”  qəsdən  törədilən  bütün  cinayətlərdə  mümkündür.  Lakin,  AR‐sı  Ali

Məhkəməsi  Plenumunun  “Qəsdən  adam  öldürmə  işləri  üzrə  məh  kəmə  təcrübəsi  haqqında”  12

dekabr 2002­ci il tarixli 3№‐li qərarının 2‐ci bəndində “...cinayəti törətməyə cəhd ... yalnız birbaşa

qəsdlə ... həyata keçirilə bilər” ifadəsinin işlədilməsi ilə CM‐nın 29‐cu maddəsində nəzərdə tutulan

hüquq normasının tətbiqi dairəsi məhdudlaşdırılmışdır.

b) Azərbaycan Respublikası MPM‐nin 231.1‐ci maddəsinin hərfi təfsirinə görə qətnamənin

icrasına  möhlət  verilməsi  və  ya  onun  hissə‐hissə  icra  edilməsi,  qətnamənin  icra    üsulunun  və

qaydasının  dəyişdirilməsi  bütün instansiya məhkəmələri tərəfindən həyata keçirilə bilər. Lakin

AR‐sı  Ali  Məhkəməsi  Plenumunun    “İcra  vərəqəsinin  verilməsi  və  icrası  ilə  əlaqədar  məhkəmə

təcrübəsinin bəzi məsələləri barədə” 14 yanvar 2003‐cü il tarixli 1 №‐li qərarının 3‐cü bəndində

“qətnamənin icra edilməsinə möhlət verilməsi və ya onun hissə‐hissə icra edilməsi, qətnamənin

icra  üsulunun  və  qaydasının  dəyişdirilməsi  yalnız  birinci  instansiya  qaydasında  işə  baxan

məhkəmələr tərəfindən həll edilir” ifadəsinin işlədilməsi ilə MPM‐in 231.1‐ci maddəsinin tətbiqi

dairəsi məhdudlaşdırılmışdır.

Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Plenum  qərarlarını  təhlil  etdikdən  sonra  belə

qənaətə gəlirik ki, burada verilən izahların böyük əksəriyyəti məhkəmələr üçün məcburi, az bir

hissəsi isə tövsiyyə xarakteri daşıyır. Həm bu, həm də Mülki Prosessual Məcllənin 82.3 və 82.4‐cü,

Cinayət  Prosessual  Məcəllənin  isə  65.4  və  65.7‐ci  maddələri  əsasında  məhkəmə  qərarlarında

müəyyən edilən halların digər məhkəmələrə münasibətdə məcburi olması məhkəmə qərarlarına

hüquq norması üçün vacib sayılan məcburilik əlamətinin verilməsi deməkdir.

Maraqlı haldır ki, “Normativ hüquqi aktlar haqqında” 1999‐cu il 26 noyabr tarixli Azərbaycan

Respublıkası Qanununun 4.1‐ci maddəsində Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası

Konstitusiyasının  130.IV  maddəsi  əsasında  qanunvericilik    aktlarına  verdiyi    şərh  (leqal  təvsir)

normativ xarakterli hesab edilsə də, Ali  Məhkəmə Plenumunun eyni xarakterli izahlarına (təfsirinə)

normativ  xarakter  verilmir.  Halbuki  Konstitusiya  Məhkəməsinin  Azərbaycan  Respublikasının

qanunvericilik  aktlarına  verdiyi  təfsir  Azərbaycan  Respublikası  Konstitusiyasının  131.1‐ci

maddəsində  Ali  Məhkəmə  Plenumunun  qərarlarına  verilən  izahat  xarakterindən  kənara  çıxmır.

Belə ki, Konstitusiya  Məhkəməsinin  normativ  aktların  uyğunsuzluğu  ilə  bağlı qərarları  ilə yanaşı,



qanunvericilik aktlarına təfsirlə bağlı qərarlarında da hüquq norması yaradılmır. Hər hansı bir məsələ

ilə  bağlı  hüquq  normasının  yaradılması  zərurəti  olduqda  Konstitusiya  Məhkəməsinin  bu  sahədə

səlahiyyəti Azərbaycan Respublikası Milli Məclisinə bu barədə tövsiyyə verməklə məhdudlaşır.

Diqqət    çəkən    məqamlaradan    biri    də    Azərbaycan  Respublikası  Konstitusiyasının    130.III

maddəsində  qanunun  hər  hansı  bir  normasının  şərh  edilməsi  üçün  Ali  Məhkəmə  tərəfindən

Konstitusiya Məhkəməsinə sorğu göndərilməsinin nəzərdə tutulmasıdır. Ali Məhkəmənin Plenum

qərarlarında məhkəmə təcrübəsinin ümumiləşdirilməsi əsasında məhkəmələrin qarşısında çətinlik

yaradan və məhkəmələr tərəfindən daha çox nöqsanların yol verildiyi normaların təfsiri verildiyindən

qanunların təfsiri üçün Ali Məhkəmə tərəfindən Konstitusiya Məhkəməsinə sorğu göndərilməsinə

ehtiyac qalmır. Çünki Konstitusiya Məhkəməsi Ali Məhkəmənin Plenum qərarlarının Konstitusiyaya

uyğunluğunu yoxlamaqla Ali Məhkəmənin PIenum qərarlarına münasibətdə konstitusiya nəzarətini

həyata keçirir.

Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda göstərilən norması əslində  Azərbaycan

Respublikası Ali Məhkəməsi Plenumunun təfsir vermək hüququnun  məhdudlaşdırılması deməkdir.

Amma  Azərbaycan  Respublikasının  heç  bir  qanunvericilik  aktında  bu  məhdudlaşdırmanın  nədən

ibarət olması açıqlanmır.

Azərbaycan  Respublikası  Konstitusiyasının  7‐ci  maddəsində  dövlət  hakimiyyətinin  bölgüsü

prinsipi  əsasında  hakimiyyətin  üç  qolu  –  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyətləri

fərqləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 148.2‐ci maddəsində və  “Normativ hüquqi

aktlar haqqında” 1999‐cu il 26 noyabr tarixli Azərbaycan Respublikası Qanununun 4.1‐ci maddəsində

qanunvericilik hakimiyyəti ilə yanaşı, icra hakimiyyəti orqanlarının qərarlarına normativlik əlaməti

verilmiş,  məhkəmə  hakimiyyəti  orqanlarına  gəldikdə  isə  bundan  imtina  edilmişdir.  Fikrimizcə,

məhkəmə qərarlarına normativlik əlamətinin verilməsi dövlət hakimiyyətinin Konstitusiyada təsbit

edilmiş qollarının statusunun uyğunlaşdırılması nöqteyi nəzərindən də zəruridir.

Göstərdiyimiz  bütün  bu  hallar təsdiq  edir  edir  ki,  Azərbaycan  Respublikasının

qanunvericiliyində Ali Məhkəmə Plenumunun qərarlarına normativlik əlamətinin verilməməsi bu

məsələyə kortəbii yanaşmanın nəticəsidir.

Qanunvericilikdə yol verilən bu qüsurun aradan qaldırılması ilə məhkəmə presedentinin tam

olaraq hüququn mənbəyi kimi qəbul edilməsini arzulayırıq.

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

­  14 ­




Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə