Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə11/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   7   8   9   10   11   12   13   14   ...   19

­  22 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

hüquqları müdafiəsi mexanizmlərini tətbiq edə bilməyən, eləcə də tətbiq etmək üçün kifayət qədər

vaxtı olmayan tibb işçilərimiz bu sahədə ixtisaslaşmış nümayəndə və vəkillin xidmətindən istifadə

etməsi daha məqsədə müvafiq hesab olunur.

Ümumilikdə tibb işçilərinin hüquq və vəzifələri mövzusu aparılan hüquqi islahatlar çərçivəsində

aktuallığı artan bir mövzu olduğundan bu sahədə elmi tədiqiqatların aparılması zəruridir. Məqalədə

tibb  işçilərinin  hüquq  və  vəzifələri  sadalanmış,  həmin  hüquq və  vəzifələrin  müdafiəsi

mexanizmlərindən bəhs olunmuşdur.




­  23 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Məhkəmə aktları

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28‐ci maddəsinin şərh edilməsinə dair

12 aprel 2017­ci il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr),

Sona  Salmanova,  Rövşən  İsmayılov,  Ceyhun  Qaracayev,  Rafael  Qvaladze,  Mahir  Muradov

(məruzəçi‐hakim)  və  Kamran  Şəfiyevdən  (məruzəçi‐hakim)  ibarət  tərkibdə,  məhkəmə  katibi

Elməddin  Hüseynovun,  maraqlı  subyektlərin  nümayəndələri  Bakı  Apellyasiya  Məhkəməsinin

hakimləri  Cahangir  Yusifov  və  Vidadi  Məmmədovun,  Azərbaycan  Respublikası  Milli  Məclisi

Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Qəmərlinin, ekspert

Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru

Sübhan  Əliyevin,  mütəxəssislər  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  hakimi  İlqar

Hüseynovun, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat və

təmsilçilik  şöbəsinin  rəisi,  ədliyyə  polkovniki  Rövşən  Rəsulzadənin  iştirakı  ilə,  Azərbaycan

Respublikası Konstitusiyasının 130‐cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya

icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin

81.2‐ci  maddəsinin  şərh  edilməsinə  dair  Bakı  Apellyasiya  Məhkəməsinin  müraciəti  əsasında

konstitusiya işinə baxdı.

İş  üzrə  hakim  K.Şəfiyevin  məruzəsini,  maraqlı  subyektlərin  nümayəndələrinin  və

mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək,

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu



MÜƏYYƏN  ETDİ:

Bakı Apellyasiya  Məhkəməsi  Azərbaycan  Respublikasının  Konstitusiya  Məhkəməsinə

(bundan  sonra  –  Konstitusiya  Məhkəməsi)  müraciət  edərək  Azərbaycan  Respublikası  İnzibati

Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 81‐ci maddəsində nəzərdə

tutulan apellyasiya şikayəti vermək hüququnun işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə

aktı ilə maraqlarına toxunan şəxslərə münasibətdə həmin Məcəllənin 81.2‐ci maddəsinin tələbləri

baxımından şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, iddiaçılar S.Hüseynova və qeyriləri Azərbaycan Respublikası Əmlak

Məsələləri  Dövlət  Komitəsi  yanında  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri  Xidmətinin  Bakı  şəhər

Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati‐İqtisadi Məhkəməsinə müraciət edərək

alqı‐satqı müqaviləsi  əsasında  əldə  etdikləri  daşınmaz  əmlaka,  o  cümlədən  torpaq  sahələrinə

texniki  pasportun  və  reyestrdən  çıxarışın  verilməsi  vəzifəsinin  cavabdehin  üzərinə  qoyulması

barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 1 may 2012‐ci il tarixli qərarı ilə iddia

təmin edilmişdir.

Həmin  qərar  qanuni  qüvvəyə  mindikdən  sonra  işdə  iştirak  etməyə  cəlb  edilməyən

Azərbaycan  Respublikasının  Müdafiə  Nazirliyi  (bundan  sonra  –  Müdafiə  Nazirliyi)  apellyasiya

şikayəti  ilə  Bakı  Apellyasiya  Məhkəməsinə  müraciət  edərək  birinci  instansiya  məhkəməsinin

qərarının ləğv edilməsini xahiş etmişdir.




­  24 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Müdafiə  Nazirliyi  apellyasiya  şikayətini  onunla  əsaslandırmışdır  ki,  məhkəmə  qərarı

əsasında iddiaçıların adına dövlət qeydiyyatına alınan mübahisəli torpaq sahəsində 1950‐ci ildən

Müdafiə Nazirliyinin hərbi şəhərciyi yerləşir. Həmin torpaq sahəsi Müdafiə Nazirliyinin “N” saylı

hərbi  hissəsinə  müddətsiz  istifadəyə  verilmişdir.  Birinci  instansiya  məhkəməsi  işə  baxarkən

ərazinin  kimin  istifadəsində  olmasını  müəyyənləşdirməmiş  və  maraqlarına  toxunan  Müdafiə

Nazirliyini üçüncü şəxs qismində işə cəlb etməmişdir.

Müraciətedənin  fikrincə,  inzibati  prosessual  qanunvericilikdə  işdə  iştirak  etməyə  cəlb

olunmayan,  məhkəmə  aktı  ilə  maraqlarına  toxunan  şəxslərin  şikayət  vermək  hüququ  ilə  bağlı

birbaşa müddəalar mövcud olmadığından, Müdafiə Nazirliyinin apellyasiya şikayətinə mahiyyəti

üzrə baxılmasında prosessual çətinliklər yaranmışdır.

Bakı Apellyasiya Məhkəməsi hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə

aktı ilə maraqlarına toxunan şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin olunması

və  vahid  məhkəmə  təcrübəsinin  formalaşdırılması  baxımından  İnzibati  Prosessual  Məcəllənin

81.2‐ci maddəsinin şərh edilməsinə zərurət yaranmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələ İnzibati

Prosessual Məcəllənin üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunmasını tənzimləyən

28‐ci maddəsinin şərh edilməsi yolu ilə həll edilə bilər.

Konstitusiya  Məhkəməsinin  Plenumu,  ilk  növbədə,  Azərbaycan  Respublikası

Konstitusiyasının  (bundan  sonra  –  Konstitusiya)  60‐cı  maddəsindən  irəli  gələn  məhkəməyə

müraciət  etmək  hüququ  ilə  hüquqi  müəyyənliyin  ayrılmaz  tərkib  hissəsi  olan  məhkəmə

qərarlarının stabilliyi prinsipinin əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir.

Konstitusiyanın 60‐cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati

qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71‐ci maddəsinin VI və VII

hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları

birbaşa  qüvvədədir.  İnsan  və  vətəndaş  hüquqlarının  və  azadlıqlarının  pozulması  ilə  əlaqədar

mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125‐ci maddəsinin I hissəsində məhkəmə

hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit

edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların

səmərəli  müdafiəsinin  vacibliyini  dəfələrlə  qeyd  edərək  bildirmişdir  ki,  məhkəmə  müdafiəsi

hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada

təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız

məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa

etmək  iqtidarında  olan  ədalət  mühakiməsini  də  nəzərdə  tutur  (Konstitusiya  Məhkəməsi

Plenumunun  “Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372‐ci  maddəsinin

apellyasiya  baxışının  hədləri  barədə  müddəalarının  həmin  Məcəllənin  372.1  və  372.7‐ci

maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011‐ci il tarixli Qərarı).

Bununla  yanaşı,  Konstitusiya  Məhkəməsinin  Plenumu  “Azərbaycan  Respublikası  Mülki

Prosessual  Məcəlləsinin  420‐ci  maddəsinin  şərh  edilməsinə  dair”  28  fevral  2012‐ci  il  tarixli

Qərarında  qeyd  etmişdir  ki,  məhkəməyə  müraciət  etmək  hüququnun  təmin  edilməsi,  öz

növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində

səmərəli  müdafiə  və  bərpa  edə  bilən  ədalət  mühakiməsinin  həyata  keçirilməsini  şərtləndirir.

Ədalət  mühakiməsi  vasitəsilə  insan  hüquq  və  azadlıqlarının  təminatı  sisteminin  universal

xarakteri,  həmçinin  şəxsin  qanunsuz  və  əsassız  məhkəmə  qərarlarından  müdafiə  olunması

məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.

Konstitusiyada  nəzərdə  tutulmuş  təminatların  yerinə  yetirilməsi  baxımından  ədalət

mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və

vəzifələrin  həcminin  prosessual  prosedur,  qaydalar,  xüsusən  də  müddətlər  çərçivəsində

balanslaşdırılması  zəruriliyini  ortaya  çıxarır  ki,  bu  da  məhkəmə  icraatı  zamanı  məhkəmənin

(hakimin), tərəflərin,  prosesin   digər   iştirakçılarının,   həmçinin   maraqlı   şəxslərin   qarşılaşa



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə