Jrunal XIII


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə19/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   11   12   13   14   15   16   17   18   19

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

İslandiyanın vergi orqanları tərəfindən aparılmış növbəti təftiş zamanı müəyyən olunmuşdur ki,

1999 və 2002‐ci illərdə ərizəçilər vergi ilə bağlı bir sıra əhəmiyyət kəsb edən məsələləri vergi

orqanına  bəyan  etməmişlər.  Belə  ki,  cənab  Jóhannesson  və  cənab  Jónssonun  hesablarına  qeyd

olunan  dövrdə  müvafiq  ödənişlər  daxil  olmuş,  o  cümlədən  cənab  Jóhannesson  və

Fjárfestingafélagið  Gaumur şirkəti  özlərinin  Baugur  Group  Company  şirkətindəki  paylarının

satışıdan gəlir əldə etmişlər ki, bu barədə məlumatları vergi orqanına bildirməmişlər. Qeyd olunan

gəlirlərə cənab Jóhannesson və cənab Jónssonun iş yerlərindən əldə etidkləri bonuslar da daxil

idi.

Pozuntu ilə bağlı, vergi orqanı müvafiq illərdə ödənilməmiş vergi məbləğinin üzərinə əlavə 25%



həcmində sanksiya da tətbiq etmişdir. Hüquqi şəxs olan ərizəçiyə münasibətdə ödəmə mənbəyində

vergi tutmadığı üçün isə əlavə olaraq 10% həcmində sanksiya da müəyyən edilmişdir. Sonradan

tərəflərin  inzibati  qaydada  verdiyi  şikayətlərə  baxmayaraq,  vergi  orqanının  Apellyasiya  Şurası

2007‐ci ildə sanksiyaları ləğv etməmişdir. Apellyasiya Şurasının qərarı qüvvəyə mindikdən sonra

– 2008‐ci ilin dekabrında ərizəçilərə qarşı vergi cinayətinin törədilməsi ittihamı ilə cinayət işi də

açılmışdır. Sonradan məsələ ilə bağlı Ali Məhkəmə hesab etmişdir ki, başlanılmış cinayət təqibi

vergi sanksiyasının tətbiqi ilə əlaqədar ikili cəzalandırılma kimi qiymətləndirilməməlidir. Beləliklə,

işə  mahiyyəti  üzrə  baxan  Reykyavik  Rayon  Məhkəməsi  hesab  etmişdir  ki,  hər  üç  ərizəçinin

əməlində kobud ehtiyatsızlıqla tördəilmiş cinayət əməlinin tərkibi mövcuddur. Reykyavik Rayon

Məhkəməsinin qərarından verilmiş şikayətə 2013‐cü ilin fevralında baxan Ali Məhkəmə nəinki

aşağı məhkəmənin qərarını qüvvədə saxlamış, hətta cənab Jóhannessonun əməlində 2 yeni cinayət

tərkibin olduğunu müəyyən etmişdir. Dolayısilə məhkəmənin qərarı ilə fiziki şəxslər barəsində

12 və 18 ay olmaqla azadlıqldan məhrum etmə, həmçinin müvafiq olaraq 360 və 186 min Avro

həcmində cərimə cəzası kəsilmişdir.

Beləliklə, Avropa Məhkəməsinə müraciət edən ərizəçilər hesab etmişlər ki, onlara ikili cəza təyin

edilmişdir:  a)  həm  vergidən  yayınma  ilə  bağlı  sanksiyalar;  b)  həm  də  cinayət  işi  üzrə  pul  və

azadlıqdan  məhrum  etmə  cəzasının  tətbiqi.  Ərizəçilərə  görə  onların  Konvensiyanın  7  saylı

protokolunun 4‐cü maddəsi ilə təsbit olunmuş hüquqları (bir əmələ görə təkrar cəzalandırılmama)

kobud surətdə pozulmuşdur.

Avropa Məhkəməsi işə baxarkən hesab etmişdir ki, 3‐cü ərizəçinin ‐ Fjárfestingafélagið Gaumur

şirkətinin işin aparılmasında maraqlı deyil və onu şikayətini icraatından çıxarmışdır.

İşi nəzərdən keçirən Avropa Məhkəməsi hesab etmişdir ki, a) vergi sanksiyasının tətbiqi ilə bağlı

icraat  və  b)  cinayət  təqibi  öz  mahiyyətləri  etibarilə  cəza  xarakterlidir.  Habelə  hər  iki  icraatın

əsasında duran faktlar mahiyyətləri etibarilə eynidir. Belə ki, ərizəçilərə təyin olunan azadlıqdan

məhrum  etmə  cəzası  və  vergi  sanksiyasının  təyin  edilməsinin  kökündə  ərizəçilərin  vaxtilə

gəlirlərini bəyan etməməsi durur.

Bununla belə, Məhkəmə hesab edir ki, müəyyən şərtlər gözlənilməklə Konvensiya milli dövlətlər

üçün bir əmələ görə iki icraatın başlanılmasını qadağan etmir. İcraatlar arasında təkrarlamaların

olmaması üçün hər iki icraat mahiyyət və zaman baxımından əlaqəli şəkildə aparılmalıdır.

Avropa Məhkəməsinin qənaətinə görə, bu işdə hər iki icraatın aparılması vaxtı icraatlar arasında

zaman və mahiyyət baxımından əlaqə qurulmamışdır, yəni onlar bir icraatda birləşdirilməmiş və

ya  əlaqələndirilməmişdir.  Xüsusilə,  iş  iki  müxtəlif  icraatda  aparıldığından  sübutlar  həm  polis

orqanı, həm də vergi orqanı tərəfindən ayrılıqda toplanılmışdır. Dolayısilə ərizəçilərin məsuliyyət

məsələsinə iki müxtəlif orqan tərəfindən ayrılıqda qiymət verilmişdi.

Beləliklə,  Avropa  Məhkəməsi  hesab  etmişdir  ki,  icraatların  bu  cür  aparılması  ərizəçilərin

Konvensiyanın 7 saylı protokolunun 4‐cü maddəsi ilə təsbit olunan hüquqlarını pozur.

Məhkəmənin qərarına əsasən, qeyri‐maddi zərər qismində ərizəçilərin hər birinə İslandiya dövləti

5000 Avro, cəmi 15000 Avro həcmində isə məhkəmə xərclərinin ödənilməsi ilə bağlı təzminat

ödəməlidir.

­  40 ­




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

AİHM ərizələrə prioritet qaydada

baxılması qaydalarına dəyişiklik edib ‐

QAYDALAR

2009‐cu  ilin  iyununda  Avropa  Məhkəməsi

icraatına götürdüyü xüsusi əhəmiyyətli, zəruri

işlərə  sürətlə  baxılması  və  müvafiq  qərarın

qəbul  edilməsi  üzrə  xüsusi  Qaydalar  qəbul

etmişdi. Qaydalara əsasən işlər əhəmiyyətinə

və  baxılma  prioritetliyinə/üstünlüyünə  görə

7 kateqoriyaya bölünür.

Bu ilin may ayının 22‐də isə bu Qaydalara bir

sıra dəyişikliklər edilmişdir ki, onlar aşağdakı

kimidir:

A. Dövlətlərarası işlər: əvvəllər Qaydlara görə 2‐ci kateqoriyalı işlər hesab edilən “dövlətlərarası

mübahisə”lər Qaydalardan çıxarılmışdır. Belə ki, özünəməxsusluğuna görə bu qəbildən olan işlərə

baxılması proseduru fərdlər tərəfindən verilən şikayətlərə baxılmasından fərqlənir. Ona görə də

onlara bu Qaydalar çərçivəsində baxılması doğru hesab edilməmişdir.

B. Azadlqıdan məhrum etmə ilə bağlı işlər: qeyd olunan məqam 1‐ci kateqoriyaya əlavə olunmuşdur.

Əvvəllər  1‐ci  kateqoriyalı  işlərə  əsas  etibarilə  “ərizəçinin  həyat  və  sağlamlığına  real  risklərin

mövcudluğu”  meyarı  aid  idisə,  yeni  dəyişikliyə  əsasən,  “şəxsin  Konvensiya  ilə  təsbit  olunmuş

hüquqlarının  pozuntusu  nəticəsində  onun  azadlığının/hərəkətinin  məhdudlaşdırılması”  1‐ci

kateqoriyalı işlərin siyahısına daxil edilmişdir.

Beləliklə, Qaydalara əsasən, kateqoriyalar üzrə işlərin prioritetliyi aşağıdakı ardıcıllıqla sıralanır:

1­ci  kateqoriya:  təcili  ərizələr  (şəxsin  həyat  və  sağlamılığı  üçün  riskli  sayıla  bilən  hallar,  şəxsin

Konvensiya ilə təsbit olunmuş hüquqlarının pozuntusu nəticəsində onun azadlığının/hərəkətinin

məhdudlaşdırılması, ərizəçinin şəxsi və ya ailə vəziyyəti ilə bağlı ola biləcək digər hallar, xüsusilə,

uşağın sağlamlığı, ona baxılması ilə bağlı hallar);

2­ci kateqoriya: Konvensiyanın səmərəli fəaliyyətini təhlükə altına qoyan hallar ilə bağlı ərizələr

(struktural  və  müəyyən  regiona  xas  işlər  ki,  bu  tip  işlərə  baxılması  Avropa  Məhkəməsinin

təcrübəsində  olmamışdır)  və  ümumi/ictimai  maraq  kəsb  edən  işlərlə  bağlı  ərizələr  (milli  və  ya

Avropa hüquq sisteminin bötüvlüyünə/səmərəliliyinə mənfi təsir göstərə biləcək xüsusi hallar);

3‐cü  kateqoriya:  təkrarlanan  olub‐olmamasından  asılı  olmayaraq,  fərdin  fiziki  sağlamlığına  və

şərəf/ləyaqətinə təhlükə törətmə ehtimalı böyük olan hallarla bağlı ərizələr (Konvensiyanın 2,3,4‐cü

maddələri və ya 5‐ci maddəsinin 1‐ci bəndi ilə bağlı pozuntular);

4‐cü kateqoriya: Konvensiyanın digər müddəaları ilə bağlı və kifayət qədər yaxşı əsaslandırılmış

pozuntulara dair ərizələr;

5­ci kateqoriya: elə ərizələr ki, orada qeyd olunan mübahisə predmeti vaxtilə Avropa Məhkəməsi

tərəfindən  baxılmış  işlərin  predmeti  ilə  bənzərdir  və  Avropa  Məhkəməsinin  bu  sahədə  artıq

oturuşum presedent praktikası mövcuddur.

6‐cı kateqoriya: qəbuledilənliyi (Konvensiyanın 35‐ci maddəsi) şübhə doğuran ərizələr;

7­ci kateqoriya: aşkar qəbuledilməz şikayətlərlə bağlı ərizələr.

­  41 ­




­  42 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

“Sualınıza vəkil cavab versin!” rubrikası

Sual  1: Atam  vəsiyyətnamə  ilə  özünə  məxsus  olmuş

əmlakları 

mənim 

və 

qardaşımın 

arasında

bölüşdürmüşdür. 

Lakin 

mülkiyyətində 

olmuş

avtomobilə  dair  vəsiyyətnamədə  hər  hansı  göstəriş

yoxdur.  Bu  halda,  həmin  avtomobil  vərəsəlik

qaydasında kimə keçəcəkdir?

Cavab:  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin

1133.1‐ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın)

əmlakı  başqa  şəxslərə  (vərəsələrə)  qanun  üzrə  və  ya

vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

Mülki  Məcəllənin  1172‐ci  maddəsinə  görə  əgər

vəsiyyətnamə  ilə  təyin  edilmiş  vərəsələrin  payları

bütövlükdə mirasın hamısını əhatə etmirsə, vəsiyyətnamədən kənarda qalmış əmlaka qanun üzrə

vərəsəlik  həyata  keçirilir  və  əgər  vəsiyyətnamədə  ayrı  qayda  nəzərdə  tutulmayıbsa,  bu  cür

vərəsəlik əmlakın bir hissəsinin vəsiyyət edildiyi qanun üzrə vərəsələrə də aid olunur.

Göründüyü  kimi,  mərhum  atanıza  məxsus  olmuş  avtomobil  vəsiyyətnamədən  kənarda  qalmış

əmlak kimi adı çəkilən 1172‐ci maddəyə müvafiq olaraq atanızın qanun üzrə vərəsələri arasında

bərabər paylarda bölüşdürülməlidir.



Sual 2: İşəgötürən həqiqi hərbi xidmətə çağırılmış işçi ilə olan əmək müqaviləsini ləğv edə

bilərmi?

Cavab:  Bu halda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsindən deyil, tərəflərin

iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsindən söhbət gedir.

Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74‐cü maddəsinin 1‐ci hissəsinin “a” bəndinə

görə işçi hərbi və ya alternativ xidmətə çağırıldıqda onunla bağlanmış əmək müqaviləsinə xitam

verilir.

İşçi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74‐cü maddəsinin birinci hissəsinin “a”

bəndi  ilə  xitam  verildikdə  işəgötürən  işçiyə  orta  aylıq əmək  haqqının  azı  iki  misli  miqdarında

müavinət ödəyir (Əmək Məcəlləsinin 77‐ci maddəsinin 7‐ci hissəsi).



Sual 3: Salam! Bilmək istərdim, 1 övladı olan ər‐arvad boşanmasında danışığını bilməyən,

özünü apara bilməyən qadının əqli problemi var və əgər bu sübuta yetirilərsə, ər övladını

ananın əlindən almağa haqlıdırmı?

Cavab: Məhkəmə təcrübəsi göstərir ki, uşaq əksər hallarda anasının yanında qalır. Burada uşağın

yaşından  çox  şey  asılıdır.  Bir  qayda  olaraq,  14  yaşına  çatmamış  uşaqlar  məhkəmə  tərəfindən

analarının yanında saxlanılır. BMT Baş Məclisinin 1386 (XIV) nömrəli, 20 noyabr 1959‐cu il tarixli

qətnaməsi ilə qəbul olunmuş Uşaq Hüquqları Bəyannaməsinin 6‐cı prinsipinə görə azyaşlı uşaq

müstəsna hallardan başqa, anasından alına bilməz. Burada müstəsna hallar dedikdə, ananın uşağın

tərbiyəsi  və  inkişafı  ilə  məşğul  olmaq  imkanından  məhrum  olmasına  dəlalət  edən  hallar  başa

düşülür.  Məsələn,  ananın  psixi  xəstəliyi,  narkomaniya,  alkoqolizm  və  ağır  xəstəlikdən  əziyyət

çəkməsi, uşaqla qəddar rəftara yol verməsi, onlara qarşı psixi və fiziki zor tətbiq etməsi, valideynlik

hüquqlarından sui‐istifadə etməsi və s. Məhkəmə qeyd edilən müstəsna hallarda, uşaq atasının

yanında  saxlanıla  bilər. On  yaşına  çatmış  uşaqların  valideynlərdən  hansının  yanında  qalması

məsələsi məhkəmə tərəfindən uşağın mənafelərindən çıxış edilərək və uşağın fikri mütləq nəzərə

alınaraq həll olunur. Bu halda, atanın, uşağın onun yanında qalması şansı müəyyən qədər artır.




­  43 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Məhkəmə uşağın yaşını, onun hər iki valideynə, bacı və qardaşına bağlılığını, valideynlərin əxlaqi

və  digər  dəyərlərini,  valideynin  iş  rejimi  də  nəzərə  alınmaqla  onun  uşağı  tərbiyə  etməsinin

mümkünlüyünü, valideynlərin maddi və ailə vəziyyətlərini nəzərə alır. Qeyd edək ki, valideynlərdən

birinin maddi‐məişət şəraitinin yüksək olması özü‐özlüyündə uşağın onun yanında qalmsı tələbinin

təmini üçün ona mütləq və şərtsiz üstünlük vermir.

Beləliklə, uşağın atanın yanında qalması mübahisənin faktiki hallarından asılıdır və bu məsələdə

səlahiyyətli orqan işə baxan məhkəmədir.



Sual  4: Mənim  2 azyaşlı  övladım  var.  Bilmək  istəyirəm  ki,  atasından  icazə  kağızı  almadan

uşaqları ölkədən çıxara bilərəm?

Cavab:  Azərbaycan  Respublikasının  Miqrasiya  Məcəlləsinin  11.2‐ci  maddəsinin  tələbinə  əsasən

yetkinlik yaşına çatmayan uşaq ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat

qaydasında  təsdiq  edilmiş  razılığı  tələb  olunur:  “Ona  görə  də  sizin  uşağınızı  müvəqqəti  də  olsa

xaricə aparmağınız üçün atasının razılığı tələbi qanunidir. Bilməlisiniz ki, nikahınızın pozulmasına

dair məhkəmə qətnaməsində uşağınızın sizin yanınızda qalmasının qət olunması oğlunuzun taleyinə

dair sizin təkbaşına qərar vermək hüququnuzu müəyyən etmir. Siz uşağınızı xaricə aparmaq üçün

onun atasından notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi almalısınız. Bununla yanaşı, izah

edirik ki, keçmiş əriniz belə bir razılığı könüllü vermədiyi halda, uşağın atasının razılığı olmadan

xaricə aparılmasına dair ona qarşı iddia tələbi ilə müvafiq rayon məhkəməsində iddia qaldırmaq

hüququnuz var. Belə ki, Azərbaycan Respublikasının «Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar

haqqında»  Qanunun  2‐ci  maddəsinə  əsasən  valideynlərdən  birinin  razılığı  olmadıqda  yetkinlik

yaşına  çatmamış  vətəndaşın  ölkədən  getməsi  məsələsi  məhkəmənin  qərarı əsasında  həll  edilir.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17‐ci maddəsinin 2‐ci hissəsinin

tələbinə  görə  uşaqların  qayğısına  qalmaq  və  onları  tərbiyə  etmək  valideynlərin  borcudur.

Azərbaycan Respublikasının da tərəfdar çıxdığı BMT‐nin «Uşaq hüquqları haqqında» Konvensiyanın

18 və 27‐ci maddələrinə görə ata‐ana uşaqlarla bağlı birgə məsuliyyət daşıyırlar. Uşaqların ən ümdə

maraqları  ata‐ananın əsas  qayğılarının  predmeti  olmalıdır.  Valideynlərin  uşaqları  ilə  bağlı  həm

hüquqları, həm də vəzifələri vardır. Valideynlər uşaqlarla bağlı hüquqlarını və vəzifələrini istədikləri

kimi  deyil,  qanunda  göstərildiyi  kimi  və  bütün  hallarda  uşaqlarının  maraqlarına  uyğun

gerçəkləşdirməlidirlər. Siz məhkəməyə qeyd olunan iddia tələbi ilə müraciət etdiyiniz halda, əgər

məhkəmə sizin tələbinizin yuxarıda göstərilən və digər əlaqəli normativ hüquqi aktlarda nəzərdə

tutulan tələblərə və uşağın mənafeyinə uyğun olduğunu müəyyən edərsə, uşağın atasının razılığı

olmadan ölkədən çıxarılmasına dair qətnamə qəbul edilə bilər”.

Sual 5: Salam! Xalamın Qobu qəsəbəsində həyət evi var. Bir həyətdə iki ədəd birmərtəbəli evdir.

Xalamın  adına  torpağın  mülkiyyətə  verilməsi  haqqında  şəhadətnamə  var.  Şəhadətnaməni

xalama  Dövlət  Torpaq  və  Xəritəçəkmə  Komitəsinin  Abşeron  rayon  şöbəsi  verib.  Sənədi

DTXK­nin  Dövlət  Yerquruluşu  Layihə  İnstitutu  möhürlə  təsdiq  edib.  Şəhadətnamə  xalama

2006‐cı  ildə  verilib.  Evin  şəhadətnamədən  başqa  sənədi  yoxdur.  Xalam  evi  mənə  və  əmim

oğluna tən bərabər hissələrlə bağışlamaq istəyir. Xalam gərək əvvəl evə daşınmaz əmlakın

dövlət  reyestrindən  çıxarış  alsın?  Xalamın  adına şəhadətnamə çıxarılsa,  bir  həyət  evinin

şəhadətnaməsini iki şəhadətnaməyə çevirmək olar? Biri mənim adıma, digəri isə əmimoğlunun

adına. Mənə birmərtəbəli ev və 8 sot həyət, əmim oğluna birmərtəbəli ev və 8 sot həyət düşür.

Xalam mənə və əmim oğluna şəhadətnamə vermək üçün nə etsin?

Cavab:  Məlumat  üçün  Sizə  bildirilir  ki, AR  ƏMDK  yanında  Daşınmaz  Əmlakın  Dövlət  Reyestri

Xidməti torpaq sahəsi, mənzil, fərdi yaşayış evi və sair daşınmaz əmlaklar üzərində hüquqların

dövlət  qeydiyyatını  aparan  orqandır  və  bu  hüquqlar  həmin  orqan  tərəfindən  verilən  müvafiq

Çıxarışla rəsmiləşdirilir.




­  44 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Deməli xala hesab etdiyiniz şəxsin ilk öncə AR ƏMDK yanında DƏDRX ev (mənzil) üzərində mülkiyyət

hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olması və bu barədə onun çıxarışın

alınması lazımdır. Daha sonram isə Siz alqı‐satqı (və ya bağışlamanı) həyata keçirməli və (bölgü

planı əsasında) torpaq sahələrinə payınıza uyğun çıxarış almalısınız.

Qeyd: Alqı‐satqı (və ya bağışlama) müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə