11
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
Pənah Məmmədov
Vəkil
MƏHKƏMƏ PRESEDENTİ HÜQUQUN
MƏNBƏYİ KİMİ
Hüququn mənbəyi dedikdə, hüquq normalarının təsbiti və ifadə üsulları və ya hüquq
normalarının təsbit olunduğu rəsmi dövlət sənədləri başa düşülür. Hüquq sistemlərinə
mənsubluqdan asılı olaraq dünya dövlətlərinin qanunvericiliyində hüququn mənbəyinin tərkibi
fərqli qaydada müəyyən edilmişdir. Belə ki, Anqlo‐Sakson hüquq sisteminə daxil olan ölkələrin
(məs: İngiltərə, ABŞ və s.) qanunvericiliyində normativ hüquqi aktlarla yanaşı məhkəmə presedenti
də hüququn mənbəyi kimi qəbul edildiyi halda, Roman‐German hüquq sisteminə daxil olan
ölkələrin, o cümlədən Respublikamızın qanunvericiliyində məhkəmə presedenti hüququn mənbəyi
kimi qəbul edilmir.
Məhkəmə presedenti dedikdə, məhkəmənin konkret iş üzrə əvvəllər çıxardığı qərarının oxşar
işlərin həlli zamanı hüquq norması qüvvəsinə malik olması başa düşülür. Məhkəmə presedentinin
hüququn mənbəyi kimi qəbul edilib‐edilməməsi hüquq ədəbiyyatlarında bu məsələ ətrafında
mübahisələr doğurmuşdur. Müəlliflərin əksər hissəsi məhkəmə presedentinin hüququn mənbəyi
kimi qəbul edilməsinin əleyhinə, çox az bir hissəsi isə bu məsələnin lehinə çıxış etmişlər. Biz
məhkəmə presedentinin hüququn mənbəyi kimi qəbul edilməsinin tərəfdarıyıq.
Məhkəmə presedentini hüququn mənbəyi kimi qəbul etməyən müəlliflər fikirlərini məhkəmə
qərarlarında hüquq normasının yaradılmaması, habelə hüquq normalarının tətbiqi dairəsinin
məhdudlaşdırılmaması və ya genişləndirilməməsi ilə əlaqələndirirlər. Biz məhkəmə presedentinin
hüququn mənbəyi kimi qəbul edilməməsinin yuxarıda göstərilən səbəblərlə əlaqələndirilməsini
aşağıdakı arqumentlərlə düzgün hesab etmirik:
Birincisi, ona görə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında
konkret olaraq hüquq norması yaradılmışdır. Buna misal olaraq:
a) 1971‐ci il redaksiyalı Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 38‐ci
maddəsinin b) bəndində (qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70‐ci
maddəsinin b) bəndində) işçilərin sayı və ştatlarının ixtisar edilməsi işəgötürənin təşəbbüsü ilə
əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi qəbul edilmişdir. İşəgötürən bu
hüququnu reallaşdırarkən 1971‐ci il redaksiyalı Əmək Qanunları Məcəlləsinin 40‐1‐ci maddəsində
(qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78.2‐ci maddəsində) göstərilir ki,
işçilərin sayı və ya ştatı ixtisar edilərkən işçilərin ixtisas dərəcəsi eyni olduqda işdə saxlanmağa
üstünlük hüququ olan şəxslər nəzərə alınır. Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və
xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında”
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 dekabr 1993‐cü il 5 saylı qərarının
(1994‐cü il 20 may tarixli 5 saylı qərarla edilmiş dəyişikliklərlə) 16‐cı bəndində işçilərin ixtisarı
zamanı əmək stajının az olması ilə əlaqədar istehsalat təcrübəsi olmayan işçilərlə əmək
müqaviləsinə 1971‐ci il redaksiyalı Əmək Qanunları Məcəlləsinin 38‐ci maddəsinin b) bəndi
(hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70‐ci maddəsinin b) bəndi)
(hazırda qüvvədə olan Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70‐ci maddəsinin b) bəndi)
əsasında xitam verilməsi yolverilməz hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi
Plenumunun adı çəkilən qərarında müəyyən edilən bu halın Əmək Qanunları Məcəlləsinin 38‐ci
maddəsinin b) bəndində (hazırda qüvvədə olan Əmək Məcəlləsinin 70‐ci maddəsinin b) bəndi)
nəzərdə tutulmaması Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquq normasının
yaradılması nəticəsinə gəlməyə əsas verir.
b) Azərbaycan Respublikasının 01 sentyabr 2000‐ci il tarixdən qüvvədə olan Mülki Prosessual
Məcəlləsində və “Məhkəmə qərarlarının icrası haqqında” 08 mart 2002‐ci il tarixli Azərbaycan
Respublikası Qanununda apellyasiya instansiya məhkəmələri tərə findən birinci instansiya
məhkəmələrinin qətnamələri ləğv və ya dəyişdirilərkən, kasassiya instansiya məhkəməsi tərəfindən
isə apellyasiya instansiya məhkəmələrinin qətnamələri dəyişdirilərkən ləğv və ya dəyişdirilən
məhkəmə qətnamələrinin icra edilməsi üçün icra vərəqələrinin hansı məhkəmə tərəfindən veriləcəyi
ilə bağlı qayda müəyyən edilməmişdir. Yuxarıda göstərilən bu hal qanunvericilik qaydasında
tənzimlənmədiyindən icra vərəqələrinin verilməsi ilə bağlı məsələlər ya birinci instansiya, ya da
yuxarı instansiya məhkəmələri tərəfindən həll edilir. Bu sahədə məhkəmə təcrübəsində yaranmış
müxtəlifliliyin aradan qaldırılması və vahid məhkəmə təcrübəsinin yaradılmasının ən uğurlu variantı
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İcra vərəqəsinin verilməsi və icrası ilə
əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” 14 yanvar 2003‐cü il tarixli 1 №‐li qərarının
1ci bəndində yaradılmış aşağıdakı hüquq normalarında öz əksini tapmışdır:
‐ apellyasiya instansiya məhkəmələri birinci instansiya məhkəməsinin qətnamələrini
dəyişdirmədən saxladıqda bu barədə çıxarılan qətnamənin surəti və icra vərəqinin verilməsi üçün
zəruri olan digər məlumatlar gecikdirilmədən birinci instansiya məhkəməsinə göndərilir və birinci
instansiya məhkəməsi həmin qətnaməyə əsasən icra vərəqələri verir.
‐ apellyasiya instansiya məhkəmələri birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib
yeni qətnamə çıxardıqda və ya qətnaməni dəyişdirdikdə, icra vərəqələri apellyasiya instansiya
məhkəmələri tərəfindən verilməlidir.
‐ aşağı instansiya məhkəməsinin qətnaməsi apellyasiya instansiya məhkəmələri tərəfindən
qismən ləğv edildikdə və ya hissə ilə ləğv edilib iş üzrə həmin hissədə yeni qətnamə qəbul edildikdə
icra vərəqi qətnaməni ləğv etmiş məhkəmə tərəfindən verilir və bu halda icra vərəqələri həm
qətnamənin qüvvədə qalmış hissəsinə, həm də ləğv edilmiş və ya yeni qətnamə qəbul edilmiş
hissəsində verilir.
‐ Azərbaycan Respublikası MPM‐nin 417.0.2‐ci maddəsinə əsasən, Azərbaycan Respublikası Ali
Məhkəməsi apellyasiya instansiya məhkəmələrinin qətnaməsini dəyişdirdiyi hallarda, iş üzrə icra
vərəqələri vermək zərurəti yaranarsa, həmin qərarlar üzrə icra vərəqəsini Ali Məhkəmə verir.
İkincisi, ona görə ki, məhkəmələr hüquqi mübahisəni qanunun mübahisə predmetinə uyğun
konkret maddəsi əsasında, bu olmadıqda isə müvafiq ardıcıllıqla qanunun və ya hüququn
anologiyasını tətbiq etməklə həll etməsi və həmçinin, məhkəmənin hüquq yaradan deyil, hüquq tətbiq
edən orqan olması fikrimizcə, məhkəmə qərarlarında hüquq normasının yaradılmasını aşağıdakılara
əsasən heç də istisna etmir:
1. Azərbaycan Respublikasının CM‐də yerləşdirilən sadə dispozisiyalı cinayətlərin, bəzi
cinayətlərin dispozisiyasına daxil edilən qiymətləndirici xarakter daşıyan əlamətlərin və cinayət
tərkibinə daxil edilən bəzi ifadələrin, eləcə də qanunvericiliyin digər sahələrində işlədilən bəzi
ifadələrin məzmunu qanunvericilik qaydasında açıqlanmadığından onların tövsifi və ya məzmunun
müəyyən edilməsi hakimin hüquqi düşüncəsinə buraxılır. Hakimlərin qarşısında yaranan bu
çətinliklərin aradan qaldırılmasının ən uğurlu variantı kimi inandırıcılığına və peşəkarlıq nümunəsi
olmasına görə fərqlənən yuxarı instansiya məhkəmələrinin, xüsusən də Ali Məhkəmənin konkret
işlər üzrə çıxardığı qərarlarında verilən izahların rolu danılmazdır. Bu isə məhkəmə presedentini
hüququn mənbəyi kimi qəbul edilməsinin zəruriliyini bir daha təsdiq edir.
2. Məhkəmə presedenti institututunda məhkəmənin konkret iş üzrə əvvəllər çıxardığı
qərarlarına sonradan oxşar işlərin həlli zamanı hüquq norması qüvvəsinin verilməsi. Azərbaycan
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ XIII nömrə
12