Jrunal XIII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   2   3   4   5   6   7   8   9   ...   19

­  6 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Bütün  bu  arqumentlər  də  amnistiya  tətbiq  edilə  bilən  işlər  üzrə  səmərəsiz  məhkəmə

araşdırmaları aparılmasını gərəksiz edir.

Opponentlərin  arqumentləri  həm  də  ona  görə  əsassızdır  ki,  son  amnistiya  aktlarına  görə

məhkəmələr  də  hökmlə  məhkumlara  hansı  növ  cəza  təyin  edilməsindən  asılı  olmayaraq  onlar

haqqında amnistiya tətbiq edə bilməzlər. Cəzaçəkmə müəssisələri üçün isə amnistiya aktlarında bu

aktı  tətbiq  edib  başa  çatdırmaq  üçün  konkret  vaxt  (adətən  3‐4  ay)  müəyyən  edilir.  Müəyyən

səbəblərdən amnistiyanın tətbiqinə əsas verən sənəd (qanuni qüvvəyə minmiş məhkəmə hökmü,

yuxarı instansiya məhkəməsinin qərarı) cəzaçəkmə müəssisəninə gec daxil olduqda həmin orqan

da amnistiyanın icra müddəti ötdüyünə görə konkret şəxs haqqında amnistiya tətbiq edə bilmir.

Beləliklə məhkum ondan asılı olmayan səsbəblər üzündən dövlətin müəyyən etdiyi güzəştlərdən

faydalanmaq imkanından məhrum olur. Məsələnin mahiyyətinə nüfuz etdikdə məlum olur ki, eyni

zaman kəsiyində, yəni amnistiya aktı qüvvəyə minənədək cinayət törətmiş şəxslər amnistiya aktının

tətbiqi ilə bağlı fərqli hüquqi nəticə ilə üzləşməli olurlar, yəni məhkumların bir qismi amnistiyanın

təsir dairəsindən kənarda qalır. Bu isə ən azı həmin şəxslərin konstitusion hüquqlarnın pozulmasına

gətirib çıxarır.

Belə  ki,  Azərbaycan  Respublikası  Konstitusiyasının  25‐ci  maddəsinə  görə  hamı  qanun  və

məhkəmə qarşısında bərabərdir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat

verilir  (maddə  60).  Konstitusiyada  təsbit  edilmiş  insan  və  vətəndaş  hüquqlarını  və  azadlıqlarını

gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə

71).  AR  CM‐nin  6  və  CPM‐nin  11‐ci  maddələrində  də  hər  kəsin  qanun  və  məhkəmə  qarşısında

bərabərlik hüququndan danışılır.

Son amnistiya aktları ilə müəyyən edilən normalara əməl edilməsi bəzi hallarda eyni dövrdə

(məsələn, amnistiya aktı qüvvəyə minənədək) cinayət hadisəsi törətmiş şəxslərdən bir qrupunun

hüquqları digərləri ilə müqayisədə pozulmasına səbəb olur. Yəni bir qrup şəxs amnistiya aktından

yararlana  bildiyi  halda,  digər  qrup  bu  imkandan  məhrum  olur.  Buna  əmin  olmaqdan  ötrü  isə

istintaq‐məhkəmə təcrübəsində baş verməsi mümkün olan aşağıdakı situasiyalara diqqət yetirmək

kifayətdir.



Birinci situasiya: Amnistiya aktı qüvvəyə minənədək iki şəxs ayrı‐ayrılıqda CM‐nin amnistiya

tətbiqini  məhdudlaşdırmayan  maddələri  ilə  nəzərdə  tutulan  cinayət  hadisəsi  törətmişlər  və  iş

təhqiqat və ya istintaq orqanlarının icraatındadır. Son amnistiya aktlarının normalarına görə həmin

orqanlar cinayət törətmiş şəxslərdən heç biri haqqında amnistiya tətbiq edə bilmirlər. Bu şəxlərdən

biri haqqında təhqiqat və ya ibtidai istintaq hərəkətləri yekunlaşdırılmaqla cinayət işi məhkəməyə

göndərilir. İşə qısa müddətdə baxılır və şəxs haqqında ittiham hökmü çıxarılır. Şübhəsiz ki, hansı

növ cəzaya məruz qalmasından asılı olmayaraq şəxsin haqqında məhkəmə tərəfindən də amnistiya

tətbiq olunmur. Hökm qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilir və şəxs haqqında cəzaçəkmə

müəsissəsi və ya icra məmuru tərəfindən amnistiya tətiq olunmaqla o, cəzadan azad edilir.

Digər şəxs haqqında isə konkret səbəblərdən, (məsələn, onun xəstəliyi, xarici səfərdə olması,

iş üzrə ekspertizalar keçirilməsi və s.) cinayət işi məhkəməyə gec göndərilmişdir. İşə gec baxıldığı

üçün  ittiham  hökmü  amnisyia  aktının  icrası  üçün  nəzərdə  tutulan  müddətdə  (3‐4  ay)  qanuni

qüvvəsini almadığından icraya yönəldilmir və təbii ki, bu şəxs haqqında amnistiya aktı tətbiq olunmur.

Deməli  amnistiya  aktı  qəbul  edilməmişdən  əvvəl  iki  şəxsin  ayrı‐ayrılıqda  müxtəlif  cinayət

hadisələri  törətmələri  birinci  şəxsin  amnistiya  aktına əsasən  cəzadan  azad  edilməsinə  gətirib

çıxardığı  halda,  digər  məhkum ondan  asılı  olmayan  səbəblərdən  amnistiyadan  yararlanmaq

imkanından məhrum olur. Bu isə şübhəsiz ki, ikinci məhkumun konstitusion hüquqlarının pozulması

kimi qiymətləndirilməlidir.

Eyni sözləri cinayət hadisəsini iştirakçılıqla törətmiş iki və ya daha çox şəxslər haqqında da

demək olar.Yəni hadisəni birlikdə törətmiş şəxslərdən biri haqqında işin icraatı ibtidai istintaq orqanı

tərəfindən  dayandırıldıqda,  (məsələn,   ağır    xəstəliyə    tutlması,    stasionar    müalicədə   olması



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

­  7 ­

səbəbindən)  qrupun  digər  üzvlərindən  fərqli  olaraq  onun  haqqında  amnistiya  tətbiq  olunması

praktiki olaraq mümkün olmayacaqdır. Çünki, bu halda da iş üzrə onun barəsində çıxarılan hökmün

qanuni  qüvvəyə  minməsi  vaxtı  cəza  icra  orqanları  tərəfindən  amnistiyanın  tətbiqi  müddətindən

kənara çıxır.



İkinci  situasiya:  Eyni  vəziyyət  cinayət  işlərinin  birinci  instansiya  məhkəməsinin  icraatında

olması  hallarında  da  baş  verir.  Yəni  məhkəmənin  icraatında  olan  işin  icraatı  qanunda  müəyyən

edilən əsaslarla dayandırıldıqda ittiham hökmünün çıxarılması, hökmün qanuni qüvvəyə minməsi

vaxtı təbii ki, gecikir. Amnistiyanın tərbiq edilməsi üçün müəyyən edilən vaxt ötdüyündən cəzaçəkmə

müəssisəsində də onun haqqında amnistiya tətbiq edilməsi qeyri‐mümkün olur.

Üçüncü situasiya: Amnistiya aktı qəbul edilməmişdən cinayət hadisəsi törətmiş şəxs amnistiya

aktı qüvvəyə minəndən sonra məhkum edilir və şübhəsiz ki, hökm çıxarılarkan haqqında amnistiya

tətbiq olunmur. Şəxs  ittiham hökmündən narazı qaldığı üçün ondan apelyasiya şikayəti verir. Hökm

qüvvədə saxlanmasına baxmayaraq apelyasiya məhkəməsi də şəxs haqqında amnistiya tətbiq edə

bilmir.  İş  birinci  instansiya  məhkəməsinə  qaytarılana  qədər  amnistiyanın  tətbiqi  üçün  müəyyən

edilən  müddət  bitir.  Deməli  icra  orqanları  da  məhkum  haqqında  amnistiya  aktını  tətbiq  etmək

imkanından məhrum olur.

Belə  çıxır  ki,  haqqında  çıxarılmış  ittiham  hökmündən  məhkumun  qanunla  müəyyən  edilən

şikayətvermə  hüququndan  istifadə  etməsi  onun  ziyanına  işləyir.  Çünki  şəxs  hökmdən  şikayət

etməsəydi haqqında amnistiya tətbiq edilməklə cəzadan azad oluna bilərdi.

Belə anlaşılmaz situasiya zərərçəkmiş şəxs və dövlət ittihamçısının məhkuma qarşı qərəzli

olmaları səbəbindən də yarana bilər. Məsələn, zərərçəkmiş və dövlət ittihamçısının hökmdən qanuni

və  əsaslı  hesab  edilməyən  apelyasiya şikayəti  və  ya  protesti  vermələri  də  müddətin  keçməsi

səbəbindən  məhkumun  amnistiya  tətbiq  ediləsi  şəxslər  sırasından  kənarda  qalmasına  səbəb  ola

bilər.

Dördüncü situasiya: Şəxs amnistiya aktının təsiri altına düşməyən cinayət əməlini törətmək

üstündə  məsuliyyətə  alınmış  və  məhkum  edilmişdir.  Lakin  Apelyasiya  instansiyası  məhkəməsi

tərəfindən  məhkumun  əməli  cinayət  qanununun  amnistiya  tətbiqinə  imkan  verən  daha  yüngül

maddəsinə  tövsif  edilir.  Belə  hallarda  apelyasiya  instansiyası  məhkəməsi  amnistiya  tətbiq  edə

bilmədiyindən  məhkum  apelyasiya  məhkəməsinin  qərarı  ilə  müəyyən  edilən  cəzanı  çəkməkdə

davam  edir.  Apelyasiya  qərarının  cəzaçəkmə  müəssisəsinə  gec  çatması  nəticəsində  də  məhkum

haqqında  amnistiya  tətbiq  oluna  bilmir.  Eyni  vəziyyət  kassasiya  instansiya  məhkəməsinin

məhkumun əməlini CM‐nin daha yüngül cəza nəzərdə tutan maddəsinə tövsif etməsi hallarında da

yarana bilər.

Göründüyü kimi, təhqiqat, ibtidai istintaq və aşağı məhkəmə orqanlarının səhvi nəticəsində

şəxsin  əməlinin  düzgün  tövsif  edilməməsi  səbəbindən  məhkumların  hüquqları  məhdudlaşdırıla

bilər.


Son amnistiya aktlarının müvafiq orqanlar tərəfindən tətbiqi zamanı subyektiv səbəblərdən

vətəndaşların  qanun  və  məhkəmə  qarşısında  hüquq  bərabərliyi  ilə  bağlı  başqa  arzu  olunmaz

situasiyaların yarana bilməsi halları da istisna olunmur. Məsələn, CPM‐nin 48‐ci maddəsinə görə

cinayət  təqibi  üzrə  icraatın  tezliyi  təmin  olunmalı,  istintaq‐məhkəmə  araşdırmaları  təhqiqatçı,

müstəntiq və məhkəmə tətfindən elə müddətlərdə başlamalı və qurtarmalıdır ki, şəxslər pozulmuş

hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməli olmasınlar. Hərcənd bir sıra hallarda

obyektiv və subyektiv səbəblərdən qanunun bu tələblərinə əməl etmək qeyri‐mümkün olur. Bu da

öz növbəsində bizim tədqiq etdiyimiz məsələyə münasibətdə cinayət törətmiş şəxslərin hüquqlarının

pozulması ilə nəticələnir.

Nəzərə  almaq  lazımdır  ki,  amnistiya  aktlarının  icrası  ilə  əlaqədar  müəyyən  edilən  müddət

bitdikdən sonra qüvvəyə minən hökmlər üzrə məhkumlar haqqında amnistiya aktının tətbiqinin

mümkünlüyü  barədə  son  amnistiya aktlarında hər  hansı  göstəriş  yoxdur.  Bu  səbəbdən  də

amnistiyanın icrası üçün müəyyən edilən 3‐4 aylıq müddət ötdükdən sonra heç bir halda məhkum

haqqında amnistiya aktını tətbiq etmək mümkün olmur. Son amnistiya aktları ilə təhqiqat, ibtidai




Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə