Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə16/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   11   12   13   14   15   16   17   18   19

­  34 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

1. Məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı hissədə şikayətə baxılmasını mümkün, digər

hissələrdə mümkünsüz hesab edir;

2. Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndinin pozulduğunu qət edir;

3. Konvensiyanın 1 saylı Protokolunun 1‐ci maddəsinin pozulduğunu qət edir;

4. Qərara alır ki,

(a)  Konvensiyanın 44‐cü maddəsinin 2‐ci bəndinə uyğun olaraq cavabdeh Dövlət üç ay ərzində

ərizəçiyə tutulacaq vergi də daxil olmaqla vurulmuş mənəvi ziyana görə 3 600 (üç min altı yüz) avro

məbləğində  vəsaiti  ödəmənin  həyata  keçirilməsi  zamanı  mövcud  olan  məzənnəyə  uyğun  olaraq

Azərbaycan manatı ilə ödəməlidir:

(b) yuxarıda  qeyd  edilən  üç  ayın  keçməsindən  sonra  ödəmənin  həyata  keçirilməsinə  qədər

gecikdirilən müddət üçün yuxarıda göstərilən məbləğdən Avropa Mərkəzi Bankının illik son faiz

dərəcəsinə uyğun olaraq faizlər ödənilməli və buna üç faiz də əlavə edilməlidir;

5. Ərizəçinin ədalətli kompensasiya tələbinin digər hissələrdə rədd edilməsini qət edir.

Qərar Məhkəmənin Prosedur Qaydalarının 77‐ci Qaydasının 2 və 3‐cü bəndlərinə uyğun olaraq 18

dekabr 2012‐ci ildə ingilis dilində və yazılı şəkildə tərtib edilmişdir.



Andre Vampak                 

 

Nina Vayiç

              Katibin müavini            

 

      Sədr


A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

­  35 ­



Yerli mətbuat səhifələrindən

NMR‐nın Vəkillər Kollegiyası sədrinin müraciəti

Bu  ilin  may  ayında  mətbuatda  Naxçıvan  şəhərində  yeni  "hüquq

firması"nın  (“SHD”  şirkətinin  Azərbaycan  ofisinin)  fəaliyyətə

başlaması  ilə  bağlı  məlumatlar  yayılmışdır.  Həmçinin  mətbuatda

qeyd olunduğu kimi “SHD” şirkətinin Azərbaycan ofisinin (Naxçıvan

şəhərində) “Reyhan” şadlıq sarayında açılış mərasimi də keçirilmişdi.

Bununla  əlaqədar,  “lawreform.az”  portalı  NMR  Vəkillər

Kollegiyasının sədrinin aşağıdakı müraciətini hüquq ictimaiyyətinin



diqqətinə təqdim edir:

“15.05.2017‐ci il tarixdə NAXÇIVANXƏBƏRLƏRİ.com internet saytında SHD hüquq firması kimi təqdim

olunan bir “qurum” un rəsmi açılış mərasimi ilə bağlı məlumat verilmişdir. Bu qurumun Naxçıvan

Muxtar  Respublikasında  qansunsuz  fəaliyyət  göstərdiyini  bildirərək,  aşağıdakı  əsasları diqqətinizə

çatdırırıq.

Əvvəla,  SHD  Türkiyə  Respublikasında  hüquq  firması kimi  deyil,  zərər  ‐  məsləhət  və  tibbi  assistent

xidmətləri həyata keçirir. Həmin qurumun öz saytında yerləşən məlumatlara əsasən SHD zərər çəkmiş

(xəsarət almış) insanlara siğorta və təzminat ödənilməsi sahəsində məsləhət verməklə, habelə tibbi

assistent xidmətləri göstərməklə məşğul olur. Onların hər hansı vəkillik fəaliyyəti və ya hüquqi yardım

göstərmək səlahiyyətləri yoxdur (hətta onun qurucu rəhbəri olan Akaltun Memed Ömər oğlu Türkiyədə

belə həkimlik və vəkillik fəaliyyəti ilə məşğul olmur, onun ortağı Azərbaycanlı Etibar və Gülparə adlı

şəxslər belə nə ölkəmizdə, nə də ki, Türkiyədə vəkillik və həkimlik fəaliyyəti ilə məşğul olurlar). Ona

görə də SHD Türkiyə Respublikasında fəaliyyət dairəsinə aid olmayan bir funksiyanı başqa bir ölkədə,

o cümlədən Naxçıvan Muxtar Respublikasında həyata keçirə bilməz!

İkincisi,  Naxçıvan  Muxtar  Respublikasının  Vergilər  Nazirliyindən  aldığımız  məlumata  əsasən

15.05.2017‐ci  il  tarixdə  rəsmi  açılışı olan  bu  “qurum”  vergi  və  DSMF  qeydiyyatından  keçməmiş və

qanunsuz olaraq sahibkarlıq fəaliyyət (və ya hüquq xidmətləri) göstərir.

Üçüncüsü,  Türkiyə  Respublikasında  Vəkillik  statusu  daşıyan  vəkillər  Azərbaycan  Respublikasında

vəkillik fəaliyyəti ilə məşğul ola bilməzlər. Azərbaycan Respublikasında vəkillik fəaliyyət göstərmək

üçün Azərbaycan Respublikası vətəndaşları Vəkillər Kollegiyasının üzvü olmaqla, fərdi qaydada və ya

vəkillik  qurumunun  tərkibində  (vergi  və  DSMF  qeydiyyatından  keçməklə)  fəaliyyət  göstərə  bilərlər

(“Vəkillik və vəkillik fəaliyyəti haqqında” qanunun 5‐ci madəsinin V hissəsi). Əks təqdirdə vəkil adından

qanunsuz  istifadə  edildiyinə  görə  Azərbaycan  Respublikası  İnzibati  Xətalar  Məcəlləsinin  399‐cu

maddəsi  ilə,  dələduzluğa,  qanunsuz  sahibkarlığa  və  vergi  ödəməkdən  yayınmaya  görə  Cinayət

Məcəlləsinin 178, 192 və 213‐cü maddələri ilə məsuliyyətə səbəb olur.

Hazırda  Naxçıvan  Muxtar  Respublikasında  Naxçıvan  şəhər  Hüquq  Məsləhətxanasının  (vəkillik

qurumunun) vəkilləri və 5 nəfər fərdi qaydada fəaliyyət göstərən vəkil vergi və DSMF qeydiyyatından

keçməklə  fəaliyyət  göstərir. Bunlardan  heç  biri  (o  cümlədən  Azərbaycan  Respublikasında  Vəkillər

Kollegiyasının digər üzvləri) “SHD şirkətinin Azərbaycan ofisi”ndə fəaliyyət göstərmirlər. O ki qaldı,

Türkiyə  Respublikası  vəkillərinin  Azərbaycan  Respublikasında  (o  cümlədən  Naxçıvan  Muxtar

Respublikasıda) vəkilik fəaliyyətinə, bununla bağlı Azərbaycan Respublikasının “Vəkillik və vəkillik

fəaliyyəti haqqında” qanunun 26‐cı (Əcnəbilər tərəfindən hüquqi yardımın göstərilməsi) maddəsinə

görə, Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər tərəfindən hüquqi yardım göstərilməsi yalnız

əcnəbinin  mənsub  olduğu  dövlətin  qanunları  və  ya  beynəlxalq  hüquq  normalarının  tətbiqinə  dair

verilən məsləhət və rəylərlə məhdudlaşır. Habelə Azərbaycan Respublikası ərazisində əcnəbi vəkillər

mülki işlər, cinayət işləri, inzibati və iqtisadi mübahisələrə dair işlər, inzibati xətalar haqqında işlər

üzrə məhkəmə icraatına Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müvafiq

olaraq qarşılıqlı münasibətlər əsasında buraxılır.


Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə