Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə15/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   11   12   13   14   15   16   17   18   19

­  32 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

2. Ərizəçinin zərərçəkmiş şəxs statusu

18.  Məhkəmə qeyd edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamə 17 dekabr 2009‐cu ildə icra

edilmişdir. Lakin Məhkəmə təkrar edir ki, ərizəçinin xeyrinə qəbul edilmiş qərar və ya həyata

keçirilmiş tədbir onun “zərərçəkmiş şəxs” statusundan azad edilməsi üçün kifayətedici hesab

olunmur. Bu  məqsədlə  milli  qurumlar  açıq‐aydın  və  ya  mahiyyət  üzrə  Konvensiyanın

pozulmasını  etiraf  etməli  və  bundan  sonra  pozulmuş  hüquqları  bərpa  etməlidirlər  (baxın,



Amuur Fransaya qarşı, Qərar və Qərardadlar barədə Hesabatlar, 1996‐III, s. 846, 36‐cı bənd

və Dalban  Rumıniyaya  qarşı,  Böyük  Palata,  28114/95  nömrəli  şikayət,  44‐cü  bənd  İHAM

1999‐VI).  Yalnız  göstərilən  şərtlər  yerinə  yetirildikdə  Konvensiyanın  qabaqlayıcı

mexanizminin xüsusiyyəti ərizənin araşdırılmasının qarşısını alır.

19.

Hazırkı iş üzrə qətnamənin on iki ildən artıq müddət ərzində icra olunmadığını və bu müddətin



səkkiz ildən artıq hissəsinin Konvensiyanın Azərbaycana münasibətdə qüvvəyə mindiyi dövrə

aid  olduğunu nəzərə  alaraq  Məhkəmə  müəyyən  edib  ki,  həmin  dövr  ərzində  ərizəçinin

hüquqları bərpa edilməmiş, həmçinin ərizəçiyə məhkəmə qətnaməsinin davamlı olaraq icra

edilməməsi  və  Konvensiyanın  müddəalarının  iddia  olunan  pozuntusu  ilə  əlaqədar  heç  bir

təzminat təklif edilməmişdir.

20.  Belə olan halda, ərizəçinin xeyrinə qəbul edilmiş qətnamənin icra olunmasına baxmayaraq,

Məhkəmə müəyyən edib ki, ərizəçinin xeyrinə həyata keçirilmiş tədbirlər onun hazırkı iş üzrə

“zərərçəkmiş  şəxs”  statusundan  azad  olunması  üçün  kifayətedici  deyil  (müqayisə  et,



Ramazanova  və  digərləri,  44363/02  nömrəli  şikayət,  1  fevral  2007‐ci  il  tarixli  qərar,  38­ci

bənd).


3.  Digər mümkünlük meyarları

21.


Məhkəmə hesab edir ki, şikayətlər Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndində nəzərdə

tutulmuş mənada açıq‐aşkar əsassız deyil və hər hansı digər əsasa görə də onlara baxılması

mümkünsüz hesab edilə bilməz. Ona görə də, bu şikayətlərə baxılması mümkün hesab edilir.

B. İşin mahiyyəti

22.


Məhkəmə  qeyd  edir  ki,  bu  işin  faktiki  dəlilləri,  şikayətlər  və  qaldırılmış  hüquqi  məsələlər

Konvensiyanın  6‐cı  maddəsinin  1‐ci  bəndinin  və  1  saylı  Protokolun  1‐ci  maddəsinin

pozuntusunun müəyyən edildiyi yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi ilə eynidir.

23.


Məhkəmə işdə olan bütün materialları araşdıraraq müəyyən edir ki, Hökumət hazırkı şikayətlə

bağlı onu fərqli nəticəyə gəlməyə inandırmaq üçün hər hansı fakt və ya dəlil irəli sürməmişdir.

24.

Xüsusilə, Məhkəmə Azərbaycanda çoxlu sayda məcburi köçkünün olmasının ərizəçinin xeyrinə



olan  qətnamənin  icrası  ilə  bağlı  müəyyən  çətinliklər  yaratdığını  qəbul  etməyə  hazırdır.

Bununla belə, bu qətnamə qəti və qanuni qüvvəyə malik olmuşdur. Lakin dövlət orqanları

ümumilikdə  təxminən  on  üç  ildən  artıq  bir  müddət  ərzində  (bunun  təxminən  on  ili

Konvensiyanın qüvvəyə minməsindən sonrakı dövrə təsadüf edir) onun icra edilməsi üçün

heç bir adekvat tədbir görməmişlər. Qeyd olunan qətnamənin icra olunması üçün zəruri olan

tədbirlərin görülməsində dövlət orqanlarının lazımı tələskənlik və səy göstərməsini təsdiq

edən  sübutlar  təqdim  edilməmişdir.  Belə  olan  halda  Məhkəmə  hesab  edir  ki,  Hökumət

qətnamənin  uzun  müddət  icra  edilməməsinə  haqq  qazandıran  hər  hansı  dəlil  irəli

sürməmişdir.

25.   Ərizəçinin mülkiyyət hüququnun pozulması iddiası ilə bağlı təqdim etdiyi izahatlara gəlincə,

onun Konvensiyanın 1 saylı Protokolunun  1‐ci   maddəsi   ilə   müdafiə   olunan   əmlakından



­  33 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

 

maneəsiz  istifadə  hüququ  ilə  məcburi  köçkünlərin  yaşayış  sahələri  ilə  təchiz  olunmaq



hüquqları arasında tarazlığın təmin edilməsi vəzifəsinə əməl olunması üçün dövlət orqanları

tərəfindən  hər  hansı  xüsusi  tədbirlərin  görülməsi  nə  ölkə  məhkəmələri,  nə  də  Avropa

Məhkəməsi tərəfindən təsbit edilmişdir. Belə olan halda, qətnamənin icrasının kifayət qədər

uzun  müddət  ərzində  təmin  olunmaması  ərizəçinin  son  dərəcə  ağır  duruma  düşməsi  ilə

nəticələnmişdir.  Məhkəmə  hesab  edir  ki,  bu  ağır  duruma  görə  hər  hansı  kompensasiya

verməməklə dövlət orqanları məcburi köçkünlərin müvəqqəti olaraq yaşayış yerləri ilə təchiz

edilmələrində təcəssüm olunan cəmiyyətin ümumi marağı ilə ərizəçinin əmlakından maneəsiz

istifadə hüququnun müdafiə edilməsi arasında ədalətli tarazlılığı təmin edə bilməmişlər (baxın,

yuxarıda qeyd edilmiş “Gülməmmədova” işi, 43‐50‐ci bəndlər).

26.  Beləliklə də, Konvensiyanın 6‐cı maddəsinin 1‐ci bəndi və Konvensiyanın 1 saylı Protokolunun

1‐ci maddəsi pozulmuşdur.

II. KONVENSİYANIN DİGƏR MÜDDƏALARININ POZULMASI İDDİASI

27.  Ərizəçi  Konvensiyanın  8­ci  maddəsi  əsasında  şikayət  edərək onun  mənzil  hüququnun

pozulduğunu  iddia etmişdir. Məhkəmə  işdə  olan  bütün  materialları  araşdıraraq  və  bu

şikayətlərin onun səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq ərizəçinin Konvensiyanın 8‐ci

maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının pozulmadığını müəyyən etmişdir. Bununla

ərizənin həmin hissəsi Konvensiyanın 35‐ci maddəsinin 3‐cü bəndinin (a) yarımbəndində və

4‐cü bəndində nəzərdə tutulmuş mənada açıq‐aşkar əsassız olduğuna görə rədd edilməlidir.

III. KONVENSİYANIN 41‐Cİ MADDƏSİNİN TƏTBİQİ

28.


Konvensiyanın 41‐ci maddəsində bildirilir:

“Əgər Məhkəmə Konvensiyanın və ona əlavə Protokolların pozulduğunu müəyyən edərsə və

əgər  Yüksək  Razılığa  Gələn  Tərəfin  daxili  hüququ  kompensasiyanın  yalnız  qismən  ödənilməsini

mümkün hesab edirsə,  Məhkəmə, zəruri olduğu təqdirdə, zərərçəkmiş tərəfə ədalətli təzminatın

ödənilməsi barədə qərar çıxarır.”

A. Ziyan

29.  Ərizəçi  vurulmuş  mənəvi  ziyana  görə 10  000  avro  məbləğində  vəsaitin  ödənilməsini  tələb

etmişdir.

30.  Hökumət tələb edilən məbləğin həddindən artıq böyük olduğunu qeyd etmiş və mənəvi ziyana

görə  ərizəçiyə  maksimum 2  400  avro  məbləğində  vəsaitin  ödənilməsinə  hazır  olduğunu

bildirmişdir.

31.  Məhkəmə  hesab  edir  ki,  ərizəçi  xeyrinə  çıxarılmış  məhkəmə  qətnaməsinin  uzun  müddət

ərzində icra olunmaması nəticəsində müəyyən mənəvi ziyana məruz qalmışdır. Lakin tələb

olunan  məbləğ  həddindən  artıq  çoxdur.  Məhkəmə  Konvensiyanın  41‐ci  maddəsində  tələb

olunduğu kimi ədalətli qiymətləndirmə apararaq ərizəçiyə vurulmuş mənəvi ziyana görə 3

600 avro məbləğində vəsaitin ödənilməsini və bura bu məbləğdən tutulacaq vergilərin əlavə

olunmasını qət edir.



B. Ödəmənin gecikdirilməsi zamanı faiz dərəcəsi

32.


Məhkəmə  ödənilməsi  gecikdirilən  məbləğə  görə  faiz  dərəcəsinin  Avropa  Mərkəzi  Bankının

illik son faiz dərəcəsinə uyğun olaraq hesablanmasını və bura üç faiz əlavə edilməsini məqbul

hesab edir.

YUXARIDAKILARI NƏZƏRƏ ALARAQ, MƏHKƏMƏ YEKDİLLİKLƏ



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə