Jrunal XIII


 ­ A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə3/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   2   3   4   5   6   7   8   9   ...   19

­  4 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Nəhayət amnistiya aktlarında bu aktı tətbiq edən orqanların adları və səlahiyyət dairəsi, qanuni

qüvvəyə minmiş hökmlər üzrə cəza‐icra orqanlarının amnistiyanı tətbiq edib yekunlaşdırma müddəti

(bir qayda olaraq 3 yaxud 4 ay) müəyyən edilir. Şübhəsiz ki, məhkəmə fəaliyyətinin xarakteri (işlərə

bir neçə instansiyada baxılması, şəxsin əməlinin qanunun daha yüngül cəza nəzərdə tutan maddəsinə

tövsif edilə bilməsi) nəzərə alınaraq məhkəmələrin icraatlarında olan işlər üzrə belə məhdudiyyətlər

müəyyən edilə bilməz.

Amnistiya  aktlarının  mahiyyəti, müddəaları,  qəbul  və  icra  qaydaları  barədə  yuxarıda  qeyd

etdiklərimiz hüquq ədəbiyyatında, o cümlədən hüquq ensiklopediyalarında da məhz bu cür şərh

edilir. Respublikamızın həm SSRİ tərkibində olduğu dövrlərdə, həm də  müstəqillik dövründə 2007‐ci

ilə qədər qəbul olunan amnistiya aktları eyni prinsiplər əsasında qəbul və icra edilirdi. Həmin aktların

normaları Konstitusiya müddəalarına, cinayət‐prosessual normalara, sağlam düşüncəyə və nəhayət

ədalət prinsipinə əsaslandığından onların müvafiq orqanlar tərəfindən təcrübədə tətbiqi hər hansı

problem yaratmırdı. Lakin 08 may 2007‐ci il tarixli, habelə ondan sonrakı (17 mart 2009­cu il, 07

may 2013‐cü il və 20 may 2016‐cı il tarixli) amnistiya aktları ilə əvvəlkilərdən ciddi surətdə fərqlənən

yeni  normalar  meydana çıxmış,  sanki  belə  aktların  qəbulu  üçün  yeni  konsepsiya

müəyyənləşdirilmişdir.  Son  amnistiya  aktlarına  görə  amnistiya  bu qanun  qüvvəyə  minənədək

cinayət  törətmiş  şəxslər  barəsində  deyil, yalnız  qanuni  qüvvəyə  mindiyi  günədək  qüvvəyə

minmiş ittiham hökmləri ilə məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Bu səbəbdən də

təhqiqat  və  ibtidai  istintaq  orqanları  amnistiyanı tətbiq  edən  orqanlar  sırasından  xaric  edilmiş,

məhkəmələrin bu sahədəki səlahiyyətləri isə munimuma endirilmişdir.

Amnistiya aktları ilə müəyyən edilən yeni normalara görə təhqiqat və ibtidai istintaq orqanları

heç  bir  halda amnistiya  tətbiq  edilməsi  əsası  ilə material  üzrə  cinayət  işi  başlamağı  rədd  etmək,

cinayət  işinin  icraatına  xitam  vermək  barədə  qərar  qəbul  edə  bilməzlər.  Onlar  icraatlarındakı

materialları (o cümlədən məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialları) və cinayət işlərini

hər  bir  halda  yekunlaşdırıb  məhkəməyə  göndərməyə  borcludurlar.  Məhkəmələrin  bu  sahədəki

fəaliyyətlərində də eyni vəziyyət yaranmışdır. Son amnistiya aktlarının normalarına görə hazırda

məhkəmə instansiyalarının heç birinin icraatlarındakı materiallar və cinayət işləri üzrə amnistiya

tətbiq etmək hüququ yoxdur.

Belə ki, son amnistiya aktlarına görə məhkəmələr yalnız müəyyən növ cəzaya şərti məhkum

edilmiş, cəzadən şərti olaraq vaxtından əvvəl azad edilmiş, yaxud CM‐nin 79‐cu maddəsinə müvafiq

olaraq təyin  edilmiş  cəzanın  çəkilməsi  təxirə  salınan  şəxslər  barəsində  amnistiya  tətbiq  etmək

hüququna  malikdirlər,  bu  şərtlə  ki,  hökm  və  qərarlar icra  mərhələsində  olsun.  Bundan  əlavə  4

ildən  artıq  olmayan  müddətdə  azadlıqdan  məhrumetmə  cəzasına  məhkum  edilmiş  şəxslərin

cəzalarının  çəkilməmiş  hissəsinin  6  aydan  artıq  olması  hallarında  cəzanın  həmin  müddətə

azaldılması da məhkəmələrin səlahiyyətinə aid edilmişdir. Bütün hallarda son amnistiya aktları ilə

məhkəmələrə icraatlarında olan işlər üzrə hazırlıq iclası mərhələsində, məhkəmə baxışı başlanana

qədər və məhkəmə baxışının gedişində (ittiham hökmü çıxarılarkan) şəxs haqqında amnistiya tətbiq

etmə səlahiyyəti verilməmişdir.

Yuxarıda qeyd etdik ki, SSRİ məkanında olduğumuz dövrdə, habelə müstəqillik əldə etdikdən

sonra 2007‐ci ilədək qəbul edilmiş amnistiya aktlarında bu aktlar onların qüvvəyə minməsinə qədər

cinayət  törətmiş  şəxslərə  aid  edilirdisə,  son  dörd  amnistiya  aktları  yalnız  haqlarında  çıxarılan

hökmlər qüvvəyə minmiş şəxslərə şamil edilir. Əlbəttə, amnistiya aktının verilməsi dövət siyasəti

ilə bağlıdır və məhz kimlərin haqqında amnistiya kimi humanist tədbirin tətbiqinin məqsədə uyğun

hesab edilməsi müvafiq dövlət strukturunun səlahiyyətindədir. Biz dövlətin siyasətinə, qanunverici

orqanın səlahiyyətinə müdaxilə etmək fikrindən uzağıq. Lakin burada bizim fikrimizlə qanunla və



məntiqlə uzlaşmayan iki məsələyə münasibət bildirmək bizim peşə borcumuzdur.

Amnistiya  aktlarının  tətbiq  edilməsi şərtləri  və onları  tətbiq  etməli  orqanlarla  əlaqədar

məsələlər araşdırılakən məlum olur ki, əvvəla, axırıncı aktlarla müəyyən edilən normalarla cinyət­

prosessual  qanunun  qüvvədə  olan  normaları  arasında  ziddiyət  yaranmışdır.  Digər  tərəfdən  eyni

zaman kəsiyində cinayət törətmiş şəxslər dövlətin qəbul etdiyi amnistiya kimi humanist tədbirdən



A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐  XIII nömrə

­  5 ­

bərabər surətdə yararlanmaq imkanından məhrum edilmişlər. Yəni eyni vəziyyətdə olan şəxslərdən

biri haqqında amnistiya tətbiq edildiyi  halda digəri haqqında müəyyən səbəblərdən tətbiq oluna

bilmir. Bu isə insanların qanun və məhkəmə qarşısında bərabərlik hüququnu pozur.

Dediklərimizi əsaslandırmağa çalışacağıq. Qüvvədə olan AR CPM‐nin 39‐cu maddəsinə görə

amnistiya aktına əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməli olması cinayət təqibini istisna

edən  hal  olduğu  üçün  o,  cinayət  məsuliyyətindən  azad  olunmalıdır  (39.1.12‐ci  maddə).  Cinayət

qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu

cinayət  təqibinin  həyata  keçirilməməsinə  imkan  verir.  Təhqiqatçı,  müstəntiq  və  ya  prokuror

icraat zamanı CPM‐nin 39‐cu maddəsində göstərilən halları aşkar etdikdə cinayət təqibinə xitam

verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır. (CPM­nin

40.1 və 41.1‐ci maddələri).

Son  illərin  istintaq‐məhkəmə  təcrübəsi  göstərir  ki,  amnistiyanın  yalnız  haqlarında  qanuni

qüvvəyə minmiş hökmlər olan məhkumlar barəsində tətbiq edilməli olması barədəki müddəalar

amnistiya aktının tətbiqi ilə əlaqədar ciddi problemlər yaratmışdır. Belə ki, CPM‐nin 39, 40, 41‐ci

maddələri  ilə  müəyyən  olunan  normalar  ləğv  edilməmişdir  və  hazırda  da  qüvvədədir.  Halbuki,

təhqiqatçı, müstəntiq və ya prokuror davamlı olaraq son 9 il ərzində icraatlarında olan materiallar

və işlər üzrə amnistiya tətbiq etmə hüququndan məhrum edilirlərsə CPM‐nin həmin maddələrlə

müəyyən edilən müvafiq normalarının qanundan çıxarılması daha məntiqi idi. Çünki heç bir halda

tətbiqi  mümkün  olmayan  normaların  formal  olaraq  qanun  mətnində  saxlanmasına  haqq

qazandırmaq mümkün deyil.

Bəzi  hüquqşünaslar  hesab  edirlər  ki,  təhqiqat,  ibtidai  istintaq  orqanlarının  icraatlarındakı

materiallar  və  cinayət  işləri  üzrə  amnistiya  tətbiq  edə  bilməmələri  elə  də  ciddi  narahatlıq

yaratmamalıdır.  Həmin  orqanlar  belə  hallarda  CPM  ilə  müəyyən  edilən  qaydalarda  prosessual

hərəkətləri davam etdirə və cinayət işini yekunlaşdırıb məhkəməyə göndərə bilər. Bundan sonra

şəxs  haqqında  amnistiyanın  tətbiq  edilib‐edilməməsi  məsələsinin  həlli  məhkəmə  və  cəza‐icra

orqanlarının üzərinə düşür.

Məsələnin  belə  qoyuluşu  vəziyyətdən  çıxış  yolu  hesab  edilə  bilməz  və  sadəcə  problemin

həllindən yayınmaq məqsədi daşıyır. Cünki, əgər cinayət hadisəsi törətmiş şəxsin əməli amnistiya

aktının  təsiri  altına  düşürsə  və  şübhəli  və  ya  təqsirləndirilən  şəxs amnistiyanın  tətbiqinə  etiraz

etmirsə  CPM‐nin  adı  çəkilən  normalarının  qüvvədə  olduğu  vaxtda təhqiqatçı,  yaxud  müstəntiq

amnistiya tətbiq etməmək barədəki qərarını necə əsaslandıra bilər?

Fikrimizcə  belə  hallarda iş  üzrə  hökmün  çıxarılmasını, ittiham  hökmünün  qanuni  qüvvəyə

minməsini gözləməyə ehtiyac yoxdur. Qeyd etdiyimiz kimi bir tərəfdən qanuni əsas olduğu halda

amnistiya tətbiq edilməməsi CPM‐nin normalarına ziddir. Digər tərəfdən nəzərə almaq lazımdır ki,

təhqiqat,  istintaq  hərəkətləri,  həmçinin  məhkəmə  araşdırmaları  müəyyən  qrup  dövlət

qulluqçularının (əməliyyat işçiləri, təhqiqatçılar, müstəntiqlər, prokurorlar, hakimlər və s.) gərgin

əməyi  hesabına  başa  çatdırılır.  Belə  vəziyyətdə  cinayət  prosessinin  tərəflərindən  heç  birinin

marağında  olmadığı  səmərəsiz  araşdırmaların  aparılması,  həmin  orqanların işini  daha  da

gərginləşdirir. Nəzərdən qaçırmaq olmaz ki, istintaq‐məhkəmə araşdırmaları bir sıra işlər üzrə həm

də cinayət prosessində iştirak edən şəxslərə (ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə, şahidlərə,

vəkillərə) dövlət büdcəsindən vəsait ödənilməsi ilə bağlıdır.

Nəhayət, hazırki tarixi şəraitdə bir çox xarici ölkələrdə cinayət işləri üzrə məhkəmə icraatının

sadələşdirilməsi  istiqamətində  ciddi  işlər  aparılır.  Məsələn,  bir  sıra  başqa  ölkələrdə  olduğu  kimi

Rusiya  Federasiyasının  cinayət‐prosessual  qanunvericiliyi  ilə  də  konkret  işlər  üzrə  məhkəmə

qərarının qəbul edilməsinin icraatı tezləşdirən yeni qaydası müəyyən edilmişdir. RF CPM‐nin 40‐cı

fəslinə  görə  təqsirləndirilən  şəxs  ona  verilən  ittihamla  razılaşdıqda məhkəmə  araşdırması

aparmadan haqqında hökm çıxarılması barədə vəsatət vermək hüququna malikdir. Prosessual

qanunda belə vəsatətin qəbuluna mane olan norma nəzərdə tutulmadıqda vəsatət təmin olunmalıdır.

Şübhəsiz  ki,  bu  norma  da  cinayət  icraatının  sadələşdirilməsi  üsullarından  biri  olduğu,  proses

iştirakçılarının hüquqlarını pozmadığı üçün təqdir edilməlidir.




Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə