Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə13/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   9   10   11   12   13   14   15   16   ...   19

­  27 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Göründüyü  kimi  inzibati  prosessual  qanunvericiliyin  tələblərinə  görə,  inzibati  işə  baxan

məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən

bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin

hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır.

Lakin müraciətdən də göründüyü kimi, təcrübədə məhkəmələr tərəfindən xidməti vəzifəsinə

əsasən maraqlarına toxunan şəxslərin məhkəmə icraatına cəlb olunmaması hallarına rast gəlinir.

Belə  olan  halda  həmin  şəxslər  Konstitusiyanın  60‐cı  maddəsi  ilə  nəzərdə  tutulan  məhkəməyə

müraciət etmək hüququnun pozulduğunu haqlı olaraq qeyd edirlər. Çünki məhkəmə qərarı qanuni

qüvvəyə mindiyinə görə həmin şəxslərin İnzibati Prosessual Məcəllənin 28‐ci maddəsinə uyğun

olaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi mümkün olmur və onlar

inzibati məhkəmə icraatının iştirakçısı olmadığı üçün həmin Məcəllənin 81‐ci maddəsinə əsasən

bu qərardan apellyasiya şikayəti vermək hüququndan məhrum olurlar.

İnzibati  Prosessual  Məcəllənin  28‐ci  maddəsinə  əsasən,  iş  üzrə  məhkəmə  qərarı  qanuni

qüvvəyə  minənə  qədər  və  ya  iş  yuxarı  instansiya  məhkəməsinin  icraatında  olduğu  müddətdə,

məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə

xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları

üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi,

lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu

qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının

təzələnməsi  barədə  qərardad  qəbul  edir.  Mübahisə  edilən  hüquq  münasibətində  üçüncü  şəxsin

iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid

qərarın  qəbul  olunmasını  şərtləndirdiyi  hallarda,  həmin  şəxs  iştirakçı  kimi  inzibati  məhkəmə

icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına

cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır.

Qərardadda  məhkəmə  tərəfindən  baxılan  işin  halları  və  cəlbetmənin  səbəbləri  göstərilməlidir.

İnzibati  məhkəmə  icraatına  cəlbetmə  barədə  məhkəmə  qərardadından  şikayət  verilə  bilməz.

Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul

edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını

güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə

həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən

imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və

zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar

üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf

arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir.

Zəruri  cəlbetmə  o  zaman  mövcud  olur  ki,  qəbul  ediləcək  məhkəmə  qərarı  tək  inzibati

məhkəmə  icraatının  tərəfləri  barəsində  deyil,  həmçinin  üçüncü  şəxsə  münasibətdə  də  hüquqi

qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa

şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya

ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli

və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki,

üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi

taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs

üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına

cəlb edilməlidir.

Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli

olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi

ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.

Belə  ki,  İnzibati  Prosessual  Məcəllənin  27‐ci  maddəsinə  görə,  inzibati  məhkəmə  icraatının

iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir.



­  28 ­

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Həmin Məcəllənin 81.1 və 81.2‐ci maddələrinə əsasən, inzibati‐iqtisadi məhkəmələr tərəfindən

qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna

olmaqla,  şikayət  verilə  bilər.  Şikayətə  apellyasiya  qaydasında  apellyasiya  instansiyası

məhkəmələrinin  inzibati‐iqtisadi  kollegiyaları  tərəfindən  baxılır.  İnzibati  məhkəmə  icraatının

iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin

təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun

yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici

həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət

vermək hüququna malikdirlər.

Konstitusiya  Məhkəməsinin  Plenumu  hesab  edir  ki,  inzibati  məhkəmə  icraatına  cəlb

olunmamış,  qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktı  ilə  maraqlarına  toxunan  şəxsin  məhkəməyə

müraciət  etmək  hüququnun  təmin  edilməsi  məqsədilə  İnzibati  Prosessual  Məcəllənin  28.1‐ci

maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və

qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.

Lakin Konstitusiyanın 7‐ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölünməsi prinsipinə

görə  Konstitusiya  Məhkəməsi  normayaradıcı,  yəni  hər  hansı  hüquq  münasibətlərinin

tənzimlənməsinə dair normativ hüquqi akt qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta

əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu

və müraciətləri, fərdi şikayətlər əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və

yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini

həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına

cəlb  olunmamış,  qanuni  qüvvəyə  minmiş  məhkəmə  aktı  ilə  maraqlarına  toxunan  şəxsin

Konstitusiyanın  60‐cı  maddəsinin  I  hissəsindən  və  “İnsan  hüquqlarının  və  əsas  azadlıqların

müdafiəsi  haqqında”  Konvensiyanın  (bundan  sonra  –  Konvensiya)  6‐cı  maddəsindən  irəli  gələn

məhkəməyə müraciət etmək hüququ qanunvericilik qaydasında tənzimlənməlidir. Konstitusiyanın

94‐cü  maddəsinin  I  hissəsinin  6‐cı  bəndində  isə  məhkəmə  icraatı,  məhkəmə  qərarlarının  icrası

qaydalarının  müəyyən  edilməsi  Azərbaycan  Respublikası  Milli  Məclisinin  (bundan  sonra  –  Milli

Məclis) səlahiyyətinə aid edilmişdir.

Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60‐cı

maddəsinin I hissəsində və Konvensiyanın 6‐cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət

etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni

qüvvəyə  minmiş  məhkəmə  qərarı  ilə  maraqlarına  toxunan  şəxs,  hüquqları  və  qanunla  qorunan

maraqları  əhəmiyyətli  dərəcədə  pozulduğu  hallarda  inzibati  məhkəmə  icraatına  üçüncü  şəxs

qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla,

İnzibati Prosessual Məcəllənin 28.1‐ci maddəsinə uyğun həll edilməlidir.

Lakin  məhkəmə  qanuni  qüvvəyə  minmiş  qərarının  ləğv  edilməsi  və  işə  mahiyyəti  üzrə

baxılmasının  təzələnməsi  barədə  qərardad  qəbul  edərkən  hüquqi  müəyyənliyin  mühüm  tərkib

hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü

şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir:

‐  qanuni  qüvvəyə  minmiş  məhkəmə  qərarı  ilə  inzibati  məhkəmə  icraatına  cəlb  olunmamış

şəxsin  hüquqlarının  və  qanunla  qorunan  maraqlarının  əhəmiyyətli  dərəcədə  pozulub‐

pozulmamasına;

­ inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya

bilməli olduğu vaxtın müəyyən edilməsinə.

Beləliklə,  həmin  şəxs  məhkəməyə  müraciətində  öz  hüquqlarının  və  qanunla  qorunan

maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

‐ inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş  məhkəmə  qərarı   ilə



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə