Jrunal XIII



Yüklə 402,4 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix24.02.2018
ölçüsü402,4 Kb.
#27643
1   ...   11   12   13   14   15   16   17   18   19

A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

Beynəlxalq mətbuat səhifələrindən

Nə 

üçün 

yadplanetlilərin 

təbliği

Konvensiyanın 

pozuntusu 

kimi

qiymətləndirilsin?!

2012‐ci 


ildə 

Avropa 


İnsan 

Hüquqları

Məhkəməsinin Böyük Palatası hüquqşünaslar,

o  cümlədən  ictimaiyyət  arasında  mübahisəyə

səbəb ola bilmiş bir qərara imza atmışdır.

Məhkəməyə müraciət edən ərizəçi 1977‐ci ildə

qeyri‐kommersiya təşkilatı kimi qeydiyyatdan

keçmiş “İsveçrə Raelian Hərəkatı”dır. Təşkilatın

əsas 

qayəsi 


yadplanetlilərlə 

əlaqənin


qurulmasından ibarətdir. 2001‐ci ildə təşkilat Noyşatel Polis Bölməsindən özlərinə aid posterlərin

şəhərin müxtəlif yerlərində yerləşdirilməsinə icazə almaq istəmişdir. Posterdə yadplanetlilərin

xəyali  şəkilləri  və  “uçan  boşqab”  rəsmi  həkk  olunmuşdur.  Polis  bölməsi  posterlərin

yerləşdirilməsindən o əsasla imtina etmişdir ki, ümumiyyətlə bu Hərəkatın fəaliyyəti qeyri‐əxlaqi

və  oturuşmuş ictimai  qaydaların  əksinədir.  Əslində  Hərəkat  siyasi  idarəçiliyin  “geniokratiya”

modelini  təbliğ edir.  Bu  modelə  əsasən,  siyasi  idarəedicilər  ən  yüksək  intellektə  sahib  şəxslər

arasından seçilib təyin olunmalıdırlar, nəinki seçki əsasında. İmtinadan şikayət edən Hərəkatın

ərizəsinə baxan Frayburq Kanton Məhkəməsi hesab etmişdir ki, Hərəkat dolayısilə pedofiliyanı

və  insesti  də  təbliğ etməkdədir. Hərəkat  hesab  etmişdir  ki,  yerli  orqanların  qərarı  senzuradan

başqa,  birşey  deyildir.  2005‐ci  ildə  inzibati  və  federal  məhkəmələr  də  polis  orqanının  qərarını

qüvvədə saxlamışdır. Hətta inzibati məhkəmə hesab etmişdir ki, “geniokratiya”nın təbliği müasir

cəmiyyətdə ictimai qaydanın və mənəviyyatın əsaslarını sarsıdır. Halbuki, vaxtilə ‐ 1999‐cu ildə

Hərəkat  tərəfindən  bu  cür  posterlərin  yerləşdirilməsinə  Sürix  və  Lozan  şəhərlərində  icazə

verilmişdi. Eyni zamanda 2004‐cü ildə Delmont Şəhər Bələdiyyə Şurası “Allah mövcud deyil!” yazılı

posterin yerləşdirilməsinə icazə verməmişdir.

Beləliklə,  ərizəçi  əsas  etibarilə  hesab  edir  ki,  onun  Konvensiyanın  9  (vicdan  azadlığı)  və  10‐cu

(ifadə azadlığı) maddələri ilə müəyyən olunmuş hüquqları pozulmuşdur. 2006‐cı ildə Məhkəmə

palatası  qeyd  olunan  maddələrin  pozuntusu  faktını  tapmadığından  ərizəçi  məsələni  Böyük

Palatanın müzakirəsinə təqdim etmişdir. Öz yekun qərarında Böyük Palata hesab edir ki, əvvəla

Noyaştel şəhər İnzibati Reqlamentinə əsasən, polisin posterin yerləşdirilməsindən imtina etməsi

üçün  qanuni  əsasları  olmuşdu.  Əslində  polis  yalnız  posterlərin  yerləşdirilməsinə  qadağan

qoymuşdur, halbuki Hərəkat öz məlumatlarını digər vasitələr ilə yaya bilərdi. 10‐cu maddənin

şərhi ilə bağlı Məhkəmə ilk dəfə öz presedent praktikasında qeyd etmişdir ki, “ifadə azadlığı”nın

məhdudlaşdırılması  siyasi  xarakterli  işlər  ilə  bağlı  daha  az  məhdudiyyətlərə  məruz  qalmalıdır,

nəinki dini, mənəvi, kommersiya və reklam xarakterli işlər ilə bağlı. Təşkilatın poster vasitəsilə

təbliği bir tərəfdən kommersiya xarakterlidir, çünki bununla o, öz Hərəkatına üzvlər cəlb etməyə

çalışır. Lakin digər tərəfdən burada hər hansı əmtəənin də satılmasından söz getmir. Həmçinin

İsveçrə federal ölkə olduğundan regiondan asılı olaraq, orada bu cür məsələlərə münasibət fərqli

ola bilər. Dolayısilə posterlərdə əks olunan məlumatların hüquqla nə dərəcədə uzlaşıb‐uzlaşmadığı

məsələsi  dövlətin  öz  mülahizəsinə  qalmalıdır  və  Məhkəmə  bu  məsələyə  müdaxilə  edə  bilməz.

Yekunda məhkəmə 9‐cu maddənin ayrıca araşdırılmasına lüzum olmadığını bildirmiş və 10‐cu

maddənin  pozulmadığı qənaətinə  gəlmişdir. Bununla  belə,  skeptiklər  hesab  edirlər  ki,  Avropa

Məhkəməsinin bu qərarının arxasında Vatikanın sifarişi durur.

­  38 ­




A Z Ə R B A Y C A N   V Ə K İ L İ  ‐ XIII nömrə

İordaniya Krallığının cinayət qanunvericiliyinə

“mütərəqqi yenilik”lər gətirilir

Aprelin 30‐da İordaniya Krallığının qanunverici orqanı

tərəfindən qəbul olunmuş Cinayət Məcəlləsinin 308‐ci

maddəsinin ləğvi ilə bağlı qanunu qüvvəyə minmişdir.

Ləğv  olunmuş  maddə  zorlama  cinayəti  ilə  bağlı  idi  ki,

təzə dəyişikliyə əsasən, zorlama cinayəti törədən şəxs

cinayətin  qurbanı  ilə  azı  3  il  müddətinə  nikaha  daxil

olmağa öhdəlik götürərsə, cinayət məsuliyyətindən azad

olunacaqdır. Əslində məcəlləyə bu dəyişiklik 2016‐cı ilə edilmişdir və cinayətin qurbanı qismində

15‐18 yaşlı qadınlar tanınır və cinayətə görə təqsiri aradan qaldıran şərt qismində azyaşlı qadınların

öz xoşluqları ilə cinsi münasibətə girməsi qeyd olunur. İordaniyada bu dəyişikliyə qarşı qadınların

hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən çoxsaylı təşkilatlar qoşulsalar da, bir nəticə

əldə edə bilinməmişdir.

Qeyd  olunmalıdır  ki,  dünya  təcrübəsində  analoji  qanunvericilik  hazırda  Livan,  İraq,  Filippin,

Mərakeş, Misir, Efiopiya və Bəhreyndə mövcuddur. Mahiyyətcə məsələnin mənbəyi şəriət hüququna

bağlanır. Belə ki, İslam zorlayan şəxsin zorlanan şəxslə nikaha daxil olmasını qadağan etmir. Şəriətdə

və  ümumən  şəriətlə  idarə  olunan  cəmiyyətdə  zorlanmış  qadına  “xoş”  baxılmaması  zorlamadan

sonrakı  nikahın  cəmiyyət  tərəfindən  normal  qarşılanmasını  şərtləndirmiş  olur.  Məsələyə  digər

tərəfdən baxdıqda görmək olar ki, islam ölkələrinin təcrübəsində adətən zorlamaya məruz qalmış

qadınlar  danşlanma  və  s.  bu  kimi  müxtəlif  cismani  cəzalara  məruz  qalırlar.  Dolayısilə  şəriətin

göstərdiyi bu cür ağır “həll yolu” qadınlar üçün daha məhrumiyyətlidir, nəinki onu zorlayan şəxslə

ailə qurulması. Beləlikə, şəriət hüququ zorlama cinayətlərinin qarşısını almaqda acizdir və məhz bu

səbəbdəndir ki, uzun illərdir bu cinayətin nəinki qarşısı alına bilinib, hətta islam ölkələri zorlama

cinayətlərinin statistikası üzrə dünyada liderdirlər. İordaniyalı qadın porkuror İsra Tavalbeh, “308­ci

maddənin ləğvi, əslində cinayət qurbanı olan qız uşaqlarının valideyinləri və qohumları tərəfindən

öldürülməsindən daha yaxşıdır. Zənnimcə, bu dəyişiklik bizim cəmiyyətin reallığı ilə uzlaşmaqdadır”

deyir. Lakin qadın hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar hesab edirlər ki, qanunvericiliyə

gətirilmiş bu cür yeniliklər qadınların hüquqlarını məhdudlaşdırmaqdan başqa bir şey deyildir və

cəmiyyəti  inkişaf  baxımından  geriyə  aparmaqdadır. Onlara  görə,  dövlət  problemin  həlli  ilə  bağlı

əslində  özünün  məsuliyyətini  aradan  qaldıran  bu  cür  məhdudlaşdırıcı  mexanizmlərdən  istifadə

etməkdənsə, daha mütərəqqi üsullara müraciət edə bilərdi. Bu cür üsullar uzun perspektivdə ictimai

münasibətlərin inkişafına daha çox zərər vurmaqdadır ki, son nəticədə qadınların cəmiyyətə normal

inteqrasiyasını və şəxsi hüquqlarının müdafiəsini, psixoloji reabilitasiyasını heçə endirir.

Eyni əmələ görə iki dəfə cəza verilməsinə AHİM‐nin

münasibəti

Bu  günlərdə  Avropa  Məhkəməsi  Konvensiyanın  7  saylı

protokolunun 4‐cü maddəsi ilə bağlı maraqlı bir qərarı

ilə  gündəmə  gəlmişdir. İşini  halları ondan  ibarətdir  ki,

şikayət Məhkəməyə iki fiziki və bir hüquqi şəxs tərəfindən

birgə  təqdim  edilmişdir.   Jón  Ásgeir  Jóhannesson  və

Tryggvi Jónsson müvafiq olaraq 1968 və 1955‐ci illərdə

anadan olmuş İslandiya vətəndaşlarıdır. Onlar London və

Reykvyavikdə yaşayırlar. Fjárfestingafélagið Gaumur isə

İslandiyada qeydiyyatdan keçmiş hüquqi şəxsdir.

­  39 ­



Yüklə 402,4 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə