İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə55/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   48   49   50   51   52   53   54   55   56

əmək proseslərinin nəticəsi olaraq meydana gələn Azərbaycan folk- 
loru ilk növbədə janr baxımmdan rəngarəngliyi ilə diqqəti cəlb edir. 
Xalqımızm  yaradıcı  düşüncəsinin  məhsulu  olan  miflər,  əfsanələr, 
nağıl və rəvayətlər,  zərb-məsəllər, tapmacalar,  dastanlar,  aşıq yara- 
dıcılığı,  meydan tamaşaları,  xalq musiqi və rəqsləri nəsildən-nəsilə, 
əsrdən-əsrə Azərbaycan türklərinin ruhunu yaşadaraq zəmanəmizə 
qədər gətirib çıxartmışdır.
Ənənəvi xalq bayramları, Novruz və Xıdır Nəbi mərasimləri 
Azərbaycan folklorunun zənginliyini nümayiş etdirir. Yurdumuzun 
qədim  sakinlərinin,  əcdadlarımızm  dünyagörüşünün,  bədii-estetik 
təfəkkürünün təzahür forması  olan folklorun,  musiqi və rəqs  sənə- 
tinin ən qədim qaynaq- ları eramızdan əvvəl 4-cü -   1-ci minilliklərə 
aid  Gəmiqaya  təsvirlərində,  “Avesta”  və  “Kitabi  Dədə  Qorqud” 
kimi  qədim  qaynaqlarda  öz  əksini  tapmışdır.  Dünyanm   ən  qədim 
kollektiv  ifa növlərindən  olan Azərbaycan xalq  yallıları  xoreoqra- 
fiya,  instrumental və vokal musiqisini  özündə birləşdirən nadir ya- 
radıcılıq nümunəsidir.
Qədim rəqs və musiqi mədəniyyəti ilə sıx bağlı olan, vaxtilə 
geniş  yayılmış  qədim  çalğı  alətlərimizin  bu  gün  geniş  təbliğinə  və 
gənc  nəslə,  elecə  də  beynəlxalq  ictimaiyyətə  tanıdılmasma  ciddi 
ehtiyac vardır. Cəng, ud, təbil, tənbur, qanun, qopuz, rübab, tulum, 
kərənay, ney, zurna, balaban kimi çalğı alətlərimizin adlarına musiqi 
tarixinə  dair  mənbələrdə,  “Kitabi  Dədə  Q orqud”,  “Koroğlu”  das- 
tanlarmda,  eləcə  də  klassik  şairlərimizin  əsərlərində  rast  gəlinir. 
Qədim  çalğı  alətlərinin  bir  çoxu  bərpa  olunmuş  və yenidən musiqi 
alətləri sırasına daxil edilmişdir.
Xalqımızm müstəqillik yoluna qədəm qoyduğu indiki şəra- 
itdə xalq yaradıcılığmm, əsrlər boyu yaranan mənəvi və maddi-mə- 
dəniyyət  nümunələrinin  öyrənilməsi,  ənənəvi  sənət  sahələrinin 
dirçəldilməsi, onlarm geniş şəkildə tətbiq və təbliğ olunması mühüm 
əhəmiyyət kəsb edir.
Naxçıvan M uxtar Respublikasmda xalq yaradıcılığmm in- 
kişafı və qorunub  saxlanması istiqamətində bir sıra işlər görülmüş, 
folklor kollektivlərinin və xalq teatrlarm ın fəaliyyəti gücləndirilmiş, 
onlar milli geyim dəstləri ilə təmin olunmuşlar.  Hal-hazırda muxtar 
respublikada mövcud olan 50 folklor kollektivinin 600-ə yaxm üzvü
256


xalq yaradıcılığmm bu vo ya digər sahələrini qoruyub yaşatmaqda- 
dır.
Xalqlarm,  ölkələrin  bir-birinə  daha  çox inteqrasiya  olun- 
duğu,  dərin qloballaşma proseslərinin  getdiyi  indiki  şəraitdə  azər- 
baycanlılarm  milli  kimlik  pasportu  olan  xalq  yaradıcılığmm 
qorunub  saxlanması və inkişaf etdirilməsi,  xalq sənəti nümunələri- 
nin,  milli mətbəxin,  folklorun,  milli  rəqs  və  mahnı  sənətinin  daha 
geniş,  sistemli  şəkildə təbliğ  olunması,  böyüməkdə  olan gənc nəslə 
milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə qərara alıram:
1. “Novruz bayramı” şənliklərində Xalq yaradıcılığı günləri 
keçirilsin.
2. Azərbaycan Milli Elmlər Akademiyasmm Naxçıvan böl-
məsi:
2.1. Naxçıvan M uxtar Respublikası ərazisində mövcud olan 
etnoqrafık və folklor materiallarmm yenidən toplanması, sistemləş- 
dirilməsi və elmi tədqiqatlara cəlb olunması üçün tədbirlər görülsün, 
əldə  olunmuş  materiallar  əsasmda  “Naxçıvan  folkloru  antologi- 
yası”nı hazırlayıb nəşr etdirsin;
2.2. Naxçıvan folkloru atlasmı işləyib hazırlasm;
2.3. Naxçıvan M uxtar Respublikasmm Mədəniyyət və Tu- 
rizm Nazirliyi  ilə  birlikdə  xalq yaradıcılığı  nümunələrinin  sistemli 
şəkildə təbliği üçün təsirli tədbirlər görsün;
3. Naxçıvan M uxtar Respublikasmm Mədəniyyət və Turizm 
Nazirliyi və Naxçıvan M uxtar Respublikasmm Bəstəkarlar Təşkilatı 
xalq mahnı və rəqslərinin,  Naxçıvanla  bağlı  saz havalarmm  tədqi- 
qinə və təbliğinə, qədim çalğı alətlərinin tətbiqinə diqqəti artırsmlar.
4.  M uxtar  respublikada  mövcud  olan  xalq teatrlarm m   və 
folklor ansambllarmm fəaliyyətinə hərtərəfli köməklik göstərilsin.
5.  Bu sərəncam dərc olunduğu gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri 
Vasif TALIBOV
Naxçıvan şəhəri, 07 fevral 2009-cu il.
257


“NUH PEYĞƏMBƏR: DÜNYA TUFANI VƏ NAXÇIVAN” 
MÖVZUSUNDA BEYNƏLXALQ SİMPOZİUMUN 
KEÇİRİLMƏSİ HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan dünyanm on qədim sivilizasiya mərkəzlərindən biridir. 
Şərur rayonundakı Qazma, Orubad rayonundakı Kilid, Babək rayonun- 
dakı Daşqala və Naxçıvan şəhəri ərazisindəki Duzdağ mağaralarmdan 
əldə olunmuş maddi-mədəniyyət nümunələri, Əshabi-Kəhf ziyarətgahı 
ən qədim dövrlərdən burada insanlann yaşadığmı sübut edir.
Naxçıvanm qədimliyini sübut edən mühüm amillərdən biri də bu 
yurdun Nuh peyğəmbər və tərafdarları ilə bağlı olmasıdır.  Ordubad 
rayonu ərazisində olan və eradan əvvəl 4-1-ci minilliyə aid edilən Gə- 
miqaya təsvirləri, Nəbi yurdu, Naxçıvan, Nehrəm, Nəhəcir, Nuhda- 
ban, Nuhgədik, Peyğəmbərayağı kimi yer adlarımn mövcudluğu Nuh 
peyğəbərin bu torpaqda yaşamasınm daha bir əyani ifadəsidir.
Son vaxtlar Nuh peyğəmbər,  Dünya  tufanı  və bunlarm Naxçı- 
vanla əlaqəsi ciddi aktuallıq kəsb etmiş, bir sıra araşdırmalar aparılmış, 
Gəmiqaya abidəsi kompleks  şəkildə  öyrənilmiş,  tarix və mədəniyyət 
abidələri yenidən elmi tədqiqata cəlb olunaraq pasportlaşdırılmış, qeyd 
olunanlarla bağlı 20-dək kitab və monoqraflya,  120-dən çox elmi mə- 
qalə çap olunmuş, “Naxçıvan abidələri ensiklopediyası” hazırlanaraq 
nəşr edilmişdir. Bundan əlavə Nuh peyğəmbərin Naxçıvan şəhərindəki 
məzarüstü türbəsinin yeri  dəqiqləşdirilmiş,  abidənin  qalıqları  aşkar 
edilmiş və həmin abidə yenidən bərpa olunmuşdur.
Yuxarıda qeyd olunanları nəzərə alaraq qərara alıram:
1.2009-cu ilin aprel aymda Naxçıvan şəhərində “Nuh peyğəmbər: 
dünya tufam və Naxçıvan” mövzusunda beynəlxalq simpozium keçirilsin.
2.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası 
Ali Məclisinin Sədri Vasif TALIBOV
Naxçıvan şəhəri,  10 fevral 2009-cu il.
258


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə