İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə51/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   48   49   50   51   52   53   54   55   56

Lakin bunlar  haqqında  tarixi  m ənbəbr və  toplular  varmı?  Hesab 
edirəm ki, yoxdur... Əgər bizim millətimizin keçmişini, tarixini, mə- 
dəniyyətini, onun mənbəyini bizim alimlərimiz, ziyalılarımız tədqiq 
etməsələr,  xalqımıza,  dünyaya  göstərməsələr,  sübut  etməsələr  bəs 
bunu kim edəcəkdir? Bax, bütün bu səbəbdən mən Naxçıvan Mux- 
tar Respublikasmda Elmlər Akademiyasımn bölməsinin yaradılması 
haqqm da qərar qəbul etmişəm”.
Ümummilli liderimizin diqqət və qayğısı nəticəsində Naxçıvan 
abidələri  ikinci  ömrünü  yaşamağa  başlamışdır.  Möminə Xatm  və 
Qarabağlar memarlıq kompleksi restavrasiya edilmiş, Əshabi-Kəhf, 
İmamzadə,  Buzxana  abidələri,  Bazarçay  ətrafmdakı  yeraltı  abidə, 
Şərq hamamı, Yusif Küseyir oğlu türbəsi, X an evi, Ordubadda Aza 
körpüsü, qədim Zorxana abidəsi, Culfada Xanəgah kompleksi əsaslı 
bərpa  olunmuşdur.  Bundan başqa,  daşdan  düzəldilmiş  qədim  qoç 
heykəllərini  qorum aq,  bu  nadir  nümunələri  öyrənmək  və  təbliğ 
etmək məqsədi  ilə Açıq  Səma  altmda muzey yaradılmış,  Naxçıvan 
memarlıq  məktəbinin m üasir  dövrümüzdə  ən  layiqli  davamı  olan 
Hüseyn Cavid məqbərəsi ucaldılmışdır.  Gəmiqaya qayaüstü təsvir- 
lərini  öyrənmək məqsədi ilə elmi ekspedisiyalar yaradılmış,  Naxçı- 
van abidələrinin sistemli şəkildə öyrənilməsinə başlanmışdır.
Bu abidələri yenidən və əsaslı şəkildə tədqiq etmək, öyrənmək, 
siyahıya almaq, bərpa etmək və gələcək nəsillərə çatdırmaq məqsədi 
ilə qərara alıram:
1.Naxçıvan  M uxtar  Respublikası  ərazisindəki  tarix və mədə- 
niyyət  abidələrinin  qorunm ası və  pasportlaşdırılması  işinin təşkili 
məqsədilə...  komissiya yaradılsm:
2. 
Komissiya 2006-ci  ilin  sonunadək tarix və mədəniyyət  abi- 
dələrinin pasportlaşdırılmasım təmin etsin.
3. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinə, şəhər 
və rayon icra hakimiyyətlərinə tapşırılsm ki, muxtar respublika ərazi- 
sindəki tarix və mədəniyyət abidələrinin qorunmasını təmin etsinlər.
4.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri 
Vasif TALIBOV
Naxçıvan şəhəri, 06 dekabr 2005-ci il
243


GÖRKƏMLİ İCTİMAİ XADİM, PUBLİSİST VƏ MAARİFÇİ 
MƏHƏMMƏDAĞA ŞAHTAXTLININ ANADAN OLMASININ
160 İLLİYİNİN QEYD OLUNMASI VƏ XATİRƏSİNİN 
ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
2006-cı ildə Azərbaycanda maarifçiliyin, mətbuatm, dilçilik el- 
minin və ictimai  fıkrin  inkişafmda  böyük  xidmətlori  olan  Məhəm- 
mədağa Şahtaxtlınm anadan olmasmın  160 illiyi tamam olur.
1846-cı  ildə  Şahtaxtı  kəndində  anadan  olan  Məhəmmədağa 
Şahtaxtlı ilk təhsilini Naxçıvan şəhər məktəbində almış,  1863-cü ildə 
Tiflis  klassik  kişi  gimnaziyasmı  bitirmişdir.  Peterburqda  müstəqil 
yolla  alman  dilini  öyrənən  Məhəmmədağa  Şahtaxtlı  1869-cu  ildə 
Leypsiq  Universitetinin ədəbiyyat, tarix və fəlsəfə fakültəsini bitir- 
dikdən  sonra  1873-1875-ci  illərdə Parisdə  Şərq  dilləri  məktəbində 
mühazirələr  dinləmiş,  fransız  dilini  öyrənmişdir.  Azərbaycan,  rus, 
alman,  fransız, ingilis, ərəb və fars dillərində əsərlər yazan Məhəm- 
mədağa  Şahtaxtlı  hərtərəfli  hazırlığa  malik mükəmməl  ziyalı  kimi 
yetişib formalaşmışdır.
Məhəmmədağa  Şahtaxtlmm  ilk  elmi  fəaliyyəti  Şərq  tarixinə 
dair tədqiqatlara həsr olunmuşdur.  O,  bir müddət Parisdə yaşamış, 
Fransa Kollecində və Ali Təcrübi Təhsil Məktəbində şərq dillərində 
dərs demiş, Sorbonna Universitetində fonetika sahəsində tədqiqatlar 
aparmışdır.  Onun  bu  dövrdə  fransız  dilində  nəşr  etdirdiyi  əsərlər 
Qərbi Avropada və Amerika m ətbuatnda  elmi  müzakirələrə  səbəb 
olmuş, müəllifmə tədqiqatçı və şərqşünas kimi böyük şöhrət qazan- 
dırmışdır.  Məhəmmədağa Şahtaxtlı  1899-cu ildə  Beynəlxalq Fone- 
tika  Cəmiyyətinin,  1900-cü  ildə  Beynəlxalq  Asiya  Cəmiyyətinin, 
1903-cü ildə isə Rusiya İm perator Coğrafıya Cəmiyyəti Qafqaz Şö- 
bəsinin həqiqi üzvü seçilmişdir.
Məhəmmədağa  Şahtaxtlımn dilçiliklə bağlı  elmi  fəaliyyətində 
əlifba  islahatı  m ühüm   yer  tutur.  O,  bu  sahədə  məşhur mütəfəkkir 
Mirzə  Fətəli Axundovun yolunu davam etdirmiş,  əlifba islahatı ilə
244


bağlı ilk dəyərli tədqiqat əsəri olan “Təkmilləşdirilmiş müsəlman əlif- 
beyi” kitabmı  1879-cu ildə Tiflisdə nəşr etdirmişdir. Azərbaycan əlif- 
basınm  daha  da  sadələşdirilməsi,  latm  qrafikalı  əliftaya  keçid 
sahəsindəki  çoxillik  səmərəli  fəaliyyəti,  çap  etdirdiyi  orijinal  əlifba 
layihələri  M əhəm mədağa  Şahtaxtlmm  dilşünaslıq  sahəsində  gör- 
kəmli alim olduğunu göstərir.
M əhəm mədağa  Şahtaxtlı  mədəniyyətlərin  yaxmlaşmasma, 
Qərb maarifçiliyinin ən yaxşı ənənələrinin Azərbaycana gətirilməsinə 
çalışmış,  xalqımızm maariflənməsi və tərəqqisi yolunda  səyini  əsir- 
gəməmişdir.  O,  böyük vətənpərvər  kimi mətbuat  tariximizdə silin- 
məz  izlər  qoymuş,  “Moskovskiye  vedomosti”,  “Novoye  vremya”, 
“Kavkaz”, “Rossiya” kimi dövrünün nüfuzlu mətbuat orqanlarmda 
çoxsaylı  məqalələr  dərc  etdirmiş,  1891-1893-cü  illərdə  “Kaspi”  qə- 
zetinin redaktoru olmuşdur.  Məhəmməd- ağa Şahtaxtlı  1898-ci ildə 
Azərbaycan  dilində  “Tiflis”  adlı  qəzet  çıxarmaq  istəmiş,  lakin  çar 
senzurası  buna  icazə  verməmişdir.  Nəhayət  1902-ci  ildə  Tiflisdə 
xüsusi mətbəə açmış,  1903-cü ildə burada “Şərqi-Rus” qəzetinin nəş- 
rinə  nail  olmuşdur.  Iyirminci  əsrin  ilk  Azərbaycan  qəzeti  olan 
“Şərqi-Rus”  qəzeti mətbuat  və ictimai fıkir tariximizdə mühüm rol 
oynamışdır.  Görkəmli Azərbaycan yazıçısı  Cəlil  Məmmədquluza- 
dəni Tiflis  ədəbi mühitinə və mətbuat  aləminə cəlb etməsi Məhəm- 
mədağa  Şahtaxtlmm xidmətləri  sırasmda  özünəməxsus  əhəmiyyətə 
malikdir.  O nun  baş  redaktoru  olduğu  “Şərqi-Rus”  qəzeti  məşhur 
“M olla Nəsrəddin” jurnalm m  sonrakı fəaliyyəti üçün ciddi əsas ya- 
ratmışdır.
Məhəmmədağa Şahtaxtlı ictimai xadim və böyük elm təşkilat- 
çısı  idi.  Göstərdiyi  səmərəli  ictimai fəaliyyətə  görə xalqm dərin eti- 
madmı qazanan Məhəmmədağa Şahtaxtlı  1907-ci ildə Naxçıvandan 
2-ci Dövlət Dumasma deputat seçilmiş və D um ada Azərbaycan xal- 
qınm maraqlarmı fəal müdafıə etmişdir. Sonrakı illərdə o, Bakı Döv- 
lət  U niversitetinin  yaradılm asm da  fəal  iştirak  etmiş,  bu  təhsil 
ocağınm ilk professorlarmdan olmuşdur.
Məhəmmədağa Şahtaxtlmm Azərbaycanda ictimai fıkrin, maa- 
rifçiliyin, mətbuatm və dilçilik elminin inkişafındakı xidmətlərini nə- 
zərə alaraq qərara alıram:
1.  Görkəmli ictimai xadim,  publisist,  maarifçi və dilçi-şərqşü-
245


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə