İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə52/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   48   49   50   51   52   53   54   55   56

nas Məhəmmədağa Şahtaxtlmm anadan olmasmm  160 illiyi Naxçı- 
van M uxtar Respublikasmda geniş qeyd olunsun.
2.  Naxçıvan şəhərindəki  Kitab  evinə Məhəmmədağa  Şahtaxt- 
lmın adı verilsin.
3. Azərbaycan Milli Elmlər Akademiyasınm Naxçıvan Bölməsi 
Naxçıvan  Dövlət  Universiteti,  Naxçıvan  Müəllimlər  İnstitutu  və 
Naxçıvan Özəl Universiteti ilə birlikdə Məhəmmədağa Şahtaxtlınm 
anadan olmasmm  160 illiyinə həsr olunmuş simpozium keçirtsin.
4. Naxçıvan M uxtar Respublikası Təhsil Nazirliyi ümumtəhsil 
məktəblərində Məhəmmədağa Şahtaxtlmm 160 illiyi ilə əlaqədar təd- 
birlərin keçirilməsini təmin etsin.
5.  Naxçıvan  M uxtar  Respublikasm ın  Mədəniyyət  Nazirliyi 
Naxçıvan M uxtar Respublika Ədəbiyyat muzeyində və Cəlil Məm- 
mədquluzadənin ev  muzeyində  Məhəmmədağa  Şahtaxtlmm həyat 
və fəaliyyətini əks etdirən güşə yaratsm.
6. M uxtar respublika elmi-tədqiqat və ali məktəb müəssisələri- 
nin  rəhbərləri  gənc  tədqiqatçılardan  M əhəmmədağa  Şahtaxtlınm 
elmi-pedaqoji və ədəbi-publisistik irsinin  geniş  şəkildə araşdırılma- 
sma cəlb etsinlər.
7. Azərbaycan Milli Elmlər Akademiyasmm Naxçıvan bölməsi 
və Naxçıvan Dövlət Universiteti Məhəmmədağa Şahtaxtlmm seçil- 
miş əsərlərini toplayıb, nəşrini həyata keçirtsinlər.
8.  Naxçıvan  M uxtar  Respublikası  kütləvi  informasiya vasitə- 
lərində Məhəmmədağa Şahtaxtlıya həsr olunmuş tem atik material- 
ların verilməsi,  bu məsələ ilə əlaqədar keçirilən tədbirlərin  operativ 
işıqlandırılması təmin olunsun.
9.  “Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii və elmi-publisistik jur- 
nalınm bir nömrəsi Məhəmmədağa Şahtaxtlıya həsr edilsin.
10.  Naxçıvan M uxtar Respublikası Nazirlər Kabineti və Nax - 
çıvan Şəhər İcra Hakimiyyəti bu sərəncamdan irəli gələn məsələləri 
həll etsinlər.
11.  Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
AIi Məclisinin Sədri 
Vasif TALIBOV
Naxçıvan şəhəri, 27 fevral 2006-ci il.
246


NUH PEYĞƏMBƏRİN NAXÇIVAN ŞƏHƏRİNDƏKİ
MƏZARÜSTÜ TÜRBƏSİNİN BƏRPA EDİLMƏSİ 
HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Qədim,  antik vo orta əsr şəhər yerləri üzərində yerləşən Nax- 
çıvan Azərbaycanm və dünyanm ən qədim şəhərlərindən biridir. Daş 
dövründən bu  ərazidə ibtidai insanlar yaşamışlar.  Naxçıvanda daş 
dövr  mədəniyyətinin  izləri  Qazma,  Kilid,  Daşqala mağaralarmda, 
Batabat yaylağmda və Kültəpədə qalmaqdadır. Azərbaycanda eneo- 
lit  (eradan  əvvəl V  minillik),  Kür-Araz  (eradan  əvvəl  IV-III minil- 
liklər) və boyalı qablar (eradan əw əl XIII-VII əsrlər) mədəniyyətinin 
əsas  ocaqları Naxçıvandadır.  Bu,  bir daha sübut edir ki, Naxçıvan 
ərazisində  minilliklər  boyu  insanlar  ardıcıl  və  intensiv  həyat 
sürmüşlər.
Eradan əvvəl V-II minilliklərdə Naxçıvan ərazisindəki tayfa- 
larm iqtisadi,  ictimai və mədəni həyatmda böyük təkamül baş  ver- 
miş,  iri tayfa ittifaqları meydana çıxmış və ilkin şəhər yaranmışdır. 
Belə şəhərlərdən biri də Naxçıvandır.
Naxçıvanm meydana gəlməsi haqqmda bir sıra yazılı mənbə- 
lər mövcuddur. Qədim yunan, latm, ərəb, İran tarixçilərinin, coğra- 
fıyaşünas və səyyahlarm verdikləri məlumata görə, Naxçıvan eradan 
əvvəl  II  minilliyin  I  yarısmda  meydana  gəlmişdir.  Naxçıvan  haq- 
qm da  ilkin  məlumat  tarixçi  Iosif  Flaviyə  (eradan  əvvəl  I  əsr)  və 
yunan coğrafıyaşünası Klavdi Ptolemeyə (eramızm II əsri) məxsus- 
dur. Ptolemey Naxçıvan şəhərinin admı dünyanm 7 böyük şəhəri ilə 
bir sırada çəkmişdir. İlk orta əsr alban tarixçisi Moisey Xorenski (V 
əsr)  Naxçıvan  şəhərinin  eradan  əvvəl  VI  əsrdə mövcud  olduğunu 
göstərmişdir. Bəzi qaynaqlarda isə Naxçıvan şəhərinin eradan əvvəl 
XV  əsrdə  yaranm ası  fikri  söylənmişdir.  O rta  əsr  tarixçisi  Stefan 
Orbelyani Naxçıvan şəhərinin əsasımn eradan əvvəl 1539-cu ildə qo- 
yulduğu haqda məlumat  vermişdir.  Həmin məlumat  “Qafqaz”  qə- 
zetinin  Naxçıvana  həsr  olunmuş  1882-ci  il  nömrəsində  də  öz
247


təsdiqini  tapmışdır.  Yazılı  mənbəbri  sistembşdirərək və Naxçıvan 
ərazisindən  əldə  olunan  arxeoloji  materiallara,  məşhur  Gəmiqaya 
qayaüstü yazılarma, buradakı digər abidələrə istinad edərək bu fıkrə 
gəlmək  m üm kündür ki,  Naxçıvan  şəhərinin  3500-4000  ildən  artıq 
yaşı vardır.
Şəhər adı kimi “Naxçıvan” ən qədim dövrlərdən mövcuddur. 
Qədim  Yunan mənbələrində  “N aksuana”,  ərəb-fars  mənbələrində 
“Nəxçuvan”,  “Nəxçəvan”,  “Nəqşi-cahan”  kimi  göstəribn  bu  adm 
müxtəlif dövrlərdə müxtəlif yozumu olmiş, toponimin yaranmasınm 
əsası kimi “Naxç” türk tayfa, elamlarm “N ahhunte” Allah adlarma 
istinad olunmuş, bir sıra tədqiqatçılar isə Naxçıvan toponimini Nuh 
peyğəmbərin adı ilə bağlamışlar.
Tarixdə “Ümumdünya tufanı” barədə rəvayətin ilk yazılı va- 
riantı eramızdan əvvəl II minilliyin ortalarm a aid edibn şumer əfsa- 
nəsidir. Həmin əfsanədə deyilir ki, ümumdünya daşqınmdan böyük 
bir gəmidə yalnız bir qrup insan xilas ola bilmişdir. Bu əfsanəyə görə 
Naxçıvan dünyanm ən qədim sivilizasiya mərkəzi olmuşdur.  Şumer 
rəvayətinin Nax- çıvan şəhəri ilə bağlılığmm tarixi əsası vardır.  Belə 
ki, Naxçıvan Mesopotamiya, Babil, Xett və digər bu kimi qədim mə- 
dəniyyət mərkəzbri ilə  sıx əlaqələr şəraitində inkişaf etmişdir.  Era- 
mızdan əvvəl  II minilliyin ortalarm a aid Bilqamıs  haqqm da akkad 
eposunda da “bütün canlılarm toxumunun götürülüb” Allahın məs- 
ləhəti ilə düzəldilən gəmidə xilas olunduğundan danışılır.
İstər şumer,  istərsə də Bilqamıs haqqm da akkad rəvayətləri- 
nin  yarandığı  və yazıya  almdığı  dövrlə  Naxçıvanm  yarandığı  dövr 
arasmda tarixi yaxmlıq olduğunu əsas götürüb, ümumdünya daşqı- 
nının Naxçıvan ərazisini də əhatə etdiyini və Nuh peyğəmbərin məhz 
bu ərazidə quruya salamat çıxdığım güman etmək mümkündür.
Qədim dövrlərdən Naxçıvan əhalisi arasında yayılan rəvayətə 
görə təxminən 7500 il bundan əvvəl baş vermiş ümumdünya daşqmı 
zamam Nuh və  ona iman gətirənlərin mindiyi gəmi ilk dəfə Naxçı- 
vanda quruya çıxmış və insanlar burada məskən salmışlar. Beləliklə, 
yeni nəsil buradan törəyərək artmış, təşəkkül tapmışdır.  Bir çox əf- 
sanə və rəvayətlərin yaranmasmm elmi əsası olduğu artıq təsdiq edil- 
mişdir.  Bunu  Naxçıvan  ərazisində  ümum dünya  daşqmı  barədə 
rəvayətlərin yayılması və Nuhla bağlı yer adlarmm çoxluq təşkil et-
248


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə