İsmayil haciyey naxçivan muxtar respublikasinin iCTİm ai-Sİy ast HƏyati, sosial-iQTİsadi VƏ



Yüklə 4,47 Mb.
Pdf görüntüsü
səhifə53/56
tarix30.10.2018
ölçüsü4,47 Mb.
#76753
1   ...   48   49   50   51   52   53   54   55   56

məsi bir daha sübut edir.  Yer üzündə elə bir ərazi yoxdur ki,  orada 
Naxçıvandakı qədər Nuhla bağlı toponimik vahid (Nuhdaban, Nax- 
çıvan,  Nəhəcir,  Nehrəm və  s.)  olsun.  Xalq  arasında  yayılmış  və  bu 
gün  də  mövcud  olan  inam a  görə  Naxçıvan  şəhərinin  cənubunda 
Nuhun,  şimal-qərbində isə bacısımn qəbri vardır.
XIX əsrin 80-ci illərində Naxçıvan məktəblərində işləmış maa- 
rifçi K.A.Nikitin “Naxçıvan şəhəri və Naxçıvan mahalı” adlı əsərin- 
də Nuh tufanmm Naxçıvanla əlaqədar olması barədə geniş məlumat 
verərək  yazmışdır:  ”Rəvayətə  görə,  əfsanəvi  tufandan  sonra  Ağrı 
dağı  N uh  peyğəmbəri  gəmisi  ilə  birlikdə  qəbul  etmişdir...  Bundan 
sonra N uh Naxçıvanda yaşamış  və burada  dəfn  olunmuşdur.  Hələ 
indi  də  onun  buradakı  məzarmm  və  türbəsinin  yerini  göstərirlər... 
H ətta  N uh peyğəmbərin  Naxçıvandakı  duz  karxanalarındakı  fəa- 
liyyəti də xalq arasmda dolaşan rəvayətlərdə saxlanmaqdadır. O, bu- 
rada ilk çalışanlardan biri olmuşdur. Rəvayətə görə, Kəmki əfsanəvi 
gəminin  dayandığı  birinci  dağdır.  Nuh  buradan Ağrı  dağma  yola 
düşmüşdür.  Yolda gəmi  Ilanlı dağma toxunmuş  və dağın zirvəsinə 
elə zərbə endirmişdir ki, dağ haçalanmışdır.
B undan  sonra  N uh  hazırda  Naxçıvan  şəhərinin  yerləşdiyi 
yerdə məskən saldı.  O, öz ailəsi ilə burada qərar tutdu və gələcək şə- 
hərin əsasını qoydu. Şəhərin ilk məskunlaşma yeri mənasmı bildirən 
adı da buradan meydana gəlmişdir.  Nuh peyğəmbər və  onun  ailəsi 
uzun  m üddət  Naxçıvanda  yaşamışdır.  Rəvayətə  görə,  insan  nəsli 
burdan  yayılmışdır.  N uh  peyğəmbər  özü,  bacısı  və  ailənin  digər 
üzvləri  Naxçıvanda  vəfat  etmiş  və  dəfn  olunmuşlar” .  K.A.Nikitin 
N uhun Naxçıvandakı qəbrini də görmüş və onu belə təsvir etmişdir: 
“N uhun  qəbri  şəhərin cənub tərəfmdən qədim  qalanın qalıqlarmın 
yaxmlğmda yerləşir.  Məzarın hazırkı  görkəmi  səkkizinci yüzillikdə 
bərpa  edilmişdir.  İndiki  görkəmdə  o,  yerdən  qalxan  çox da  böyük 
olmayan  türbəni  xatırladır...  Məbədin  pilləkənlərlə  aşağı  düşmək 
tələb  olunan  interyeri  dairəvi,  çətinliklə  keçmək  mümkün  olan, 
ortadan  daş  dirəklərlə  möhkəmləndirilmiş  m ağaraya  bənzəyir. 
Həmin dirəyin altmda Nuh peyğəmbərin cənazəsi yerləşir”.
Rus tədqiqatçısı V.M.Sısoyev Nuhun türbəsini təsvir edərkən 
onun  mərkəzində  diametri  iki  metrə  çatan  səkkizgüşəli  sütun 
olduğunu göstərmişdir.  Təsvir edilən bu əlamətlər yeraltı və yerüstü
249


hissədən ibarət olan türk türbələri üçün xarakterikdir. Nuhun qəbri 
olan yerdə aparılan tədqiqatlar zamanı aşkara çıxarılan tikinti qalıq- 
ları  burada  Naxçıvan  memarlıq  məktəbinə  xas  üslubda  tikilmiş 
türbənin olduğunu təsdiq edir.
Araşdırmalar göstərir ki, “ümumdünya tufanı” və Nuhla əla- 
qədar rəvayətlər daha çox Naxçıvanla bağlı olmuşdur. Qədim yunan 
alimi Klavdi Ptolemey ilk dəfə Naxçıvam Nuh peyğəmbərin məskəni 
kimi xatırlatmış, XVI əsrin görkəmli ərəb alimi, coğrafıyaşünas Əl- 
Şərifı nəinki N uh peyğəmbərin qəbrinin, hətta gəmisinin qalıqlarmm 
da Naxçıvanda olması barədə ətraflı məlumat vermişdir.  İ.M.Dya- 
konov Gəmiqaya qayaüstü təsvirlərini və Naxçıvanm N uhla bağlı- 
lığı məsələsini şumerlərdən gələn əfsanə ilə əlaqələndirmişdir. Yəhudi 
alimi İosif Flavi isə Naxçıvan torpağını N uhun gəmisinin dayandığı 
ilk ərazi hesab etmişdir. Rus tədqiqatçısı K.N.Smirnov N uhun qəb- 
rinin Naxçıvanda olduğunu söyləmiş və onun yerini də göstərmişdir. 
Azərbaycan realist  rəssamlığmm banisi  Bəhruz Kəngərli  ötən əsrin 
20-ci illərində Nuh peyğəmbərin Naxçıvandakı türbəsinin rəsmini 6 
dəfə  naturadan  kətan  üzərinə  köçürm üşdür.  Həm in  nadir  əsərlər 
Naxçıvandakı Bəhruz Kəngərli muzeyində və Naxçıvan Muxtar Res- 
publikasınm  Dövlət  Tarix Muzeyində mühafızə  olunaraq nümayiş 
etdirilir.
Göründüyü kimi,  Nuh peyğəmbər Naxçıvanda yaşamış,  bu- 
rada vəfat etmiş, onun qəbri və qəbirüstü türbəsi Naxçıvanda Sovet 
hakimiyyəti qurulanadək bütöv bir panteon olmuş, minlərlə insanm 
ziyarətgahma çevrilmişdir.
Sovet hakimiyyəti illərində Naxçıvanm ən qədim dövrlərdən 
Azərbaycan  türklərinə  məxsusluğunu  sübut  edən  yüzlərlə  tarixi 
abidə kimi N uh peyğəmbərin qəbri üzərindəki türbənin qalıqları da 
dağıdılmışdır.
Yuxarıda qeyd olunanları əsas götürərək qərara alıram:
1.Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsi 
bərpa olunsun.
2.Azərbaycan  Milli  Elmlər Akadem iyasm m  Naxçıvan Böl- 
məsi və Naxçıvan  M uxtar  Respublikası Nazirlər  Kabineti yanmda 
Elmi-Borpa İstehsalat İdarəsi N uh peyğəmbərin türbəsinin layihəsini 
hazırlayıb  Naxçıvan  M uxtar  Respublikası  Ali  Məclisinin  Sədrinə
250


təqdim etsinlər.
3. Naxçıvan M uxtar Respublikası N azirbr Kabineti bu səron- 
camdan iroli golon mosololori holl etsin.
4.  Bu soroncam imzalandığı gündon qüvvoyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri 
Vasif TALIBOV
Naxçıvan şohori, 28 iyun 2006-ci il.
251


ŞƏRUR RAYONUNDAKICƏLİLKƏND ORTA MƏKTƏBİNİN 
120 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
NAXÇIVAN MUXTAR RESPUBLİKASI 
ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Əsası  1885-ci il sentyabr ayımn 20-do qoyulan Şorur rayonun- 
dakı Cəlilkənd orta moktobi Azorbaycanda xalq tohsilinin inkişafma, 
gonc  nosilin  yetişmosino  böyük  töhfolor vermiş,  şorəfli  inkişaf yolu 
keçmişdir.
XIX  əsrin  sonlarmda Naxçıvanda  özünün yüksəliş  dövrünü 
yaşayan  maarifçilik  hərəkatınm  yadigarlarm dan  olan  Cəlilkənd 
məktəbi fəaliyyət göstərdiyi bütün dövrlərdə qabaqcıl pedaqoji ənə- 
nələri qoruyub saxlamış və inkişaf etdirmişdir. Əhalisinin əksəriyyəti 
azərbycanlılardan ibarət olan keçmiş İrəvan quberniyasmm  Şərur- 
Dərələyəz qəzasında ikisinifli zemstvo məktəbi kimi fəaliyyətə baş- 
layan  Cəlilkənd  məktəbi  qabaqcıl  təhsil  ocaqlarm dan  biri  kimi 
məşhurlaşmış, buraya nəinki Cəlilkənd, eyni zamanda ətraf və digər 
kəndlərdən də gələrək təhsil almışlar. Cəlilkənd məktəbinin təhsil sa- 
həsində  nailiyyətləri  barədə  həmin  dövrdə  çap  olunan  “Obzor 
Erivanskoy qubernii” , “Pamyatnaya kniqa Erivanskoy qubernii” və 
“Kavkazskiy  kalendar”  kimi nəşrlərdə  ətraflı məlumatlar verilmiş- 
dir.
Cəlilkənd məktəbinin ilk nəzarətçi müdiri dövrünün tanmmış 
ziyalısı,  Qori Müəllimlər Seminariyasmm məzunu Əliməmməd Xə- 
lilov olmuşdur.  Müxtəlif vaxtlarda bu məktəbdə Əbülqasım  Sulta- 
nov,  Məmməd  bəy  Qazıyev,  Fərzəli  bəy  Fərzəlibəyov,  Tağı  bəy 
Səfıyev kimi ömrünü xalq təhsilinə həsr etmiş müəllimlər çalışmışlar. 
Görkəmli yazıçı-dramaturq,  publisist və ictimai xadim  Cəlil  Məm- 
mədquluzadənin  1887-ci ildə bu məktəbdə çalışması məktəbin həya- 
tmda silinməz izlər qoymuşdur. Öz növbəsində buradakı müəllimlik 
fəaliyyəti də Cəlil  Məmmədquluzadəyə təsir göstərmiş,  böyük ədib 
bədii yaradıcılığa bu kənddə başlamış və 1889-cu ildə ilk qələm təcrü- 
bəsi olan “Çay dəstgahı” alleqorik drammı yazmışdır.
Ötən əsrin əvvəllərində Cəlilkənd məktəbi beşsinifli rus-tatar
252


Yüklə 4,47 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə